Məhkəmə qərarları › İş №2-1(120)-3471/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3471/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3471/2024 01.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayon XDS icraiyyə komitəsi yanında mənzil komissiyasının xx.xx.1988-ci il tarixli 11 nömrəli ixtisaslaşdırılmış nəqliyyat müəssisəsinin müdiriyyət və həmkarlar ittifaqı təşkilatının xx.xx.1988-ci il tarixli 36-a nömrəli, quraşdırma idarəsi müdiriyyət və həmkarlar ittifaqı təşkilatının xx.xx.1988-ci il tarixli 78 nömrəli birgə qərarları ilə qanuni istifadəsinə verilmiş keçmiş H.Sultanov küçəsi 38 və hazırki H.Əliyev prospekti 38-də olan 2 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən 32 kvm sahəsi olan 2 otaqlı 15 nömrəli mənzilin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayon XDS icraiyyə komitəsi yanında mənzil komissiyasının xx.xx.1988-ci il tarixli 11 nömrəli ixtisaslaşdırılmış nəqliyyat müəssisəsinin müdiriyyət və həmkarlar ittifaqı təşkilatının xx.xx.1988-ci il tarixli 36-a nömrəli, quraşdırma idarəsi müdiriyyət və həmkarlar ittifaqı təşkilatının xx.xx.1988-ci il tarixli 78 nömrəli birgə qərarları ilə qanuni istifadəsinə verilmiş keçmiş H.Sultanov küçəsi 38 və hazırki H.Əliyev prospekti 38-də olan 2 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən 32 kvm sahəsi olan 2 otaqlı 15 nömrəli mənzilin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü və reyestrdən çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İşin hallarının araşdırılması məqsədilə iş üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildiriş göndərilmişdir, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçıların 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması iddiaçıya bildirilmişdir. Göründüyü kimi (sərəncam, xəbərnamə və məhkəmə iclas protokollarından məlum olur), məhkəmənin tələbinə baxmayaraq, iddiaçılar 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdırlar. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş üzrə sənədlərin əsllərinin məhkəməyə təqdim edilməsi, hüquqi maağın müəyyən edilməsi məqsədilə müvafiq müzakirələrin aparılması zəruri olmuş, iddiaçı iclasa dəvət edilmiş, lakin gəlməmişdir. Eləcə də, hüquqi yardım məktubu ilə müvafiq hüquqları izah edilsə də, hüquqi yardım məktubuna münasibət bildirilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayon XDS icraiyyə komitəsi yanında mənzil komissiyasının xx.xx.1988-ci il tarixli 11 nömrəli ixtisaslaşdırılmış nəqliyyat müəssisəsinin müdiriyyət və həmkarlar ittifaqı təşkilatının xx.xx.1988-ci il tarixli 36-a nömrəli, quraşdırma idarəsi müdiriyyət və həmkarlar ittifaqı təşkilatının xx.xx.1988-ci il tarixli 78 nömrəli birgə qərarları ilə qanuni istifadəsinə verilmiş keçmiş H.Sultanov küçəsi 38 və hazırki H.Əliyev prospekti 38-də olan 2 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən 32 kvm sahəsi olan 2 otaqlı 15 nömrəli mənzilin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah olunsun ki, o, hüquqi yardım məktubu ilə ona edilən qanunvericiliyin tələblərinə uyğun inzibati orqana müraciət edə, müraciətindən imtina olunduğu təqdirdə müvafiq sənədləri və sübutları təqdim etməklə (yardım məktubu ilə iddiaçıya ətraflı izah verilmişdir) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və İPM-in 55.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayon XDS icraiyyə komitəsi yanında mənzil komissiyasının xx.xx.1988-ci il tarixli 11 nömrəli ixtisaslaşdırılmış nəqliyyat müəssisəsinin müdiriyyət və həmkarlar ittifaqı təşkilatının xx.xx.1988-ci il tarixli 36-a nömrəli, quraşdırma idarəsi müdiriyyət və həmkarlar ittifaqı təşkilatının xx.xx.1988-ci il tarixli 78 nömrəli birgə qərarları ilə qanuni istifadəsinə verilmiş keçmiş H.Sultanov küçəsi 38 və hazırki H.Əliyev prospekti 38-də olan 2 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən 32 kvm sahəsi olan 2 otaqlı 15 nömrəli mənzilin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, hüquqi yardım məktubu ilə ona edilən qanunvericiliyin tələblərinə uyğun inzibati orqana müraciət edə, müraciətindən imtina olunduğu təqdirdə müvafiq sənədləri və sübutları təqdim etməklə (yardım məktubu ilə iddiaçıya ətraflı izah verilmişdir) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar