Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-348/2025 08.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona ömürlük müavinətin və mənəvi zərər kimi tələb etidiyi 10000 manat pulun cavabdeh sözü gedən təşkilatdan alınıb ona verilməsi” kimi baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 mart 1977-ci ildə Masallı rayonu, Kolatan kəndində anadan olmuş, 1998-ci ildə ali hüquq təhsilini başa vurandan sonra Masallı Rayon Məhkəməsində əmək fəaliyyətinə başlamış, uzun illər Masallı Rayon Məhkəməsində dövlət qulluğunda çalışmışdır. Səhhətində tez-tez narahatçılıqlar olduğuna görə ərizəsinə əsasən işdən azad olunmuşdur. Qeyri dövlət orqanında işləməyinə baxmayaraq səhhətində narahatçılığa görə işlərinin öhdəsindən gələ bilməmişdir. Məhkəmədə işləyən vaxtı iki dəfə ürək infarktı keçirmiş, sonradan da, yəni 2020-ci ildə yenidən infarkt keçirtmiş və ürək əməliyyatına məruz qalmışdır. Həkimlər tərəfindən ona ömürlük dərmanlar yazılmış, həmin dərmanlardan, yəni (dərmanların adları rosvaks, karvent, aspirin kordion və təziqlə bağlı dərmanlar) istifadə etməsə özünü çox pis hiss edir. Dərmansız yaşaya bilmir, onlardan həmişə istifadə edilməsi bildirilmişdir. 2017-ci ildə onun xəstəliyi ilə bağlı pensiya ilə əlaqədar əlillik dərəcəsi təyin olunmuşdur. Halbuki, həmin vaxtlar infarkt və digər xəstəlikləri olsa da, ürəyində stend yox idi. ikinci dəfə təkrar ona əlillik dərəcəsi təyin edilmişdir. Halbuki, onun vəziyyəti 2017-ci ilə baxanda sonradan ağırlaşmış və ağırlaşma hazırda da davam edir. İşə qəbulla bağlı müvafiq təşkilatlara sənədlər versə də, səhhətində problemlər olduğu üçün onun yalnız mülki sahədə işləyə biləcəyi bildirilmişdir. Bununla bağlı müvafiq sənədlərini əvvəlki ərizələrinə əlavə edərək ona ömürlük müavinətin təyin edilməsi üçün dəfələrlə cavabdeh təşkilata müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7.0.1-ci maddəsinin 01,07.2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən dövlət qulluqçularına ömürlük müavinət "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilirdi. Eləcə də, bu Qanunda dəyişiklik edilməsi barədə 6 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 7.0.1-ci maddəsində “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilmişdir. Həmçinin dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və ya yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanlarından könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına (həmin Qanunun 23.2-1-ci maddəsi ilə nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyasına almaq hüququna malik olmayan dövlət qulluqçusunun müavinət almaq hüququ vardır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 22 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən həmin Qanunun 23.3-cü maddəsindən o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna” sözləri çıxarılmışdır. Bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyi müəyyən edilib və müvafiq olaraq ona həmin dövrlər üzrə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilib. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçı hazırda pensiya yaşına çatmadığına və ya könüllü işdən azad olunduğu xx.xx.2014-cü il tarixdə əlillik dərəcəsi olmadığı üçün ona dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. iddiaçı iddia ərizəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.3-cü maddəsindən o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna” sözlərinin 22 iyun 2021-ci il tarixdə çıxarıldığını və onun xx.xx.2014-cü il tarixdə işdə könüllü olaraq çıxmasına məhz sağlamlıq imkanlarının məhdud olması səbəb olmuşdur. İddiaçının yuxarıda qeyd edilən dəlilinə münasibətdə bildiririk ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsində əlilliyi olan şəxs sözünün anlayışı verilmişdir. Həmin maddəyə əsasən əlilliyi olan şəxs dedikdə - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 vasınadək uşaqlar nəzərdə tutulur. Həmçinin Azərbaycan Respublikasının bütün qanunvericilik aktlarında cümlədən sağlamlıq imkanları məhdud dedikdə 18 yasınadək uşaqlar nəzərdə tutulur. 22 iyun 2021-ci il tarixdən etibarən isə bütün qanunvericilik aktlarında sağlamlıq imkanları məhdud 18 vasınadək uşaqlar sözü, va ümumiyyətlə çıxarılmış va da. “18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş usaq” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi sağlamlıq imkanları məhdud ifadəsi Azərbaycan Respublikası qanunvericilik aktlarında məhz 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulduğundan, İddiaçı münasibətdə həmin ifadənin istifidə edilməsi mümkün deyildir. Bundan əlavə qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə gərann qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra -Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçı əlilliyi xx.xx.2017-ci il tarixdə müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı əlilliyi onun işdən könüllü azad olduğu xx.xx.2014-cü ildən sonra müəyyən edildiyi (xx.xx.2017-ci il tarixdə) üçün ona dövlət qulluqçularına ödənilən ömürlük müavinətin təyin edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən cavabdeh inzibati orqanın nümayəndələri iddi tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 2 saylı X2 İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibatı və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir. Hal-hazırda ikinci dərəcəli əlilliyə görə əmək pensiyası aldığı üçün ona dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistmində olan məlumatlara əsasən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək İİ dərəcə əlilliyi müəyyən olunmuşdur. Müvafiq olaraq xx.xx.2017-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyinin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Müraciəti ilə əlaqədar olaraq bildiririk ki, hazırda aktiv əlillik dərəcəsi olmadığı üçün ona əlilliyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2022-ci il tarixinədək əlilliyə görə əmək pensiyası aldığı üçün əlilliyin yenidən müəyyən olunacağı təqdirdə əlilliyə görə əmək pensiyası üçün müraciət etməyi tövsiyə ounmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-125150/2023 nömrəli məktubundan görünür ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.0.1 -ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən dövlət qulluqçularına ömürlük müavinət “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilirdi. Qeyd olunan maddəyə edilmiş və xx.xx.2017-ci il tarixindən qüvvədə olan dəyişikliklə həmin maddədə göstərilən minimum qulluq stajı 15 il nəzərdə tutulur. Məlum olduğu kimi Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən onun xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyinin müəyyən edilib və müvafiq olaraq ona həmin dövrlər üzrə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1354/2023 nömrəli qərarından görünür ki, iddia qismən təmin edilmiş, Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının qərarından görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev Adına X1” X10 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-28-7/2-94/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 05.05 2022-ci il və xx.xx.2023-cü il tarixində İnstitutun poliklinika şöbəsində ambulator xəstənin tibbi kartasında qeyd olunan məlumatlara əsasən elektro-kardioqramma, exo-kardioqramma müayinələrdən keçmiş və həkim-kardioloqlar tərəfindən tibbi rəy verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-27619/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAMM5 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra vətəndaşa dair Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən G00012104EDİ və M00034026NPB nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində qiymətləndirilmiş və hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə N.X8 Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-471/2023 nömrəli qərardadı əsasında əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasfnın 2.2-ci bəndinə əsasən tibb müəssisələrində fəaliyyət göstərən həkimməsləhət komissiyaları (bundan sonra HMK) şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərir. Bu qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş Qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə HMK tərəfindən göndəriş tərtib edilir. Bu qaydalar əsasında xəstəliyin səbəb-əlaqəsinin, xəstəliyin anadangəlmə olması və yaxud sonradan yaranmasının, sonradan yaranmışdırsa hansı tarixdən yaranması, məlumat və sənədlərinin toplanması birbaşa tibb müəssisəsinin səlahiyyətlərinə daxildir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci ildə “ümumi xəstəlik” səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2017-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Stenokardiyanın digər formaları, Stenokardiyanın digər formaları ÜİX:Stabil gərginlik stenokardiyası İİİ fs.İnfarktdan sonrakı kardioskleroz (2016). Durğunluq ürək çatmamazlığı Ürək qandamar çatmamazlığı İİ Bst (İİİ fs.NYHA) tez-tez təkrarlanan kəskin sol mədəcik çatışmazlığı ilə ekstrasistolik aritmiya.Eksudativ perikardit. Hipertenziv ensefalopatiya Teztez başgicələnmə və baş ağrıları tutmaları ilə gedən hipertenzion ensefalopatiya; Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb; 2017-dən sonra stasionar müalicəsi yoxdur hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə olunması məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, M00034026NPB nömrəli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: 120.8 Stenokardiyanın digər formaları, ÜJX.Stabil gərginlik stenokardiyasıİİ (iki) f.s; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: müalicəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşmış stasionar müalicə məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. İddiaçıya növbəti əlillik müddətinin təyinatından imtina edilmiş, buna səbəb kimi müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” qeyd olunmuşdur. Sözügedən rəydən də görünür ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti, 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər, 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir; 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət, 7.0.1. dövlət qulluqçularına ömürlük müavinət - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda, 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət – ömürlük. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 6 mart 2018-ci il tarixli, 1033-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən qeyd edilən Qanunun 7.0.1-ci maddəsinə dəyişiklik edilmiş və “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilmişdir. Həmçinin dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və ya yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanlarından könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına (həmin Qanunun 23.2-1-ci maddəsi ilə nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyasına almaq hüququna malik olmayan dövlət qulluqçusunun müavinət almaq hüququ vardır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2021-ci il tarixə qədər olan redaksiya): 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2021-ci il tarixdən sonraki redaksiya): 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən ömürlük müavinətin təyin edilməsi ilə bağlıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, araşdırma 2 istiqamətdə həyata keçirilməlidir:
1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə ömürlük müavinətin təyin edilməsi,
2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilən xx.xx.2021-ci il tarixdən sonraki dövrdə ömürlük müavinətin təyin edilməsi. Birinci hal üzrə, yəni “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə ömürlük müavinətin təyin edilməsi hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin dövrdə pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilirdi. Qeyd edilən dövr üzrə iddiaçının könüllü işdən çıxması müəyyən edilsə də, könüllü işdən çıxdığı dövrdə isə İddiaçı heç bir əlilliyinin olmadığı, sağlamlıq vəziyyəti ilə bağlı ilk göndərişin xx.xx.2017-ci il tarixdə olduğu, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyinin olduğu və müvafiq olaraq həmin dövrlər üzrə İl dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi və ödənildiyi, hal-hazırda isə əlilliyinin müddətinin bitdiyi və yeni əlillik təyin edilmədiyi müəyyən edilir. İkinci hal üzrə, yəni “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilən xx.xx.2021-ci il tarixdən sonraki dövrdə ömürlük müavinətin təyin edilməsi hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sonraki dövr üzrə pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Həmin hallar üzrə könüllü işdən çıxdığı dövrdə İddiaçı heç bir əlilliyinin olmadığı, sağlamlıq vəziyyəti ilə bağlı ilk göndərişin xx.xx.2017-ci il tarixdə olduğu, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyinin olduğu və müvafiq olaraq həmin dövrlər üzrə İl dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi və ödənildiyi, hal-hazırda isə əlilliyinin müddətinin bitdiyi və yeni əlillik təyin edilmədiyi müəyyən edilir. İstinad olunan qanunvericilik normalarından və hər iki hal üzrə araşdırmanın nəticəsindən göründüyü kimi iddiaçının tələbi üzrə inzibati orqanın imtinası qanuni olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.3-cü maddəsindən o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna” sözlərinin 22 iyun 2021-ci il tarixdə çıxarıldığını və onun xx.xx.2014-cü il tarixdə işdə könüllü olaraq çıxmasına məhz sağlamlıq imkanlarının məhdud olması səbəbi olduğunu qeyd etsə də, həmin halları sübut edə bilməmişdir. İddiaçının yuxarıda qeyd edilən dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsində əlilliyi olan şəxs sözünün anlayışı verilmişdir. Həmin maddəyə əsasən əlilliyi olan şəxs dedikdə müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar nəzərdə tutulur. Həmçinin Azərbaycan Respublikasının bütün qanunvericilik aktlarında sağlamlıq imkanları məhdud dedikdə 18 yasınadək uşaqlar nəzərdə tutulur. 22 iyun 2021-ci il tarixdən etibarən isə bütün qanunvericilik aktlarında sağlamlıq imkanları məhdud sözü ümumiyyətlə çıxarılmışdır. İddiaçı ilə bağlı ilk əlillyin xx.xx.2017-ci il tarixli göndəriş əsasında olduğu, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyin təyin edildiyi, həmin əlilliyin könüllü işdən çıxması ilə heç bir əlaqəsinin olmadığı və müddət bitdiyi gündən sonra yeni əlilliyin təyin edilmədiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan tələbi əsaslı sayıla bilməz. Belə olduğu halda yəni iddia tələbinin qanuni əsası olmadığı üçün məhkəmə iddiaçının iddia tələbini əsassız hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov