Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3512/2024 19.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 оğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı “11 aprel 1994-cü il tarixli, 31 saylı doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1993-cü il kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “11 aprel 1994-cü il tarixli, 31 saylı doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1993-cü il kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cаvаbdеh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993cü il tarixdə anadan olmuşdur. - XVİİ-JQ 196442 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X1, ana qrafasında X3 adı qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, AZ-İİ 489084 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ilə X6 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdur. - AO №1317971 nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı hərbi xidməti barədə məlumatlar qeyd edilmişdir. - AE №823315 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı barədə məlumatlar qeyd edilmişdir. - xx.xx.1994-cü il tarixli, 31 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında ata qrafasında X1, ana qrafasında X3 adı qeyd edilmişdir. - xx.xx.1992-cü il tarixli, 49 nömrəli nigahın bağlanması haqqında akt qeydindən görünür ki, X2 ilə X4 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşdur. - xx.xx.2024-cü il tarixli, 262 nömrəli arayışdan görünür ki, İddiaçı Cəbrayıl rayonu, Yarəhmədli kəndindən məcburi köçkündür və ünvan 1 ünvanında məskunlaşmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1994-cü il” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə doğum tarixi “xx.xx.1993-cü il” qeyd edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində, doğum haqqında şəhadətnamədə, hərbi biletində və digər sənədlərdə doğum tarixinin “xx.xx.1993-cü il” qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin, doğum və nikah haqqında şəhadətnamənin, hərbi biletin və digər sənədlərin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də təvəllüdü “xx.xx.1993-cü il kimi olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə təvəllüdünün “xx.xx.1993-cü il” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1994-cü ildən xx.xx.1993-cü ilə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına tərtib olunmuş 11 aprel 1994-cü il tarixli, 31 saylı doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1994-cü il tarixindən xx.xx.1993-cü il tarixinə düzəliş edilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3512/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3512/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver