Məhkəmə qərarları › İş №2-1(120)-346/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-346/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-346/2024 21.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı “mərhum oğlu X10 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, mərhum oğlu X10 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin N-1(1N0)-1059/N0N3 nömrəli, xx.xx.N0N3-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X10 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılaraq, cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər siyahısından çıxarılması, cavabdeh qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tanınması və Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X13 N8 dekabr N00N-ci il tarixdə Cəlilabad rayonu, Xanəgah kəndində anadan olmuşdur. N0N0-ci ildə isə orta məktəbi bitirmişdir. XN5 orta məktəbdə təhsil alarkən nümunəvi və vətənpərvər bir şagird olmuş və vətənə sadiq bir oğul kimi böyümüşdür. XN5 N0N1-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidməti dövr ərzində Beyləqan rayonunda və Şuşa şəhərində xidmət etmişdir. Mərhum XN5 bir hərbi qulluqçu kimi xidmət etdiyi müddət dövründə də xidmətini vicdanla yerinə yetirmiş, intizamlı bir hərbi qulluqçu olmuş, ona verilən tapşırıqları yerinə yetirməkdə təşəbbüskarlıq göstərmiş, vətənə layiqincə xidmət etmiş və öz xidməti borcunu layiqincə yerinə yetirərək hərbçi adını həmişə uca tutmaqla vətənin ən layiqli oğullarından birinə çevrilmişdir. Belə ki, XN5 xx.xx.N0N1-ci il tarixdə Şuşa şəhərində yerləşən N nömrəli hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Mərhum XN5in xidməti vəzifəsinin icrası zamanı həlak olması barədə N saylı hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, N50 nömrəli əmrindən çıxarış verilmişdir. Mərhum XN5 vəfat etdiyi Şuşa şəhərindən yaşadıqları Cəlilabad rayonu, Uzuntəpə kəndinə gətirilmiş və elə həmin gün də, yəni ki, N avqust N0N1-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kənd qəbristanlığında dəfn edilmişdir. Bundan sonra Cəlilabad rayonu, Qeydiyyat Şöbəsi tərəfindən N9.1 1.N0N1-ci ildə ölüm haqqında şəhadətnamə verilmişdir. Belə ki, o, valideyn olaraq oğluna şəhidilik statusunun verilməsindən ötrü cavabdeh və daha yuxarı təşkilatlara müraciət etmişdir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0NN-ci il tarixli, 1/T-6055 nömrəli məktubla, habelə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 17 may N0NN-ci il tarixli, 77N060 nömrəli məktubla hadisənin xidməti vəzifələrin icrası ilə əlaqədar olmadığından şəhid adının verilməsinin qanunvericiliyə uyğun olmadığını bildirmişlər və bundan imtina etmişlər. Halbuki, mərhum XN5in xidməti vəzifəsinin icrası zamanı həlak olması N saylı hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli N50 nömrəli əmri ilə də təsdiq edilir və bu hal mərhum oğluna şəhidlik statusunun verilməsi üçün əsasların olduğunu təsdiq edir. Mərhum XN5in kənd qəbiristanlığında yerləşən məzarında bu gün də Azərbaycan bayrağı dalğalanır və insanlar tərəfindən də yad edilir. Bu barədə fotoşəkillər də vardır. Mərhum XN5in şəhid olması ilə əlaqədar dövlət tərəfindən onlara sığorta ödənişi də edilmişdir. İddia formal deyil, məhz əsaslıdır. Ona görə ki, mərhum XN5 döyüş bölgəsində olan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Belə olan halda da Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti imtinası qanunsuz və əsassızdır. Bu baxımdan həlak olmuş XN5in qanunla müəyyən edilmiş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilir. Hal-hazırda məhkəmə qətnaməsinin olmaması səbəbindən oğlunun şəhid olmasını təsdiq etdirmək mümkünsüz olmuşdur. Qeyd olunan cavabdeh təşkilatın mövqeyi səbəbindən o, bu günədək mərhum XN5in şəhidlik statusunu tanıtdıra bilmir. Nəticədə hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. O, bu barədə dəfələrlə dövlət orqanlarına müraciət etmişdir və ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, oğlu X10 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin, üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin, üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Cəlilabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.198N-cü il tarixdə anadan olmuş və Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatdadır. - İşdə olan N №-li hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli N50 nömrəli əmrində göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər X13, 3-cü tabor 8-ci bölük 3-cü taqım 1-ci manqasının atıcı qumbaraatan köməkçisi, N avqust N0N1ci il tarixdə əl qumbararasının partlayışı nəticəsində həlak olduğuna görə, hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış hesab edilmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. - İşdə olan AZ-İİ №N35058 nömrəli, xx.xx.N0N1-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.N0N1-ci il tarixdə, Şuşa şəhərində ölmüşdür. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, N060 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.N.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.Bu Qaydanın 4.1 -ci bəndinə uyğun olaraq, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.Belə ki, mərhum övladınız X13, N saylı hərbi hissənin xx.xx.N0N1 -ci il tarixli 6755 nömrəli bildirişinə əsasən, xx.xx.N0N1-ci il tarixdə bədbəxt hadisə (əl qumbarasının partlaması) nəticəsində həlak olmuşdur. Bu səbəbdən mərhum M.İddiaçı şəhid hesab edilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir.Müraciətdə adları qeyd olunan X7 və X14, N saylı hərbi hissənin müvafiq bildirişlərinə əsasən, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı hərbi nəqliyyat vasitəsinin idarəetməni itirməsi səbəbindən avtomobilin dərəyə aşması nəticəsində həlak olduqlarından, Xidmətin aidiyyəti struktur bölmələrində şəhid hərbi qulluqçu kimi qeydiyyata alınmışlar.Həmçinin, X15, N saylı hərbi hissənin müvafiq bildirişinə əsasən, xx.xx.N0NN-ci il tarixdə təlimdən qayıdarkən (xidməti vəzifəsinin icrası zamanı) avtoqəza nəticəsində vəfat etdiyindən, hazırda şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyata alınmışdır. Əlavə olaraq, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçular zabit heyətindən olduqlarından, onlara müvafiq status mövcud qanunvericiliyin tələblərinə əsasən həmin orqan tərəfindən verilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 1/T-6055 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru İ dərəcəli dövlət ədliyyə müşavirinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi- Psixoloji Təminat İdarəsində baxılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.N.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı iiə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab ediiiriər. Zərurətlə əlaqədar mərhum X8 ölüm şəraitinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi Hüquq İdarəsinə sorğu ünvanlanmış və cavab olaraq bildirilmişdir ki, "Ağdam Hərbi prokurorluğunun N1NN86084-N0N1-ci il nömrəli NN noyabr N0N1-ci il tarixli (Zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında) qərarından görünür ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər M.İddiaçı N avqust N0N1 -ci il tarixdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində döyüş mövqeyinin silah saxlama otağında masanın üzərində olan "RQN" tipli əl qumbarasının partladıcı hissəsini çıxardaraq partlayışın baş verməsi zamanı həlak olmuşdur". Mərhum övladı M.İddiaçı ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə səbəbli əlaqədə olmadığından ona “Şəhid” adının verilməsi yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbinə uyğun gəlmir. Övladının vaxtsız ölümündən kədərləndiyini bildirərək, Uca Tanrıdan mərhuma rəhmət diləyir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.N0NN-cü il tarixli, 1389 nömrəli arayışında qeyd edilmişdir ki, mərhum X8 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində mövcud olan sənədlərinin təsdiq olunmuş kserosurəti ünvana göndərilmişdir. - İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-ci il tarixli 05/01-6N1 nömrəli məktubunda göstərilmişdir ki, sorğu ilə əlaqədar olaraq İddiaçı Mehdi oğlunun ölümü ilə bağlı verilmiş ölüm haqqında tibbi şəhadətnamənin surəti və tərtib edilmiş arayış göndərilir. - İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli 3-16-5/8-10-468/N3 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında mərhum X13 barəsində heç bir məlumat yoxdur. - İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin xx.xx.N0N3-cü il tarixli 3-16-5/10- 175/N0N1 nömrəli məktubu ilə məhkəməyə ünvanladığı 71N/1N nömrəli 07 aprel N0N3-cü il tarixli arayışda göstərilmişdir ki, X13 xx.xx.N00N-ci il tarixdə Cəlilabad rayonu, Xanəgah kəndində anadan olmuşdur. Bu barədə 11 sentyabr N00N-ci il tarixdə Cəlilabad rayon Qeydiyyat şöbəsində 47N №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X1N qeyd edilmişdir. XN xx.xx.N0N1-ci ildə ölmüşdür. - İşdə olan Füzuli Hərbi Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 31 iyul N0N3-cü il tarixli -11(097)-N5/N0NN nömrəli məktubunda göstərilmişdir ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmü ilə X6 Azərbaycan Respublikasının CM-nin 34N.1 -1-ci maddəsi ilə təqsirli bilinib, 0N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən X5 azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 09 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. X6 barəsində olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmü xx.xx.N0N3-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası MüdafiəNazirliyinin Mərkəzi Hərbi Həkim Komişşiyasının məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli 678 nömrəli məktubunda göstərilmişdir ki, XN barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında heç bir sənəd və məlumat yoxdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin məhkəməyə ünvanadığı xx.xx.N0N3-cü il tarixli N613 nömrəli məktubunda göstərilmişdir ki, hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum X13, N7 sentyabr N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməmişdir. Bundan əlavə mərhum X13, xx.xx.N0N1- ci il tarixdə heç bir əməliyyat tapşırığını icra etməmiş və həlak olma səbəbi isə əl qumbarası ilə davranış qaydalarını pozması və şəxsi ehtiyatsızlığı nəticəsində baş vermişdir. Qeyd olunan faktla bağlı hərbi hissədə inzibati araşdırma təyin olunmuş və prosessual qərar qəbul edilməsindən ötrü Nci təhqiqat bölməsinə göndərilmişdir, sonradan isə araşdırma materialı davam etdirilməsi üçün Ağdam Hərbi Prokurorluğuna göndərilmiş və orada cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin məhkəməyə ünvanadığı xx.xx.N0N1-ci il tarixli 6755 nömrəli bildirişinə (arayışına) əsasən, xx.xx.N00N-ci il təvəllüdlü X13 xx.xx.N0N1-ci il tarixdə bədbəxt hadisə nəticəsində (əl qumbarasının partlaması) həlak olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin 1(97)-N5/N0NN nömrəli xx.xx.N0NN-ci il tarixli hökmü ilə, X11 Azərbaycan Respublikası CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirli bilinərək, N(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-N5/N0NN nömrəli xx.xx.N0N3-cü il tarixli məktubunda göstərilmişdir ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmü ilə X6 Azərbaycan Respublikasının CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirli bilinib, 0N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən X5 azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 09 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. X6 barəsində olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmü xx.xx.N0N3-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli 3-3-6/N-30-3N34/N3 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X8 N avqust N0N1-ci il tarixdə Şuşa şəhəri ərazisində “RQN” markalı əl qumbarasının partlaması nəticəsində həlak olması faktı əsasında 31 avqust N0N1-ci il tarixdə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-in 34N.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün N-ci taqımının sabiq komandiri, leytenant X6 hər hansı uçot sənədinə əsaslanmadan döyüş mövqeyində olan 1 ədəd “RQN” tipli əl qumbarasının və onun alışdırıcısının artıqlıq təşkil etdiyi qənaətinə gəlmiş, bu barədə bölük komandirinə məlumat verərək dəqiqləşdirmə aparılması və artıqlıq təşkil etdiyi halda həmin maddi əmlakla bağlı bölük komandiri tərəfindən verilməli olan qərarı gözləməli olduğu halda bölük komandirinə məlumat verməmiş və başçısı olduğu şərti olaraq N0 nömrəli adlandırılan döyüş mövqeyinə təminat gətirən avtomobillə həmin əl qumbarası və onun alışdırıcısını bölüyün dayaq məntəqəsinə göndərmək qərarına gəlib “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanması və verilməsinin təşkili üzrə Təlimat”ın 1N.4-cü və 1N.5- ci bəndlərinin “Döyüş mövqelərində silah, HOC və RAS əmlakının qorunub saxlanması üçün məsuliyyəti taqım komandiri (taqım komandirinin müavini, post başçısı) daşıyır”, “Döyüş mövqelərində silah, döyüş sursatı, HOC və RAS əmlakı silah saxlama yerində (dolabda, piramidada) saxlanmalıdır”, “Silah saxlama piramidaları daim taqım komandirinin (taqım komandirinin müavininin, post başçısının) müşahidəsi və döyüş növbətçiliyinə ayrılmış naryad nəfərlərinin mühafizəsi altında olmalıdır” kimi tələblərini pozaraq N avqust N0N1-ci il tarixdə saat 1N radələrində öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda cinayətkarcasına etinasızlıq göstərərək görməmiş və döyüşmövqeyinin silah saxlama otağında olan bir ədəd “RQN” tipli əl qumbarası və ona məxsus alışdırıcını götürüb mövqenin əsgər yataqxanasına bitişik kölgələnəcəkdəki masanın üzərinə qoyaraq müşahidəsindən kənarda saxlamış, onun rəis kimi öz xidməti vəzifələrinə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, həmin gün mövqeyə təminat gətirən hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi, əsgər X13 onun masanın üzərinə qoyduğu bir ədəd “RQN” tipli əl qumbarası ilə alışdırıcını götürərək həmin qumbaranın partladıcı hissəsini çıxartdığı vaxt baş vermiş partlayış nəticəsində “sol alın sümüyünün açıq qəlpəli sınığı ilə müşayiət olunan, baş beyin toxumasının zədələnməsi ilə nəticələnən başın 1 (bir) ədəd boşluğa nüfuz edən kor qəlpə yaralanması, ön kəllə çuxuru təşkil edən sümüklərin, sol almacıq sümüyünün, alt çənə sümüyünün sol yarısının açıq qəlpəli sınıqları və yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan başın çoxsaylı səthi qəlpə yaralanmaları, sol İİİ qabırğanın qəlpəli sınığı, hər iki ağciyərin zədələnməsi ilə müşayiət olunan, ikitərəfli hemopnevmotoraksla nəticələnmiş döş qəfəsinin N (iki) ədəd boşluğa nüfuz edən kor qəlpə yaralanması, gövdənin, yuxarı və aşağı ətrafların yumşaq toxumalarının zədələnmələri ilə müşayiət olunan çoxsaylı səthi kor qəlpə yaralanmaları, hər iki yuxarı ətrafın mil-bilək oynağı səviyyəsində tam travmatik amputasiyaları, sağ aşağı ətrafın iri magistral damarların zədələnib, cırılmaları və sağ bud sümüyünün aşağı 1/3-i səviyyəsində açıq qəlpəli sınığı ilə müşayiət olunan budun aşağı 1/3-i səviyyəsində dəri və yumşaq toxuma loskutundan asılı natamam travmatik amputasiyası, sağ baldırın iç və arxa səthlərinin, sol birinci ayaq barmağının distal falanqasının üst səthinin, sol ayağın ikinci barmağının distal və medial falanqalarının arxa səthinin sıyrılmış yaralan” diaqnozu ilə müşayiət edilən, canlı şəxslərdə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri alaraq ölmüşdür.N9 noyabr N0N1-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilmiş, Füzuli Hərbi Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli 1(97)-N5/N0NN №-li hökmü ilə leytenant X6 Azərbaycan Respublikası CM-in 34N.1-1-ci maddəsi ilə təqsirli bilinməklə N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə əsasən onun cəzası şərti tətbiq edilməklə 9 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli 3-3-1N/N-30-8N77/N3 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X8 N avqust N0N1 -ci il tarixdə Şuşa şəhəri ərazisində “RQN” markalı əl qumbarasının partlaması nəticəsində həlak olması faktı üzrə 31 avqust N0N1-ci il tarixdə Ağdam hərbi prokuroru tərəfindən Azərbaycan Respublikası CM-in 34N.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və həmin işin istintaqı zamanı müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün N-ci taqımının sabiq komandiri, leytenant X6 hər hansı uçot sənədinə əsaslanmadan döyüş mövqeyində olan 1 ədəd “RQN” tipli əl qumbarasının və onun alışdırıcısının artıqlıq təşkil etdiyi qənaətinə gəlmiş, bu barədə bölük komandirinə məlumat verərək dəqiqləşdirmə aparılması və artıqlıq təşkil etdiyi halda həmin maddi əmlakla bağlı bölük komandiri tərəfindən verilməli olan qərarı gözləməli olduğu halda bölük komandirinə məlumat verməmiş və başçısı olduğu şərti olaraq N0 nömrəli adlandırılan döyüş mövqeyinə təminat gətirən avtomobillə həmin əl qumbarası və onun alışdırıcısını bölüyün dayaq məntəqəsinə göndərmək qərarına gəlib “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanması və verilməsinin təşkili üzrə Təlimafın 1N.4-cü və 1N.5-ci bəndlərinin “Döyüş mövqeylərində silah, HOC və RAS əmlakının qorunub saxlanması üçün məsuliyyəti taqım komandiri (taqım komandirinin müavini, post başçısı) daşıyır”, “Döyüş mövqeylərində silah, döyüş sursatı, HOC və RAS əmlakı silah saxlama yerində (dolabda, piramidada) saxlanmalıdır”, “Silah saxlama piramidaları daim taqım komandirinin (taqım komandirinin müavininin, post başçısının) müşahidəsi və döyüş növbətçiliyinə ayrılmış naryad nəfərlərinin mühafizəsi altında olmalıdır” kimi tələblərini pozaraq N avqust N0N1-ci il tarixdə saat 1N radələrində öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət göstməyərək, cinayətkarcasına etinasızlıq göstərərək və döyüş mövqeyinin silah saxlama otağında olan bir ədəd “RQN” tipli əl qumbarası və ona məxsus alışdırıcını götürüb mövqenin əsgər yataqxanasına bitişik kölgələnəcəkdəki masanın üzərinə qoyaraq müşahidəsindən kənarda saxlamış, onun rəis kimi öz xidməti vəzifələrinə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, həmin gün mövqeyə təminat gətirən hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 3-cü taqımının 1- ci manqasının atıcı-qumbaraatan köməkçisi, əsgər X13 onun masanın üzərinə qoyduğu bir ədəd “RQN” tipli əl qumbarası ilə alışdırıcını götürərək həmin qumbaranın partladıcı hissəsini çıxartdığı vaxt baş vermiş partlayış nəticəsində “sol alın sümüyünün açıq qəlpəli sınığı ilə müşayiət olunan, baş beyin toxumasının zədələnməsi ilə nəticələnən başın 1 (bir) ədəd boşluğa nüfuz edən kor qəlpə yaralanması, ön kəllə çuxuru təşkil edən sümüklərin, sol almacıq sümüyünün, alt çənə sümüyünün sol yarısının açıq qəlpəli sınıqları və yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan başın çoxsaylı səthi qəlpə yaralanmaları, sol İİİ qabırğanın qəlpəli sınığı, hər iki ağciyərin zədələnməsi ilə müşayiət olunan, ikitərəfli hemopnevmotoraksla nəticələnmiş döş qəfəsinin N (iki) ədəd boşluğa nüfuz edən kor qəlpə yaralanması, gövdənin, yuxarı və aşağı ətrafların yumşaq toxumalarının zədələnmələri ilə müşayiət olunan çoxsaylı səthi kor qəlpə yaralanmaları, hər iki yuxarı ətrafın mil-bilək oynağı səviyyəsində tam travmatik amputasiyaları, sağ aşağı ətrafın iri magistral damarların zədələnib, cırılmaları və sağ bud sümüyünün aşağı 1/3-i səviyyəsində açıq qəlpəli sınığı ilə müşayiət olunan budun aşağı 1/3-i səviyyəsində dəri və yumşaq toxuma loskutundan asılı natamam travmatik amputasiyası, sağ baldırın iç və arxa səthlərinin, sol birinci ayaq barmağının distal falanqasının üst səthinin, sol ayağın ikinci barmağının distal və medial falanqalarının arxa səthinin sıyrılmış yaraları” ilə müşayiət edilən, canlı şəxslərdə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri alaraq ölmüşdür. Həmin cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün N9 noyabr N0N1 -ci il tarixdə aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. Cinayət işi üzrə Füzuli Hərbi Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli 1 (97)-N5/N0NN nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası CM-in 34N.1-1-ci maddəsi ilə təqsirli bilinməklə 0N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsinə əsasən onun cəzası şərti tətbiq edilməklə 09 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli 3-3-6/N-30-9938/N3 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.N00N-ci il təvəllüdlü Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mərhum əsgəri X8 xx.xx.N0N1-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsi ilə əlaqədar araşdırmanın aparılıb- aparılmaması barədə məlumatın Şirvan inzibati Məhkəməsinə təqdim edilməsinə dair 6 sentyabr N0N3-cü il tarixli sorğusu N6 sentyabr N0N3-cü il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. 31 avqust N0N1-ci il tarixdə Ağdam Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X8 “RQN" tipli əl qumbarasının alışdırıcısını işə salması səbəbindən baş vermiş partlayış nəticəsində həlak olması faktına görə Azərbaycan Respublikası CM-nin 34N.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün N-ci tağımının komandiri, leytenant X6 N avqust N0N1-ci il tarixdə, saat 1N radələrində Şuşa şəhərində yerləşən şərti olaraq N0 nömrəli adlandırılan döyüş mövqeyində xidmət aparan zaman cinayətkarcasına etinasızlıq göstərərək 1 ədəd “RQN” tipli əl qumbarasını və onun alışdırıcısını bölüyün dayaq məntəqəsinə göndərmək üçün əsgər yataqxanasına bitişik kölgələnəcəkdəki masanın üzərinə qoyaraq müşahidəsindən kənarda saxlamış və bu zaman həmin hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi, əsgər X13 göstərilən “RQN" tipli əl qumbarası ilə alışdırıcını götürərək həmin qumbaranın partladıcı hissəsini çıxartdığı vaxt baş vermiş partlayış nəticəsində sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüşdür. N6 noyabr N0N1-ci il tarixdə leytenant X6 Azərbaycan Respublikası CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. N9 noyabr N0N1-ci il tarixdə leytenant X4 Azərbaycan Respublikası CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq başa çatdırılmış və ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.N.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.N.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissəninarayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.N). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr N008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.N.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.N.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.N. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1- 1(097)-N5/N0NN saylı hökmü ilə X6 Azərbaycan Respublikasının CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirli bilinib, 0N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən X5 azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 09 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. X6 barəsində olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmü xx.xx.N0N3-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Hökmün əsaslanıdırıcı hissəsində göstərilmişdir ki, mərhum əsgər Mehdi Tağıyev xidmət müddətində icazə verilməyən rartlayıcı maddələrə toxunmamaq barədə təhlükəsizlik tədbiri ilə tanış edilmiş və bununla bağlı kitablarında müvafiq qeydlər aparılmışdır. Hadisə zamanı mərhum əsgər Mehdi Tağıyev masanın üzərində olan RQN tipli əl qumbarasını icazəsiz olaraq götürməməli, habelə alışdırını qumbaraya bağlamamalı idi. Mərhum əsgər M.Tağıyev göstərilən hərəkətləri ilə əvvəlcədən ona tanış edilmiş təhlükəsizlik qaydalarını pozmuşdur, istintaq materiallarından həmçinin görünür ki, leytenant Ələkbərli Rüfət hər hansı uçot sənədinə əsaslanmadan döyüş mövqeyində olan RQN tipli qumbaranın 1 vahidinin artıqlıq təşkil etdiyi qənaətinə gəlmiş, bu barədə bölük komandirinə məlumat verərək dəqiqləşdirmə aparılması və artıqlıq təşkil etdiyi halda həmin maddi əmlakla bağlı bölük komandiri tərəfindən verilməli olan qərarı gözləməli olduğu halda ümumiyyətlə bölük komandirinə məlumat verməmiş, daha sonra qumbara və onun alışdırıcısını döyüş mövqeyinin kölgələnəcəyində olan masanın üzərinə qoymaqla onları nəzarətsiz saxlamışdır. Bundan başqa döyüş mövqeyinə təminat gətirən avtomobil texnikası və onun digər bölmələrdə xidmət edən neyəti ilə bölüyün dayaq məntəqəsinə göndərmək niyyətində olmuş, lakin qumbaranın və onun alışıdırıcısının daşınması ilə bağlı təhlükəsizlik tədbirləri, o cümlədən sənədləşmə işlərini aparmamışdır. Döyüş sursatının, konkret olaraq əl qumbarasının daşınması qumbara və onun alışdırıcısı ayrılıqda qablaşdırılaraq bağlı yeşikdə həyata keçirilməli idi. Lakin iş materiallarından leytenant R.U.Ələkbərli əsassız olaraq qumbaranın və onun alışdırıcısının artıq olması qənaətinə gəlməklə, habelə bölük komandirinə məlumat vermədən özbaşına qumbaranın göndərilməsi haqqında qərar verməklə, o cümlədən onun və alışıdırıcısının təhlükəsiz daşınmasını təşkil etmədən təminat avtomobili ilə sənədləşdirmədən göndərmək qərarına gələrək qumbara və alışdırıcısını nəzarətsiz şəkildə döyüş mövqeyinin kölgələcəyində olan masanın üzərinə qoymaqla Azərbaycan Respublikası Müdafiə nazirinin N5 noyabr N016-ci il tarixli, N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanması və verilməsinin təşkili üzrə Təlimat” yuxarıda göstərilən müvafiq tələblərini, həmçinin aidiyyat üzrə məruzə etmədiyi üçün Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin müvafiq tələblərini pozmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.N00Nci il təvəllüdlü X13 xx.xx.N0N1-ci il tarixdə bədbəxt hadisə nəticəsində (əl qumbarasının partlaması) həlak olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhum oğlu X13 hərbi xidmət zamanı həlak olsa da, onun ölümünün səbəb əlaqəsi – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, ölümün şəraiti – həlak olma və ya vəfat etmə, eləcə də ölümün başvermə anı – hərbi əməliyyatlar və ya xidməti vəzifəsinin icrası zamanı olması hadisədə öz əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.N008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.N). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.N). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı “mərhum oğlu X10 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N3.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı “mərhum oğlu X10 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar