Məhkəmə qərarları › İş №2-1(120)-3465/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3465/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3465/2024 10.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «X5 xx.xx.2001-ci il tarixdə ağ ciyər qanaxma, vərəm xəstəliyindən ölmə səbəbi göstərilmiş xx.xx.2001-ci il tarixli, 499 nömrəli akt qeydinin ləğv edilməsi» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, X5 xx.xx.2001-ci il tarixdə ağ ciyər qanaxma, vərəm xəstəliyindən ölmə səbəbi göstərilmiş xx.xx.2001-ci il tarixli, 499 nömrəli akt qeydinin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağcabədi rayon Salmanbəyli kəndində yaşayır. X2 18 oktyabr 2001-ci il tarixdə Ağcabədi rayonunda ağciyər-ürək çatmamazlığı xəstəliyindən ölmüşdür. Atasının ölümündən sonra Ağcabədi rayon VVADQ Şöbəsinə müraciət edərək 24 oktyabr 2001-ci il tarixdə AZ№059862 nömrəli X2nun ölüm haqqında şəhadətnaməsini almışlar. Hazırda mərhum X2nun mülkiyyətində olmuş torpaq sahəsinin satılması ilə əlaqədar Ağcabədi “ASAN” Xidmət Mərkəzinin Notariat Mərkəzinə vərəsəliklə əlaqədar müraciət edən zaman atasının ölümü haqqında şəhadətnamə lazım olduğu üçün X3 müraciət etmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, X1 adına Cavabdeh tərəfindən ölüm vaxtları və səbəbləri fərqli göstərilmiş 2 cür ölüm haqqında şəhadətnamə verilmişdir. X5 18 oktyabr 2001-ci il tarixdə ölməsi barədə 1-ci ölüm haqqında şəhadətnamə və X5 20 oktyabr 2001-ci il tarixdə ölməsi göstərilmiş 2-ci ölüm haqqında şəhadətnamə. Atasının ölümü haqqında 20 oktyabr 2001-ci il tarixli 499 nömrəli Akt qeydi ilə verilmiş 2-ci ölüm haqqında şəhadətnamənin hansı səbəbdən və kim tərəfindən alınması onlar üçün aydın deyildir. Onun X2 həqiqətən də 18 oktyabr 2001-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür və bu tarixə verilmiş ölüm haqqında şəhadətnamə düzdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan Cavabdeh verdiyi 3-16-5/8-15-T-144/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli arayışda göstərilmişdir ki, X5 491 saylı ölüm haqqında akt qeydində ölüm tarixi "xx.xx.2001”-ci il, ölüm səbəbi “ağ ciyər-ürək çatışmamazlığı” göstərilmişdir. -İşdə olan Cavabdeh verdiyi 3-16-5/8-15-T-144/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli arayışda göstərilmişdir ki, X5 499 saylı ölüm haqqında akt qeydində ölüm tarixi "xx.xx.2001”-ci il, ölüm səbəbi “ağ ciyər- qanaxma, vərəm” göstərilmişdir. -İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-T- 144/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Cavabdehnə daxil olmuş müraciətinə baxılmışdır. X2 barəsində xx.xx.2001-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 491 saylı ölüm haqqında akt qeydində ölüm tarixi "xx.xx.2001”-ci il, ölüm səbəbi “ağ ciyər-ürək çatışmamazlığı”, tərar olaraq xx.xx.2001-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 499 saylı ölüm haqqında akt qeydində ölüm tarixi “xx.xx.2001”-ci il, ölüm səbəbi “ağ ciyər- qanaxma, vərəm” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt” qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmə qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərtib olunmuş ölüm haqqında akt qeydlərində ölüm tarixi və ölüm səbəbində uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.2001-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 499 saylı ölüm haqqında akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyildir. -İşdə olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Salmanbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 may 2024-cü il tarixli 2-12 nömrəli məktubunda göstərilmişdir ki, Salmanbəyli kənd sakini olmuş X6 həqiqətən 18 oktyabr 2001-ci il tarixdə Ağcabədi rayonu Salmanbəyli kəndində vəfat etmiş, Salmanbəyli kənd qəbiristanlığında dəfn edilmişdir. X1 ölümünün qeydiyyatı Cavabdehndə aparılmışdır. -İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-862/2024 nömrəli məktubunda göstərilmişdir ki, X5 ölüm haqqında akt qeydlərinin kserosurətləri göndərilir. -İşdə olan Cavabdehndə qeydə alınmış xx.xx.2001-cı il tarixli, 491 nömrəli ölüm akt qeydinin surətinə əsasən, X5 ölüm tarixi "xx.xx.2001”-ci il, ölüm səbəbi “ağ ciyər-ürək çatışmamazlı”ğı qeyd edilmişdir. -İşdə olan Cavabdehndə qeydə alınmış xx.xx.2001-cı il tarixli, 499 nömrəli ölüm akt qeydinin surətinə əsasən, X5 ölüm tarixi “xx.xx.2001”-ci il, ölüm səbəbi “ağ ciyər-qanaxma, vərəm” qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsinin “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2024-ci il tarixli 18-1-23/2-T-35-xx-xx/2024 nömrəli məktubda göstərilmişdir ki, X5 2001-ci il tarixində vəfat etməsi ilə bağlı hər hansısa bir tibbi sənəd Ağcabədi RMX PHŞ-nin Arxivində aşkar edilməmişdir.. - İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsinin “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-ci il tarixli 18-1-23/2-708/2024 nömrəli məktubda göstərilmişdir ki, X5 ölümünə dair sənədlər “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində aşkarlanmamışdır Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının X2 18 oktyabr 2001-ci il tarixdə Ağcabədi rayonunda ağciyər-ürək çatmamazlığı xəstəliyindən vəfat etmişdir. Atasının ölümündən sonra Ağcabədi rayon VVADQ Şöbəsinə müraciət edərək 24 oktyabr 2001-ci il tarixdə AZ№059862 nömrəli X2nun ölüm haqqında şəhadətnaməsini almışdır. Bundan sonra iddiaçı atasının barəsində Atasının ölümü haqqında 20 oktyabr 2001-ci il tarixli 499 nömrəli Akt qeydi ilə verilmiş 2-ci ölüm haqqında şəhadətnamənin mövcudluğu barəsində xəbərdar olmuş və onun hansı səbəbdən və kim tərəfindən alınması ona məlum deyildir. Məhkəmə tərəfindən iş materialları araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının mərhum atası barəsində xx.xx.2001-cı il tarixli, 491 nömrəli ölüm akt qeydi Cavabdehndə qeydə alınmış Cavabdehndə qeydə alınmış, X5 ölüm tarixi "xx.xx.2001”-ci il, ölüm səbəbi “ağ ciyər-ürək çatışmamazlı”ğı qeyd edilmişdir. Şəxs vəfat edən zaman ölüm akt qeydi bir dəfə tərtib edilir, müvafiq qeydiyyat orqanlarında qeydiyyat aparılır. Lakin yenidən Cavabdehndə qeydə alınmış xx.xx.2001-ci il tarixdə X5 barəsində ölüm akt qeydi tərtib edilməsi və ölüm tarixinin “xx.xx.2001”-ci il, ölüm səbəbi “ağ ciyər-qanaxma, vərəm” qeyd edilməsi qanuna ziddir. İddiaçı xx.xx.2001-ci il tarixli, 499 nömrəli aktla qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq ölüm haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehn üzərinə X6 barəsində xx.xx.2001-ci il tarixdə “ağ ciyər qanaxması, vərəm xəstəliyindən ölmə səbəbi” göstərilmiş xx.xx.2001-ci il tarixli, 499 nömrəli aktla qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulsun. Apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar