Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-35/2024 30.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “adına hesablanmış 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1351,80 manat məcburi dövlət sosial sığorta haqqı, 389,88 manat maliyyə sanksiyası ümumilikdə 1741.80 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 20.80 manat məcburi dövlət sosial sığorta haqqı, 0.56 manat maliyyə sanksiyası üzrə ümumilikdə 21.36 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “sosial sığorta və işsizlikdən sığorta üzrə əsassız hesablanmış 1743,07 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxs 4 saylı regional ərazi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxsin “üçüncü şəxsin dəyişdirilməsi barədə” ərizəsi təmin edilərək, iş üzrə üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, “İddiaçı adına hesablanmış 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1351,80 manat məcburi dövlət sosial sığorta haqqı, 389,88 manat maliyyə sanksiyası ümumilikdə 1741.80 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 20.80 manat məcburi dövlət sosial sığorta haqqı, 0.56 manat maliyyə sanksiyası üzrə ümumilikdə 21.36 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə vergi ödəyicisi kimi qeydə alınmış, vergi ödəyicisi kimi dövlət büdcəsinə ödənilməli olan vergiləri vaxtlı-vaxtında ödəmişdir. Dövlət büdcəsinə vergilər üzrə heç bir borcu yoxdur. Səhhəti ilə əlaqədar sahibkarlıq fəaliyyətini dayandırdığı üçün 2018-ci ilin sonlarında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş və müraciəti əsasında vergi orqanı ilə bağlanmış “Vergi partnyorluğu” sazişi ləğv olunmuşdur. Sahibkarlıq fəaliyyətinin dayandırılması barədə DSMF-nin Şirvan şəhər şöbəsinə məlumat verdikdə onlar VÖEN-nin bağlanması ilə bağlı bütün məlumatları Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində göndərəcəklərini bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən ona Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin 393600 nömrəli 01,04.2020-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bildirişdə 1743.07 manat vergi borcunun ondan alınaraq müvafiq dövlət təşkilatının hesabına ödənilməsi qeyd edilmişdir. Qeyd edilən bildiriş üzrə borcun hansı dövrdə, hansı səbəbdən yaranması qeyd edilməmiş, müvafiq dövlət təşkilatından borc olması barədə ona bildiriş, xəbərdarlıq, tələbnamə göndərilməmiş, ümumiyyətlə borc olması barədə nə rəsmi nədə ki, qeyri-rəsmi məlumat verilməmişdir. Bundan başqa onun vergi orqanlarına və məcburi sosial-sığorta haqqlarına görə heç bir borcu yoxdur. İddia tələbi ilə əlaqədar dəfələrlə cavabdeh tərəf ilə borcun araşdırılması üçün görüşülmüş, iddia tələbi ilə əlaqədar Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-520/2021 saylı iş üzrə araşdırma aparılmışdır. Lakin məhkəmədən kənar razılığa gəlmək üçün iddia ərizəsi və əlavə edilmiş sənədləri geri götürmüşdür. Hazırda borcun silinməsi istiqamətində cavabdeh tərəf ilə heç bir razılığa gəlməmişdir. Fəaliyyət dövrü, yəni, xx.xx.2013-cü ildən 2018-ci ilin sonlarınadək hər ay üzrə həm vergi orqanlarına və məcburi sosial-sığorta məbləğləri barədə müvafiq orqanlar tərəfindən verilmiş məlumat əsasında ödəniş məbləğlərini müvafiq hesablara ödəniş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi borcun yaranma səbəblərini araşdırmadan, 2018-ci ilin sonlarında VÖEN-nin bağladığımı nəzərə almadan, 2018-ci ildən xx.xx.2020-ci il tarixədək ona heç bir yazılı və ya şifahi məlumat, bildiriş vermədən səlahiyyətlərindən istifadə edərək əsassız hesabladıqları borcları ondan almaq üçün icra vərəqəsi vermişdirlər. Həmçinin cavabdeh təşkilata borc məbləğinin yaranması və inzibati aktın ləğv edilməsi barədə müraciət edilməsinə baxmayaraq, buqünədək müraciətə cavab verilməmiş, bununla da “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasinin Qanunu”nun müdəaları pozulmuşdur. Qeyd edilən əsaslar 5 saylı Ərazi Vergilər İdarəsinin tələbin icraya yönəldilməsi haqqında qərarın əsassız olmasını birbaşa sübut edir. Azərbaycan Respublikasinin Konstitusiyasinın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqların inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasinin Konstitusiyasinın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasinin Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən Vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikasinin Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikasinin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı 5 saylı Ərazi Vergilər idarəsinə yaranmış sosial sığorta və işsizlikdən sığorta haqları barədə borcun silinməsi ilə bağlı müraciət etmişdir. Yaranmış borc xx.xx.2019-cu ildən əvvələ aid olduğu üçün İdarə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Uçota Nəzarət və Sosial Sığorta şöbəsinə İddiaçı yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borcu ilə bağlı sorğu etmişdir. İdarəyə daxil olmuş cavab məktubunda bildirilmişdir ki, İddiaçı 2018-ci ilin 1 oktyabr tarixinə 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1351,80 manat məcburi dövlət sosial sığorta haqqı, 389,88 manat maliyyə sanksiyası və 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə isə 20,80 manat məcburi dövlət sosial sığorta haqqı, 0,56 manat maliyyə sanksiyası üzrə borcu yaranmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa müvafiq olaraq sığortaedənin 0702 fəaliyyət növünə görə 48,22 manat maliyyə sanksiyası üzrə borcu 2018-ci ilin 14 noyabr tarixində silinmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinin xx.xx.2020-ci il tarixə olan göstəricilərinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1756,30 manat (0702ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fəaliyyət növü üzrə 1631,06 manat, 0732-digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fəaliyyət nÖVÜ Üzrə 125,24) borCU qalmışdır. Yaranmış borc ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən İddiaçı son olaraq xx.xx.2020-ci il tarixdə **********158300 nömrəli bildiriş göndərilmiş və yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vetgi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 3,1 faizi məbləğində faiz tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə cu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinin müddəlarına əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeylərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual. Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının iddiaya münasibətində qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsinin əsasları kimi qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə vergi ödəyicisi kimi qeydə alınmışdır. Vergi ödəyicisi kimi dövlət büdcəsinə ödənilməli olan vergiləri vaxtı-vaxtında ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Şəhəri üzrə İcra və Probasiya İdarəsinin 393600 nömrəli xx.xx.2020-ci il tarixli icra vəqəəsi üzrə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bildirişdə 1743,07 manat vergi borcunun ondan tutularaq müvafiq dövlət təşkilatının hesabına ödənilməsi qeyd olunmuşdur. Borcun hansı dövrdə, hansı səbəbdən yaranması ona məlum deyildir. Hesab edirik ki, iddia ərizəsi aşağıda qeyd olunan əsaslara görə təmin olunmamalıdır: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə esasən, Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 21 oktyabr 2005-ci il tarixli Qanunun 16-cı bəndinə əsasən 14-cü maddənin dördüncü, beşinci və altıncı hissələri aşağıdakı redaksiyada verilmişdir. Ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 70 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə 40 faizi məbləğinin: Bakı şəhərində 100 faizi, Sumqayıt ve Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər səhərlərdə və qəsəbələrdə 60 faizi kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli 3112 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat, “Minimum ayliq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli 2608 nömrəli sərəncamına əsasən mininum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dan 116 manat, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli 3545 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə 08 fevral 2019-cu il tarixli 937 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərində İddiaçı xx.xx.2014-cü il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixidə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixda 17,00 manat, xx.xx.2015-ci il tarixdə 30,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17,00 manat, xx.xx.2015-ci il tarixdə 17.00 manat, xx.xx.2016-cı il tarixdə 17,00 manat, xx.xx.2016-cı il tarixdə 17.00 manal, xx.xx.2016-cı il tarixdə 17.00 manat, xx.xx.2016-cı il tarixdə 17,00 manat, xx.xx.2017-ci il tarixdə 19,00 manat, xx.xx.2017-ci il tarixdə 19,00 manat, xx.xx.2017-ci il tarixda 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixdə 18,00 manat, xx.xx.2017-ci il tarixde 18,00 manat xx.xx.2018-ci il tarixde 18,00 manat, xx.xx.2018-ci il tarixdə 18,00 manat, xx.xx.2018-ci il tarixdə 18,00 manat, xx.xx.2018-ci il tarixdə 18,00 manat, xx.xx.2018-ci il tarixdə 20,80 manat, xx.xx.2018-ci il tarixde 20,80 manat, xx.xx.2018-ci il tarixdə 20,80 manat, xx.xx.2018-ci il tarixdə 20,80 manat, xx.xx.2018-ci il tarixdə 20,80 manat, xx.xx.2019-cu il tarixdə 20,80 manat, xx.xx.2019-cu il tarixdə 20,80 manat, xx.xx.2019-cu il tarixdə 20,80 manat ödədiyi qeyd olunmuşdur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Hesabatın "ödənişlər" bölməsində 2014-cü il üzrə 204,00 manat, 2015-ci il üzre 204,00 manat, 2016-cı il üzrə 170 manat, 2017-ci il üzrə 254.00 manat, 2018-ci il üzrə 104,00 manat olmaqla ümumilikdə 919,00 manat qeyd olunmuşdur. Yuxanda istinad olunan Qanunun müvafiq normasından məlum olur ki, həmin dövr üzrə ticarət sahəsində sahibkalıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 70 faizi məbləğinin respublika tabeli digər səhərlərdə 80 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan sexsler ise 40 faizi məbləğinin respublika tabeli digər şəhərlərdə 80 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Ümumilikdə, məhkəmədən yuxarıda qeyd edilən qanunvericilik normalarınə və işin faktiki halları nəzərə almaqla İddiaçı iddia tələbi əsassız olduğudan inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Məcburi dövlət sosial sığorta haqqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, **********516 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqları üzrə 1372.6 manat, tətbiq olunmuş maliyyə sanksiyası (və ya inzibati cərimə) və digər sosial sığorta öhdəlikləri üzrə 390.45 manat borcunuz yaranmışdır. Məcburi dövlət sosial sığorta haqqları üzrə borcların ödənilməməsinə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edildiyi, habelə borcların ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün sığorta haqqının 0,1 faizi məbləğində penyanın hesablandığı nəzərə alınaraq borclarınızı və borclarınızın ödənildiyi günədək hesablanmış penya məbləğini təcili olaraq ödəməyiniz Sizə təklif edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsaslanaraq bildiririk ki, 5(beş) iş günü ərzində göstərilən borclar ödənilməzsə, həmin vəsaitin məcburi alınması məqsədi ilə banklarda və digər kredit təşkilatlarında olan hesablaşma, valyuta və digər hesablarınıza icra sənədi olan “Sərəncam” qoyulacaq və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görüləcəkdir İş materiallarında olan tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən 1743,07 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsinin 393600 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi nəzərədən keçirərək icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********593600 nömrəli məktubunda qeyd edilmişdir ki, sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzləri 2013- 2018-ci illərə aid olduğu üçün ödəniş qəbzlərinin borc hesablanarkən nəzərə alınıb-alınmaması hissəsində 5 saylı Ərazi Vergilər İdarəsinin sorğuya cavab verməsi mümkün deyil. İddiaçı ********** nömrəli vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) ilə xx.xx.2013-cü il tarixdə vergi uçotuna alınmışdır. Fiziki şəxsin “onlayn qeydiyyat” ərizəsinə əsasən fəaliyyət sahəsi “ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” olmuşdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ərizəsi əsasında fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Hesabatın “Ödənişlər” bölməsində qeyd olunan məbləğlərə əsasən sığortaedən İddiaçı (SUN: **********4) 2014-CÜ il tarixi üzrə 204,00 manat, 2015-ci il tarixi üzrə 204,00 manat, 2016-cı il tarixi üzrə 170,00 manat, 2017-ci ilin İ rübü üzrə 38,00 manat, İİ rübü üzrə 36,00 manat, İİİ rübü üzrə 54,00 manat, İV rübü üzrə 54,00 manat, 2018-ci il İ rübü üzrə 36,00 manat, İİ rübü üzrə 36,00 manat, İİİ rübü 41.60 manat, İV rübü 62.40 manat ödəniş etmiş, 2019-cu il İ, İİ, İİİ rübləri üzrə isə hesabat təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlər ilə Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeyd olunan ödənişlərin müqayisəsi barədə məlumat əks olunmuş cədvəl Sizə təqdim edilir. Məhkəmənin iş üzrə 06 dekabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 9/519 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: rəyin təsviri hissəsində göstərildiyi kimi, ekspert qarşısında «İddiaçı fəaliyyət dövrü üçün məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcu və maliyyə sanksiyası nə qədərdir və həmin borc məbləğindən İddiaçı tərəfindən hər hansı ödənişlər aparılmışdırmı, İddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə borcu və tətbiq edilən maliyyə sanksiyasının məbləği hazırki vaxtdan nə qədər təşkil edir, Yaranmış borc “Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları”na uyğun hesablanmışdırmı, İddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə borc və tətbiq edilən maliyyə sanksiyası həqiqəti əks etdirirmi yəni, düzgün hesablanmışdırmı və İddiaçı məcburi dövlət sosial sığorta haqqlarına görə borc hesablanarkən iş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlər üzrə ödənişlərin nəzərə alınıb-alınmaması, əgər alınmamışdırsa, həmin qəbzlər nəzərə alındıqda iddiaçının borcu yaranırmı” sualları qoyulmuşdur. Bildirilir ki, məhkəməmühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin təqdim edilmiş iş materiallarında ekspert qarşısında qoyulan suallar üzrə hesablanma aparılması üçün ilkin mühasibat sənədləri, hesabatlar və s. öz əksini tapmamışdır. Belə ki, təqdim edilmiş iş materiallarında sığortaolunanın hesabı üzrə cədvəllər, ödəniş qəbzləri və şəxsi hesab vərəqəsi öz əksini tapmışdır ki, həmin cədvəllərdə, qəbzlərdə və şəxsi hesab vərəqəsində göstərilənlərə dair hesablanma aparılması üçün ilkin mühasibat sənədlərinin, hesabatların və s. sənədlərin olması zəruridir. Bu səbəbdəndə hazırkı ekspertiza qarşsında qoyulan suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadı. Rəyin tədbiqi hissəsində göstərilən sənədlər hazırki ekspertiza qarşısında qoyulan suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadı. Məhkəmənin iş üzrə 11 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/9/7698 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, yəni təqdim edilmiş iş materiallarında ekspert qarşısında qoyulmuş suallar üzrə hesablamanın aparılması üçün zəruri olan mühasibat sənədləri (əmək haqqı ödəmə cədvəlləri, əmək haqqı ştat cədvəlləri, B1 hesabatları və s.) öz əksini tapmadığından İddiaçı hesablanmış əlavə sosial sığorta haqlarının hansı məbləğdə olubolmaması barədə hazırki tədqiqatla konkret nəticəyə gəlmək mümkün olmadı. Lakin, təqdim edilmiş iş materialların 73-cü səhifəsində öz əksini tapmış DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının möhürü ilə təsdiqlənmiş Sığortaolunanın hesabı məlumatlarında 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə cəmi gəlirinin 9282 manat, hesablanmış sığorta haqqının 2497,50 manat, ödənilmiş vəsaitin 2521,32 manat olduğu, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə isə cəmi gəlirinin 1220 manat, hesablanmış sığorta haqqının 195,20 manat, ödənilmiş vəsaitin 104,00 manat olduğu göstərilmişdir. Bu hala məhkəmə tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-88224/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 2013-cü ilin 1 iyul tarixindən 2018-ci ilin 1 oktyabr tarixinədək olan dövrlər üzrə sığortaedən tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat məlumatlarının və sığortaedənə elektron qaydada göndərilmiş xəbərdarlıqların surətlərini təqdim edirik. Bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənin 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə 48 manat 22 qəpik borcu 2018-ci ilin 14 noyabr tarixində şəxsi hesabından silinmişdir. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixdən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-128280/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sığortaedən İddiaçı tərəfindən 2013-cü ilin İİİ rübü və sonrakı dövrlər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatlara əsasən İddiaçı 2018-ci ilin 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 1372 manat 60 qəpik, məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə 390 manat 44 qəpik borcu yaranmışdır. Məlumat üçün bildirilir ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Eyni zamanda bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun 2-ci maddəsinə əsasən sığortaedənin 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə 48 manat 22 qəpik borcu 2018-ci ilin 14 noyabr tarixində şəxsi hesabından silinmişdir. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixdən məcburi sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilənədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış, hesablanmış borcun tərkibi barədə məlumat vergi orqanına ötürülmüşdür. İşin müəyyən olunan hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin səbəbləri – iddiaçı barəsində 01 yanvar 2019-cu il tarixədək məcburi sosial sığorta haqqları üzrə borcun mövcud olubolmaması ilə bağlıdır. Belə ki, “Sosial sığorta haqqında” Qanunun: 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifəsidir. 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 14.3.2-ci maddəsonə əsasən, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 21 oktyabr 2005-ci il tarixli Qanunun 16-cı bəndinə əsasən 14-cü maddənin dördüncü, beşinci və altıncı hissələri aşağıdakı redaksiyada verilmişdir: - Ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 70 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə 40 faizi məbləğinin: Bakı şəhərində 100 faizi, Sumqayıt ve Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər səhərlərdə və qəsəbələrdə 60 faizi kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli 3112 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat, “Minimum ayliq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli 2608 nömrəli sərəncamına əsasən mininum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dan 116 manat, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli 3545 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə 08 fevral 2019-cu il tarixli 937 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixdən məcburi sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Məhkəmə bildirir ki, məcburi ödənişlərin alınması da daxil olmaqla dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Sözügedən dəyərlərin müdafiəsinə yönəlmiş təməl prinsiplərdən biri kimi hüquqi müəyyənlik prinsipi isə Azərbaycan Respublikasının Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edir. Bu prinsip digər tələblərlə yanaşı, ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İşdən görünür ki, iddiaçı adına hesablanmış 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1351,80 manat məcburi dövlət sosial sığorta haqqı, 389,88 manat maliyyə sanksiyası ümumilikdə 1741.80 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 20.80 manat məcburi dövlət sosial sığorta haqqı, 0.56 manat maliyyə sanksiyası üzrə ümumilikdə 21.36 manat əsassız hesablanmış borc məbləğləri ilə razılaşmır və həmin borcların silinməsini xahiş edir. Bununla bağlı ödənişlər etdiyini bildirmiş və ödəniş etdiyi qəbzləri məhkəməyə təqdim etmişdir. Eləcə də, məhkəmə tərəfindən müvafiq araşdırmalar aparılmış və iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixindən xx.xx.2018-ci ilə kimi -
1. 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə: - 2013-cü il üzrə cəmi 170,69 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı, 68 manat ödənildiyi müəyyən edilir, - 2014-cü il üzrə cəmi 482,53 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı, 204 manat ödənildiyi müəyyən edilir, - 2015-ci il üzrə cəmi 518,27 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı, 204 manat ödənildiyi müəyyən edilir, - 2016-cı il üzrə cəmi 558,5 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı, 170 manat ödənildiyi müəyyən edilir, - 2017-ci il üzrə cəmi 623,14 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı, 182 manat ödənildiyi müəyyən edilir, - 2018-ci il üzrə cəmi 288,55 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı, 72 manat ödənildiyi müəyyən edilir.
2. 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növünə görə: - 2018-ci il üzrə cəmi 62,96 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı, 41,6 manat ödənildiyi müəyyən edilir. Ümumi olaraq qeyd edilən illər ərzində 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növü üzrə 2641,68 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı və iddiaçı tərəfindən həmin illər ərzində 900 manat ödənişin edildiyi, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə isə 62,96 manat MDSS haqqı və maliyyə sanksiyası hesablandığı və iddiaçı tərəfindən həmin illər ərzində 41,60 manat ödənişin edildiyi müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbzlərlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 128280/2024 nömrəli məktubuna əlavə edilən sənədlər qarşılıqlı yoxlanılaraq ödənilən qəbzlərin hər birinin inzibati orqan tərəfindən qeydə alındığı müəyyən edilir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun 2-ci maddəsinə əsasən sığortaedənin 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə 48 manat 22 qəpik borcu 2018-ci ilin 14 noyabr tarixində şəxsi hesabından silindiyi müəyyən edilmişdir. Eləcə də məhkəmə borc məbləğlərinin silinib-silinməməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Göründüyü kimi, Vergi Məcəlləsinin 85.4 və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı tərəf hdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Əsas arqument borcunun olmaması, hər ay olan ödənişlərin ödənilməsi olmuşdur ki, inzibati orqan tərəfindən təqdim edilən sənədlərə əsasən iddiaçının müvafiq ödənişlər etməsinə baxmayaraq qeyd edilən ödənişlərin tam ödənilmədiyi sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “adına hesablanmış 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1351,80 manat məcburi dövlət sosial sığorta haqqı, 389,88 manat maliyyə sanksiyası ümumilikdə 1741.80 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 20.80 manat məcburi dövlət sosial sığorta haqqı, 0.56 manat maliyyə sanksiyası üzrə ümumilikdə 21.36 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə xx.xx.2022ci il tarixli, 9/519 nömrəli rəy üzrə 150 (yüz əlli) manat, xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/7698/2023 nömrəli rəy üzrə 20 (iyirmi) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1, 4.1, 14, 23.1, 58.7. 62, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “adına hesablanmış 0702 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1351,80 manat məcburi dövlət sosial sığorta haqqı, 389,88 manat maliyyə sanksiyası ümumilikdə 1741.80 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 20.80 manat məcburi dövlət sosial sığorta haqqı, 0.56 manat maliyyə sanksiyası üzrə ümumilikdə 21.36 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə xx.xx.2022ci il tarixli, 9/519 nömrəli rəy üzrə 150 (yüz əlli) manat, xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/7698/2023 nömrəli rəy üzrə 20 (iyirmi) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov