Məhkəmə qərarları › İş №2-1(120)-3507/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3507/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3507/2025 05.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi XXX Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «hərbi xidmətkeçmə dövründə aldığı xəstəliklə əlaqədar təyin edilmiş 3-cü qrup əlilliyinə görə 4400 manat icbari sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmətkeçmə dövründə aldığı xəstəliklə əlaqədar təyin edilmiş İİİ-ci qrup əlilliyə görə 4400 (dörd min dörd yüz) manat icbari sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1994-cü il tarixdə anadan olmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək İİ Qarabağ müharibəsi keçirdikdən sonra aldığı və xx.xx.2004-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik haqqında arayışında xəstəlik (İİ Qarabağ müharibəsi keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, psixotik və depressiv daxilolmalarla, Emosional-davamsız (impulsiz tip) şəxsiyyət pozuntusu) hərbi xidmət dövründə aldığımı bildirərək, iddiaçıya hərbi xidmətkeçmə dövründə aldığı xəstəliklə əlaqədar təyin edilmiş İİİ-ci qrup əlilliyə görə 4400 (dörd min dörd yüz) manat icbari sığorta məbləğinin cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, o, iddiaçıya sığorta məbləğinin ödənilməsinə imtina edilmiş, sığortanın ödənilməməsinin əsası kimi iddiaçıya göstərilmişdir ki, əgər o, İddiaçı «X3 İcbari Şəxsi Sığortası haqqında» 20 may 1997-ci il tarixli 296 İQ saylı Azərbaycan Respublikası Qanunun 7-ci maddəsini “ç” bəndinə əsasən sığorta edilənin həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyin müəyyən edilməsi sığorta hadisəsi hesab edilir və ona görə sığorta ödənişi təyin olunur. Bu səbəbdən də o, iddiaçı pozulmuş hüququmun bərpasının məhkəmə müdafiəsi olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışında onun (İİ Qarabağ müharibəsi keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, psixotik və depressiv daxilolmalarla. Emosional-davamsız (impulsiz tip) şəxsiyyət pozuntusu) barədə xəstəliyinin hərbi xidmət dövründə alması qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik haqqında arayışın surətindən görünür ki, yekun olaraq hərbi xidmət dövründə alınmış xəstəliyə görə iddiaçıya 3-cü qrup əlillik təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya sığorta məbləğinin ödənilməsinə imtina edilmiş, sığortanın ödənilməməsinin əsası kimi iddiaçıya göstərilmişdir ki, əgər İddiaçı «X3 İcbari Şəxsi Sığortası haqqında» 20 may 1997-ci il tarixli 296 İQ saylı Azərbaycan Respublikası Qanunun 5-ci maddəsini “ç” bəndinə əsasən sığorta edilənin sığorta ödənişlərinin alınması üçün hadisəsi günündən 3il keçənədək sığorta orqanına müraciət etmək hüququ olduğunu bildirmişdir. Cavabdeh “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin yalnız “ç” bəndini əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Belə ki, mən iddiaçı tərxis olunduğum vaxtdan nəinki 3 illik müddət keçməmiş, Həkim Komissiyasının qərarı ilə “HƏRBİ XİDMƏT DÖVRÜNDƏ XƏSTƏLİK” alması müəyyən edilmişdir. Həmçinin iddiaçıya xidmətdən tərxis olunduğu müddətdən 3 il keçməmiş, həmin xəstəliklə əlaqədar 21 oktyabr 2024-cü il tarixli müayinə aktı ilə ƏSMM-nin arayışı ilə 3-cü qrup əlillik təyin olunmuşdur. İddiaçı hərbi qulluqçu statusunu əldə etdiyi gündən dövlət tərəfindən icbari şəxsi sığorta edilmiş, hərbi xidmətdən buraxıldıqdan sonra iddiaçı hərbi xidmət dövründə aldığı xəstəliyə görə İİİ qrup əlillik təyin olunmuş və bu iddiaçının hərbi xidmətdən buraxıldığı gündən üç ərzində baş vermişdir. Ona görə də hesab edir ki, iddianın təmin edilməsi barədə tam əsaslar vardır. İddia ərizəsində göstərilən dəlillərə dair isə qeyd edir ki, cavabdeh hesab edir ki, İddiaçı «X3 İcbari Şəxsi Sığortası haqqında» 20 may 1997-ci il tarixli 296 İQ saylı Azərbaycan Respublikası Qanunun 5-ci maddəsini “ç” bəndinə əsasən sığorta edilənin sığorta ödənişlərinin alınması üçün hadisəsi günündən 3il keçənədək sığorta orqanına müraciət etmək hüququ olsada, lakin həmin müddətdə müraciət etməmişdir. Cavabdeh nəzərə almamışdır ki, üzürlü səbəblərdən iddiaçının müraciət etməməsi, bunu onunla əsaslandırmışdır ki, davamlı şəxsiyyət dəyişikliyi sağalmaz xəstəlik olmaqla uzun müddətli yataq müalicəsi tələb etdiyindən və ən əsası həkimlərin əsaslı tələbi ilə müalicənin uzun müddət aparılmasından sonra hər hansı bir xəstəliyin ocağının sönməsi halları baş verənə kimi, xəstəlik onun tam psixotik vəziyyətinin olmamasına əsasən, iddiaçı uzun müddət həmin xəstəliyin müalicəsi böyük məbləğ tələb etdiyindən və həmçinin xəstəlik əl vermədiyindən, buna görə də bu səbəbdən cavabdeh təşkilata müraciət edə bilməmişdir. «Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında» 20 may 1997-ci il tarixli 296 İQ saylı Azərbaycan Respublikası Qanunun “ç” bəndində göstərilən hallar isə xəsarət alma və ya səhhətin pozulmasına görə hərbi xidmətə yaralılıq ilə bağlı deyildir. Belə ki, həmin bənddə göstərilənlər aşağıdakılardan ibarətdir: xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda. İddiaçıya hərbi xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması mübahisəsizdir. Təyin olunmuş əlilliyin xidməti vəzifənin yerinə yetirməsi ilə əlaqədar olması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməsinə uyğun olaraq müəyyən edilir. Belə ki, iddiaçıya aid qəbul olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında həmin Əsasnamənin 7.2-ci maddəsinin “ç” bəndinə istinad olunmuşdur. iddiaçının xəstəliyi də hərbi xidmət keçməsi dövründə yaranmış və təyin edilmiş xəstəlik xroniki xarakter daşıyır. Göründüyü kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində göstərilən hər iki şərt, yəni “sığorta edilənin sığorta ödənişlərinin alınması üçün sığorta hadisəsi günündən 3-il keçənədək sığorta orqanlarına müraciət etmək hüququnun olması” şərti və “xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin oluqduqda” şərti mövcuddur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, cavabdehin dəlilləri əsassızdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə mohkəmo tərəfindən təmin edilməməlidir. İddiaçı Fonda ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 4400 manat məbləğində sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Fond tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 311954/2024 nömrəli məktubda sığorta ödənişinin verilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Həmin Qanunun 5-ci maddəsinin “ç”bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur və ona görə sığorta ödənişi təyin olunur.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1 -ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə üçüncü dərəcəli əlilliyi (orqanizm funksiyalarının 40% pozulması) müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Ona görə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi XXX Nümayəndə iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. - İşdə olan AA******* nömrəli iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 311954/2024 saylı məktubuna əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə hərbi xidmətə yararsız hesab edilərək xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab edilir və ona görə sığorta ödənişi təyin olunur. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məiumat bazasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2024- cü il tarixində üçüncü dərəcəli əlilliyinin (orqanizm funksiyalarının 40% pozulması) müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. -İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-43-44/2-181/2024 nömrəli arayışda göstərilmişdir ki, Verilir 1971 -ci il təvəllüdlü istefada olan əsgər İddiaçı ondan ötrü ki, həqiqətən o, Qarabağ müharibəsi veteranıdır. - İşdə olan 2684 saylı, xx.xx.2023-cü il tarixli Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin emosional davamsız pozuntusu (impulsiv tip). Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stres pozuntusu. Hər iki gözün miopiyası M 0.75 D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya ilə 1.0 olmaqla. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 17b. 18b maddəsinin İİ grafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, mühariə dövründə məhdud yararlı hesab edilməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-20287/2025 saylı məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının G00219068CMC nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, İddiaçı xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 2 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir və əlillik barədə hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır. Məhkəməyə təqdim edilmiş sənədlər üzrə müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə üçüncü dərəcəli əlilliyi (orqanizm funksiyalarının 40% pozulması) müəyyən olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh orqana müraciət edərək, hərbi xidmətkeçmə dövründə aldığı xəstəliklə əlaqədar təyin edilmiş 3-cü qrup əlilliyinə görə 4400 manat icbari sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina edildikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddia mümkün iddia olsa da, əsassız iddia olduğundan, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyo olunanlarla əsaslandırır. "1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi" Qaydalarının 1.1-ci bəndinə əsasəsən 1.1. Bu Qayda "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (bundan sonra - Fərman) 4.1 -ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir, Qaydaların 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmə Fərmanın 1 -ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra - birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi Hə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1-2,2-_ 1997-ci il avqustun 2-dək olan xidmət dövründə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortas! haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1 *2,3. 1997 -ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1 -ci və ya 1.2.2- ci yarımbəndiərlndə nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2,1-ci və ya 1.2.2- ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1 -ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1,2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. Qaydaların 1.3-cü bəndinə əsasən birdəfəlik ödəmə almaq hüququ olan Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə birdəfəlik ödəmə bu Qaydanın tələbləri nəzərə alınmaqla verilir. Qaydaların 2.2-ci bəndinə əsasən bu Qaydanın 1,2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi üçün aşağıdakılar tələb olunur: 2.2.1. hərbi-həkim komissiyasının {həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemində olması; 2.2.2. əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması; 2.2.3. şəxsin adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması. Qaydaların 2.12-ci bəndinə əsasən birdəfəlik ödəmənin verilməsindən bu Qaydanın 2.13-cü bəndi nəzərə alınmaqla aşağıdakı hallarda imtina edilir: 2.12.1. müraciət edən şəxsin bu Qaydanın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq hüququ olmadıqda; 2.12.2. müraciət edən şəxs bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta Ödənişi aldıqda; 2.12.3. müraciət edən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda; 2.12.4. təqdim edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar bu Qaydanın 2,10- cu bəndində nəzərdə tutulan müddətdə aradan qaldırılmadıqda, 2.13-cü bəndinə əsasən bu Qaydanın 2.12.2-ci və 2,12.3-cü yarımbəndlərində qeyd edilən imtina hallan “Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin sığorta ödənişinin ödənilməsinə dair ödəniş sənədi (qairnə, qəbz və s.) barədə məlumatları əsasında müəyyən edilir, 3.1-ci bəndində qeyd edilmişdir ki, Fərmanın 1 -ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə - 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə - 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə - 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1,3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanin əlilliyi müəyyən edildikdə bu sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-cİ maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq hesab edir ki, İddiaçı xx.xx.2021-ci ildə ehtiyata buraxılmışdır, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-7408/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki; iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi əlaqədar 2 il müddətinə orqanizmin 40% funksiyalarının pozulmasına görə əlillik təyin edilmişdir. Göründüyü kimi qanunvericilik habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə sığorta məbləğləğinin 40 faiz məbləğində sığorta ödənişi edilir. İnziabti işin araşdırılması zamanı isə müəyyən edilir ki, iddiaçıya əlillik onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından 3 (üç) il sonra, yəni xx.xx.2024-cü il tarixdə təyin edilmişdir və yalnız bundan sonra iddiaçı cavabdeh orqana hazırki iddia tələbi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilikdə birbaşa təsbit olunmuş iddia müddəti ötürülmüşdür. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq"və "hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir(52-ci maddə). Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «hərbi xidmətkeçmə dövründə aldığı xəstəliklə əlaqədar təyin edilmiş 3-cü qrup əlilliyinə görə 4400 manat icbari sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «hərbi xidmətkeçmə dövründə aldığı xəstəliklə əlaqədar təyin edilmiş 3-cü qrup əlilliyinə görə 4400 manat icbari sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar