Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-353/2022 24.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayonu Məzrəli Bələdiyyəsinə qarşı “Saatlı rayonu Məzrəli X1 2.77 ha və X7 4.0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin xx.xx.2004-cü il tarixli, 12 saylı və xx.xx.2021-ci il tarixli, 12 saylı iclasının qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 avqust 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Saatlı rayonu Məzrəli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayonu Yuxarı-Hacıqasımlı bələdiyyəsi tərəfindən (hazırkı Məzrəli) X7 4.0 ha və X4 2.77 ha torpaq sahəsinin icarəyə verilməsinə dair qərarın, eləcə də bələdiyyənin xx.xx.2021-ci il tarixli 12 saylı iclasının qərarlarının ləğv edilməsi, Yuxarı- Hacıqasımlı bələdiyyəsi ilə Əliqara Mirzəliyev və Şəmistan Mustafayev arasında bağlanılmış icarə müqavilələrinə xitam verilməsi, X7 verilmiş X18 X19 etibarsız hesab edilməsi, X4 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “Saatlı rayonu Məzrəli X1 2.77 ha və X7 4.0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin xx.xx.2004-cü il tarixli, 12 saylı və xx.xx.2021-ci il tarixli, 12 saylı iclasının müvafiq qərarlarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də X8 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, daxil olmuş müraciətlərə baxılarkən müəyyən edilmişdir ki, Yuxarı-Hacıqasımlı bələdiyyəsinin (hazırkı Məzrəli) xx.xx.2004-cü il tarixli, 12 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə 4 ha yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaq sahələri qanunazidd şəkildə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi X7, habelə 2.77 ha isə X4 uzun müddətə icarəyə ayrılmışdır. Yuxarıda qeyd olunan bələdiyyə qərarının ləğv edilməsi üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən Məzrəli bələdiyyəsinə xx.xx.2021-ci il tarixli, 09/5-209 saylı təklif məktubu göndərilmiş, lakin təklif məktubu bələdiyyənin xx.xx.2021-ci il tarixli iclasında (12 saylı protokol) müzakirə olunaraq tələb təmin edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin Qanunun 6.1.8-ci maddəsinə əsasən qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar mütləq təqdim olunan bələdiyyə aktlarındandır. Qeyd olunan Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 5 iş gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxs X11 gəlmiş, iddiaçının və cavabdehin nümayəndələri və digər üçüncü şəxs isə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X22 göndərdiyi 18 avqust 2021-ci il tarixli, **********61 nömrəli məktubundan görünür ki, Saatlı rayonunun Məzrəli kənd sakini X12 bələdiyyənin ümumi istifadəsində olan örüş torpaqlarının bələdiyyə sədri tərəfindən qanunsuz yollarla ayrı-ayrı şəxslərə icarəyə verilməsi ilə bağlı məsələnin araşdırılmasına köməklik göstərilməsi barədə 14 iyul 2021-ci il tarixli elektron müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətdə qeyd edilən məsələ Xidmətin Şirvan Ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman kəndin gələcək inkişafı üçün ayrılmış ərazidən bələdiyyənin 15 mart 2007-ci il tarixli, 15 saylı qərarı ilə Məzrəli kənd sakini X23 4,0 hektar, 08 dekabr 2004-cü il tarixli, 12 saylı qərarı ilə Məzrəli kənd sakini X10 4,0 hektar və X4 3,0 hektar torpaq sahələrinin 50 il müddətinə icarəyə verildiyi məlum olmuşdur. Sözügedən bələdiyyə mülkiyyətinə aid torpaq sahələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin və “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinin tələbləri pozulmaqla ayrılmışdır. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd olunanları nəzərə alaraq qəbul edilmiş Məzrəli bələdiyyəsinin yuxarıda qeyd edilən icarə müqavilələrinə şikayətçilərin mənafeyi nəzərə alınmaqla yenidən baxılması və nəticəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Saatlı rayonu Məzrəli Bələdiyyəsinə və İddiaçınə göndərdiyi 07 sentyabr 2021-ci il tarixli, 09/5-209 nömrəli məktubundan görünür ki, Saatlı rayonu Məzrəli Bələdiyyəsinə aid kəndin gələcək inkişafı üçün ayrılmış ərazidən qanunvericiliyin tələblərinə zidd olaraq 11 ha torpaq sahəsinin uzunmüddətə 3 nəfər kənd sakininin icarəsinə verilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məktuba baxılmışdır. Məlum olmuşdur ki, Taleh Muradovun icarəsinə 4 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin xx.xx.2007-ci il tarixli (protokol № 15) qərarının ləğv edilməsi ilə əlaqədar İddiaçı tərəfindən Məzrəli bələdiyyəsinə təklif verilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidmətindən Ədliyyə Nazirliyinə daxil olmuş məktubda Taleh Muradovla yanaşı həmin ərazidən qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyənin xx.xx.2004-cü il tarixli (protokol № 12) qərarları ilə 50 il müddətinə Əliqara Mirzəliyevin icarəsinə 4 ha və Şəmistan Mustafayevin icarəsinə 3 ha torpaq sahəsinin ayrıldığı göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Odur ki, Əliqara Mirzəliyevin icarəsinə 4 ha və Şəmistan Mustafayevin icarəsinə 3 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin xx.xx.2004-cü il tarixli (protokol № 12) qərarların ləğv edilməsi, həmin qərarlara əsasən bağlanılmış icarə müqavilələrinin etibarsız hesab edilməsi üçün aidiyyəti orqanlara müraciət olunması təklif edilmiş, təklifin 5 iş günü müddətində bələdiyyə iclasında müzakirə olunması və müzakirənin nəticəsi barədə qəbul edilmiş qərarın surətinin X22 və İddiaçınə göndərilməsi təklif edilmişdir. İş materiallarında olan Saatlı rayonu Məzrəli bələdiyyəsinin 20 sentyabr 2021-ci il tarixli, 12 saylı iclas protokolunun surətindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyəyə göndərilmiş 4 ha və 3 ha torpaq sahələrinin Əliqara Mirzəliyevə və Şəmistan Mustafayevə ayrılması nəzərdə tutulan bələdiyyənin xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarların ləğv olunması, həmin qərar əsasında bələdiyyə ilə Ə.Mirzəliyev və Ş.Mustafayev arasında bağlanılmış icarə müqavilələrinin etibarsız hesab edilməsi üçün aidyyəti orqanlara müraciət edilməsi barədə təklifinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Saatlı rayonu Yuxarı-Hacıqasımlı (hazırda Məzrəli) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 saylı iclas protokolunun qərarının surətindən görünür ki, Saatlı rayonu Məzrəli kənd sakini X4 bələdiyyənin ehtiyat fondundan əkinçilik məqsədilə 50 (əlli) il müddətinə 3,0 ha torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, 16 saylı X20 surətindən görünür ki, X8 ilə Saatlı rayonu Yuxarı-Hacıqasımlı (hazırda Məzrəli) bələdiyyəsi arasında 3,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 50 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, X3 Saatlı rayonu Məzrəli kəndində yerləşən 2,77 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan JN-8544, Kod 90804018 olan “X18 hüququna dair” Şəhadətnamənin surətindən görünür ki, Saatlı rayonu Hacıqasımlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarı ilə X2 təsərrüfatı məhsulları istehsal etmək üçün 50 il müddətinə 4,0 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2-1(86)-312/2017 saylı qərarının surətindən görünür ki, iddiaçılar X12, X15, X9, X16 və X13 cavabdeh Saatlı rayon Məzrəli bələdiyyəsinə qarşı “Saatlı rayon Hacıqasımlı bələdiyyəsinin 08 dekabr 2004-cü il tarixli, 12 nömrəli qərarının və Saatlı rayon Hacıqasımlı bələdiyyəsi ilə X11 arasında bağlanmış 13 dekabr 2004-cü il tarixli, 18 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvəqqəti istifadə üçün verilmiş JN-8544, Kod 90804018 nömrəli plan və ölçünün ləğv edilməsi” tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2017-ci il tarixli, 2-1(102)-2418/2017 saylı qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyul 2017-ci il tarixli, 2-1(106)-294/2017 saylı qərarı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2-1(86)-312/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Eləcə də Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyul 2017-ci il tarixli, 2-1(106)-294/2017 saylı qərarından iddiaçılar X21, X26, X14, X27 və X24 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyul 2017-ci il tarixli, 2-1(106)-294/2017 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun preambulasında müəyyən olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Buna görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi fəaliyyətinin tərkib hissələrindən biri də müvafiq əsaslar mövcud olduqda məhkəməyə müraciət edilməsi imkanıdır. Sözügedən Qanunda həmçinin məhkəməyə müraciət edilməsinin şərtləri və qaydası da tənzimlənmişdir. İddia qaldırmaq üçün inzibati nəzarət orqanı həmin şərtlərə və qaydalara riayət etməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində aşkar şəkildə təsbit olunmuşdur ki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Beləliklə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəmədə qaldırılacaq iddiaya iddia müddətlərinin şamil edildiyini təsbit edir. Bu müddət hazırkı iddia üzrə bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarının inzibati nəzarət orqanına təqdim olunduğu gündən hesablanmağa başlanan 15 günlük müddətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərti ilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ırazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin altıncı bəndinin üçüncü hissəsinə görə isə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətlərinə və torpağın ayrılma məqsədinə, mövcud tikinti normalarına, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun, torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək (maddə 4.0.1), müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır (maddə 4.0.2). Həmin Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrininin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir (maddə 9.2). Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır (maddə 9.3). Həmin Qanunun 16-cı maddəsinə görə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır (maddə 16.1). Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 16.2). Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (maddə 16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (maddə 16.4). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı rayonu Yuxarı- Hacıqasımlı (hazırda Məzrəli) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən Saatlı rayonu Məzrəli kənd sakini X4 bələdiyyənin ehtiyat fondundan əkinçilik məqsədilə 50 (əlli) il müddətinə 3,0 ha torpaq sahəsi icarəyə verilmiş, X8 ilə Saatlı rayonu Yuxarı-Hacıqasımlı (hazırda Məzrəli) bələdiyyəsi arasında 3,0 ha torpaq sahəsinin 50 illik icarəyə verilməsinə dair xx.xx.2004-cü il tarixli, 16 saylı X29 bağlanmış, X3 Saatlı rayonu Məzrəli kəndində yerləşən 2,77 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı rayonu Hacıqasımlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarı ilə X2 təsərrüfatı məhsulları istehsal etmək üçün 50 il müddətinə 4,0 ha torpaq sahəsi icarəyə verilmiş, X11 ilə Saatlı rayonu Yuxarı-Hacıqasımlı (hazırda Məzrəli) bələdiyyəsi arasında 4,0 ha torpaq sahəsinin 50 illik icarəyə verilməsinə dair xx.xx.2004-cü il tarixli, 18 saylı X29 bağlanmış, X2 təsərrüfatı məhsulları istehsal etmək şərtilə JN-8544, Kod 90804018 olan “X18 hüququna dair” Şəhadətnamə tərtib edilib verilmişdir. Həmin vaxtdan hazırki vaxtadək mübahisəli torpaq sahələri səmərəli istifadə olunmaqdadır. Torpağı icarəyə vermə səlahiyyətində olan orqan (Saatlı rayonu Məzrəli Bələdiyyəsi) həmin müqavilələrdən irəli gələn nəticələrdən məmundur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Saatlı rayonu Məzrəli bələdiyyəsinin mülkiyyətinə aid olan 2,77 ha torpaq sahəsinin X4 icarəyə verilməsi ilə bağlı Saatlı rayonu Məzrəli bələdiyyəsi ilə X8 arasında xx.xx.2004-cü il tarixli, 16 saylı torpaq icarə müqaviləsi bağlanması üçün əsas olmuş bələdiyyənin mübahisə predmeti olan xx.xx.2004-cü il tarixli, 12 saylı qərarı, eləcə də Saatlı rayonu Məzrəli bələdiyyəsinin mülkiyyətinə aid olan 4,0 ha torpaq sahəsinin X7 icarəyə verilməsi ilə bağlı Saatlı rayonu Məzrəli bələdiyyəsi ilə X11 arasında xx.xx.2004-cü il tarixli, 18 saylı torpaq icarə müqaviləsi bağlanması üçün əsas olmuş bələdiyyənin mübahisə predmeti olan xx.xx.2004-cü il tarixli, 12 saylı qərarı, eləcə də Saatlı rayonu Məzrəli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 saylı iclasının qərarı qanuni, iddiaçının tələbi isə əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Saatlı rayonu Məzrəli Bələdiyyəsinə qarşı “Saatlı rayonu Məzrəli X1 2.77 ha və X7 4.0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin xx.xx.2004-cü il tarixli, 12 saylı və xx.xx.2021-ci il tarixli, 12 saylı iclasının qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Saatlı rayonu Məzrəli Bələdiyyəsinə qarşı “Saatlı rayonu Məzrəli X1 2.77 ha və X7 4.0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin xx.xx.2004-cü il tarixli, 12 saylı və xx.xx.2021-ci il tarixli, 12 saylı iclasının qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-353/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-353/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver