Məhkəmə qərarları › İş №2-1(120)-35/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-35/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-35/2023 19.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 (“Ləman” X3 rəhbəri) Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamının Dövlət aktı ilə İddiaçı2 verilmiş 60 hektar hissəsində ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı2 (“Ləman” X3 rəhbəri) Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-333/2021 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-333/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası və yerşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-35/2023 nömrəli qərardadı ilə İddiaçı2 (“Ləman” X3 rəhbəri) Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbi bаrədə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Cavabdeh xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamının Dövlət aktı ilə İddiaçı2 verilmiş 60 hektar hissəsində ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin və üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı2 (“Ləman” X3 rəhbəri) iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı2 (“Ləman” X3 rəhbəri) Cavabdehnə qarşı Cavabdeh xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamının Dövlət aktı ilə İddiaçı2 verilmiş 60 hektar hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan R №001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının surəti ilə müəyyən olunur ki, Əli Bayramlı şəhər İcra hakimiyyətinin 30 yanvar 1996-cı il tarixli 8 saylı sərəncamına əsasən İddiaçı2 (“Ləman” X3 rəhbəri) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 60,0 ha torpaq sahəsi mülkiyyətinə, sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının 15 sentyabr 2014-cü il tarixli 200-s saylı sərəncamının surəti ilə müəyyən olunur ki, Şirvan şəhər sakini X7 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 1150 ha, bundan çoban evi və tövlə altına 2 ha torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2902 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə: Əli Bayramlı şəhər İcra Hakimiyyətinin 30 yanvar 1996-cı il tarixli 8 saylı sərəncamına əsasən tərtib olunmuş R№ 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktında göstərilən 60 ha torpaq sahəsinin koordinatları və ya yerləşmə mövqeyi olmadığı üçün tərəfimizdən naturada yerin müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı2 R№ 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququn dair Dövlət Aktına əsasən iddia etdiyi 60.0 ha torpaq sahəsinin GPS aləti vastəsilə naturada yeri müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Cavabdeh başçısının 15 sentyabr 2014-cü il tarixli 200-s saylı sərəncamına əsasən Şirvan şəhər sakini X7 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsinin yeri eİektron kadastr baza məlumatları əsasında dəqiqləşdirildi. Qərardadın üçüncü sualı üzrə: İddiaçı2 R № 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququn dair Dövlət Aktına əsasən iddia etdiyi 60.0 ha torpaq sahəsi, Cavabdeh başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamına əsasən Şirvan şəhər sakini X7 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir və iddia olunan hissədə üst-üstə düşür (torpaq sahələrinin yerləşməsi yerquruluşu planında göstərilib) İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5- 71/2-870/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının 200-S saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə Şirvan şəhər sakini X7 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 1150 ha, bundan çoban evi və tövlə tikintisi altına 2 ha torpaq sahəsi icarəyə ayrılmışdır. Qeyd edilən torpaq sahəsi X7 icarəyə ayrılmasından əvvəl Cavabdehn başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə 400 hektar, xx.xx.2004-cü il tarixli sərəncamı ilə 450 hektar Quba rayon Vladimirovka kənd sakini X6 icarəyə verilmişdir. Salyan rayon ərazisinə daxil olan həmin torpaq sahəsinin qalan 450 hektarı qış otlaq fondu olaraq Qusar rayonuna təhkim olunduğu üçün Qusar rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il il tarixli sərəncamı ilə 450 hektar Quba rayon Vladimirovka kənd sakini X6 icarəyə verilmişdir. “Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə” Azərbaycan Respublıkasi Nazirlər Kabinetinin 02 mart 2006-cı il qərarına əsasən 2006-cı ildə həmin ərazi də Cavabdeh səlahiyyətinə verilmişdir. X1 rayon İcra Hakimiyyətinə xx.xx.2014-cü ildə notarial qaydada müraciət edərək səhhəti ilə əlaqədar torpaqdan istifadə etmədiyinə görə torpaqların Dövlət Fonduna geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh başçısının 11 09.2014-cü il tarixli, 195-s, 196-s və 197-s saylı sərəncamları ilə 1300 hektar torpaq sahəsi Dövlət Fonduna geri qaytarılmışdır. Məlumat üçün bildiririk ki, hazırda mübahisələndirilən torpaq sahəsi Salyan rayon inzibati xəritəsinə əsasən Salyan rayon ərazisinə aiddir. Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı2 (“Ləman” X3 rəhbəri) Cavabdehnə qarşı sərəncamının ləğv edilməsi tələbinə dair 2-1(120)-35/2023 saylı məhkəmə işi ilə bağlı qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxırıq. Xahiş edirik nəzərə alasınız. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-8/2-1602/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 200S nömrəli sərəncamı ilə X7 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 1150 ha torpaq sahəsi ayrılmamışdan əvvəl sözügedən torpaq sahəsinin başqa şəxslərin (X4 və digərlərinin) icarəsinə və yaxud mülkiyyətinə verilməsinə dair sənəd aşkar edilməmişdir. İş üzrə mübahisələndirilən torpaq sahəsi “Azərbaycan Respublikasının Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı Sərəncamına əsasən hazırda Salyan rayonunun inzibati ərazisində yerləşir. Belə ki, Şirvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 02/36 nömrəli məktubuna əsasən “Ləman" X3 təsisçisi İddiaçı2 tərəfindən Şirvan Bələdiyyəsinə və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinə müraciət edilmişdir. Şirvan şəhər şöbəsinin mütəxəssisləri tərəfindən “Ləman” kəndli fermer təsərrüfatına ayrılmış 60 ha torpaq sahəsinin hazırda Salyan rayonunun inzibati ərazisində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Salyan rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli, 260 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlandırdığınız müraciətdə Əli Bayramlı şəhər İcra Hakmiyyətinin xx.xx.1996-cı il tarixli 08 saylı sərəncamı ilə “Ləman” kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün Baş Şirvan kollektoru ilə dəmiryol xətti arasında olan ərazidən ayrılan 60 ha torpaq sahəsinə torpaq sahəsinin plan və ölçü sənədinin verilməsini xahiş edilir. Müraciətiniz DT və XK-nin Salyan rayon şöbəsində araşdırılmışdır. X13 şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 08 saylı sərəncamı ilə “Ləman” kəndli fermer təsərrüfatına ayrılan 60 ha torpaq sahəsinə yerində baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi Salyan rayonunun inzibati ərazisinə daxildir. “Ləman” X3 daimi istifadəsinə ayrılan 60 ha torpaq sahəsi Salyan rayonunun inzibati ərazisinə aid olduğu halda X13 şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən xx.xx.1996-cı il tarixli 08 saylı sərəncam torpaq qanunvericliyinin tələblərinə zidd olduğundan həmin sərəncamla Salyan rayon inzibati ərazisindən ayrılmış torpaq sahəsinə torpaq sahəsinin Plan və ölçü sənədinin hazırlanması qanunvericiliyə əsasən yol verilməzdir. Odur ki, həmin torpaq sahəsinə hüquqi sənəd əldə etməkdən ötrü Cavabdehnə ərizə ilə müraciət edilməsi sizə tövsiyyə olunur. Cavabdeh başçısı tərəfindən qeyd olunan torpaq sahəsinin ayrılması barədə sərəncam verildikdən sonra həmin torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədi işləniləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli, **********69 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2014-cü il tarixli müraciətinizə 13 saylı ərazi idarəsində baxılmışdır. Müraciətdə Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1381/2014 saylı qətnaməsinin icrası ilə bağlı ünvan 4 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə paylar müəyyən edilməklə təkrar Reyestrdən Çıxarışın verilməsini xahiş etmisiniz. Nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının, texniki inventarlaşdırılmasınm aparılması, ünvan verilməsi, plan və ölçüsünün hazırlanması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri (mühəndis və texniklər) tərəfindən hüquq sahibinin iştirakı ilə daşınmaz əmlaka baxış keçirilir. Baxış nəticəsində daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini, habelə torpaq sahəsinin sərhədləri və qonşuluqları barədə məlumatları əks etdirən müayinə aktı, texniki pasport, plan və ölçü tərtib olunur. Odur ki, daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaratmaq məqsədilə 13 saylı Ərazi İdarəsinə gəlməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan iddiaçının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığı xx.xx.2014-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyəti başçısının 30 yanvar 1996-cı il tarixli, 08 saylı sərəncamı ilə mənim (İddiaçı2) başçılığı altında fəaliyyət göstərən “Ləman“ kəndli-fermer təsərrüfatının xüsusi mülkiyyətinə 60.0 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Torpaq sahəsinin ayrıldığı il ərzində “Ləman“ kəndli fermer təsərrüfatına torpağa mülkiyyət, sahibkarlıq və daimi istifadə hüququna dair A № 001432 nömrəli Dövlət Aktı verilmişdir. Mən dəfələrlə Şirvan şəhər kadastr idarəsinə və Salyan kadastr idarəsinə , Bakı şəhəri Dövlət Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etmişəm. Şirvan şəhər kadastr idarəsi deyir ərazi bizdən alınıb verilib Salyan ərazisinə,Salyan kadastr idarəsinə müraciət edirəm deyirlər Şirvan şəhərinə müraciət et.Mən qalmışam yollarda.Xahiş edirəm komitədən bir nümayəndə,Şirvan və Salyan kadastr idarələrindən nümayəndə ayırasınız gəlib torpağa baxış keçirilsin. Şirvan və Salyan ərazisinə düşsə hansı şəhər və rayon rəy versin mənə kadastr verilsin. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan bələdiyyəsinin Şirvan şəhər İcra Hakimiyyətinə ünvanldağı xx.xx.2020-ci il tarixli, 02/36 nömrəli məktubunda qeyd edilmişdir ki, şifahi sorğuya cavab olaraq məlumat veririk ki, Şirvan şəhər sakini İddiaçı2 təsisçisi olduğu “Ləman” kəndli Fermer Təsərrüfatına məxsus 60 hektar torpaq sahəsinin naturada yerinin və sahə ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı əvvəllər Şirvan şəhər Bələdiyyəsinə və keçmiş DT və XK-nın Şirvan şəhər torpaq şöbəsinə müraciət etmişdir. Müraciətlə bağlı keçmiş DT və XK-nın Şirvan şəhər torpaq şöbəsinin mütəxəssisləri tərəfindən ətraflı araşdırma aparılaraq müyyən edilmişdir ki, müəssisəyə məxsus 60 hektar torpaq sahəsi qonşu Salyan rayonunun inzibati ərazisində yerləşir. Odur ki, vətəndaş İddiaçı2 tövsiyyə olunmuşdur ki, torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi ilə bağlı keçmiş DT və XK -nın Salyan rayon torpaq şöbəsinə müraciət etsin. Xahiş edirik nəzərə alasınız. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Cavabdeh başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamına əsasən Şirvan şəhər sakini X7 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsi ona verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamından 2014-cü il tarixdən məlumatlı olmuş və həmin tarixdən aidiyyatı üzrə müvafiq qurumlara müraciətlər etmişdir. 2014-cü ildən hazrıki günə kimi ona verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Cavabdeh başçısının 15 sentyabr 2014-cü il tarixli, 200s saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əli Bayramlı şəhər İcra hakimiyyətinin 30 yanvar 1996-cı il tarixli 8 saylı sərəncamına əsasən İddiaçı2 (“Ləman” X3 rəhbəri) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 60,0 ha torpaq sahəsi mülkiyyətinə, sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh başçısının 15 sentyabr 2014-cü il tarixli 200-s saylı sərəncamının surəti ilə Şirvan şəhər sakini X7 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 1150 ha, bundan çoban evi və tövlə altına 2 ha torpaq sahəsi icarəyə verilmişdir. Hazırda iddiaçı Cavabdeh xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamının Dövlət aktı ilə İddiaçı2 verilmiş 60 hektar hissəsində ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının izahatından, iş materialında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamına əsasən Şirvan şəhər sakini X7 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsi ona verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı Cavabdeh başçısının 15 sentyabr 2014cü il tarixli, 200-s saylı sərəncamından 2014-cü il tarixdən məlumatlı olmuş və həmin tarixdən aidiyyatı üzrə müvafiq qurumlara müraciətlər etmişdir. 2014-cü ildən hazrıki günə kimi ona verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Həmçinin həmin torpaqla bağlı icarə haqlarını və vergiləri ödəməmişdir. Başqa sözlə 2014-cü ildən hazırda mübahisələndirilən sərəncamın qəbul edilməsindən iddiaçı faktiki olaraq məlumatı olmuşdur. İddiaçının sərəncamdan məlumatlı olmasının digər sübutu onunla ifadə olunur ki, 2017-cı ildən hazırkı günə kimi o, sözügedən torpaq sahəsindən faktiki olaraq istifadə etməmiş, qanunla nəzərdə tutulmuş icarə haqlarını və vergiləri ödəməmişdir. Hətta ötən bu illər ərzində torpağın qanunsuz sahiblikdən geri alınması ilə bağlı nə icra hakimiyyətinə nədə ki, digər şəxslərə qarşı məhkəmədə iddia qaldırmamış, hüquqmühafizə orqanlarına müaraciət etməmişdir. Topraq sahəsindən uzun müdət istifadə etməməsi, həmin dövrlər ərzində torpaqla bağlı icarə haqlarını ödəməməsi, həmin torpaq sahəsindən başqa şəxslərin istifadə etməsini bilməsi və torpağın geri qaytarılması ilə bağlı ötən illər ərzində icra hakimiyyəti və digər şəxslərin qanunsuz hərəkətləri (əgər var idisə) barədə məhkəməyə və hüquqmühafizə orqanlarına müraciət etməməsi hazırda mübahisələndirlən sərəncamdan iddiaçının məlumatlı olması anlamına gəlir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən sərəncamın istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin sərəncamın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin sərəncamın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin sərəncamdan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (torpağın iddiaçının istifadəsindən geri alınması, həmin torpaqdan başqa şəxslərin istifadəsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində heç bir etirazı olmamışdır. Həmçinin mübahisəli torpaq sahəsinə yerində baxış protokolundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi M.T.Vəliyev iştirak etmiş, mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, həmin ərazinin Salyan rayonunun ərazisi olması müəyyən edilmiş, həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsinin ona verilmiş torpaq sahəsi ilə eyni ərazi olması müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İddiaçı2 R № 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququn dair Dövlət Aktına əsasən iddia etdiyi 60.0 ha torpaq sahəsi, Cavabdeh başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamına əsasən Şirvan şəhər sakini X7 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və iddia olunan hissədə üst-üstə düşməsini iddia etdiyi həmin torpaq sahəsinin İddiaçı2 məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni Cavabdeh xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamından 2014-cü ildən (sərəncamın ləğvi üçün müvafiq qurumlara şikayətlər etdyi vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, iddia ərziəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı2 inzibati icraat qaydasanda iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamından məlumatlı olduğu vaxtdan 6 (altı) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı2 (“Ləman” X3 rəhbəri) Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı2 (“Ləman” X3 rəhbəri) Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamının Dövlət aktı ilə İddiaçı2 verilmiş 60 hektar hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə hesab edir ki, iddia tələbi mümkünsüz sayıldığından, ekspert rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri İddiaçı2 (“Ləman” X3 rəhbəri) tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı2 (“Ləman” X3 rəhbəri) Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamının Dövlət aktı ilə İddiaçı2 verilmiş 60 hektar hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı2 (“Ləman” X3 rəhbəri) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar