Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-353/2023 11.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda əyani təhsil aldığı illərin və xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə kimi “Bərəkət” Dövlət müəssisəsində mağaza müdiri vəzifəsində işlədiyi illərin iş stajı kimi hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməklə hazırda qüvvədə olan “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona təyin olunmuş yaşa görə əmək pensiyasının qeyd olunan illər də nəzərə alınmaqla yenidən hesablanmasının Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadları ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2-1(120)-128/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2-1(120)-128/2021 nömrəli qərarından İddiaçı apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(106)-336/2021 nömrəli qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2-1(120)-128/2021 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmənin keçmiş iclasında izahat verərək bildirmişdir ki, o, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuşdur və hazırda Cəlilabad rayonu Ocaqlı kəndində yaşayır. O, 1973-cü ildən 2001-ci ilə kimi müxtəlif idarələrdə işləmiş və adına əmək kitabçası yazılmışdır. Habelə, o, 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan X3 əyani təhsil almış və bunu təsdiq edən diplomu vardır. Hazırda ona əmək pensiyası təyin olunmuş və 130 manat pensiya alır. Lakin təhsil aldığı illər diplomda qeyd olunmasına və işlədiyi illər əmək kitabçasına yazılmasına baxmayaraq həmin illər onun sosial sığorta stajına hesablanmamışdır. Halbuki, onun əmək kitabçasında qeyd edildiyi kimi, o, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə kimi “Bərəkət” dövlət müəssisəsində mağaza müdiri vəzifəsində işləmiş və 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan X3 əyani təhsil almışdır. Onun təhsil almağına və işləməyinə dair hüquq müəyyənedici sənədləri olduğu halda həmin illərin iş stajı kimi hesablanmaması onun sosial təminat hüququnu məhdudlaşdırmışdır. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə kimi “X11 müəssisəsində” mağaza müdiri vəzifəsində işləmişdir. Vətəndaş Cəlilabad rayon filialına müraciət edərək həmin dövrlərin sosial sığorta stajına əlavə edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. xx.xx.2020-ci il tarixli Cəlilabad rayon filialının İddiaçı ünvanlanan məktubunda bildirilmişdir ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində göstərilən sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin cəmi 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Hesab edirlər ki, imtina əsaslıdır və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməməlidir. Belə ki, işin faktiki hallarına əsasən, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Vətəndaş yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə Filiala ərizə ilə müraciət etmişdir. Təqdim etdiyi sənədlərə əsasən vətəndaş xx.xx.1973-xx.xx.1977-ci illərdə təhsil almış, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1973-13.06.xx.xx.1973, xx.xx.1973-xx.xx.1973, xx.xx.1977xx.xx.1977, xx.xx.1979-xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988xx.xx.1990, xx.xx.1990-xx.xx.1992-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Vətəndaşın cəmi iş stajı 17 il 9 ay 7 gündür, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixə Cəlilabad rayon Bərəkət kiçik müəssisəsində işlədiyini iddia etdiyi illər həmin müəssisənin DSMF-Cəlilabad rayon filialında sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığından iş stajı hesablanarkən həmin illər nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Bərəkət kiçik müəssisəsi DSMF-Cəlilabad rayon filialında sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığından və məcburi dövlət sosial sığorta haqları ödəmədiyindən iddiaçının işlədiyini iddia etdiyi dövrlər sığorta stajına daxil edilə bilməz. Həmçinin, iddiaçının əmək kitabçasının 20-ci səhifəsində “X11 müəssisəsi”ndə mağaza müdiri vəzifəsinə təyin edildiyi, 22-ci səhifədə isə həmin müəssisənin ləğv olunması ilə əlaqədar olaraq vəzifədən azad edildiyi qeyd edilmişdir. Lakin bu qeyd müvafiq əmrlə öz təsdiqini tapmır. İddiaçının işdən azadolma əmri yoxdur. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1960-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Lakin iddiaçının əmək kitabçasında və iş materiallarında işdən azad olunma əmrləri yoxdur. Bu da işçinin əmək kitabçasını və işlədiyi illəri mübahisələndirir. İşin tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədi ilə tərəflərindən şəxsin işlədiyini iddia etdiyi müəssisə barəsində müvafiq məlumatların əldə olunması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə 18 fevral 2021-ci il tarixli **********1 nömrəli sorğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli **********8 nömrəli sorğu ünvanlanmışdır. Həmçinin şəxsin işlədiyini və əməkhaqqı aldığını iddia etdiyi dövrlərlə əlaqəli Milli Arxiv İdarəsi Cəlilabad rayon Dövlət Arxivinə xx.xx.2021-ci il tarixli **********8 nömrəli sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq Arxiv idarəsinin xx.xx.2021-ci il tarixli, 25 nömrəli məktubunda “X11 müəssisəsi”nin sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi, arxivdə mühafizə olunmadığı qeyd edilmişdir. Yuxarıda göstərilən səbəblərdən, şəxsin həmin dövrlərdə “X11 müəssisəsi”ndə işlədiyini təsdiq edən arxiv sənədləri və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir sənəd olmadığı üçün şəxsin iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan X3 əyani təhsil aldığı illəri və xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə kimi “Bərəkət” dövlət müəssisəsində mağaza müdiri vəzifəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, 000815 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-1977-ci illərdə D.Bünyadzadə adına Azərbaycan X3 ticarətin iqtisadiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan xx.xx.1980-cı il tarixli, ВП 043410 nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1992-ci il tarixdə “Bərəkət” dövlət müəssisəsinə mağaza müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə müəssisənin ləğv olunması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 nömrəli imtina məktubundan görünür ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi, habelə azı 25 il sığorta stajının müəyyən edilmədiyi əsas gətirərək cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2020-ci il tarixli, 010-032-1026/2020 nömrəli məktubundan görünür ki, İddiaçı 1973-1977-ci illərdə D.Bünyadzadə adına X3 əyani şöbədə təhsil almışdır. Ali təhsil müəssisəsini xx.xx.1977-ci il tarixli, 93/c nömrəli əmrlə “Ticarətin İqtisadiyyatı” ixtisası üzrə bitirmiş və ona B-İ 000815 nömrəli diplom verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********547500 nömrəli məktubundan görünür ki, “Bərəkət Əli” firmasının xx.xx.1998-ci il tarixli, 188 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi, xx.xx.1998-ci il tarixdə ********* VÖEN-lə vergi uçotuna dayanması, X11 müəssisəsinin bazasında yaradılması barədə məlumat mövcuddur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı əmək kitabçasına əsasən 25 ildən çox sığorta stajının olduğunu, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə kimi “X11 müəssisəsində” mağaza müdiri vəzifəsində işlədiyini iddia edərək həmin illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İşin faktiki hallarına əsasən, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə Filiala ərizə ilə müraciət etmişdir. İşin faktiki hallarına əsasən bildirmək istərdik ki, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə (xx.xx.2020) mübahisləndirilməyən sosial sığorta stajı 17 il 9 ay 7 gündür. Təqdim edilən sənədlərə əsasən iddiaçı xx.xx.1973-xx.xx.1977-ci illərdə təhsil almış, xx.xx.1977-xx.xx.1979cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1973-13.06.xx.xx.1973, xx.xx.1973, xx.xx.1977xx.xx.1977, xx.xx.1979-xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 17 il 9 ay 7 gün sığorta stajı, 12824,76 manat pensiya kapitalı mövcuddur. Belə ki, iddiaçının təhsil illəri-xx.xx.1977 (4 il), hərbi xidmətdə olduğu dövr- xx.xx.1977-xx.xx.1979 (1 il 5 ay 27gün), əmək fəaliyyəti ilə məşğul olduğu dövr-xx.xx.1973-xx.xx.1973 (3 ay) , xx.xx.1973- xx.xx.1973 (2 ay 12 gün),xx.xx.1977-xx.xx.1977 (1 ay 12 gün) , xx.xx.1979-xx.xx.1985 (5 il 7 ay 18 gün), xx.xx.1985-xx.xx.1986 (1 il 5 ay 22 gün) , xx.xx.1987-xx.xx.1988 (1 ii 1 ay 15 gün), xx.xx.1988xx.xx.1990 (2 il 1 gün), xx.xx.1990-xx.xx.1992 (1 il 5 ay 20 gün) onun mübahisələndirilməyən sosial sığorta stajına daxil edilən dövrlərdir. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001 -ci il tarixə kimi (09 il 10 ay 9 gün) Cəlilabad rayon Bərəkət kiçik müəssisəsində işləməsi faktı aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığı üçün sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. Yuxarıdakıları ümumiləşdirərək qeyd etməliyik ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı 17 il 9 ay 7 gün, mübahisələndirilən sığorta stajı 9 il 10 ay 9 gündür. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Göstərilənləri nəzərə almaqla İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, vətəndaş X5 (FİN: 2LWEXXT) xx.xx.2016-cı il tarixində Fondun keçmiş Xətai rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı xx.xx.1992-ci il tarxindən xx.xx.1995-ci il tarixinədək “Bərəkət” kiçik dövlət müəssisəsindəki əmək fəaliyyəti dövrləri onun ümumi iş stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, vətəndaş X7 (FİN: 48VNUGM) xx.xx.2012-ci il tarixində Fondun keçmiş Sabunçu rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı xx.xx.1990-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək “Bərəkət” firma mağazasındakı əmək fəaliyyəti dövrlərinin xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək hissəsi onun ümumi iş stajına daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********628900 nömrəli məktubundan görünür ki, dövlət reyestrində “Bərəkət” kiçik dövlət müəssisəsinin bazasında yaradılan “Bərəkət Əli” firmasının xx.xx.1998-ci il tarixdə 188 nömrə ilə dövlət qeydiyyatından keçməsi və ********* saylı VÖEN-lə vergi uçotuna alınması barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Eyni zamanda, mövcud məlumat bazasına əsasən “Bərəkət Əli” firması tərəfindən xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr ərzində 10946,80 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********008300 nömrəli məktubundan görünür ki, xx.xx.1998-ci il tarixində 188 nömrə ilə dövlət qeydiyyatına alınmış “Bərəkət Əli” firması tərəfindən 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət edilməmişdir. “Bərəkət Əli” firmasının qeydiyyat sənədlərinin surətləri əlavə edilmişdir. İşdə olan “Bərəkət Əli” firmasının nizamnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Bərəkət Əli” firması xx.xx.1994-cü il tarixdə 8062 nömrə ilə qeydiyyata alınmışdır. Belə ki, iddiaçının təhsil aldığı və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrlərinin cəmi 25 ildən çox olduğu müəyyən olunur. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cavabdeh tərəfindən verilmiş etirazın surətindən görünür ki, cavabdeh imtinası iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Bərəkət” dövlət müəssisəsində işlədiyi dövr üzrə sənədlərin dövlət arxivinə təhvil verilmədiyini, arxivdə mühafizə olunmadığını, bununla da iddiaçının həmin idarədə işləməsi faktının öz təsdiqini tapmamasını əsas götürmüşdür: İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı etirazından məlum olur ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1973-xx.xx.1977-ci illərdə təhsil aldığı, xx.xx.1977xx.xx.1979-cu illərdə hərbi xidmətdə olduğu, xx.xx.1973-13.06.xx.xx.1973, xx.xx.1973xx.xx.1973, xx.xx.1977-xx.xx.1977, xx.xx.1979-xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992-ci illərdə əmək fəaliyyəti ilə məşğul olduğu dövr (17 il 9 ay 7 gün) mübahisələndirilməmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların işlədiyi illəri sığorta stajı kimi hesablanmasını və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64,5 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (64,5 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-ci il tarixdə doğulması və xx.xx.2020-ci il tarixində, yəni 64,5 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan əmək kitabçalarına nəzər yetirdikdə (mübahisəli dövrlə bağlı) məlum olur ki, iddiaçı: - xx.xx.1992-ci il tarixdə “Bərəkət” dövlət müəssisəsinə mağaza müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixində işdən azad olunmuşdur. (09 il 2 ay) Qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu, təhsil aldığı və hərbi xidmət dövrünü cəmlədikdə müəyyən olunur ki, onun ümumi iş stajı 25 ildən çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.2001-ci il tarixədək “Bərəkət” dövlət müəssisəsində işlədiyi dövr üzrə sənədlərin dövlət arxivinə təhvil verilmədiyini, arxivdə mühafizə olunmadığını, bununla da iddiaçının həmin idarədə işləməsi faktının öz təsdiqini tapmamasını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi “Bərəkət” dövlət müəssisəsi ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2001-ci il tarixədək müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmişdir, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Bərəkət” dövlət müəssisəsində işləmişdir. - dövlət reyestrində “Bərəkət” kiçik dövlət müəssisəsinin bazasında yaradılan “Bərəkət Əli” firmasının xx.xx.1998-ci il tarixdə 188 nömrə ilə dövlət qeydiyyatından keçməsi və ********* saylı VÖEN-lə vergi uçotuna alınması barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Eyni zamanda, mövcud məlumat bazasına əsasən “Bərəkət Əli” firması tərəfindən xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr ərzində 10946,80 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmişdir. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********628900 nömrəli məktubu) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Bərəkət Əli” firması xx.xx.1994-cü il tarixdə 8062 nömrə ilə qeydiyyata alınmışdır. (əsas - “Bərəkət Əli” firmasının nizamnaməsinin surəti) - “Bərəkət Əli” firması “Bərəkət” kiçik dövlət müəssisəsinin bazasında yaradılmışdır. (əsas - “Bərəkət Əli” firmasının nizamnaməsinin surəti) - X1 məhkəməyə təqdim edilən pensiya işinə əsasən onun “Bərəkət” kiçik dövlət müəssisəsində işlədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr yaşa görə əmək pensiyası təyin edilən zaman onun ümumi iş stajına daxil edilmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi “Bərəkət” dövlət müəssisəsinin sorğu cavabları əsasında fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxivdə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən göründüyü kimi xx.xx.1973-cü il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1992-ci il tarixdə “Bərəkət” dövlət müəssisəsinə mağaza müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə müəssisənin ləğv olunması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********547500 nömrəli məktubunda “Bərəkət Əli” firmasının xx.xx.1998-ci il tarixli, 188 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi, xx.xx.1998-ci il tarixdə ********* VÖEN-lə vergi uçotuna dayanması, X11 müəssisəsinin bazasında yaradılması barədə məlumat mövcud olduğu qeyd edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi, habelə azı 25 il sığorta stajının müəyyən edilmədiyi əsas gətirərək cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazında Bərəkət kiçik müəssisəsi DSMF-Cəlilabad rayon filialında sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığından və məcburi dövlət sosial sığorta haqları ödəmədiyindən iddiaçının işlədiyini iddia etdiyi dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin, iddiaçının əmək kitabçasının 20-ci səhifəsində “X11 müəssisəsi”ndə mağaza müdiri vəzifəsinə təyin edildiyi, 22-ci səhifədə isə həmin müəssisənin ləğv olunması ilə əlaqədar olaraq vəzifədən azad edildiyi qeyd edilmişdir. Lakin bu qeyd müvafiq əmrlə öz təsdiqini tapmadığı, iddiaçının işdən azadolma əmrinin olmadığı qeyd edilmişdir. İddiaçının xx.xx.1992ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Bərəkət” dövlət müəssisəsindən işdən azad edilməsi barədə qeyd Bakı şəhəri “Bərəkət Əli” firmasına məxsus möhürlə təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının “Bərəkət” dövlət müəssisəsində işlədiyi illəri onun sığorta stajına daxil edir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, məhkəmə araşdırmasının gedişində göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən iddiaçının işlədiyi müəssisənin mövcudluğu məhkəmə araşdırması nəticəsində təqdim edilən sorğu cavablarına və digər şəxslərin pensiya işlərinə əsasən “Bərəkət Əli” firmasının “Bərəkət” kiçik dövlət müəssisəsinin bazasında yaradıldığı, xx.xx.1994-cü ildən qeydiyyat keçdiyi, lakin qeyd edilən dövrə qədər “Bərəkət” kiçik dövlət müəssisəsinin artıq uzun illərdir fəaliyyət göstərdiyi, eləcə də iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən 1992-ci il tarixdə “Bərəkət” dövlət müəssisə tərəfindən işə qəbul olunduğu müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə “Bərəkət” kiçik dövlət müəssisəsi ilə bağlı sənədlər arxivə təhvil verilməsə də, məhkəmənin sorğu cavabları nəticəsində əldə etdiyi “Bərəkət Əli” firmasının nizamnaməsinə əsasən qeyd edilən firmanın “Bərəkət” kiçik dövlət müəssisəsinin bazasında yaradılması artıq “Bərəkət” kiçik dövlət müəssisəsinin varlığını və fəaliyyətdə olan müəssisə olmasını sübut edir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini və arxiv sənədlərinin saxlanıldığı ünvanının məlum olmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Bərəkət” dövlət müəssisəsində işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu iş materiallarında olan sənədlər ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin arxivə təhvil verilməməsi və yaxud həmin sənədlərin saxlandığı yerin hazırda məlum olmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir və həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Əmək kitabçasında qeyd olunan iş stajı, təhsil aldığı dövr və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 14 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı 14 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 14 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-353/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-353/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver