Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-349/2022 26.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı X2 Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 1 saylı X11 filialının nümayəndəsi X3 iştirаkı ilə, İddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 1 saylı X11 filialına qarşı 01.08.1977-18.04.2005-ci illərdə Kürdəmir-Avtonəqliyyat ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işlədiyi illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 26 yanvar 2022-ci il tarixdə, Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı X5 xx xxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 12 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 21.04.2021-ci il tarixli, **********6 saylı imtina məktubu verilərək, iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyindən, əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(120)-349/2022 nömrəli qərardadı ilə iddia tələbinə “01.08.1977-18.04.2005-ci illərdə Kürdəmir-Avtonəqliyyat ASCdə (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işlədiyi illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında iddiaçı X5 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının və onun tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Kürdəmir rayon Dövlət Arxivinin 21 aprel 2021ci il tarixli, 46 nömrəli məktubunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin 05.10.2021-ci il tarixli, **********244900 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 12 saylı regional ərazi filialının 08.10.2021-ci il tarixli, **********3 nömrəli məktubunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 1 saylı X11 filialının 13 yanvar 2022-ci il tarixli, **********8 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. 17 mart 2021-ci ildə 65 yaşı tamam olmuşdur və həmin tarixdən onun pensiya hüququ yaranmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (16.09.1973-06.01.2021-ci illər) ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövrü və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrlərinin cəmi 25 ildən çox (32 ildən çox) olduğu müəyyən olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 01.08.1977-18.04.2005-ci illərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında göstərilən digər dövrlər və hərbi xidmət dövrü) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (01.08.1977-18.04.2005-ci illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 01.08.1977-ci il tarixdən 08.04.2005-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı X5 16.09.1973-cü ildən əmək fəaliyyətinə başlamış, 06.01.2021-ci il tarixədək müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmişdir, o cümlədən 01.08.1977- 18.04.2005-ci illərdə Kürdəmir-Avtonəqliyyat ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işləmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 12 saylı regional ərazi filialının X4 ünvanladığı 21.04.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərə baxış keçirilərkən onun 01.08.1977-cı il tarixdən 18.04.2005-ci il tarixədək "xxxx" ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. "xxxx" ASC-nin hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçanızdakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr ümumi əmək stajınıza daxil edilməmişdir. Qanunun 21.1-ci maddəsində göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasında əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlardan əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25ci maddəsinə əsasən sığorta stajı müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Bu səbəbdən də ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin 21 aprel 2021-ci il tarixli, 46 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon "xxxx" ASC-nin (Kürdəmir "xxxx" müəssisəsi) şəxsi heyyətə dair sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyi bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin 05.10.2021-ci il tarixli, **********244900 nömrəli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 21.01.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və X1 Sisteminin tətbiqindən sonra 23.07.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Baza məlumatlarına əsasən vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti17.05.2019-cu il tarixdən 17.05.2024-cü il tarixədək dayandırılmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 12 saylı regional ərazi filialının 08.10.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən sığortaolunanın 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olacağı təqdirdə sığortaolunanlara avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin bildiririk ki, həmin dövrdə (01.01.2006-01.07.2018) iddiaçının pensiya kapitalı yoxdur. İddiaçı yaşa görə əmək pensiyası hüququ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 17.03.2021 - ci il tarixdən yaranır. Bu Qanunun tələblərindən göründüyü kimi vətəndaşın 25 il sığorta stajı və ya 28800 (min əmək pensiyası 200*144=28800) pensiya kapitalı olduğu halda yaşa görə əmək pensiya hüququ yaranır. Vətəndaş ərizəsilə birlikdə şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, hərbi biletinin surətlərini və Kürdəmir poçt filialı tərəfindən verilmiş vətəndaşın 16.09.1973-cü il tarixdən 01.05.1974-cü il tarixədək və 16.05.1976-cı il tarixdən 22.08.1977-ci il tarixədək Kürdəmir rabitə qovşağında (hal hazırda hüquqi varisi Kürdəmir poçt filialıdır) işləməsi barədə arayış təqdim etmişdir. X2 08.05.1974-04.05.1976 -ci illərdə hərbi xidmət dövrü (1 il 11 ay 26 gün) və əmək kitabçasında qeyd olunan 16.09.1973-01.05.1974, 16.05.1976-22.08.1977, 01.08.1977-18.04.2005-ci illərdə (29 il 5 ay 21 gün) işləməsini nəzərə alsaq 31.12.2005-ci il tarixədək 31 il 5 ay və 01.04.2019-cu ildən 31.12.2020-ci il tarixədək 1 il 4 ay sosial sığorta stajı nəzərə alınmaqla iddiaçının ümumi sosial sığorta stajı 32 il 9 ay hesablanmışdır. Buradan görünür ki, vətəndaşaın bütün sosial sığorta stajı nəzərə alınsa ona yaşa görə əmək pensiyası hesablamaq mümkündür. Lakin qeyd edirik ki, vətədaşın əmək kitabçasında qeyd olunan 01.08.1977- 18.04.2005-ci illər mübahisəlidir. Belə ki, iddiaçı X2 01.08.1977-ci il tarixdən 18.04.2005-ci il tarixədək "xxxx" ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, "xxxx" ASC-nin hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşıiıqiı yoxiamlaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunsada ümumi əmək stajına daxil edilməmişdir. Qeyd etdiyimiz illəri ((01.08.1977 - 08.04.2005 -ci illər (27 il 7 ay ) ) nəzərə almadıqda iddiaçı X2 4 il 10 ay sığorta stajı qalır. Bu səbəblərdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filalının 18.11.2021-ci il tarixli, **********6 nömrəli etirazında qeyd edilmişdir ki, H.Ə.Dünyamalıyev yaşa görə pensiya təyin edilməsi üçün 12 saylı regional ərazi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasınınminimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1956-cı il təvəllüdlü X2 (AZE ********, FİN xxxxxxx) hazırki qanunvericiliyin tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququ 17.03.2021-ci il tarixdə yaranır. İş materiallarında iddiaçıya məxsus olan 22.09.1973-cü il tarixli əmək kitabçasının surətinə əsasən H.Ə.Dünyamalıyevin mübahisəsiz sığorta stajı: 16.09.1973-01.05.1974 – 7 ay 15 gün; 16.05.1976-22.08.1977 (13.04.2021 tarixli 43 nömrəli arayış) – 1 il 3 ay 6 gün, cəmi 1 il 10 ay 21 gündür. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş 30.04.1974-cü il tarixli ******* nömrəli hərbi biletə əsasən iddiaçının 08.05.1974-cü il tarixdən 04.05.1976-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 01 il 11 ay 26 gün təşkil edir. Eyni zamanda H.Ə.Dünyamalıyevin 01.04.2019-01,03.2021-ci il tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddət sosial sığorta stajını mübahisəsiz olaraq qəbul edilmişdir. Ümumilikdə iddiaçı H.Ə.Dünyamalıyevin mübahisəsiz sığorta stajı 5 il 4 ay 17 gün təşkil edir. İddiaçının əmək kitabçasında 01.08.1977-18.04.2005-ci il tarixlərdə "xxxx" ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalan”nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin "xxxx" ASC-nin hal-hazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir Rayon Dövlət Arxivinə (21 aprel 2021-ci il tarixli 46 nömrəli Kürdəmir Rayon Arxivinin məktubuna əsasən) təhvil verilmədiyindən əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr (27 il 7 ay 26 gün) əmək kitabçasında qeyd olunmasına baxmayaraq tərəfimizdən mübahisələndirilmiş, ümumi əmək stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48-ci maddəsinə görə, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İddiaçının əmək kitabçasında qeyd olunan müəssisə ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər idarəsinə sorğular göndərilmişdir. Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş məktubda "xxxx" ASC-nin 21.01.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçdiyi, X1 Sisteminin tətbiqindən sonra 23.07.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı, Cəmiyyətin rəsmi müraciətinə əsasən fəaliyyətinin 16.05.2014-cü il tarixdən 16.05.2019-cu il tarixə qədər və yenidən rəsmi müraciətinə əsasən 17.05.2019-cu il tarixdən 17.05.2024-cü il tarixə qədər dayandırıldığı qeyd olunmuşdur. Belə olan halda "xxxx" ASC-nin 21.01.1999-cu il tarixdə qeydiyyatdan keçdiyini nəzərə alaraq, 21.01.1999- 18.04.2005 illər (6 il 2 ay 28 gün) sosial sığorta stajına daxil olunduğu halda belə tələb olunan staj tamamlanmır. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, H.Ə.Dünyamalıyevin iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmənin müvafiq sorğusuna cavab olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 1 saylı X11 filialının 13 yanvar 2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yaşayan 22.06.1955-ci il təvəllüdlü X6 22.06.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Ə.Qasımovun 05.11.1980-cı il tarixdən 15.06.2005-ci il tarixədək "xxxx" ASC-də işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Vətəndaşa pensiya hesablanarkən həmin dövr Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.10.2019-cu il tarixli 2-1(086)-2145/2019 saylı qərarı ilə təsdiqləndikdən sonra sığorta sajı kimi nəzərə alınıb hesablanmışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə müvafiq əmrlərlə işə daxil olmuş və işdən xaric olmuş sadəcə olaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan və məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisənin ("xxxx" ASC-nin (keçmiş Kürdəmir Avtonəqliyyat müəssisəsi)) mövcudluğu və fəaliyyəti vaxtilə digər şəxslərə pensiya təyin edilərkən araşdırılmış və həmin müəssisədə işləyən işçilərin həmin müəssisədəki əmək fəaliyyəti sığorta stajı kimi qəbul edərək, əmək pensiyası təyin edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 01.08.1977-ci il tarixdən 18.04.2005-ci il tarixədək işlədiyi iş illəri ("xxxx" ASC-dəki (keçmiş Kürdəmir Avtonəqliyyat müəssisəsi) iş illəri) “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir Odur ki, məhkəmə iddiaçının 01.08.1977-ci il tarixdən 18.04.2005-ci il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini və arxiv sənədlərinin saxlanıldığı ünvanının məlum olmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 01.08.1977-ci il tarixdən 18.04.2005-ci il tarixədək ("xxxx" ASC-dəki (keçmiş Kürdəmir Avtonəqliyyat müəssisəsi) iş illəri) işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu iş materiallarında olan sənədlər ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin arxivə təhvil verilməməsi və yaxud həmin sənədlərin saxlandığı yerin hazırda məlum olmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin 21 aprel 2021-ci il tarixli, 46 nömrəli məktubudan görünür ki, Kürdəmir rayon "xxxx" ASC-nin (Kürdəmir "xxxx" müəssisəsi) şəxsi heyyətə dair sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud həmin sənədlərin saxlandığı yerin hazırda məlum olmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.03.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı X2 01.08.1977-18.04.2005-ci illərdə Kürdəmir-Avtonəqliyyat ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işlədiyi illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 1 saylı X11 filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı X2 01.08.1977-18.04.2005-ci illərdə Kürdəmir-Avtonəqliyyat ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işlədiyi illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 1 saylı X11 filialının üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-349/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-349/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver