Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-35/2020 05.05.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı (Lənkəran rayonu Vilvan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı torpağa mülkiyyət hüququna dair JN 755 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə həmçinin, torpağa mülkiyyət hüququna dair JN-751 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə X13 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə, X4 və X20 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-751 və JN-755 saylı dövlət aktlarında, torpağa mülkiyyət hüququna dair JN: 751 saylı Dövlət aktında mülkiyyətə verilən torpaq sahəsi 0,49 hektar göstərilməklə JN 755 saylı Dövlət aktında göstərilən şəxslərin-İddiaçı, X1, X14, X7, X8 adına, JN 755 saylı Dövlət aktında mülkiyyətə verilən torpaq sahəsi 0,66 hektar göstərilməklə JN-751 saylı Dövlət Aktında göstərilən şəxslərin X15, X2, X10, X16, X17, X11 adına tərtib olunmaqla düzəliş edilməsi, cavabdehin üzərinə həmin düzəliş nəzərə alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1481/2019 saylı Qərardadı ilə, X6 və X27 cavabdehlər sırasından çıxarılaraq, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, həmçinin X15, X10, X16, X11, X1, X14, X18, X7 və X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1481/2019 saylı qərardadı ilə İddiaçı tərəfindən iddianın dəyişdirilməsinin qəbul edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi cavabdeh sırasından çıxarılaraq üçüncü şəxs qismində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti isə üçüncü şəxslər sırasından çıxarlaraq, cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, mübahisəyə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı torpağa mülkiyyət hüququna dair JN 755 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə həmçinin, torpağa mülkiyyət hüququna dair JN-751 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə X13 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1481/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonunun Vilvan kəndində yaşayır. ünvan 2issiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə altı nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Vilvan kəndi ərazisində 0,49 ha, həmçinin üçüncü şəxslərin ailə üzvlərinin mülkiyyətinə həmin tarixli qərarla Vilvan kəndi ərazisində 0,66 ha torpaq sahəsi verilmişdir. 0,49 ha torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN6755 saylı dövlət aktı, 0,66 ha torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə verilməsinə dair JN:751 saylı dövlət aktı tərtib olunaraq təqdim olunmuşdur. Torpaq islahatı aparılarkən onların istifadəsində 0,34 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Bundan 0,20 ha qanuni istifadədə olan torpaq sahəsi, 0,14 ha isə zəbt olunmuş həyətyanı torpaq sahəsi hesab edilmişdir. Torpaq islahatının aparılması qaydalarına müvafiq olaraq istifadələrində zəbt olunmuş 0,14 ha torpaq sahəsi olduğu üçün ailələrinə düşməli olan 0,66 ha pay torpaq sahəsindən 0,17 ha çıxılmış və 0,49 ha pay torpağının ailələrinin mülkiyyətinə verilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq o, iş üzrə əvvəlki cavabdeh inzibati orqana 25 avqust 2017-ci il tarixdə müraciət etmiş, lakin həmin idarədən verilmiş 16 sentyabr 2017-ci il tarixli cavab məktubunda ona bildirmişlər ki, təqdim olunan sənədlər üzrə aparılan müayinə ilə və ekspertizanın nəticəsi olaraq faktiki vəziyyətlə mövcud elektron baza məlumatları arasında uyğunsuzluq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və onun dəyişdirilməsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan JN 755, kod 80200038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından, torpaq sahəsinin qaiməsindən və plan çizgidən görünür ki, ünvan 2issiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə 0.49 ha torpaq sahəsi İddiaçı, X1, X14, X18, X7, X8 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 14 iyul 2011-ci il tarixli, 2(106)-265/2011 saylı qətnaməsindən görünür ki, X13 X21 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılmaya dair iddia ərizəsi və X18 X22 qarşı torpağın mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi və yeni dövlət aktların verilməsinə dair qarşılıqlı iddia ərizəsi barəsində mülki iş üzrə Lənkəran rayon məhkəməsinin 29 dekabr 2010-cu il tarixli 2(049)-553/2010 №-li qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X28 və onun nümayəndəsi X9 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran rayon məhkəməsinin 29 dekabr 2010-cu il tarixli 2(049)-553/2010 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, X13 X21 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılmaya dair iddiasının təmin edilməsi, X3 Oruc Talib oğlunun ailə üzvlərinin ümumi mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair JN-751 saylı 80200038 kodlu dövlət aktında göstərilən cizgi daxilindəki torpaq sahəsindən çıxarılması, ödənilmiş 5 (beş) manat məbləğində dövlət rüsumu X12 alınaraq X22 verilməsi, ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat məbləğində pul X12 tutularaq dövlət büdcəsinin AZ.MEM VÖEN ********** ABB mərkəzi filialı, VÖEN ********** kod 805250, m\h **********944, H\h ********************, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməsi, X18 X22 qarşı torpağın mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi və yeni dövlət aktların verilməsinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə (8-si səhvənin 2-ci abzasında) məhkəmə ekspertizasının 20 iyun 2011-ci il tarixli 8332 saylı rəyinə istinad edərək göstərilmişdir ki, X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-751 saylı 80200038 kodlu torpağın mülkiyyətə verilməsinlə dair dövlət aktında göstərilən torpaq sahəsinin naturada mövcud olduğu və həmin torpaq sahəsinin faktiki olaraq X.İddiaçı tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN- 751 saylı 80200038 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən torpaq sahəsi ilə X21 və digər ailə üzvlərinə məxsqs mülkiyyətə verilmiş JN-755 saylı 80200038 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən torpaq sahələrinin ayrı-ayrı massivlərdə yerləşdiyi və naturada üst-üstə düşmədiyi müəyyən edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(106)- 265/2011 saylı məktubundan görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin 14 iyul 2011-ci il tarixli, 2(106)-265/2011 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə əsasında xx.xx.2012-ci il tarixdə icra vərəqi verilmiş, icra vərəqi üzrə icraat başa çatdırılmış, bundan sonra mülki iş materialı 25 noyabr 2013-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 28 fevral 2020-ci il tarixli, 31441 nömrəli məktubundan görünür ki, 2-1(086)-1481/2019 nömrəli mülki iş üzrə ekspertizanın aparılmasının mümkün olmaması səbəbindən geri qaytarılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 may 2019-cu il tarixli, **********05 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2019cu il 03 aprel tarixli, 2-1(086)-1481/2019 saylı mülki iş üzrə sorğuda göstərilən JN-751 və JN-755 saylı “Dövlət Aktlarının və həmin hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas olmuş sənədlərin müvafiq qaydada təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə, tərəfimizdən həmin əmlaklara dair arxiv və baza məlumatları araşdırıldı. Araşdırma nəticəsində məlum oldu ki, hər iki “Dövlət Aktı” üzrə mövcud DBF siyahı) və DWG (xəritə) məlumatlarında (surəti əlavə olunur) aidiyyəti hissədə müvafiq oəydiyyat aparılmışdır. Lakin həmin “Dövlət Aktlarından yalnız biri (JN-751 nömrəli) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi ilə aramızda olan təhfiltəslim dövründə tərəfimizdən təhfil alınmışdır, JN-755 nömrəli “Dövlət Aktı”nın arxiv nüsxəsi isə həmin sənədlərin sırasında aşkarlanmamışdır.Həmin “Dövlət Aktları üzrə iddiaçı və cavabdehin, həmçinin onların ailə üzvlərinin mülkiyyətinə payıbəlli torpaq sahələrinin verilməsinə əsas olmuş sənədlərin təqdim olunmasına münasibətdə isə bildiririk ki, (ünvan 2issiyasının müvafiq qərarı X19 rayon şöbəsinə təhfil verilmişdir) qeyd olunan səbəbdən həmin qərarın və JN-755 nömrəli dövlət aktının təsdiqlənmiş surətinin tərəfimizdən təqdim olunması mümkün deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 04 iyun 2019-cu il tarixli, **********46 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2019cı il 03 aprel tarixli, 2-1 (086)-1481/2019 saylı mülki iş üzrə sərəncamın icrası olaraq Lənkəran rayonu Vilvan kəndi ərazisində yerləşən, ünvan 2issiyasının müvafiq qərarı əsasında JN-755 nömrəli “Dövlət Aktı” hazırki iş üzrə İddiaçı Talib oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş payıbəlli torpaq sahəsinin ölçüsünə və mülkiyyətçilərə münasibətdə dəyişiklik edilməsinə (JN-755 saylı “Dövlət Aktı” ilə JN-751 saylı “Dövlət Aktı” üzrə ayrılmış torpaq sahələrinin ölçüsünə və ümumilikdə mülkiyyətçilərin siyahısına dəyişiklik edilməsinə münasibətdə) dair iş üzrə iddiaçının və onun ailə üzvlərinin adlarının əlavə edilməsi məsələsi barədə iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəfimizdən sözü gedən daşınmaz əmlaka dair arxiv və baza məlumatları araşdırıldı. Araşdırılma nəticəsində məlum oldu ki, sözü gedən ünvanda yerləşən payıbəlli torpaq sahələrinə dair ünvan 2issiyasının müvafiq qərarı ilə verilmiş JN-751 və JN-755 nömrəli “Dövlət Akt”ları barədə ləğv edilmiş DT və XKsitərəfindən DƏDRX-nə təqdim olunmuş DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında müvafiq məlumatlar mövcuddur. Bu baxımdan, sərəncamda qeyd edilən həmin payıbəlli torpaq sahələrinin mülkiyyətə verilməsinə dair “Dövlət Aktlarının dəyişdirilməsinə münasibətdə bildiririk ki, hazırki iş üz iddia ərizəsində qeyd olunan məsələ (torpaq sahələrinin ölçüsünün və mülkiyyətçilərinin dəyişdirilməsi, yaxud ləğv edilməsi) Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. “Dövlət Akt”larının ləğv edilməsi, dəyişdirilməsi, yaxud iddiaçının və onun ailə üzvlərinin adlarının həmin hüquqmüəyyənedici sənədə əlavə edilməsinə münasibətdə isə bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki iş üzrə sərəncamın icrası olaraq həmin “Dövlət Aktlarına aidiyyəti hissədə dəyişiklik edilməsinə dair qanunamüvafiq qərar qəbul etməyinizi xahiş edirik. İşdə olan ünvan 2issiyasının 15 aprel 1998-ci il tarixli iclasının 7 nömrəli protokolundan çıxarışdan və siyahıdan görünür ki, ünvan 2issiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə torpaq sahəsi İddiaçı, X1, X14, X18, X7, X8 mülkiyyətinə verilmişdir. İşdə olan JN 751, kod 80200038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından, torpaq sahəsinin qaiməsindən və plan çizgidən görünür ki, ünvan 2issiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə 0.66 ha torpaq sahəsi X15, X2, X10, X16, X17, X11 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2019-cu il tarixli 2-1 (086)- 1481/2019 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iş üzrə cavabdeh qismində inzibati məhkəmə işinə cəlb edilməsi ilə bağlı bildiririk ki, qeyd olunan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin cavabdeh qismində seçilməsinə etiraz edirik.İddiaçı Talib oğlu iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi ilə torpağa mülkiyyət hüququna dair JN 755 saylı şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə, həmçinin torpağa mülkiyyət hüququna dair JN 751 saylı şəhadətnamə ilə X13 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə” ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi, verilməsi və torpaq sahəsinin planında (cizgidə) düzəliş edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilməmişdir.Yuxarıda qeyd olunanları və iddiaçının iddia tələbi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin cavabdehlik daşımadığını nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yerli aqrar islahat komissiyasının qərarı və yerli aqrar islahat komissiyası tərərəfindən tərtib və təsdiq edilmiş “pay almaq hüququ olan subyektlərin Siyahı”sı əsasında iddiaçı və üçüncü şəxslərə payı bəlli torpaq sahəsi ayrılmış və Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktları əsasında həmin torpaq sahələri iddiaçı və üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, sözü gedən hər iki torpaq sahəsi dövlət aktında göstərilən cizgilər daxilində ayrı-ayrı massivlərdə yerləşir və üst-üstə düşmür. Ümumiyyətlə məhkəmə araşdırması zamanı həmin torpaq sahələri barədə tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktlarının yerli aqrar islahat komissiyasının qərarı və yerli aqrar islahat komissiyası tərərəfindən tərtib və təsdiq edilmiş “pay almaq hüququ olan subyektlərin Siyahı”sına uyğun omamasına dair hər hansı sübut əldə edilməmiş və iddiaçı tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Başqa sözlə iddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin hər hansı hüquqmüəyyənedici sənədlər əsasında ona ayrılmasına və yaxud ona məxsus olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəmə araşdırması zamanı iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin hüquqi əsaslarla ona məxsus olması müəyyən edilməmişdir. Lakin, belə sənəd (sübut) olmadığı halda iddiaçı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktını onun faktiki istifadə etdiyi torpaq sahəsinə uyğun tərtib edilməsini xahiş edir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktları həmin aktların verilməsinə əsas olan yerli aqrar islahat komissiyasının qərarı və yerli aqrar islahat komissiyası tərərəfindən tərtib və təsdiq edilmiş “pay almaq hüququ olan subyektlərin Siyahı”sına uyğun düzgün tərtib edilmişdir (ən azından əksini sübut edən heç bir hal müəyyən olunmamışdır). Məhkəmə onu da qeyd edir ki, iddiaçı razılaşmadığı yerli aqrar islahat komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin, iddiaçı həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktları tərtib edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı torpağa mülkiyyət hüququna dair JN 755 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə həmçinin, torpağa mülkiyyət hüququna dair JN-751 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə X13 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı torpağa mülkiyyət hüququna dair JN 755 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə həmçinin, torpağa mülkiyyət hüququna dair JN-751 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə X15 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-35/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-35/2020
05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver