Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-352/2024 01.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində yerləşən torpaq sahəsi üzərində İddiaçı MMC-i tərəfindən inşa edilmiş 460.8 kv.m qeyri-yaşayış binası və 372 kv.m qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun İddiaçı MMCnin adına qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “qeyri yaşayış binalarının üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan bələdiyyəsi və Şirvan şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Şirvan rayonunda məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində yerləşən torpaq sahəsi üzərində İddiaçı MMC-i tərəfindən inşa edilmiş 460.8 kv.m qeyri-yaşayış binası və 372 kv.m qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun İddiaçı MMC-nin adına qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********00№li və **********00№li məktublarla, İddiaçı MMC-yə icarəyə verilmiş, Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində yerləşən torpaq sahəsi üzərində İddiaçı MMCtərəfindən inşa edilmiş qeyri-yaşayış binalarının İddiaçı MMC-nin adına qeydə alınmasından, torpaq icarə müqaviləsi, tikintiyə icazə və istismara icazə sənədi olmadığı üçün imtina edilmişdir. Cavabdeh əsassız olaraq daşınmaz əmlakları dövlət reyestrində qeydə almaqdan imtina etmişdir və yuxarıda qeyd olunan qeyri-yaşayış binalarının İddiaçı MMC-nin adına qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən Şirvan rayonunda məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində İddiaçı MMC-tərəfindən qeyri yaşayış binalarının inşa edilməsi üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən verilmiş xx.xx.2021-ci tarixli 666№ arayışa əsasən İddiaçı MMC və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış “X10” əsasında Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində İddiaçı MMC-nin təsisçisi və direktoru X13 460.8 kv. metrdən ibarət qeyri yaşayış binası tikmişdir. Şirvan şəhər bələdiyyəsi ilə İddiaçı MMC arasında bağlanış “X10” №01/32 və №01/30 əsasında müvafiq olaraq 775 kv. metr və 460.80kv. metr torpaq sahələri İddiaçı MMC-yə icarəyə verilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən 460.8 kv. metrdən ibarət market binasına və 372kv.metrdən ibarət kafe binasına xx.xx.2019-cu il tarixdə müvafiq olaraq 17 və 18№li “Tikinti obyektinin İstismarına İcazə” sənədləri verilmişdir. Həmin tikililərə ondan başqa heç kəs iddia sürmür və hazırda onlar İddiaçı MMC-nin istifadəsindədir. "xxxx" ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 078943№li müqavilə əsasında həmin tikili elektrik enerjisi ilə təchiz edilmişdir (Abonent kodu **********10135). Həmin tikililər inşa edilərkən heç bir dövlət orqanı tərəfindən tikinti dayandırlımamışdır. Əksinə, həmin ərazidə məskunlaşmış onlarla məcburi köçkün ailələrinə xidmət göstərmək üçün tez bir zamanda istifadəyə verilməsi və fəaliyyət göstərməsindən ötrü tikintinin aparılmasına şərait yaradılmışdır. Tikili şəhərsalma, tikinti, ekoloji, yanğın təhlükəsizliyi tələblərinə və digər norma və qaydalara uyğundur, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadan uzun müddətdir ki, market və kafe kimi fəaliyyət göstərir. Külli miqdarda vəsait sərf etməklə həmin tikili tərəfimizdən inşa edilmişdir və onun qeydiyyata alınmaması konstitutsion hüquqların pozulmasıdır. Qeyd edilənləri nəzərə alaraq “Şirvan rayonunda məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində yerləşən torpaq sahəsi üzərində İddiaçı MMC-i tərəfindən inşa edilmiş 460.8 kv.m qeyri-yaşayış binası və 372 kv.m qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun İddiaçı MMC-nin adına qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsini qəbul etməyərək iddiaya qarşı yazılı etiraz təqim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış binalarına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı ********** və ********** saylı ərizələrlə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişşdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, elektron məlumat bazasına əsasən sözü gedən torpaq sahəsi “ehtiyyat fond torpaqları” kateqoriyasına aid şoranlıq ərazidə yerləşir, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 33-cü maddəsinə əsasən dövlət ehtiyat fendu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələridir və ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Qeyd edirik ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən həyata keçirirlir. Əlavə olaraq bildiririk ki, qeyri yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyri yaşayış binasına dair nüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəddir. İddiaçı tərəfindən təqdim edilmiş “X10” qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılır. Belə ki, hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri əsas hesab olunur. Belə ki, tərəfindən tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmiş, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda, təqdim etdiyi xx.xx.2019-cu il tarixli 17 saylı “tikinti obyektinin istismarına icazə” sənədində “tikintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi” və “tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qeyd edilməmişdir. Beləliklə, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilmiş bu sənəd qanunla nəzərdə tutulmuş tələblərə uyğun deyil. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən iddiaçının müraciətlərinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka Hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Hə kəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz etdiklərini bildirmişdirlər. Üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin, Şirvan bələdiyyəsinin və Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin, Şirvan bələdiyyəsinin və Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Şirvan şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Şirvan bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 nömrəli iclasının qərarından çıxarışın surətindən görünür ki, Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyi, DT və XK-nın Şirvan şəhər şöbəsinin rəyi, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən Şirvan Bələdiyyəsinə daxil olmuş xx.xx.2013-cü il tarixli ƏŞ/02- 361 saylı məktubu, şəhərin şimal-şərqində, F.X.Xoyski küçəsində ayrılacaq 10,0 ha torpaq sahəsinə dair torpaq ayırma sənədləri nəzərə alınsın. İş materiallarında olan Şirvan bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 nömrəli iclasının qərarından çıxarışın surətindən görünür ki, Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən 10,0 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, “Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamla edilmiş “Əlavələr” in icrası ilə əlaqədar Şirvan şəhərində 685 ailəlik yeni yaşayış məhəlləsinin tikintisi məqsədilə, həmin torpaq sahəsinin Hərrac və ya müsabiqəyə çıxarılması ilə bağlı torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılsın. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01/30 nömrəli X10ndən görünür ki, Şirvan şəhər bələdiyyəsinin sədri X7 ilə İddiaçı MMC-nin direktoru X13 arasında Şirvan şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 saylı qərarı əsasında ünvan 1ndə yerləşənümumi sahəsi 460.8 kv.m torpaq sahəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X10 bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01/32 nömrəli X10ndən görünür ki, Şirvan şəhər bələdiyyəsinin sədri X7 ilə İddiaçı MMC-nin direktoru X13 arasında Şirvan şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 saylı qərarı əsasında ünvan 1ndə yerləşənümumi sahəsi 775 kv.m torpaq sahəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X10 bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinin İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 ünvanladığı xx.xx.2022-ci il tarixli imtina barədə bildirişindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, elektron məlumat bazasına əsasən sözügedən torpaq sahəsi “ehtiyyat fond torpaqları” kateqoriyasına aid şoranlıq ərazidə yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 33-cü maddəsinə əsasən dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələridir və ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Qeyd edirik ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən həyata keçirirlir. Əlavə olaraq bildiririk ki, qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyri yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəddir. Tərəfinizdən təqdim edilmiş “X10” qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılır. Belə ki, hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial təsdiq edilmiş icarə müqaviləsi bağlanılır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 8.0.10.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri əsas hesab olunur. Belə ki, tərəfinizdən tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmiş, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda, təqdim etdiyiniz xx.xx.2019-cu il tarixli 18 saylı “tikinti obyektinin istismarına icazə” sənədində “tikintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi” və “tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qeyd edilməmişdir. Beləliklə, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilmiş bu sənəd qanunla nəzərdə tutulmuş tələblərə uyğun deyil. Əlavə olaraq qeyd edirik ki, yuxarıda göstərilən hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizin icrası istiqamətində mövcud qanunvericiliyə uyğun, tədbir görüləcəkdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2021-ci il tarixli, 666 nömrəli arayışının surətindən görünür ki, X11 həqiqətən də “Optimal Elektronika“ MMC (VÖEN **********) ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış “Torpaq icarə müqaviləsi” əsasında Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsində “Optimal Elektronika“ MMC-nin təsisçisi və direktoru X13 öz şəxsi vəsaiti hesabına 460,8 kv. metrdən ibarət qeyri-yaşayış binası tikdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 486 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhəri ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış 615 ailəlik qəsəbədə yerləşən İddiaçı MMC-nin öz vəsaiti hesabına tikilmiş qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə və çıxarışın alınmasına etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-8/2-438/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 2011ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş əlavələrə əsasən Şirvan şəhəri F.X.Xoyski küçəsində Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış məhəlləsi inşa edilmişdir. Yaşayış məhəlləsinin inşası Şirvan Bələdiyyəsi 20 dekabr 2013-cü il tarixli 12 nömrəli iclas qərarına əsasən ayrılmış Şirvan şəhəri F.X.Xoyski küçəsində bələdiyyə mülkiyyətinə aid torpaqlardan 10.0 ha torpaq sahəsində, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 86 nömrəli sərəncamına, xx.xx.2019-cu il tarixli 01 nömrəli obyektin tikintisinə icazə və İHB Aparatının Memarlıq və tiknti şöbəsinin xx.xx.2019-cu il tarixli 01 nömrəli tikintiyə icazə barədə xüsusi nişan sənədlərinə əsasən həyata keçirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7644 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Şirvan şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri, Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhəri Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələri ümumilikdə aşağıdakı torpaq sahəsinin döngə nöqtə koordinatları daxilində yerləşir. XY 326647.821 4425264.738 326993.000 4424936.000 326862.000 4424786.000 326492.338 4425120.793 Qərardadın ikinci sualı üzrə: Mülki iş materialına əlavə edilmiş Şirvan bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair torpaq sahələrinin xəritəsindən çıxarışlara və yerquruluşu planına əsasən, Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhər bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələrinin müqavilənin bağlanıldığı vaxt (dekabr 2021-ci il) və hazırda (hər bir torpaq sahəsi) bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü və dördüncü sualları üzrə: Şirvan şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri, Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhəri Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələrinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilibedilməməsi və göstərilən torpaq sahələrinin “ehtiyat fond torpaqları” kateqoriyalı şoranlıq olan ərazidə yerləşib-yerləşməməsinin müəyyən edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən hazırlanmış müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilikdən sonra müəyyən edilə bilər. Qərardadın beşinci sualı üzrə: Mərkəzə təqdim edilmiş elektron baza məlumatlarına əsasən (kadastrportali.az) Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri, Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhəri Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələri müqavilələrdə qeyd edilən torpaq sahələrinin koordinatları daxilində yerləşdiyi və üçüncü şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara, Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən qeyri-yaşayış sahələrinin inşa edilməsinə dair 16 aprel 2019-cu il tarixdə verilmiş Tikintiyə icazə barədə “Xüsusi Nişan”a, o cümlədən Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş sahəsi 460.8 kv.metr olan qeyri-yaşayış sahəsi (market binası) və sahəsi 372 kv.metr olan qeyri-yaşayış sahəsinin (kafe binası) inşa edilməsinə dair 27 dekabr 2019-cü il tarixdə müvafiq olaraq 17 və 18 saylı “Tikinti obyektini İstismarına İcazə” sənədlərinə əsasən, Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhəri Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələrində İddiaçı tərəfindən inşa edilmiş qeyriyaşayış obyektlərinin layihəsi tikinti və şəhərsalma normalarına uyğun olduğu müəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə: Baxış zamanı aparılmış ölçü işlərinə əsasən, qeyd edilən mübahisəli tikililərin və altındakı torpaq sahəsinin layihəyə və tikinti obyektinin icazə sənədində və istismarına icazə sənədində qeyd edilən göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələrində İddiaçı MMC tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektlərinin təyinatı müvafiq olaraq market və kafe binasıdır. Hər iki tikili mişar daşından inşa edilmişdir. Tikililər layihə sənədində göstərilən göstəricilərə uyğundur. İnşa edilmiş tikililər başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəsinə məhdudiyyət yaratmır. Qeyd olunur ki, tikililərin inşa edilməsi insanların həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməməsinin müəyyən edilməsi məhkəmə tikinti-yexniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3996 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci-səkkizinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 03.06.24 tarixli 3-21-3-38/2-1494/24 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.m və 775 kv.m torpaq sahələrinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.m və 775 kv.m torpaq sahələri müqavilənin bağlanıldığı vaxt (dekabr 2021-ci il) və hazırda bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahələridir. Göstərilən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, şoranlıq olan ərazidə yerləşir. Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.m və 775 kv.m torpaq sahələrinin koordinatları elektron kadastr məlumat bazasında qeyd edilməmişdir. Həmin torpaq sahəsi yerləşən qəsəbə ərazisi ümumi olaraq elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd edilmişdir. Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.m və 775 kv.m torpaq sahələri müqavilələrdə göstərilən koordinatlar daxilində yerləşir və üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Altıncı sualda göstərilən məsələ ekspertin səlahiyyətlərinə aid olmadığından sualda göstərilən məsələ üzrə tətqiqat aparılmaməşdır. Qeyd edilən torpaq sahələrinin göstəriciləri layihəyə və tikinti obyektinin istismarına icazə sənədində qeyd edilən göstəricilərə uyğundur. Səkkizinci sualda göstərilən məsələ ekspertin səlahiyyətlərinə aid olmadığından sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “X12rşı” məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. “X14rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. “Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı” işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 6. İcarəyə verilən bələdiyyə torpaqları Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 3. Torpaq münasibətləri
1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.
2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.
4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Maddə 59. Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi
1. Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: - sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə.
2. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
3. Fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli şəraitdən və torpaq ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Mövcud qanunvericilik normalarının tələbləri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir. Bundan başqa qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir. Göründüyü kimi, Şirvan şəhər bələdiyyəsinin sədri X7 ilə İddiaçı MMC-nin direktoru X13 arasında Şirvan şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 saylı qərarı əsasında ünvan 1ndə yerləşənümumi sahəsi 460.8 kv.m və 775 kv.m torpaq sahələrinin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X10 bağlanmışdır. Bələdiyyə qərarlarına, tərəflər arasında bağlanmış icarə müqavilələrinə və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçının etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərarlar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bələdiyyə qərarları, tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. İş materiallarından göründüyü kimi, iddiaçı torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Şirvan şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 saylı qərarlarını və icarə müqavilələrini cavabdehə təqdim etmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7644 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Şirvan şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri, Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhəri Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələri ümumilikdə aşağıdakı torpaq sahəsinin döngə nöqtə koordinatları daxilində yerləşir. XY 326647.821 4425264.738 326993.000 4424936.000 326862.000 4424786.000 326492.338 4425120.793 Qərardadın ikinci sualı üzrə: Mülki iş materialına əlavə edilmiş Şirvan bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair torpaq sahələrinin xəritəsindən çıxarışlara və yerquruluşu planına əsasən, Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhər bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələrinin müqavilənin bağlanıldığı vaxt (dekabr 2021-ci il) və hazırda (hər bir torpaq sahəsi) bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü və dördüncü sualları üzrə: Şirvan şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri, Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhəri Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələrinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilibedilməməsi və göstərilən torpaq sahələrinin “ehtiyat fond torpaqları” kateqoriyalı şoranlıq olan ərazidə yerləşib-yerləşməməsinin müəyyən edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən hazırlanmış müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilikdən sonra müəyyən edilə bilər. Qərardadın beşinci sualı üzrə: Mərkəzə təqdim edilmiş elektron baza məlumatlarına əsasən (kadastrportali.az) Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri, Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhəri Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələri müqavilələrdə qeyd edilən torpaq sahələrinin koordinatları daxilində yerləşdiyi və üçüncü şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara, Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən qeyri-yaşayış sahələrinin inşa edilməsinə dair 16 aprel 2019-cu il tarixdə verilmiş Tikintiyə icazə barədə “Xüsusi Nişan”a, o cümlədən Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş sahəsi 460.8 kv.metr olan qeyri-yaşayış sahəsi (market binası) və sahəsi 372 kv.metr olan qeyri-yaşayış sahəsinin (kafe binası) inşa edilməsinə dair 27 dekabr 2019-cü il tarixdə müvafiq olaraq 17 və 18 saylı “Tikinti obyektini İstismarına İcazə” sənədlərinə əsasən, Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan şəhəri Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələrində İddiaçı tərəfindən inşa edilmiş qeyriyaşayış obyektlərinin layihəsi tikinti və şəhərsalma normalarına uyğun olduğu müəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə: Baxış zamanı aparılmış ölçü işlərinə əsasən, qeyd edilən mübahisəli tikililərin və altındakı torpaq sahəsinin layihəyə və tikinti obyektinin icazə sənədində və istismarına icazə sənədində qeyd edilən göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/30 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.metr və Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılan 01 dekabr 2021-ci il tarixli 01/32 saylı torpaq icarə müqaviləsinə əsasən Şirvan şəhəri Xoyski küçəsində yerləşən 775 kv.metr torpaq sahələrində İddiaçı MMC tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektlərinin təyinatı müvafiq olaraq market və kafe binasıdır. Hər iki tikili mişar daşından inşa edilmişdir. Tikililər layihə sənədində göstərilən göstəricilərə uyğundur. İnşa edilmiş tikililər başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəsinə məhdudiyyət yaratmır. Qeyd olunur ki, tikililərin inşa edilməsi insanların həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməməsinin müəyyən edilməsi məhkəmə tikinti-yexniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3996 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci-səkkizinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 03.06.24 tarixli 3-21-3-38/2-1494/24 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.m və 775 kv.m torpaq sahələrinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.m və 775 kv.m torpaq sahələri müqavilənin bağlanıldığı vaxt (dekabr 2021-ci il) və hazırda bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahələridir. Göstərilən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, şoranlıq olan ərazidə yerləşir. Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.m və 775 kv.m torpaq sahələrinin koordinatları elektron kadastr məlumat bazasında qeyd edilməmişdir. Həmin torpaq sahəsi yerləşən qəsəbə ərazisi ümumi olaraq elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd edilmişdir. Şirvan şəhəri Xoyski küçəsində yerləşən 460.80 kv.m və 775 kv.m torpaq sahələri müqavilələrdə göstərilən koordinatlar daxilində yerləşir və üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Altıncı sualda göstərilən məsələ ekspertin səlahiyyətlərinə aid olmadığından sualda göstərilən məsələ üzrə tətqiqat aparılmaməşdır. Qeyd edilən torpaq sahələrinin göstəriciləri layihəyə və tikinti obyektinin istismarına icazə sənədində qeyd edilən göstəricilərə uyğundur. Səkkizinci sualda göstərilən məsələ ekspertin səlahiyyətlərinə aid olmadığından sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/7644 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3996 nömrəli ekspet rəyləri ilə mübahisə obyekti olan torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bələdiyyə qərarları, tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ilə torpaq sahəsinin İddiaçınə qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. İş materiallarına nəzər yetirilən zaman müəyyən edilir ki, Şirvan şəhər bələdiyyəsinin sədri X7 ilə İddiaçı MMC-nin direktoru X13 arasında Şirvan şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 saylı qərarı əsasında ünvan 1ndə yerləşənümumi sahəsi 460.8 kv.m və 775 kv.m torpaq sahələrinin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X10 bağlanmışdır. İcarə müqavilələrinə nəzər yetirilən zaman torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün ayrıldığı və hər il üzrə hesablanan icarə haqlarınında sahibkarlıq fəaliyətinə nisbətdə hesablandığı müəyyən edilir. Qeyd edilən icarə müqavilələri bu günə kimi mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. Digər bir hal sözügedən İddiaçı tərəfindən inşa edilmiş 460.8 kv.m qeyri-yaşayış binasının və 372 kv.m qeyri yaşayış binasının məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində yerləşməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2021-ci il tarixli, 666 nömrəli arayışının surətindən görünür ki, X11 həqiqətən də “Optimal Elektronika“ MMC (VÖEN **********) ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış “Torpaq icarə müqaviləsi” əsasında Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsində “Optimal Elektronika“ MMC-nin təsisçisi və direktoru X13 öz şəxsi vəsaiti hesabına 460,8 kv. metrdən ibarət qeyri-yaşayış binası tikdirmişdir. Eləcə də, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 11 sentyabr 2024-cü il tarixli, 486 nömrəli məktubuna əsasən İddiaçı tərəfindən öz vəsaiti hesabına tikilmiş 460.8 kv.m qeyri-yaşayış binasının və 372 kv.m qeyri yaşayış binasının özəlləşdirilməsinə etiraz etmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-8/2-438/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş əlavələrə əsasən Şirvan şəhəri F.X.Xoyski küçəsində Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış məhəlləsi inşa edilmişdir. Yaşayış məhəlləsinin inşası Şirvan Bələdiyyəsi 20 dekabr 2013-cü il tarixli 12 nömrəli iclas qərarına əsasən ayrılmış Şirvan şəhəri F.X.Xoyski küçəsində bələdiyyə mülkiyyətinə aid torpaqlardan 10.0 ha torpaq sahəsində, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 86 nömrəli sərəncamına, xx.xx.2019-cu il tarixli 01 nömrəli obyektin tikintisinə icazə və İHB Aparatının Memarlıq və tikinti şöbəsinin xx.xx.2019-cu il tarixli 01 nömrəli tikintiyə icazə barədə xüsusi nişan sənədlərinə əsasən həyata keçirilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən qeyd edilənlərlə bağlı müvafiq təsdiqedici sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. İddiaçıya məxsus sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçının etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərarlar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Beləliklə, məhkəmə, Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Bələdiyyə qərarları, tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri sözügedən torpaq sahəsi üzərində İddiaçı icarə hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İddiaçı hazırki işdə daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyatının aparılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər (sərəncam, layihə və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək və inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə daşınmaz əmlaka hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının daşınmaz əmlaklarına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan iddia təmin edilməli, “Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində yerləşən torpaq sahəsi üzərində İddiaçı tərəfindən inşa edilmiş 460.8 kv.m qeyri-yaşayış binası və 372 kv.m qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun İddiaçı MMC-nin adına qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi iş üzrə verilmiş ekspert rəyləri ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçındən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. “Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində yerləşən torpaq sahəsi üzərində İddiaçı tərəfindən inşa edilmiş 460.8 kv.m qeyri-yaşayış binası və 372 kv.m qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun İddiaçı MMC-nin adına qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 150 manat ekspertiza tədqiqatının dəyəri İddiaçındən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov