Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3481/2024 14.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Masallı Bələdiyyəsinə qarşı “xx.xx.2013-cü il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Masallı rayonu Masallı bələdiyyəsinin, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarının etibarsız hesab edilməsi və Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında cavabdeh bələdiyyənin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından irəli gələn sənədləşmə işlərinin, onda olan orjinal nüsxələr əsasında, bələdiyyə arxivinin bərpa edilməsi vəzifəsinin cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1242/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Masallı bələdiyyəsinə qarşı “xx.xx.2013-cü il tarixli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-363/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilərək (iddia tələbinin həcmini artıraraq) “cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin, özünün mülkiyyətində olmuş Masallı şəhərinin H.Əliyev prospekti ərazisində yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılmasına dair 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi barədə xx.xx.2013-cü il tarixli qərarın etibarsızlığı tanınmaqla ləğv edilməsi, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhərinin H.Əliyev prospektində yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarından irəli gələn öhdəliklərin tam olaraq icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-363/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilərək (iddia tələbinin həcmini azaldaraq) “cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarın etibarsız hesab edilməsi və Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında cavabdeh bələdiyyənin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından irəli gələn sənədləşmə işlərinin, onda olan orjinal nüsxələr əsasında, bələdiyyə arxivinin bərpa edilməsi vəzifəsinin cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-363/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə, İddiaçı cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinə qarşı “Masallı rayonu Masallı bələdiyyəsinin, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarının etibarsız hesab edilməsi və Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında cavabdeh bələdiyyənin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından irəli gələn sənədləşmə işlərinin, onda olan orjinal nüsxələr əsasında, bələdiyyə arxivinin bərpa edilməsi vəzifəsinin cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verildiyi üçün xx.xx.2023-cü il tarixdə iş Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106)-134/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(120)-363/2023 saylı qərаrı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardadda göstərilmişdir ki, iddia ərizəsinin məzmunundan və əlavə olunan sənədlərdən görünür ki, Masallı rayonu Masallı bələdiyyəsinin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsi satılmışdır. İddiaçı sözügedən qərara əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istəmiş, lakin buna səlahiyyətli inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilsə də, müsbət nəticə əldə edə bilməmişdir. Səbəb kimi hüquqmüəyyənedici sənədlərin yəni, 14 fevral 2007-ci il tarixli qərardan irəli gələn alqı-satqı müqaviləsinin və digər sənədlərin mövcud olmaması olmuşdur. İddiaçı həmin sənədlərin tamamlanmasından ötrü qərarı qəbul etmiş inzibati orqana yəni, hazırki iş üzrə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Bu baxımdan cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq 14 fevral 2007-ci il tarixli qərarından irəli gələn öhdəliklərini tam olaraq icra etməsi vəzifəsinin cavabdeh bələdiyyəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin iddia ərizəsinə məhkəmədə baxılan zaman Masallı rayon Masallı bələdiyyəsinin onun xeyrinə qəbul etdiyi həmin 01 №-li, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi barədə Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarından məlumatlı olmuşdur. İddiaçı bildirir ki, Masallı rayonu, Masallı bələdiyyəsinin 30 sentyabr 2013-cü il tarixli qərarı ilə onun xeyrinə qəbul edilmiş Masallı bələdiyyəsinin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ləğv edildiyindən o həmin iddia üzrə məqsədinə çata bilməmişdir. Buna görə də hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Beləliklə də iddia ərizəsinin məzmunundan, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı hazırki iddianı qaldırmaqda hüquqi marağı cavabdeh Masallı rayonu, Masallı bələdiyyəsinin 30 sentyabr 2013-cü il tarixli qərarını ləğv etmək və həmin inzibati aktın yaratmış olduğu hüquqi nəticələri aradan qaldırmaqdır. Yəni, iddiaçnın istəyi onun üçün əlverişli inzibati akt olan “torpaq sahəsinin ona satılması haqqında” cavabdeh Masallı rayonu, Masallı bələdiyyəsinin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarını bərpa etmək (qüvvədə saxlamaq) və həmin qərardan irəli gələn sənədləşmə işlərinin yekunlaşmasına nail olmaqdır. Belə olduğu halda iddiaçı məqsədinə, yalnız mübahisələndirmə haqqında iddia qaldırmaqla, həmin inzibati aktın (Masallı rayonu, Masallı bələdiyyəsinin 30 sentyabr 2013- cü il tarixli qərarının) ləğvi ilə nail ola bilər. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirci təsirə malik olur. Yəni, belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra tələbini dəfələrlə dəyişmiş və birinci instansiya məhkəməsi də tələbin dəyişdirilməsi ilə bağlı iddiaçının ərizələrini icraata qəbul etmişdir. Məsələ burasındadır ki, iddia tələbi hər dəfə dəyişdirilsə də və məhkəmə tərəfindən icrata qəbul olunsa da məhkəmə bunun üzərindən sükutla keçmiş və iddiaçıya nə şifahi nə də ki, yazılı şəkildə hüquqi yardım etməmişdir. Hansı ki, yuxarıda qeyd edilən hüquq normalarına görə birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını nəzərə almaqla arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyini yoxlamalı və bu barədə ona yardım etməlidir. Birinci instansiya məhkəməsi inzibati aktın etibarsız hesab olunmasının hüquqi əsaslarını və nəticələrini iddiaçıya izah etməklə, hazırki iddia predmeti və növü üzrə iddia qaldırmaqla məqsədinə çatıb-çata bilməyəcəyini müzakirə etməlidir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia növünün münasibi ilə əvəz olunmasında yardım etməli və iddiaçı üçün əlverişsiz inzibati akt hesab olunan cavabdeh tərəfindən qəbul edilən 30 sentyabr 2013-cü il tarixli qərarın iddiaçının marağına uyğun ləğv edilməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı və mahiyyəti üzrə baxılarkən həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tətbiqinə cavabdeh tərəfindən əməl olunubolunmamasına nəzarət etməli idi. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, iddiaçıya hüquqi marağına uyğun cavabdeh tərəfindən qəbul edilən 30 sentyabr 2013-cü il tarixli qərarının ləğv edilməsi barədə hüquqi təklif etməmişdir. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Bu baxımdan hazırkı iş üzrə isə iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yardım edilərək iddia tələbinin dəyişdirilməsi mahiyyət etibarı ilə mümkün deyildir. Həmçinin, iddianın növünün münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnəcəkdir ki, həmin iddianın ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi məsələlərinə baxılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən apellyasiya icraatında deyil, birinci insatnsiya məhkəməsində yol veriləndir. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçıya yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif ediməli, iddia növlərinin münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnə bildiyindən, yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və işə mahiyyəti üzrə baxılakən cavabdeh tərəfindən həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tətbiqinə riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3481/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddia tələbinə İddiaçı cavabdeh Masallı bələdiyyəsinə qarşı “xx.xx.2013-cü il tarixli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Masallı rayon Masallı bələdiyyəsinin, özünün mülkiyyətində olmuş Masallı şəhərininin H.Əliyev prospekti ərazisində yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsini ona satılması ilə əlaqədar qəbul etdiyi 14 fevral 2007-ci il tarixli qərarından irəli gələn öhdəliklərini tam olaraq icra etməsi vəzifəsi cavabdeh bələdiyyəyə həvalə edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi məhkəmədə baxılan ərəfədə isə cavabdeh bələdiyyə tərəfindən məhkəməyə, Masallı rayon Masallı bələdiyyəsinin, həmin 01 №-li, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi barədə Masallı rayon Masallı bələdiyyəsinin, xx.xx.2013-cü il tarixli qərarı təqdim edilmişdir. Məhkəmə, bu xx.xx.2013-cü il tarixli qərarın ona heç vaxt təqdim edilmədiyini müəyyən etdiyi üçün həmin qərarın surətini ona verərək, qərardadla iddia tələbi üzrə sənədlərini iddiaçıya qaytarmış və bələdiyyənin həmin 2013-cü il tarixli qərarından, qərarın iddiaçıya məhkəmə tərəfindən təqdim edildiyi tarixdən hesablanmaqla, bir ay ərzində şikayət verə bilmək hüququnu ona izah etmişdir. İddiaçı həmin qərarın əsassız olduğunu və dərhal ləğv edilib əvvəliki qərarın icrasının təmin olunması tələbini cavabdeh bələdiyyəyə ünvanlamışdır. Lakin bələdiyyə tərəfindən, tələbi ilə əlaqədar ona hər-hansı rəsmi, qeyri rəsmi cavab verilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə bu məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Masallı bələdiyyəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Masallı rayon Masallı bələdiyyəsinin 14 fevral 2007ci il tarixli, 01 nömrəli qərarının surətindən, 14 fevral 2007-ci il tarixli seçim aktından, “Torpaqların alqısatqısına dair” akdan, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin xx.xx.2007-ci il tarixli 122 nömrəli rəyindən, xx.xx.2018-ci il tarixli RX 13221334 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı bələdiyyəsinin mülkiyyətinə aid Masallı şəhərinin H.Əliyev prospekti ərazisində yerləşən və alqı-satqı predmeti olan torpaq sahəsindən 2000 kv.m torpaq sahəsinin Masallı rayon sakini İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmış, həmin torpaq sahəsinin tam dəyəri olaraq 800 (səkkiz yüz) manat pul 16 fevral 2007-ci il tarixdə bələdiyyənin 30343308 nömrəli hesabına köçürülmüş və bu barədə ona 16 fevral 2007-ci il tarixli, 83 saylı qəbz verilmiş, iddiaçı həmin torpaq sahəsində ümumi sahəsi 165.2 m2 olan qeyriyaşayış binası inşa etdirmiş, qeyd olunan qeyri-yaşayış binasına iddiaçının tam pay üzrə xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə iddiaçıya məxsus obyektin torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilməklə ona RX 13221334 nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2-1(102)-646/2021 nömrəli qərarından görünür ki, İddiaçı Masallı rayon Masallı bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli, 01 nömrəli qərarı ilə ona satılması qərara alınmış H.Əliyev prospekti ərazisində yerləşən torpaq sahəsinin onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, sonuncu 03 sentyabr 2018-ci il tarixli, **********71 saylı məktubla “torpaq sahəsinin alqı-satqısına dair aktın, yerquruluşu sxeminin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin təqdim edilmiş sənədlərdə mövcud olmaması səbəbi ilə müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək imtinanın əsassız hesab edilməsi və Masallı şəhərinin H.Əliyev prospekti ərazisində yerləşən torpaq sahəsinin onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(086)-654/2019 saylı qərarı ilə iddia rədd edilmiş, qərarda qeyd olunmuşdur ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməmiş, yəni, iddiaçının həmin torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri (torpaq sahəsinin alqı-satqı müqaviləsi və s) mövcud deyildir. İş materiallarında olan Masallı rayon Masallı bələdiyyəsinin mübahisələndirilən 30 sentyabr 2013-cü il tarixli 12 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, Masallı rayon Masallı bələdiyyəsinin 01 saylı, xx.xx.2007-ci il tarixli iclas protokolu ilə Masallı rayon sakini İddiaçı sahibkarlıq fəaliyyəti məqsədi ilə 2000 kv.m torpaq sahəsinin satılmasına dair verilmiş qərar əsassız olduğundan ləğv edilmişdir, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 2000 kv.metr torpaq sahəsində Masallı rayon sakini İddiaçı məxsus hər hansı əmlakın ərazidən qısa vaxt ərzində daşınıb çıxarılması üçün ona müraciət edilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. İşin araşdırılmış hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh qismində cəlb olunan Masallı rayon Masallı bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, üçüncü şəxs (hazırda iddiaçı) İddiaçı və digərlərinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, xx.xx.2011-ci il tarixli, ******* saylı xx.xx.2011-ci il tarixli, ******* saylı çıxarışların, qeyriyaşayış binasına dair xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın texniki pasportlarının ləğv edilməsi” tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-(86)-809/2013 saylı inzibati işin 1-ci cildinin 114-cü səhifəsində mübahisələndirilən Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarından çıxarışın əsli öz əksini tapmışdır. Həmin inzibati iş üzrə İddiaçı məhkəmə proseslərində iştirak etmişdir. Həmçinin müvafiq inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(106)-33/2014 saylı qərarından görünür ki, İddiaçı yuxarı instansiya məhkəməsinin məhkəmə prosesində iştirak etmişdir, müvafiq qərarın əsaslandırma hissəsində 6-cı səhifədə Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı barədə məlumat verilmişdir. İddiaçı ən geci 2013-2014-cü ildən mübahisələndirilən qərardan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə olan halda İddiaçı qaldırdığı iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin qərarı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən qərar barədə ən geci 2013-2014-cü il tarixlərdə məlumatlı olmuş, lakin məhkəməyə xx.xx.2022ci il tarixdə (iddia ərizəsi məhkəməyə daxil olan vaxt) müraciət edərək Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarını mübahisələndirmişdir. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarından məlumatlı olduğu vaxtdan 8 (səkkiz) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Halbuki, İPM- in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik olsa da, hazırkı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi K.Məmmədova hüquqi yardım məktubu təqdim edilmişdir. İddiaçının nümayəndəsi K.Məmmədov məhkəmə iclasında bildirmişdir ki, 2013-cü il tarixdə Bələdiyyə tərəfindən iddiaçıya verilmiş mübahisəli torpaq sahəsi onun xəbəri və iştirakı olmadan, ona məlumat verilmədən qərar qəbul edərək torpaq sahəsinin ona satılması barədə qərarı ləğv etmişdir. Əgər xx.xx.2013-cü il tarixli qərar ləğv olunarsa, o zaman iddiaçı ilə bələdiyyə arasında 2007-ci il tarixdə torpaq sahəsinin alqı-satqı aktı qüvvəsini alacaqdır. Müddətlə bağlı isə onu bildirmişdir ki, başqa məhkəmə prosesi zamanı onlara xx.xx.2013-cü il tarixli qərar təqdim edilmişdir, həmin vaxta kimi iddiaçı mübahisələndirilən qərar barəsində məlumatlı olmamışdır və bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı Bələdiyyəsi xx.xx.2013-cü il tarixli qərar qəbul edən zaman mütləq iddiaçının iştirakını təmin etməli idi, ona məlumat verməli idi. Uzun illər aralarında məhkəmə prosesləri olmuşdur, əgər zamanında həmin hüquqmüəyyənedici sənəd iddiaçıya təqdim edilsə idi və ya iddiaçıya elan edilsə idi, o zaman o vaxtında həmin sənədi mübahisələndirərdi, iddiaçı müvafiq sənədi görməzdən gəlməzdi. 2014-cü il tarixli məhkəmə prosesində müvafiq qərarın mövcudluğu barədə məlumat olsa da, Bələdiyyə həmin sənədi rəsmi iddiaçıya elan etməmişdir, təqdim etməmişdir. Bələdiyyə ilə dəfələrlə razılığa gəlməyə çalışmışlar, Bələdiyyə tərəfindən torpaq sahəsinin hissə-hissə satılması barədə təklif edilmişdir, lakin o imtina etmişdir, mübahisəli torpaq sahəsinin bütünlüklə yenidən ona satılması barədə razılığa gəlmək istəmişdir, aralarında barışıq sazişi baş tutmamışdır. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən qərarın istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin qərarın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin qərarın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin qərardan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən iddiaçı bilavasitə məlumatlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3481/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3481/2024
14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver