Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-353/2024 02.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(120)-1096/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ərazi idarəsinə qarşı “Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə Lənkəran rayonu Sütəmurdov bələdiyyəsi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(120)-353/2024 nömrəli qərardadından görünür ki, X4 və X5 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı əsasında ona 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin təyinatı sahibkarlıq fəaliyyəti üçün olmuşdur. Qeyd edilən torpaq sahəsi X8 kitabında 02 aprel 2010-cu il tarixdə A № 408462 /122 nömrə ilə uçota alınmış, plan və ölçüsü tərtib edilmişdir. Amma buna baxmayaraq həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqları hələdə qeydiyyata alınmamışdır. Halbuki, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün bütün sənədlər mövcuddur. Yuxarıda yazılanları nəzərə alaraq ki, Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı əsasında iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını Daşınmaz Əmlakın 10 saylı Lənkaran ərazi idarəsindən xahiş etsə də müraciətinə cavab verilməmişdir. Ərizənin cavabdeh qurum tərəfindən cavablandırılmaması əsassızdır. Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli. 12 saylı qərarı əsasında iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 iddia tələbi üzrə bildirmişdir ki, - mübahisəli torpaq sahəsinə müayinə həyata keçirilə bilmədiyinə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir, hal-hazırda məhkəmə tərəfindən keçirilmiş tikinti-texniki ekspertizası nəticəsində ətraflı araşdırma aparılaraq, koordinatlar müəyyənləşdirilmişdir, sadəcə mübahisəli torpaq sahəsinin üçüncü şəxs tərəfindən istifadə edilməsi halı müəyyən edilmişdir, buna görə iddia tələbini məhkəmənin mülahizəsinə buraxmışdır. 3-cü şəxslərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə 3-cü şəxslərin iştirаkları оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır, həm də əsaslıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 018223 nömrəli xx.xx.2007-ci il tarixli kassa mədaxil orderindən görünür ki, torpaq alqı-satqısından ötəri İddiaçı tərəfindən Sütəmurdov bələdiyyəsinin hesabına 63,00 manat mədaxil edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 000374 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən xüsusi sürətli poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidməti vasitəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ünvanlanmışdır. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin Sütəmurdov bələdiyyəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli, 680 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 0.03 ha torpaq sahəsinin torpaqların alqı-satqı qaydasına əsasən pulu əvvəlcədən bələdiyyə hesabına köçürməklə sahibkarlıq üçün torpaq sahəsi satıla bilər. İşdə olan Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin 12 saylı, 17 oktyabr 2007-ci il tarixli qərarından görünür ki, Lənkəran rayon Kənarmeşə kənd sakini İddiaçı 0.03 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan xx.xx.2007-ci il tarixli Lənkəran rayon Sütəmurdov bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısı barədə aktdan görünür ki, 0.03 ha torpaq sahəsi Bələdiyyə tərəfindən İddiaçı satılmışdır. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsində xx.xx.2007-ci il tarixdə, 2661 nömrə ilə qeydiyyata alınan AKT-dan görünür ki, Sütəmurdov bələdiyyəsinin sədri Emin Məmmədov, Lənkəran rayon torpaq və xəritəçəkmə şöbəsinin müdir əvəzi F.Calalovun və İddiaçı iştirakı ilə Lənkəran rayon Kənarmeşə kənd sakini İddiaçı 0.03 ha torpaq sahəsinin satılması təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********38 saylı məktubunda göstərilmişdir ki, Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən, Sütəmurdov bələdiyyəsinin 17 oktyabr 2007-cı il tarixli, 12 saylı müvafiq qərarı əsasında sahibkarlıq fəaliyyəti məqsədilə İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsinə dair qeydiyyatın aparılması proseduru ilə əlaqədar həmin şəxs tərəfindən Ərazi İdarəsinə edilən müraciətin, habelə müraciət əsasında aparılmış inzibati icraat materiallarının təqdim olunmasına münasibətdə, həmin əmlaka dair arxiv və baza məlumatları aid olan hissədə araşdırıldı. Sözü gedən ünvanda yerləşən 300 kv.m sahibkarlıq məqsədli torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçının 11 oktyabr 2022-ci il tarixli, ********** və eyni məzmunlu 17 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizələri əsasında təqdim olunmuş sənədlər icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydaları qanunvericiliklə müəyyən edilir. Belə ki, həmin ərəfədə sözü gedən torpaq sahəsinə dair faktiki yerində müayinə (çöl ölçmə işləri) keçirilməsindən ötrü aidiyyəti mütəxəssisə hazırki müraciət sahibi tərəfindən lazımi şərait yaradılmadığı səbəbdən icraatda olan sənədlərin ekspertizasının nəticələrinə uyğun olaraq həmin müraciətlərin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********26 saylı məktubunda göstərilmişdir ki, inzibati iş üzrə “bələdiyyə qərarı əsasında İddiaçı ayrılmış 300 kv.m sahibkarlıq məqsədli torpaq sahəsi üzərində - yaranmış mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin üzərinə qoyulması tələbinə münasibətdə" iddia tələbinə dair hazırki sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki İş üzrə sorğunun icrası olaraq aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən, Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında sahibkarlıq məqsədilə iddiaçı şəxsə ayrılmış 300 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan və ölçü sənədinin, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər iddiaçı şəxsin 2022-ci il 11 oktyabr tarixli, ********** və 2022-ci il 17 noyabr tarixli, ********** qeydiyyat nömrəli təkrar ərizəsi əsasında icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən, hazırki iş üzrə iddiaçı şəxsə sahibkarlıq fəaliyyəti məqsədilə ayrılmış həmin 300 kv.m torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydaları qanunvericiliklə müəyyən edilir. Belə ki, Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti məqsədilə iddiaçı şəxsə ayrılmış 300 kv.m torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər əsasında yaranmış mülkiyyət hüquqları barədə qeydiyyatın aparılması məqsədilə faktiki yerində müayinə aparılmaqla, koordinat nöqtələri dəqiqləşdirilməli, mövcud vəziyyətə uyğun (sənəd üzrə məlumatlarla faktki yerində olan vəziyyət, habelə mövcud xəritə məlumatlarının dürüstləşdirilməsinə münasibətdə) həmin əmlaka dair texniki sənədlər tərtib edilməlidir. Yəni Ərazi idarəsinə poçt vasitəsilə təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə sözü gedən 300 kv.m sahibkarlıq məqsədli torpaq sahəsinin faktiki yerində müayinə edilməsinə (tərəflər arasında mübahisə mövcuddur) hazırki iş üzrə iddiaçı tərəfindən şərait yaradılmamışdır. Qeyd olunan səbəbdən hazırki iş üzrə iddiaçı tərəfindən iki halda olmaqla poçt vasitəsilə Ərazi İdarəsinə ünvanlanmış yuxarıda barəsində qeyd olunan ərizələrinin icrasından imtina edilmişdir. Gələcəkdə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin oldunduğu təqdirdə, hazırki iddia tələbinə faktiki yerində tərəflərin iştirakı ilə keçirilən müayinənin (çöl ölçmə işləri) nəticələrinə uyğun qanunamüvafiq qaydada baxılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-361/2023 saylı məktubunda göstərilmişdir ki, A408462 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin və digər sənədlərin arxiv nüsxələrinin təsdiq olunmuş ksero surətlərinin təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığınız 19 dekabr 2022-ci il tarixli, 2-1(120)-2771/2022 qeydiyyat nömrəli məktuba tərəfimizdən baxılmışdır. Lənkəran rayonu, Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı əsasında ayrılmış 300 kv.m torpaq sahəsinə aid A408462 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin sənədin tərtib edilməsinə əsas olmuş hər-hansı bir sənəd Ərazi idarəsinin arxivində aşkarlanmadı. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-2841/2023 nömrəli məktubunda göstərilmişdir ki, Yaranmış zərurətlə əlaqədar xx.xx.2010-cu il tarixli, A408462 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin və həmin sənədin tərtib edilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktuba aidiyyəti üzrə baxılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində sözügedən sənədlər aşkar edilməmişdir. İşdə olan Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin məhkəməyə ünvanladığı 18 saylı, 15 may 2023-cü il tarixli və 99 saylı, xx.xx.2024-cü il tarixli məktublarında göstərilmişdir ki, Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı əsasında İddiaçı 300kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin təyinatı sahibkarlıq fəaliyyəti üçün olmuşdur. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 2-1(120)-1096/2023 saylı inzibati iş üzrə məlumatlıyam. İddiaçı bu iş üzrə məhkəməyə təqdim etdiyi və Sütəmurdov bələdiyyəsinə aid olan sənədlər tam doğrudur. Həmin sənədlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq tərtib və təsdiq edilmişdir. İş yükünün çoxluğu baxımından məhkəmə iclaslarında iştirak etmək imkanı məhduddur və işə Sütəmurdov bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmir. İddiaçı 0.03 ha Sütəmurdov bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinin zəbtdən azad olunmasını, mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. İşdə olan Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin məhkəməyə ünvanladığı 84 saylı, 05 sentyabr 2024-cü il tarixli arayışda göstərilmişdir ki, həqiqətən Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Kənarmeşə kənd sakini İddiaçı ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə bitişik, zəbt olunmuş və bir yerdə hasara alınmış lakin Sütəmurdov bələdiyyəsinin mülkiyyətinə aid olan torpaqlardan 0,03ha torpaq sahəsi sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə alqı-satqı qaydasında satılmışdır. xx.xx.2010-cu ildə həmin torpaq sahəsinə DTXK tərəfindən 408462 saylı Torpaq sahəsinin planı və ölçüsü (kadastr) sənədi verilmişdir. Fiziki şəxs İddiaçı Bələdiyyənin vergi sistemində qeydiyyata alınmış və hər il üzərinə düşən torpaq və əmlak vergi öhtəliklərini vaxtında ödəyir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A№408462 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, İddiaçı Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti üçün ona verilmiş 300kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədidir. İşdə olan Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin məhkəməyə ünvanladığı 10 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı əsasında İddiaçı 300 kv.m torpaq sahəsi ayrılmışdır. xx.xx.2010-cü ildə torpq sahısinə DTXK tərəfindən 408462 saylı Torpaq sahəsinin planı və ölçüsü (kadastr) sənədi verilmişdir. Həmin torpaq sahəsinin təyinatı sahibkarlıq fəaliyyəti üçün olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1096/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə yerquruluşu və tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1683 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1683 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1683 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 mart 2024-cü il tarixli, 3-21-3-43/2-627/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0.03 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən **********0057 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətə uyğun olması müəyyən olunmuşdur. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 mart 2024-cü il tarixli, 3-21-3-43/2-627/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0.03 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 mart 2024-cü il tarixli, 3-21-3-43/2-627/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 12 saylı qərarına əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0,03 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən edilmişdir.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 mart 2024-cü il tarixli, 3-21-3-43/2-627/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0.03 ha torpaq sahəsinin 0.019 ha hissəsinin faktiki olaraq digər şəxsin X2 faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi, qalan hissəsinin isə iddiaçının öz istifadəsində olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 mart 2024-cü il tarixli, 3-21-3-43/2-627/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0.03 ha torpaq sahəsinin oordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayon Sütəmurdov bələdiyyəsi 12 saylı, 17 oktyabr 2007-ci il tarixli qərar ilə Lənkəran rayon Kənarmeşə kənd sakini İddiaçı 0.03 ha torpaq sahəsinin satmışdır. Bundan sonra iddiaçı ilə Bələdiyyə arasında alqı-satqı aktı bağlanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsində xx.xx.2007-ci il tarixdə, 2661 nömrə ilə qeydiyyata alınan AKT-dan görünür ki, Sütəmurdov bələdiyyəsinin sədri Emin Məmmədov, Lənkəran rayon torpaq və xəritəçəkmə şöbəsinin müdir əvəzi F.Calalovun və İddiaçı iştirakı ilə Lənkəran rayon Kənarmeşə kənd sakini İddiaçı 0.03 ha torpaq sahəsinin satılması təsdiq edilmişdir və İddiaçı Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti üçün ona verilmiş 300 kv.metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A№408462 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 300.0 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Belə ki, cavabdeh orqan tərəfindən göstərilmişdir ki, Belə ki, Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti məqsədilə iddiaçı şəxsə ayrılmış 300 kv.m torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər əsasında yaranmış mülkiyyət hüquqları barədə qeydiyyatın aparılması məqsədilə faktiki yerində müayinə aparılmaqla, koordinat nöqtələri dəqiqləşdirilməli, mövcud vəziyyətə uyğun (sənəd üzrə məlumatlarla faktki yerində olan vəziyyət, habelə mövcud xəritə məlumatlarının dürüstləşdirilməsinə münasibətdə) həmin əmlaka dair texniki sənədlər tərtib edilməlidir. Yəni Ərazi idarəsinə poçt vasitəsilə təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə sözü gedən 300 kv.m sahibkarlıq məqsədli torpaq sahəsinin faktiki yerində müayinə edilməsinə (tərəflər arasında mübahisə mövcuddur) hazırki iş üzrə iddiaçı tərəfindən şərait yaradılmamışdır. Qeyd olunan səbəbdən hazırki iş üzrə iddiaçı tərəfindən iki halda olmaqla poçt vasitəsilə Ərazi İdarəsinə ünvanlanmış yuxarıda barəsində qeyd olunan ərizələrinin icrasından imtina edilmişdir. Gələcəkdə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin oldunduğu təqdirdə, hazırki iddia tələbinə faktiki yerində tərəflərin iştirakı ilə keçirilən müayinənin (çöl ölçmə işləri) nəticələrinə uyğun qanunamüvafiq qaydada baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspert rəyinin nəticəsində müəyyən edilmişdir ki, Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0.03 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək, sözügedən torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən **********0057 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətə uyğun olması müəyyən olunmuşdur. İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0.03 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsi tərəfindən məktub göndərilərək, İddiaçı 0.03 ha Sütəmurdov bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinin zəbtdən azad olunmasını, mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0,03 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən edilmişdir və İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0.03 ha torpaq sahəsinin 0.019 ha hissəsinin faktiki olaraq digər şəxsin X2 faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi, qalan hissəsinin isə iddiaçının öz istifadəsində olması müəyyən edilmişdir. Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti üçün 0.03 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə (iddiaçının adına tərtib edilmiş Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı, xx.xx.2007-ci il tarixli Lənkəran rayon Sütəmurdov bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısı barədə akt, torpaq sahəsinin plan ölçü sxemi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A№408462 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi, kassa mədaxil orderi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin Sütəmurdov bələdiyyəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli, 680 nömrəli məktubu) 300 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə icarə hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş iddiaçının adına tərtib edilmiş Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı, xx.xx.2007-ci il tarixli Lənkəran rayon Sütəmurdov bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısı barədə akt, torpaq sahəsinin plan ölçü sxemi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A№408462 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi, kassa mədaxil orderi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin Sütəmurdov bələdiyyəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli, 680 nömrəli məktubu mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X6 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, sahibkarlıq üçün ayrılmış (300 kv.m) 0.03 ha (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-353/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-353/2024
02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver