Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3502/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kompensasiya haqqında müqavilənin ləğv edilməsi, ona ödənilmiş pulun geri qaytarılması, icarə müqaviləsinin bağlanması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “kompensasiya haqqında müqavilənin ləğv edilməsi, ona ödənilmiş pulun geri qaytarılması, icarə müqaviləsinin bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1994-cı ildən Ağcabədi rayonu,Taynaq kənd ərazi dairəsi üzrə "Haramı"düzənliyi adlanan örüş-otlaq,örüş torpaq sahəsinin 175 hektarını rayon icra hakimiyyətinin sərəncamı və icarə müqaviləsi əsasında,106 hektarı xx.xx.2003-cü il tarixli,336 saylı sərəncam və icarə müqaviləsi ilə iddiaçının adına rəsmləşdirilmiş,69 hektar isə həmkəntlisinin adına rəsmiləşdirilmişdir. Beləliklə 50 nəfərə yaxın ailə üzvlərinin və digər yaxın qohumlarının birgə ailə təsərrüfatı yaradılaraq maldarlığın-heyvandarlığın inkişafı və torpağın aqrotexniki vəziyyətə gətirilməsi məqsədilə çətinliklə də olsa öz şəxsi vəsaitləri hesabına sərbəst kənt təsərrüfatı yaradaraq ailələrini dolandırmaqla yanaşı az da olsa ölkədə kənt təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə biləcək şəkildə Vöen əsasında fəaliyyət göstərirlər.Yuxarda göstərildiyi kimi bu qədər insanların yeganə dolanışıq mənbəyi,gəlir yeri 175 hektar torpaq sahəsi olsa da müvafiq qurumlar,əsasəndə rayon icra hakimiyyəti tərəfindən çox ciddi surətdə fəaliyyətlərinə maneələr yaradaraq süni şəkildə torpağa olan icarə müqaviləsinin müddətini əsassız olaraq yenidən rəsmləşdirib uzatmırlar və həmin torpaq sahəsini əllərindən almaq istəyirlər. Tez-tez icra hakimiyyətinin əməkdaşları həm yaşayış yeri,həm də ailəsinin maddi-mənəvi,sosial-iqtisadi cəhətdən dolanışığını və digər ehtiyaclarını təmin edən torpaq sahəsi üzərinə gələrək həm hədələyir,həm də çoxsaylı və illərlə əziyyət çəkib,küllü miqdarda vəsait hesabına tikilmiş tikililəri söküb küllü sayda iri və xırda buynuzlu heyvanlarıda götürüb köçməklərini tələb edirlər.Əks halda onların ailə üzvlərini tutduracaqları və ağır tonrajlı texnikalar cəlb edərək əkin sahələrini şumlayıb,evlərini və digər tikililərini uçuracaqlarını bildirirlər.Dəfələrlə rayon icra hakimiyyətinə həm rəsmi,həm də şifahi şəkildə icarə müqaviləsinin uzadılması və onlara qarşı qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etsələr də əfsuslar olsun ki, adı gedən qurum onlara qarşı kobud rəftar edərək dövlət qulluqçusunun etik davranış qaydalarına zidd olan hərəkət və ya hərəkətsizliklər edərək qanunla qorunan konstitusiyon hüquqlarını və digər qanunvericiliyin tələblərini pozmaqda davam edirlər.Həmin şəxslərin hədə qorxularından və torpaq sahəsinin əllərindən alınması kimi münasibətləri onları və digər ailə üzvlərini dərin sarsıntıya, his və həyacan keçirməklərinə məruz qoymaqda davam etdirilir.Hər il qanunla nəzərdə tutulmuş şəkildə dövlət vergi xidmətinə vergi və digər xərclərini ödəyir. Demək olar ki, son 3-4 il müddətdir ki, belə təziqlərə məruz qoymuşlar. Xüsusi ilə qeyd etmişdir ki,Ulu Öndərimizin ləyaqətli davamçısı X2 fərman və sərəncamlarını,tövsiyyələrini və rayon icra hakimiyyətinin başçısının tapşırıqlarını əsas götürərək eyni zamanda yem tədarükü üçün həmin torpaq sahəsində heyvanlarımızın qidalanmasını,yemlənməsini təmin edirlər. Əfsuslar olsun ki, icarə müqaviləsinin bağlanmasından müxtəlif bəhanələrlə imtina etmələri torpaq haqqında qanunvericiliyi, Konstitusiya məhkəməsinin imperativ qərarlarını və ümumilikdə mülki qanunvericiliyi kölgə altına alınmasına səbəb olur..İcarə müqaviləsinin vaxtı qurtarana yaxın müqavilənin uzadılıb uzadılmaması barədə əvvəlcədən nə şifahi, nə də rəsmi bildirişlər,təkliflər verilməmiş,nədə ki,sonralar müvafiq qurumlara icarə müqaviləsinin bağlanılması barədə müraciət etsələr də bunun heç bir müsbət nəticəsi olmamışdır. Həmçinin icarə müqaviləsinin şərtləri də açıq şəkildə göstərir ki, onlara qarşı qanunsuz hərəkət və ya hərəkətsizlik davam edir.Hesab edir ki, onu aldadaraq qiymətləndirmə düzgün aparılmamışdır və bağlanmış müqavilə qanunsuz və etibarsızdır.. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehlərin nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir, Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı məhkəm iddia tələbi ilə müraciət edən zaman cavabdeh qismində iki orqanı qeyd etmişdir. Belə ki, cavabdehlərdən biri Cavabdeh2 göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş «X1» Cavabdeh2 inzibati orqan kimi göstərilməmişdir, hüquqi şəxs statusu vardır. Bundan başqa, hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya izah edilir ki, Cavabdeh2nə qarşı “kompensasiya haqqında müqavilənin ləğv edilməsi, ona ödənilmiş pulun geri qaytarılması” barədə tələblə bağlı mülki icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsinin müddət bitdiyinə görə cavabdeh orqanla arasında yenidən icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Məhkəmə iddiaçının tələbini yuxarıda qeyd olunan sübut və hüquq normaları ilə yanaşı, mövcud qanunvericiliyin aşağıda qeyd olunan hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Nəzərə alınmalıdır ki, dövlət torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq inzibati akt və müqavilə ilə rəsmiləşdirilir. Başqa sözlə, Cavabdeh1 üzərinə inzibati məhkəmə icraatı qaydasında müqavilə bağlamaq və ya müqaviləyə müvafiq düzəliş və ya əlavələrin edilməsi öhdəliyi qoyula bilməz. Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2003-cü il tarixli, 336 saylı sərəncamı ilə 106 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Sözügedən torpaq sahəsinin icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, həmin ərazidə torpaq sahəsinin təyinatını özbaşına dəyişdirərək qanunsuz əkin işləri aparmışdır. “Yerli İcra Hakimiyyəti Haqqında” Əsasnamənin 3.3.4 bəndindən irəli gələn öhdəliyə müvafiq olaraq istifadəsində olan torpaq sahəsində monitorinq keçirilmiş və torpaqdan təyinatı üzrə istifadə etmədiyi müəyyən edilmişdir. Həmçinin RİHB-nın xx.xx.2007-ci il tarixli 26 saylı sərəncamı ilə X3 icarəyə verilmiş 23.0 ha və RİHB-nın xx.xx.2001-cr il tarixli, 251 saylı sərəncamı ilə X4 icarəyə verilmiş 46.0 ha qış otlaq sahələrindən də qanunsuz olaraq istifadə etmişdir. Məsələ ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz olaraq əkin işlərini davam etdirmişdir. Qeyd olunan ərazidə yeni Aqropark yaradılması nəzərdə tutulmuş və hazırda ərazidə müasir Piyot suvarma sistemlərinin quraşdırılması üçün işlər davam etdirilir; ərazidə olan əmlakı özəl qiymətləndiricilər tərəfindən dəyərləndirilmiş və 202 000 (iki yüz iki min) manat məbləğində kompensasiya “Azərşəkər"MMÇ tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırlır ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kompensasiya haqqında müqavilənin ləğv edilməsi, ona ödənilmiş pulun geri qaytarılması, icarə müqaviləsinin bağlanması”tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3502/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3502/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver