Məhkəmə qərarları › İş №2-1(120)-3490/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3490/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3490/2025 21.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə qeyd olunan 0.1855 ha torpaq sahəsinin 667,2 kv.m olan hissəsində ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “X1 Lənkəran rayonu, Küvənbil kəndində yerləşən 0,1834 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2152,1 kv.m olan qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət qeydiyyatının ləğv edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X16 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə qeyd olunan 0.1855 ha torpaq sahəsinin 667,2 kv.m olan hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ələt-Astara şose avtomobil yolunun 206-cı kilometrinin sol tərəfində, yolun oxundan 20 m məsafədə, Lənkəran rayonu, Küvənbil kəndi ərazisində sahəsi 1855 kv.m olan şəxsi mülkiyyətində torpaq sahəsi ona məxsus olmuşdur. Belə ki, oğlu Qəşəm Şərifovun xahişi ilə, X2 həyat yoldaşı Seyran Abdullayevlə şərikli biznes fəaliyyətləri olduğu üçün Lənkəran rayon notariat kontorunda xx.xx.2013-cü il tarixli Qeyri-yaşayış binasının 1/2 hissəsinin alqı-satqısı müqaviləsi bağlayaraq satmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 22-34-026 nömrəli arayışa əsasən, ona məxsus olan Lənkəran rayonu, Küvənbil kəndində yerləşən 0.1834 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2152.1 kv.m olan qeyri-yaşayış binasının 1/2 hissəsini Y.Abdullayevanın mülkiyyətinə vermişdir. Beləliklə onların arasında bağlanmış müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Y.Abdullayevanın adına verilmiş ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış təqdim olunmuşdur. Müqavilə üzrə sözügedən binanın 1/2 hissəsi Y.Abdullayevanın mülkiyyətinə verilsə də, həmin binanın yerləşdiyi torpaq sahəsini satmadığı halda ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışda Y.Abdullayevanın həmin binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Sözügedən torpaq sahəsi üzrə dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırılması üçün cavabdeh quruma dövlət reyestrində düzəlişin edilməsi ilə bağlı ərizə ünvanlansa da cavabdeh qurum bizə düzəliş etməkdən imtina barədə xx.xx.2025-ci il tarixli məktub ünvanlamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddia tələbinə etirazında qeyd etmişdir ki, xx.xx.2013cü il tarixli, ******* nömrəli X1 qeyri-yaşayış binası üzrə çıxarışda 0.0104 ha torpaq sahəsi üzrə hissəsinin ləğv edilməsi barədə hazırki iş üzrə iddiaçı X17 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqandır. Həmin qanunun 2.3 və 2.4 cü maddələrində bildirilir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan xüsusatlar hazırki iş üzrə iddiaçıya cavab məktubu vasitəsilə bildirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edirik, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X16 və X5 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Lənkəran rayonu ərazisində yerləşdiyindən və Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin surətindən görünür ki, satıcı Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yaşayan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə 22-34-026 nömrəli arayışa əsasən özünə məxsus olan Lənkəran rayonu Küvənil kəndində 0.1834 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsini alıcı Bakı şəhəri, N.Vəzirov küçəsi ev 50, mənzil 11-də yaşayan X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Küvənil kəndində olan ümumi sahəsi 2152,1 kv.m qeyri-yaşayış binası X10 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Küvənil kəndində olan ümumi sahəsi 2152,1 kv.m qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-Ş-000435/2025 nömrəli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3 maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz qanunamüvafiqdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunanları nəzərə almağınız qanunamüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5182 nömrəli ekspert rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli. **********26-06301 reyestr nömrəli Texniki Pasportun məlumatlarına və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Lənkəran Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının daxilində və xaricində yerləşən pilləkənlərin, qapıların, zəncərələrin, sanitar qovşağlarının və.s birbirinə simmetrik şəkildə inşa edilməsini nəzərə alaraq həmin qeyri yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə 1/2 hissəyə ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, ******* saylı, xx.xx.2013-cü il tarixli X18 Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi 0,1855 ha torpaq sahəsinin iki tərəfdən yol ilə qonşuluq təşkil etməsini, konfiqurasiyasını və digər texniki göstəricilərini nəzərə alaraq həmin torpaq sahəsinin iki hissəyə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Lakin torpaq sahəsinin üzrərində yerləşən qeyri-yaşayış sahəsinin planlı yerləşməsini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsi paylara uyğun olaraq bərabər şəkildə iki hissəyə bölündükdə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (bölünmüş vəziyyətdə) 1-ci hissədə 817,5 kv.m, 2-ci hissədə 1037,5 kv.m təşkil edir. ******* saylı, xx.xx.2013-cü il tarixli X18 Küvənil kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə 14 hissəyə ayrılması üçün zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin hər birində müvafiq olaraq sağ və sol tərəflərdən 19,8 metr məsafədən sonra ortadan sərhəd divarı inşa edilməlidir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-486/2023 nömrəli qətnaməsi ilə 1. ilk iş üzrə iddiaçı X8 cavabdehlər İddiaçı, X6 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası – rədd edilsin. 2. birləşdirilmiş ilk iş üzrə İddiaçı cavabdeh X6, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası – rədd edilsin. 3. birlişədirilmiş ikinci iş üzrə iddiaçı X2 cavabdeh X11 qarşı “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilsin. - X2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X18 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri- yaşayış sahəsinin zirzəmisi, birinci və ikinci mərtəbəsi, damı, 0.1855 ha. torpaq sahəsinin 1/2 hissədə məhkəmə tikinti-texniki Ekspertizası rəyində müəyyən edildiyi kimi bölünsün. - Məhkəmə tikintitexniki ekspertiza rəyinə görə 1037,5 kvm torpaq sahəsi qalan 2- ci hissə cavabdeh X11 13.200 (on üç min iki yüz) manat kompensasiya verilməklə iddiaçı X3 verilsin. - X2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X18 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyriyaşayış sahəsinin içərisində olan 36 (otuz altı) ədəd "Samsung" markalı kondisioner, həmçinin 10 (on) ədəd “Sony” markalı televizor iddiaçı Yeganə Abdullayevə çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılaraq ona verilsin. - 0 1 (bir) ədəd Ukranya istehsalı olan işıq transfarmatoru, 01 (bir) ədəd artizian su quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stablizator), 01 (bir) ədəd istilik sistemini tənzimləyən İtalya istehsalı olan Fondetal, qazla işləyən Aparat (Katelni), elektirik və qaz sayğacları, yanğın təhlükəzliyi üçün 100 (yuz) tonluq yeraltı su anbarı, 01 (bir) ədəd mühafizə otağının istifadə qaydaları müəyyən edilməklə ümumi istifadədə olusun və həmin əşyalardan və sahələrdən iddiaçının istifadə etməsinə cavabdeh və digər üçüncü şəxslər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulsun. İş üzrə X15 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə X7 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu X9 tutularaq iddiaçı X4 ödənilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul X9 tutularaq dövlət büdcəsinə ödənilsin. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-700/2024 nömrəli qətnaməsi ilə Birləşdirilmiş ikinci iş üzrə cavabdeh X10 apellyasiya şikayəti təmin edilməsin. Birləşdirilmiş ilk iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İlk iş üzrə iddiaçı X8 nümayəndə və vəkilləri X12 və Vəkil3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(049)-486/2023 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3174/2024 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-700/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Əsaslandırıcı hissə: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yaşayan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə 22-34-026 nömrəli arayışa əsasən özünə məxsus olan Lənkəran rayonu Küvənil kəndində 0.1834 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsini alıcı Bakı şəhəri, N.Vəzirov küçəsi ev 50, mənzil 11-də yaşayan X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə Lənkəran rayonu, Küvənil kəndində olan ümumi sahəsi 2152,1 kv.m qeyri-yaşayış binası X10 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə Lənkəran rayonu, Küvənil kəndində olan ümumi sahəsi 2152,1 kv.m qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 2(049)-486/2023 nömrəli qətnaməsindən görünür ki,

1. ilk iş üzrə iddiaçı X8 cavabdehlər İddiaçı, X6 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası - rədd edilmiş,

2. birləşdirilmiş ilk iş üzrə İddiaçı cavabdeh X6, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası – rədd edilmiş,

3. Birləşdirilmiş ikinci iş üzrə iddiaçı X2 cavabdeh X11 qarşı “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilmişdir. Eləcə də, qətnamə ilə: - X2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X18 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri- yaşayış sahəsinin zirzəmisi, birinci və ikinci mərtəbəsi, damı, 0.1855 ha. torpaq sahəsinin 1/2 hissədə məhkəmə tikinti-texniki Ekspertizası rəyində müəyyən edildiyi kimi bölünməsi, - Məhkəmə tikinti-texniki ekspertiza rəyinə görə 1037,5 kvm torpaq sahəsi qalan 2- ci hissə cavabdeh X11 13.200 (on üç min iki yüz) manat kompensasiya verilməklə iddiaçı X3 verilməsi, - X2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X18 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin içərisində olan 36 (otuz altı) ədəd "Samsung" markalı kondisioner, həmçinin 10 (on) ədəd “Sony” markalı televizor iddiaçı Yeganə Abdullayevə çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılaraq ona verilməsi, - 0 1 (bir) ədəd Ukranya istehsalı olan işıq transfarmatoru, 01 (bir) ədəd artizian su quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stablizator), 01 (bir) ədəd istilik sistemini tənzimləyən İtalya istehsalı olan Fondetal, qazla işləyən Aparat (Katelni), elektirik və qaz sayğacları, yanğın təhlükəzliyi üçün 100 (yuz) tonluq yeraltı su anbarı, 01 (bir) ədəd mühafizə otağının istifadə qaydaları müəyyən edilməklə ümumi istifadədə olunması və həmin əşyalardan və sahələrdən iddiaçının istifadə etməsinə cavabdeh və digər üçüncü şəxslər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5182 nömrəli ekspert rəyinə istinad olunmuş və nəzərə alınmışdır ki, qeyd edilən rəyin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013cü il tarixli. **********26-06301 reyestr nömrəli Texniki Pasportun məlumatlarına və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Lənkəran Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının daxilində və xaricində yerləşən pilləkənlərin, qapıların, zəncərələrin, sanitar qovşağlarının və.s bir-birinə simmetrik şəkildə inşa edilməsini nəzərə alaraq həmin qeyri yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə 1/2 hissəyə ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, ******* saylı, xx.xx.2013-cü il tarixli X18 Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi 0,1855 ha torpaq sahəsinin iki tərəfdən yol ilə qonşuluq təşkil etməsini, konfiqurasiyasını və digər texniki göstəricilərini nəzərə alaraq həmin torpaq sahəsinin iki hissəyə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Lakin torpaq sahəsinin üzrərində yerləşən qeyri-yaşayış sahəsinin planlı yerləşməsini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsi paylara uyğun olaraq bərabər şəkildə iki hissəyə bölündükdə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (bölünmüş vəziyyətdə) 1-ci hissədə 817,5 kv.m, 2-ci hissədə 1037,5 kv.m təşkil edir. ******* saylı, xx.xx.2013-cü il tarixli X18 Küvənil kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə 14 hissəyə ayrılması üçün zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin hər birində müvafiq olaraq sağ və sol tərəflərdən 19,8 metr məsafədən sonra ortadan sərhəd divarı inşa edilməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 700/2024 nömrəli qətnaməsi ilə birləşdirilmiş ikinci iş üzrə cavabdeh X10 apellyasiya şikayəti təmin edilməmiş, birləşdirilmiş ilk iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, ilk iş üzrə iddiaçı X8 nümayəndə və vəkilləri X12 və Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(049)- 486/2023 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3174/2024 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-700/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdam məhkəmə qərarı qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir”. Hal-hazırki iş üzrə mübahisə predmeti barəsində qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmuş, həmin işdə tərəflər qismində olan şəxslər hazırkı işdə də müvafiq olaraq tərəflər qismində iştirak etmiş, həmin məhkəmə aktı ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilmiş, məhkəmə baxışı çəkişmə prinsipinə əməl edilməklə aparılmış, qətnamənin yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmuş və mübahisə üzrə yuxarı instansıyaların aktları ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, torpaq sahəsinin qeyd edilən şəxslərə verilməsi ilə bağlı alqı-satqı müqaviləsi halhazırda qüvvədədir, belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya dəfələrlə hüquqi yardım məktubları ünvanlanaraq, qanunvericiliyin tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün, eləcə də edilən hüquqi yardımlara iddiaçı tərəfindən verilən yazılı və şifahi izahatları ilə bağlı onunla müzakirə aparılmışdır. Lakin iddiaçı qeyd edilən hallarla bağlı izahların ona aydın olduğunu və son tələb dəqiqləşdirilməsi barədə ərizəyə uyğun qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə qeyd olunan 0.1855 ha torpaq sahəsinin 667,2 kv.m olan hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar