Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3496/2025 16.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib edilmiş 28 iyun 1999-cu il tarixli, 118 nömrəli ölüm akt qeydində ana adının “Dünya”-dan “Dünyaxanım”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “03 fevral 1961-ci il tarixli, 95 nömrəli akt qeydində dəyişiklik edilərək ana adının “X5” olaraq yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını iddia tələbinə isə “Cavabdeh tərəfindən tərtib edilmiş 28 iyun 1999-cu il tarixli, 118 nömrəli ölüm akt qeydində ana adının “Dünya”-dan “Dünyaxanım”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3496/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh tərəfindən tərtib edilmiş 28 iyun 1999-cu il tarixli, 118 nömrəli ölüm akt qeydində ana adının “Dünya”-dan “Dünyaxanım”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Cavabdeh tərəfindən tərtib edilmiş 28 iyun 1999-cu il tarixli, 118 nömrəli ölüm akt qeydində ana adının “Dünya”-dan “Dünyaxanım”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirirmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş 03 fevral 1961-ci il tarixli, 95 nömrəli akt qeydində mənim ana adı texniki səhv səbəbindən “X2” olaraq qeyd edilmişdir. Əslində isə mərhum anamın adı “X5” olmuşdur. Bu fakt Cavabdeh tərəfindən tərtib edilmiş 28 iyun 1999-cu il tarixli ölüm haqqında akt qeydi əsasında verilmiş, V-JQ 282632 saylı ölüm haqqında şəhadətnamə ilə də öz təsdiqini tapır. O, qeyd edilən yalnışlığın aradan qaldırılması üçün Cavabdehnə müraciət etsə də, müraciətinə mənfi cavab verildi. Hesab etmişdir ki, bu imtina əsassızdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960ci il tarixdə anadan olmuşdur. -İş materiallarında olan xx.xx.1961-ci il tarixli, 95 nömrəli aktın VЖГ-039724 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə il tarixdə Salyan rayonunda anadan olmuşdur (doğulmuşdur). Valideyinləri qrafasında atası X4, anası qrafasında X3 göstərilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Cavabdeh VЖГ-282632 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X5 xx.xx.1999-cu il tarixdə Ürək dayanması səbəbindən Salyan rayonunda vəfat etdiyi qeyd edilmişdir. - İş materiallarında olan AR Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1961-ci tarixli 95 nömrəli doğum haqqında akt qeydində,həmin qeyd əsasında verilmiş İİ-İE 039274 nömrəli şəhadətnamdə ananın adı X3 olaraq qeyd edilmiş və həmin akt qeydində hər hansı məlumata dəyişiklik edilməsi barədə heç bir qeyd aparılmamışdır.Eyni şəxs olduğunu bildirməklə tələbinizin əsası kimi təqdim etdiyiniz Cavabdeh xx.xx.1999-cu il tarixli ölüm haqqında akt qeydi əsasında verilmiş V-JQ 282632 nömrəli şəhadətnamədə isə ölən şəxsin adı X5 qeyd edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” X1 məhkəməyə ünvanladığı məktubunda göstərilmişdir ki, iddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli 95 nömrəli doğum haqqında akt qeydində anasın adına dəyişiklik edilərək “Dünyaxanım” adının “Dünya”ya yazılmasını istəmişdir.Müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli 95 nömrəli doğum haqqında akt qeydində ana “X3” olaraq qeyd olunmuşdur. İddiaçının eyni şəxs olaraq bildirdiyi və təqdim etdiyi V-JQ 282632 seriyalı ölüm haqqında şəhadətnamədə və Cavabdeh tərəfindən tərtib edilmiş 118 nömrəli, xx.xx.1999-cu il tarixli akt qeydində ölən şəxs “X5” dır. Müraciətinizə əsasən işə əlavə edilmiş sənədlərin və akt qeydlərinin surəti Sizə göndərilir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xx.xx.1961-ci il tarixli, 95 nömrəli aktın VЖГ-039724 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə il tarixdə Salyan rayonunda anadan olmuşdur (doğulmuşdur). Valideyinləri qrafasında atası X4, anası qrafasında X3 göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, “03 fevral 1961-ci il tarixli, 95 nömrəli akt qeydində düzəliş edilməsi ölüm akt qeydində ana adının Ağayeva Dünyaxanım kimi qeyd olunması üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 28 iyun 1999-cu il tarixli, 118 nömrəli ölüm akt qeydində ana adının “Dünya”-dan “Dünyaxanım”a düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3496/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3496/2025
16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver