Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3516/2024 02.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1977xx.xx.1996-cı illərdə İmişli rayonunun Sabir adına kolxozunda işlədiyi və əlil uşağına qulluq etdiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi, pensiyanın hüququ yaranan gündən başlanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. xx.xx.1977-xx.xx.1996-cı illərdə İmişli rayonunun Sabir adına kolxozunda işləmişdir. Bu fakt İmişli Rayon Məhkəməsinin 2(036)-6827/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. xx.xx.1987-ci il təvəllüdlü uşagı X8 uşaqlıqdan əlilldir və ona ana kimi o, qulluq etmişdir. Ona yaşa görə əmək pensiya təyin edilməsi üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Ona verilən cavab məktubunaa göstərilir ki, onun kolxozda 19 il əmək stajı var. Lakin əlil uşağına qulluq göstərdiyi illər əmək stajı kimi nəzərə alınmır. Guya Tibbi-Sosial Ekspert Komissiyasının arayışında qəyyum kımi onun adı göstərilmədiyi üçün xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək uşağa qulluq etdiyi dövr sığorta stajına daxil edilmir. Cavabdehin cavabı tamamilə əsassız və qanunsuz olmaqla onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. Belə ki, əlil uşağın anası olmağı və ona qulluq etməyinin təsdiq olunmasına tibbi komissiyanın arayışının heç bir aidiyyəti yoxdur və bu hal hüquqi sənədlərlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərtaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti əmək stajına daxil edilir. Qadınların pensiya yaşı 5 il azaldılır. Qadınların pensiya yaşı 1 iyul 2022-30 iyun 2023-cü il tarixində 63 il, 1 iyul 2023-30 iyun 2024-cü il tarixində 63 il 6 aydır. Uşağa qulluğa görə yaş həddi qanuna əsasən 5 il azaldıldıqda, onun 58 yaşından, yəni xx.xx.2020-ci ildən pensiya almaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş-51895/2024 nömrəli məktubunda iddiaçının yetərli sosial sığorta stajının olmadığını bildirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd edirlər ki, təqdim edilmiş İmişli Rayon Məhkəməsinin 2(036)-6827/2015 nömrəli qətnaməsinin surətinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1996-cı il tarixədək İmişli rayonu “Sabir” adına kolxozda olan əmək fəaliyyəti dövrünü nəzərə alınmaqla) 19 il təşkil edir. Bununla yanaşı, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının X5 qulluq etdiyi dövr M.Camalovun əlilliyinin həmin dövrdə təsdiqlənməməsi və qulluq faktının təsdiq edilməməsi səbəblərindən dolayı müvafiq dövr staja daxil edilməmişdir. Bundan narazı qalan iddiaçı Q.Sükürova iddia ərizəsi ilə Sirvan İnzibati Məhkəməsinə müraciət etmisdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 60 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Tibbi-sosial ekspert komissiyasının arayışlarında qəyyum kimi iddiaçının adı qeyd olunmadığından, həmçinin X8 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmadığı üçün xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək ona qulluq etdiyi dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçının övladı X5 təyin edilmiş əlilliyə görə sosial müavinət və pensiyaya dair məlumatlar əhəmiyyət kəsb etdiyindən müvafiq olaraq aşağıdakı məlumatları təqdim edirik: Bildiririk ki, İddiaçı övladı X3 müavinət işində olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2000-ci il tarixli müayinə aktından çıxarışa əsasən onun ilkin olaraq xx.xx.2000-ci il tarixdən 16 yaşadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilib. Mahur Camalova xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 16 yaşadək uşaqlıqdan əlil şəxs, xx.xx.2003-cü il tarixdən İİİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi müavinət təyin edilmiş və xx.xx.2018-ci il tarixədək ödənilmişdir. Eyni zamanda bildiririk ki, M.Camalova xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Əlavə olaraq bildiririk ki, M.Camalovun pensiya işinin tərkibində olan sosial sığorta stajı və pensiya kapitalı barədə arayışa əsasən ona əlilliyə görə əmək pensiyası təyin edilərkən xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək 8 il 11 ay sığorta stajına uyğun olaraq 8460,98 manat pensiya kapitalı nəzərə alınmışdır. Yuxarıda qeyd edilənləri, eləcə də xx.xx.2024-cü il tarixli, 3-17-1/2-142806/2024 nömrəli təqdim edilmiş etirazda faktiki əsaslar da nəzərə alınaraq müvafiq qulluq dövrünün staja daxil edilməməsi üçün mövcud iki səbəb də sübut edilir: 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin j bəndinə əsasən İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslərin əmək pensiyası almaq hüququ vardır. M.Camalova təyin edilmiş əlillik dərəcəsinin İİİ dərəcə olduğunu nəzərə alsaq, əvvəlki və cari qanunvericiliyin müvafiq qulluq dövrünün staja daxil edilməsini istisna etdiyi nəticəsinə gəlirik. 2. M.Camalovun əlilliyini təsdiq edən TSEK-in müayinə aktlarından çıxarışlarda qəyyum qismində iddiaçının adı deyil, X2, yəni atasının adı qeyd edilmişdir. Nəticə etibarilə, M.Camalova qulluq edən şəxs qismində qəyyum olaraq M.Şükürovun adının qeyd edilməsi, qulluq dövrünün başqa şəxsin sığorta stajına, yəni iddiaçının sığorta stajına əlavə edilməsi qeyri-mümkündür. Yekun olaraq, iddiaçı təqdim ediyi iddia ərizəsində müvafiq qulluq dövrünün nəyə görə onun stajına əlavə edilməli olduğunu əsaslandırmasa da, cavabdeh orqan sözügedən dövrün staja daxil edilməməsi üçün kifayət qədər normativ və faktiki əsas göstərmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 dekabr 2015-ci il tarixli, 2(036)-6827/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək, İddiaçı 1977-19996-cı illərdə İmişli rayonunun “Sabir” adına kolxozunda işləməsi faktı müəyyən olunmuş və həmin dövrdəki 19 il əmək fəaliyyəti sığorta stajına daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1996-cı il tarixədək İmişli rayonunun Sabir adına kolxozunda işlədiyi 19 il sığorta stajını mübahisələndirməmişdir. İddiaçı xx.xx.1987-ci il təvəllüdlü uşagı X3 uşaqlıqdan əlil olduğunu və ona ana kimi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək onun qulluq etdiyini, bu səbəbdən əlil uşağına qulluq etdiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş- 51895/2024 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına irnkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqia) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixınədək pensiya yaş həddi qadınlar üçün 60 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkız yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə ınüəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvann 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsı müddəti sığoria stajına daxil edilir. Təqdim etdiyiniz İmişli Rayon Məhkəməsinin 2(036)-6827/2015 nömrəli qərarının surətinə əsasən sığorta stajınız (xx.xx.1977-ci il tarıxindən xx.xx.1996-cı il tarixinədək İrnişli rayonu “Sabir” adına kolxozda olan əmək fəaliyyəti dövrünüz nəzərə alınmaqla) 19 il təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildiririk ki, Tibbi-sosial ekspert komissiyasının arayışlarında qəyyum kimi adınız qeyd olunmadığından, həmçinin X10 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmadığı üçün xx.xx.2000-ci il xarixindən xx.xx.2005-ci ii tarixinədək ona qulluq etdıyiniz dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq. ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. İşdə olan İmişli rayon İcra Hakimiyyəti Başçsısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 595 nömrəli arayışından görünür ki, İmişli şəhəri, F.Məmmədov küçəsi, 7 saylı ünvanda yaşayan İddiaçı aşağıda adları göstərilən övladlarını özü doğub səkkiz yaşına qədər tərbiyə etmişdir: oğlu - X8; oğlu - X11; oğlu - X7 və qızı – X6. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 17-4/2-25131/2024 saylı məktubunda bildirilmişdir ki, M.Camalovun ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində, həmçinin ərazi üzrə xidmət göstərən 19 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkarlanmadı. “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildiririrk ki, vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən bir il müddətinə üçüncü dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Şəxsin üçüncü dərəcə əlilliyi xx.xx.2015-ci ildən bir il müddətinə artırılmışdır. Sonrakı dövrdə M.Camalovun ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişi əsasında qiymətləndirilir. Qeyd edirlər ki, əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra M.Camalova dair “Əlillik” altsistemindən yeni göndəriş daxil olmamışdır. 1992-ci il tarixdə qəbul edilmiş (hazırda qüvvədən düşmüş) “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin j bəndinə əsasən, İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslərin əmək pensiyası almaq hüququ vardır. 67-ci madəsinin d) bəndinə əsasən, İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 10-cu bəndinə əsasən, İ qrup əlilə, 16 yaşa qədər əlil uşağa, 75 yaşa çatmış qocalara xidmət dövrü xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktına əsasən müəyyən olunur. Əlillikdə olmanın (İ qrup əlillər və əlil uşaqlar üçün) və yaşı (qocalar və əlil uşaqlar üçün) təsdiq edilən sənədlər. Xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələri, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən sosial təminat şöbəsi tərəfindən tərtib olunur. Yaşı təsdiqedici sənəd kiim pasportdan çıxarış, doğum şəhadətnaməsi, mənzil idarələrinin, yerli icra hakimiyyəti orqanlarının arayışları və s. qəbul edilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələrindən, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, qulluq göstərilən şəxsin və sair məlumatlara əsasən Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinin işçiləri tərəfindən tərtib olunur. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, sağlamlıq imkanları məhdud və birinci qrup şəxslərə qulluq dövrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydaya əsasən hesablanan müddət kimi sığorta stajına daxil edilir. Həmin qaydaların tələblərinə görə isə, qulluq edən şəxslər bir halda dairəsi müəyyən edilmiş qohumlar olmalı, digər halda isə qanunvericiliyə uyğun qaydada qəyyum təyin edilməlidirlər. Həmin şəxlər tərəfindən qulluq müddəti digər şərtlərin yerinə yetirilməsi əsası ilə, o cümlədən sosial təminat şöbələri tərəfindən tərtib edilmiş müayinə aktı təqdim edildiyi halda sosial sığorta stajına daxil edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 №-li zona Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X8 xx.xx.2000-ci il tarixdə TSEK-da müayinə olunmuş, onun sağlamlıq vəziyyətinin “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ verən tibbi göstərişlərin əsas meyarları”nın 2.1.14-cü bəndinin 4-cü yarımbəndinə uyğun olduğu nəticəsinə gəlinmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında X5 qulluq edənlərin (qəyyumun) X4 və İddiaçı olduğu qeyd olunmuşdur. Qeyd olunduğu kimi, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1996-cı il tarixədək İmişli rayonunun Sabir adına kolxozunda işlədiyi müddətdə əldə etdiyi 19 il sığorta stajını mübahisələndirməmişdir. İddiaçının sağlamlıq imkanları məhdud övladına qulluq dövrü kimi istinad etdiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarxədək olan 5 il 5 gün onun sığorta stajına əlavə edildiyi təqdirdə belə ümumi sığorta stajı 24 il 5 gün təşkil edir ki, bu da qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu istisna edir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (70 yaşına çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmasını təsdiq edən hər hansı bir dəlil-sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı müraciət etdiyi inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı yaşa görə əmək pensiyasının təyinatından imtina etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtina dəlilləri, yəni iddiaçının 25 il sosial sığorta stajına malik olmamasına dair dəlilləri əsaslı, iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-3516/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3516/2024
02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver