Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-35/2025 21.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 18 iyun 2023-cü il tarixli, 4WY13UA0010 saylı qərarının ləğv edilməsi və ona 18 iyun 2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 yanvar 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E TDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyinə görə ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 24 may 2022-ci il tarixli qərardadı ilə “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 18 iyun 2023-cü il tarixli, 4WY13UA0010 saylı qərarının ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 18 iyun 2023-cü il tarixli, 4WY13UA0010 saylı qərarının ləğv edilməsi və ona 18 iyun 2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1951-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993cü ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissənin tərkibində baş leytenant rütbəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində heç bir vəzifə səhlənkarlığına yol verməmiş, verilən döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək rəis heyyətinin və yuxarı komandanlığın dərin hörmət və rəğbətini qazanmışdır. Ağdam və Fizuli rayonlarının işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Xidmət etdiyi müddətdə düşmənin xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını sıradan çıxartmışdır. Belə ki, xx.xx.1994-cü il tarixdə döyüş tapşırığını yerinə yetirən zaman mənfur düşmən gülləsinə tuş gələrək ağır yaralanmışdır. xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü ilə kimi “qarın boşluğu, kürəyin sol, baş nahiyəsində qəlpə yaraları, kəllə beyin travması” diaqonzu ilə N saylı hərbi hissənin hospitalında müalicə olunmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə xəstəliyi hərbi travma olması və Travmanın Azərbaycan Respublikasının Müdafıəsi zamanı aldığı təsdiqlənmişdir. Onu da bildirmək istəyir ki, bundan başqa hər iki gözləri həddindən artıq zəif görür, sağ ayağından qəlpə çıxarıldığı üçün yerimə qabiliyyətini qismən itirmiş, ürək ağrılarından ciddi əziyyət çəkir və ürəyindən müalicə olunur. Mədə ağrılarından müalicə olunmuşdur. 24 ildən artıq bir müddətdir ki, xəstəliklərdən ciddi əziyyət çəkir. Belə ki, cavabdeh tərəfındən müayinə olunduqdan sonra ona “Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilməmiş xəstəliklər zamanı demenisiya. Üzvi mənşəlli (baş deyin travması nəticəsində) ağıl zəifliyi davranış pozuntuları ilə uzun sürən psixotrik hallar” müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Psixatiriya X6 şəxsi tərəfindən verilmiş rəsmi məktubda göstərilmişdir ki, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstəxanada müalicə olunmuşdur. Onu da bildirir ki, əlavə olaraq xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi Respublikası Psixatiriya Xəstəxanasında müalicə olunmuşdur. Lakin bütün bunlara baxmayaraq ona xəstəliyinə görə əlillik dərəcəsi təyin edilməsindən imtina edilmşdir. Nəticədə məcburiyyət qarşısında qalaraq nıəhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 0313003AAHHQ saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin travması nəticəsində psixopata bənzər davranış; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: XƏSTƏNİN İXTİSASLAŞMİŞ KLİNİKADA STASİONAR MÜAYİNƏ VƏ MÜALİCƏYƏ EHTİYACİ VAR” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 0313003AAHR4 saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla. üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beyinin travması nəticəsində şəxsiyyətin dəyşikliyi və paranoyal daxil olmalarla, psixopata bənzər davranışla. Başın təpə nahiyyəsində, qarının ön divarında döş qəfəsinin arxa səthində odlu silah yaralanmasından olan çapıq izləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 1994-cü ildə xəstəlik başlasada, lakin 1997-ci ildən 2018-ci ilədək heç bir ambulator və stasionar müalicələr barədə məlumat qeyd edilməyib, diaqnozu dəqiqləşdirmək üçün əlavə stas müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 0313003AAJ4H saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F02* - Başqa rubrikalarda təsnif edilən, digər xəstəliklər zamanı d...; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, -Üzvü mənşəli (baş beyinin travması nəzticəsində) ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (iki ildən çox) psixotik hallarla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər 2020-ci il üçün stasionar müalicə yetərli deyil. 1 Saylı Respublika Psixiatriya Xəstəxanasi ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F02* - Başqa rubrikalarda təsnif edilən, digər xəstəliklər zamanı d...; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Üzvü mənşəli (baş beyinin travması nəzticəsində) ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (iki ildən çox) psixotik hallarla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0313003AAL86 saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qarın boşluğu, kürəyin sol, baş nahiyyəsində qəlpə yaraları, kəllə beyin travması. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, ictimailəşmiş davranış pozğunluğu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Üzvi mənşəli ağıl zəifliyi, davranış pozuntuları uzun sürən (2 ildən çox) psixotik hallarla. Miopiya, Zəif dərəcəli miopiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Salyan rayon sakini İddiaçı (FİN:4WY13UA) əlillik vəziyyəti tibb müəssisəsinin 0313003AAJ4H nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş, stasionar müalicə yetərli olmadığı səbəbindən müalicəsinin davam etdirilməsi barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 135 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qarın boslugu, kürəyin sol, baş nahiyyəsində qəlpə yaraları, kəllə-beyin travması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Basqa rubrikalarda təsnif edilən, dipər dəqiqləsdirilmiş xəstəliklər zamanı demensiya. Üzvü mənsəli (bas beyinin travması nəzticəsində) ağıl zəifliyi davranıs pozuntuları ilə və uzun sürən (iki ildən çox) psixotik hallarla” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Salyan rayon sakini xx.xx.1951-ci il təvəllüdlü İddiaçı (FİN:4WY13UA) əlillik vəziyyəti tibb müəssisəsinin **********9 nömrəli məktubuna əsasən xx.xx.2021-ciil tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0313003AAL86 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli, 135 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı basın orta təpə nahiyəsində bir ədəd, qarnın ön səthində, qöbəkdən bir qədər yuxarı və sağda bir ədəd, döş gəfəsinin arxa səthində, təxminən 4-5-ci fəqərə səviyyəsində bir ədəd köhnə çapıq toxumalar. Qarın bosluğu, kürəyin sol, bas nahiyəsində qəlpə yaraları, kəlləbeyin travması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır’’ kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri müəyyən edilməmisdir kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol gözün zəif görməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında hərbi xidmətə “1897-ci ildə göndərildiyini” bildirmiş, verilmiş suallara təkrarlayaq 97 cavabını ifadə etmiş, daimi hərbi formada olduğunu qeyd etmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Depakin”, “Fenazepam” qəbul etdiyini bildirmişdir. Komissiyaya dəvət olunmuş nəvəsinin verdiyi anamnestik məlumatlara əsasən, babasının adları qarışdırdığını, yolu unutduğunu, yaddaşının zəiflədiyini bildirmişdir. Təqdim olunmuş, baş-beyin MRT müayinəsinin nəticəsində ocaqlı patologiya aşkarlanmamış, yaşla əlaqədar dəyişikliklər müşahidə edilmişdir. Nevroloji və psixi statusunda əlillik təyinatına əsas verən defisit izlənilməmiş, demensiya əlamətlərini simulasiya etmiş, sənədlərinə əsasən 2018-ci ildə ünsiyyətə sərbəst və həvəslə daxil olurmuş, hazırkı vəziyyəti emosional labil kimi dəyərləndirilmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də, sol kürək, təpə və göbəkdən 3-4 sm yuxarı nahiyədə çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 3972/22 nömrəli Xəstəlik tarixindən Çıxarışda diaqnoz “Üzvi ağıl zəifliyi, davranıs pozuntuları ilə, uzun sürən (2 ildən çox) psixotik hallarla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6764 nömrəli Tibbi rəyin nəticəsi “OU-Zəif dərəcəli miopiya” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. İstanbul NS Klinikasının xx.xx.2022-ci il tarixli Kranio-cerebral MRT müayinəsinin nəticəsi “Böyük beyin yarımkürələri mülayim həcm azalmaları ilə yanası, təpə paylara aid paraventrikulyar dərin ağ maddələri daxilində rast gəlinən 4-5 mm ölçülü simmetrik xroniki isemiya ocaqları qeyd edilir (Fazekas-1). Sol vertebral arteria dural seamenti hipoplazik incələməsi. Paranazal sinusların xroniki yığıntılı tutulumları (Xroniki paranazal pansinusit)” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “ODyetişməmiş fəsadlı katarakta. OS-Yetişməmiş fəsadlı katarakta, görmə sinirinin hissəvi atrofiyası. Xəstənin tibbi rəyi ilə hazırki müayinəsi arasında uyğunsuzluq var, əlavə müayinələr olunmalıdır” kimi müəyyən edilmiş, vətəndaşa tibb müəssisəsinin yeni göndərişinin rəsmiləşdirilməsi məsləhət görülmüşdür. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi səbəbdən Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularınm olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tibbi sənədlərə, həmçinin cavabdehin iddiaya qarşı etirazına əsasən İddiaçı əlillik vəziyyətinə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 0313003AAHHQ saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin travması nəticəsində psixopata bənzər davranış; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin ixtisaslaşmış klinikada stasionar müayinə və müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 0313003AAHR4 saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beyinin travması nəticəsində şəxsiyyətin dəyşikliyi və paranoyal daxil olmalarla, psixopata bənzər davranışla. Başın təpə nahiyyəsində, qarının ön divarında döş qəfəsinin arxa səthində odlu silah yaralanmasından olan çapıq izləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 1994-cü ildə xəstəlik başlasa da, lakin 1997-ci ildən 2018-ci ilədək heç bir ambulator və stasionar müalicələr barədə məlumat qeyd edilməyib, diaqnozu dəqiqləşdirmək üçün əlavə stasionar müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 0313003AAJ4H saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F02* - Başqa rubrikalarda təsnif edilən, digər xəstəliklər zamanı d...; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, -Üzvü mənşəli (baş beyinin travması nəzticəsində) ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (iki ildən çox) psixotik hallarla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər 2020-ci il üçün stasionar müalicə yetərli deyil. 1 Saylı Respublika Psixiatriya Xəstəxanasi ixtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F02* - Başqa rubrikalarda təsnif edilən, digər xəstəliklər zamanı d...; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Üzvü mənşəli (baş beyinin travması nəzticəsində) ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (iki ildən çox) psixotik hallarla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0313003AAL86 saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qarın boşluğu, kürəyin sol, baş nahiyyəsində qəlpə yaraları, kəllə beyin travması. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, ictimailəşmiş davranış pozğunluğu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Üzvi mənşəli ağıl zəifliyi, davranış pozuntuları uzun sürən (2 ildən çox) psixotik hallarla. Miopiya, Zəif dərəcəli miopiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun öz təsdiqini tapmaması - Səbəb: Xüsusi səbəbdən- Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçıya əlillik təyinatından imtinasının əsasını üç dəfə “əlavə müalicəyə ehtiyacın olması”, üç dəfə isə eyni diaqnozla “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbləri təşkil etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1951-ci ildə Salyan rayonu, Noxudlu kəndində anadan olmuş və Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olan İddiaçı (ş/v seriyası AA1664368, FİN kodu 4WY13UA) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; Şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı və yaxud diaqnozun müəyyən edilməsi üçün aparılmış müayinələrin nəticələri kifayət edirmi? Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? xx.xx.1951-ci ildə Salyan rayonu, Noxudlu kəndində anadan olmuş və Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olan İddiaçı (ş/v seriyası AA1664368, FİN kodu 4WY13UA) üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğundur? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X8 verdikləri 28 iyul 2022-ci il tarixli, T326/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qarın boşluğu, kürək nahiyəsinin qəlpə yaraları, qapalı kəllə-beyin travması, üzvi mənşəli şəxsiyyət pozğunluğu, ictimailəşmiş davranış pozğunluğu” diaqnozu şəxsin stasionarlarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patoflınksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarmı aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar İddiaçı hazırda bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəlik kəskinləşdikdə müvafıq ixtisas sahəsi üzrə həkimlərdə müalicə oluna bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1951-ci ildə Salyan rayonu, Noxudlu kəndində anadan olmuş və Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olan İddiaçı (ş/v seriyası AA1664368, FİN kodu 4WY13UA) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; Şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı və yaxud diaqnozun müəyyən edilməsi üçün aparılmış müayinələrin nəticələri kifayət edirmi? - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? - xx.xx.1951-ci ildə Salyan rayonu, Noxudlu kəndində anadan olmuş və Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olan İddiaçı (ş/v seriyası AA1664368, FİN kodu 4WY13UA) üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digərtibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğundur? Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X8 verdikləri 02 oktyabr 2023-cü il tarixli, T685/2023 saylı rəydə göstərilmişdir ki, 1.2.4. vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qarın boşluğu, kürək nahiyəsinin qəlpə yaraları, qapalı kəllə-beyin travması, üzvi mənşəli şəxsiyyət pozğunluğu, ictimailəşmiş davranış pozğunluğu” diaqnozu şəxsin stasionarlarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, klinik proqnozu qənaətbəxş olmuşdur. Tibbi sosial ekspertləri tərəfındən qiymətləndirmənin nəticələrində onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar İddiaçı hazırda bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəlik kəskinləşdikdə müvafiq ixtisas sahəsi üzrə həkimlərdə müalicə oluna bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-5830/2024 saylı məktubunda və ona əlavə edilmiş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 16 fevral 2024-cü il tarixli, 3-17-4/3-3-1230/2024 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının B00108106UPN nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 4WY13UA0010 saylı qərarından görünür ki, İddiaçı əlillik təyinatından imtina edilmiş, səbəbi “Diaqnoz öz təsdiqini tapmaması” qeyd olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 18 iyun 2023-cü il tarixli, 4WY13UA0010 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının iddiaçıya əlilliyin təyinatından imtina edilməsi haqqında mübahisələndirilən 18 iyun 2023cü il tarixli, 4WY13UA0010 saylı qərarını əsassız hesab edir. Həmin qərarda İddiaçı əlilliyin təyinatından imtinanın əsası kimi “Diaqnozun öz təsdiqini tapmaması” qeyd olunmuşdur. Halbuki, iş üzrə təqdim olunmuş və mötəbərliliyi şübhə doğurmayan tibbi sənədlərlə iddiaçıya xəstəliyi ilə bağlı təyin olunmuş diaqnozlar tam təsdiq olunur. Belə ki, işdə olan N №-li hərbi hissə komandirinin Salyan rayon Hərbi Komissarlığına ünvanladığı göndərişin surətindən müəyyən edilir ki, N №-li hərbi hissənin baş leytenantı İddiaçı “Qarın boşluğunda, kürəyin sol tərəfində, baş nahiyəsində qəlpə yaraları, kəllə-beyin travması” diaqnozu ilə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi hərbi hissənin qospitalında müalicə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına İddiaçı barəsində müvafiq qərar çıxarılması üçün ünvanladığı xx.xx.2019-cu il tarixli, 44 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən, o cümlədən Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və X4 “Canlı şəxsin bədən xəsarətlərinin təyininə dair məhkəmə-tibbi müayinəsi” haqqında xx.xx.2018ci il tarixli K/661 nömrəli aktdan görünür ki, 06 dekabr 2018-ci il tarixdən 18 dekabr 2018-ci il tarixə kimi 1951-ci il təvəllüdlü İddiaçı müayinəsi aparılmış və müəyyən olunmuşdur ki, başın orta təpə nahiyəsində bir ədəd, qarnın ön səthində, göbəkdən bir qədər yuxarı və sağda bir ədəd, döş qəfəsinin arxa səthində, təxminən 4-5-ci fəqərə səviyyəsində bir ədəd köhnə çapıq toxumaları 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir. Onlardan başın orta təpə nahiyəsində və qarnın ön səthində olanlar odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində, döş qəfəsinin arxa səthində, təxminən 4-5-ci fəqərə səviyyəsində aşkar edilmiş çapıq toxuma isə zərbə dalğasının təsirindən arxası üstə yerə yıxılarkən bərk-küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmələri inkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 135 nömrəli qərarına əsasən Salyan RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı “başın orta təpə nahiyəsində bir ədəd, qarnın ön səthində, göbəkdən bir qədər yuxarı və sağda bir ədəd, döş qəfəsinin arxa səthində, təxminən 4-5-ci fəqərə səviyyəsində bir ədəd köhnə çapıq toxumalar” və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N №-li hərbi hissənin qospitalında müayinə və müalicə olunduğu yaralanma, travma-diaqnoz: “Qarın boşluğunda, kürəyin sol tərəfində, baş nahiyəsində qəlpə yaraları, kəllə-beyin travması” (Azərbaycan Respublikası SHXÇDX Salyan rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 1 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli, 27 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli, 661 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, N №-li hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli arayış, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Salyan MRX-nın 16 may 2018-ci il tarixli “Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışdan göünür ki, Salyan rayonu, Aşağı Noxudlu kənd sakini, xx.xx.1951-ci il tarixdə doğulmuş İddiaçı xx.xx.2018-ci il tarixdə stasionara göndərilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək stasionar müalicədə olmuş, xəstəliyi ilə bağlı XBT-10 üzrə kod F-07.0 ona “Baş-beyin travması nəticəsində psixopatabənzər davranış” diaqnozu təyin edilmişdir. İşdə olan X9 xx.xx.2019-cu il tarixli, 26 nömrəli arayışına əsasən İddiaçı 15 sentyabr 1982-ci il tarixdən Texniki Peşə Məktəbində hərbi rəhbər vəzifəsində işləmiş, 01 sentyabr 1997-ci ildə səhhəti ilə əlaqədar işdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 007593 nömrəli “Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi həmin tibb müəssisəsində stasionar müalicədə olmuş və xəstəliyi ilə bağlı XBT-10 üzrə kod F-07.0 ona əsas xəstəlik “Baş-beynin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi və paranoyal daxil olmalarla” diaqnozu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 044805 nömrəli “Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi həmin tibb müəssisəsində stasionar müalicədə olmuş və xəstəliyi ilə bağlı XBT-10 üzrə kod F-07.0 ona əsas xəstəlik “Baş-beynin travması nəticəsində şəxsiyyət dəyişikliyi və paranoyal daxil olmalarla” diaqnozu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həmin tibb müəssisəsində stasionar müalicədə olmuş və xəstəliyi ilə bağlı XBT-10 üzrə kod F-02.8, F-91.2, F-23.8 ona əsas xəstəlik “Üzvi ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (2 ildən çox) psixotik hallarla” diaqnozu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 065881 nömrəli “Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi həmin tibb müəssisəsində stasionar müalicədə olmuş və xəstəliyi ilə bağlı XBT-10 üzrə kod F-02.8 ona əsas xəstəlik “Üzvi ağıl zəifliyi” diaqnozu təyin edilmiş, həmçinin, əsas xəstəliyin ağırlaşması müəyyən edilərək XBT-10 üzrə kod F-07.8 və F-06.2 ona “davranış pozuntuları ilə və uzun sürən (2 ildən çox) psixotik hallarla” diaqnozu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 076610 nömrəli “Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həmin tibb müəssisəsində stasionar müalicədə olmuş və xəstəliyi ilə bağlı XBT-10 üzrə kod F-02.8 və F-06.2 ona əsas xəstəlik “Üzvi ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (2 ildən çox) psixotik hallarla” diaqnozu təyin edilmişdir. Qeyd olunan tibbi sənədlərdə İddiaçı yaşadığı sahə üzrə daim həkim-psixiatr nəzarətində olmalı, mütləq psixiatra müraciət etməli və mütləq dərmanları qəbul etməli olduğu bildirilmişdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli 0313003AAL86 nömrəli göndərişində İddiaçı xəstəliyi ilə bağlı a) əsas diaqnoz XBT-10 üzrə kod F-07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu-İctimailəşmiş davranış pozğunluğu, b) Ağırlaşma: “kod F-23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar-İki ildən artıq baş verən psixotik hallar, kod F-91.2 İctimailəşmiş davranış pozğunluğu, kod F-02.8 Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya-Üzvi mənşəli (baş beynin travması nəticəsində) ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (iki ildən çox) psixotik hallarla” müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 090576 nömrəli “Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi tibb müəssisəsində stasionar müalicədə olmuş və xəstəliyi ilə bağlı XBT-10 üzrə kod F-02.8 ona əsas xəstəlik “Üzvi ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (2 ildən çox) psixotik hallarla” diaqnozu təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsinin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 809 nömrəli rəyindən görünür ki, İddiaçı xəstəliyi ilə bağlı təyin edilmiş XBT-10 üzrə kod F-02.8 “Üzvi ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (2 ildən çox) psixotik hallarla” diaqnozu təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 100343 nömrəli “Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi tibb müəssisəsində stasionar müalicədə olmuş və xəstəliyi ilə bağlı XBT-10 üzrə kod F-02.8 ona bir daha əsas xəstəlik “Üzvi ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (2 ildən çox) psixotik hallarla” diaqnozu təyin edilmişdir. Göründüyü kimi, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsi tərəfindən verilmiş 2019-2023-cü illəri əhatə edən bütün tibbi sənədlərdə İddiaçı xəstəliyi ilə bağlı ona əlilliyin təyin edilməsinə əsas verən a) “əsas diaqnoz XBT-10 üzrə kod F-07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu-İctimailəşmiş davranış pozğunluğu, b) Ağırlaşma: “kod F-23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar-İki ildən artıq baş verən psixotik hallar, kod F-91.2 İctimailəşmiş davranış pozğunluğu, kod F-02.8 və F-06.2 Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya-Üzvi mənşəli (baş beynin travması nəticəsində) ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (iki ildən çox) psixotik hallarla” diaqnozu dəfələrlə öz təsdiqini tapmışdır. İddiaçı xəstəliyi ilə bağlı yuxarıda sadalanan diaqnozları həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin üçüncü dərəcə əlilliyin təyin olunmasına əsas verən 2.1.14 bəndinin (davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9);) və 2.3.9-cu bəndinin (uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar) təsir dairəsinə düşürdü. Həmçinin, xəstəliyi ilə bağlı İddiaçı təyin edilmiş diaqnozlarda qeyd olunan xəstəliklər Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1-ci bəndində nəzərdə tutulan “başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya”, 7.6.1.1-ci yarımbəndində təsbit olunan “yüngül təzahür dərəcəsi (MMSE- 23- 20) unutqanlıq, vaxtı izləyə bilməmək, tanışyerlərdə itmək”, 7.6.2-ci bəndində öz əksini tapan “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular (F-06), üzvi mənşəli şəxsiyyət pozuntusu (F-07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F-07.8)”, 7.6.2.1-ci yarımbəndində təsbit olunan “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması, 7.6.2.2-ci yarımbəndində təsbit olunan “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə, davranışın pozulmasına səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” hallarına tam uyğundur və həmin Qərarda bu xəstəliklərlə bağlı orqanizmin funksiyasının pozulması faizi 35-60, orqanizmin funksiyasının pozulması müddəti 2 il müəyyən edilmişdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 135 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı yaralanmanın nəticələridiaqnoz:”Odlu silah mərmi partlamasından sonrakı “başın orta təpə nahiyəsində bir ədəd, qarnın ön səthində, göbəkdən bir qədər yuxarı və sağda bir ədəd, döş qəfəsinin arxa səthində, təxminən 4-5-ci fəqərə səviyyəsində bir ədəd köhnə çapıq toxumalar” və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N №-li hərbi hissənin hospitalında müayinə və müalicə olunduğu yaralanma, travma-diaqnoz: “Qarın boşluğunda, kürəyin sol tərəfində, baş nahiyəsində qəlpə yaraları, kəllə-beyin travması” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində İddiaçı səhhətində baş verən ağırlaşmalar tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 135 nömrəli qərarında sağlamlıq vəziyyəti ilə bağlı müayinənin nəticəsi olaraq İddiaçı “Qarın boşluğunda, kürəyin sol tərəfində, baş nahiyəsində qəlpə yaraları, kəllə-beyin travması” diaqnozu təyin olunmuşdusa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin üçüncü dərəcə əlilliyin təyin olunmasına əsas verən 2.1.14 bəndinin (davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar) və 2.3.9-cu bəndinin (uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar), həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.1-ci yarımbəndinin (“yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq), 7.6.2-ci bəndinin (baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular (F-06), üzvi mənşəli şəxsiyyət pozuntusu (F-07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F-07.8), 7.6.2.1-ci yarımbəndinin (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması), 7.6.2.2-ci yarım bəndinin (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə, davranışın pozulmasına səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar) tələblərini ödəyən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2021-ci il tarixli, 0313003AAL86 nömrəli göndərişində İddiaçı xəstəliyi ilə bağlı a) əsas diaqnoz XBT-10 üzrə kod F-07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu-İctimailəşmiş davranış pozğunluğu, b) Ağırlaşma: “kod F-23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar-İki ildən artıq baş verən psixotik hallar, kod F-91.2 İctimailəşmiş davranış pozğunluğu, kod F-02.8 Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya-Üzvi mənşəli (baş beynin travması nəticəsində) ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (iki ildən çox) psixotik hallarla” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya X6 şəxsi tərəfindən verilmiş 2019- 2023-cü illəri əhatə edən bütün tibbi sənədlərdə İddiaçı xəstəliyi ilə bağlı ona əlilliyin təyin edilməsinə əsas verən “əsas diaqnoz XBT-10 üzrə kod F-07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu-İctimailəşmiş davranış pozğunluğu, b) Ağırlaşma: “kod F-23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar-İki ildən artıq baş verən psixotik hallar, kod F-91.2 İctimailəşmiş davranış pozğunluğu, kod F-02.8 və F-06.2 Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya-Üzvi mənşəli (baş beynin travması nəticəsində) ağıl zəifliyi davranış pozuntuları ilə və uzun sürən (iki ildən çox) psixotik hallarla” diaqnozları qoyulmuş, lakin iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı bu diaqnozlarda müəyyən olunmuş hallar nəzərə alınmadan, həmin halların mövcudluğu tibbi sənədlərlə inkar edilmədən cavabdeh tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 18 iyun 2023-cü il tarixli, 4WY13UA0010 saylı tibbi sənədlərlə əsaslandırılmamış qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, yəni əsaslandırılmış tibbi sənəd cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Belə ki, İddiaçı iş materiallarında olan və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən mötəbər hesab olunan tibbi sənədlərlə müəyyən olunmuş xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “Psixi və davranış pozuntuları” bölməsində təsbit olunmuş xəstəliklərin əhatə dairəsinə tam uyğunluğu təsdiq olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 18 iyun 2023-cü il tarixli, 4WY13UA0010 saylı qərarının ləğv edilməsini və ona müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X10 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X10 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 18 iyun 2023-cü il tarixli, 4WY13UA0010 saylı qərarı ləğv edilməli və İddiaçı 18 iyun 2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 18 iyun 2023-cü il tarixli, 4WY13UA0010 saylı qərarı ləğv edilsin və İddiaçı 18 iyun 2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-35/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-35/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver