Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3548/2023 10.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7, Cavabdehin vəkili X17, Üçüncü şəxs İstehlak Cəmiyyətinin nümayəndəsi X10, Üçüncü şəxs X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaqa) qarşı “Salyan rayon kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X4 barədə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının xx.xx.2021-ci il tarixli, 61 saylı qərarının və Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X2 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarın ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaqa) qarşı Salyan rayon kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X4 barədə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının xx.xx.2021-ci il tarixli, 61 saylı qərarının və Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X2 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “Azərittifaq” Salyan rayon Kooperativlər Cəmiyyəti, X26 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(120)-3548/2023 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əri X35 oqlu Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən doyüşlıərdə rəşadətlə döyüşərək həlak olub. O şəhid ailəsi kimi bir xeyli dövlət və qeyri dövlət qurumlarına müraciət edərək, Səlyan rayonu Həsən Əliyev 22 ünvanda yerləşən ticarət işlətmək ücün onunla icarə müqaviləsi bağlamağı xahiş etmişdir. Hətta bununla əlaqədar Azərittifaq idarə heyəti sədrinin müavini F.İ. İsmayılov 07 dekabr 2021-ci il tarixli məktubunda bildirib ki, Salyan rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin sədri Elşad İsmayılova göstəriş verərək RKS-nin balansında olan H.Əliyev prospekti 22 ünvanda yerləşən ticarət sahəsini ona icarəyə verilmişdir. Buna baxmayaraq hansısa maraqlar hesabına həmin obyekti başqa şəxsə satıldığı bildirilir. ilkin olaraq onun müraciəti olduğu ücün hesab edir ki, məhkəmə qaydasında araşdırılma aparılmalı və Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan H.Əliyev prospekti 99 ünvanda yerləşən 22 ticarət sahəsini X4 barədə olan qərar ləğv edilməlidir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq) qəmin qərarı qəbul edərkən nzibati orqan kimi çıxış etmişdir. “İnzibati orqanların Təsnifatı”nm təsdiq edilməsi haqqında AJƏrbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 5-ci bəndindədə göstərildiyi kimi, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər nzibati orqan sayıla bilər. Hazırda mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, 61 saylı qərar qəbul olunarkən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı inzibati orqan kimi çıxış etmiş və nəmin qərar inzibati aktdır. Həmin qərardan onun xəbəri olmamışdır. Üçüncü şəxs binadan istifadə etməyə başladıqdan sonra o, həmin binanın üçüncü şəxsə verildiyindən xəbər tutmuş. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izah olunanların ona aydın olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddianı qəbul etmədiklərini, əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X29 iddiaçının subyektiv hüquqlarının olmadığını və müddət pozuntusu etdiklərini bildirərək iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs İstehlak Cəmiyyətinin nümayəndəsi X24 iddianı qəbul etmədiklərini, əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X26 iddiaçının subyektiv hüquqlarının olmadığını və müddət pozuntusu etdiklərini bildirərək iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan X6 İttifaqı “Azəittifaq” idarə heyətinin sədrinin müavinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərittifaqın mülkiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə dövlət mülkiyyəti olmayıb, payçıların xüsusi mülkiyyətidir. Müraciətdə qeyd olunan Salyan şəhəri, H.Əliyev prospekti, 99 ünvanında yerlə ikimərtəbəli mağaza binasının 1-ci mərtəbəsi kooperasiyanın payçısının mülkiyyətində mərtəbəsi isə onların istifadəsində olduğundan həmin binanın digər şəxsə icarəyə verilməsi qeyri-mümkündür. Onun etibarnamə üzrə nümayndəsi X19 xx.xx.2022-ci il tarixdə X9 üzvləri və məsul işçiləri tərəfindən qəbul edilmiş qeyd edilənlər ona bildirilmişdir. İş materiallarında olan Salyan rayon Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli (protokol 1) müvəkkillər yığıncağının qərarından görünür ki, Salyan şəhəri, H.Əliyev prospekti, 99 ünvanında yerləşən 22 saylı iki mərtəbəli mağaza binasının 1-ci mərtəbəsinin satılmasına razılıq verilməsi haqqında. 1.Salyan şəhəri, H.Əliyev prospekti, 99 ünvanında yerləşən 22 saylı iki mərtəbəli mağaza binasının 1-ci mərtəbəsinin payçı X1 razılıq verilməsi məqsəduyğun sayılsın. 2.Bu obyektin satılmasına razılıq veriməsi Azərittifaq idarə heyətindən xahiş edilsin. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış aktından görünür ki, Salyan rayon İstehlak Cəmiyyətinin balansında olan Salyan rayon H.Əliyev prospekti 99 ünvanda yerləşən 1959-cu ildə inşa edilmiş balans 22 saylı mağaza binası 2 mərtəbədən ibarət olub 1-ci mərtəbəsinin tikinti altı sahəsi 350,0 kv.metr ümumi sahəsi 27.8 kv.metr sahədən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 8 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 saylı mağaza binasının, sahəsi 288.5 kv.metr olan 2ci mərtəbəsini 20.000 manata satılmasına dair Salyan rayon Kooperativ Cəmiyyətinin idarə heyyətinin sədri X3 Mansur Yaşar oğlu arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 saylı mağaza binasının, sahəsi 270.8 kv.metr olan 1ci mərtəbəsini 25.000 manata satılmasına dair Salyan rayon Kooperativ Cəmiyyətinin idarə heyyətinin sədri X3 Yaşar Həmid oğlu arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Azərittifaq” Salyan rayon Kooperativ Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Salyan Rayon RKC-nin balansında olan, Salyan şəhər, H.Əliyev prospekti 99 ünvanda yerləşən ümumi sahəsi 270,8 kv.metr olan 22 saylı mağaza binasının 1-ci mərtəbəsinin Dövlət Reyistrində qeydiyyata alınaraq çıxarış, texniki pasport, məhdudiyyət və yukluluk haqqında arayışın verilməsi barədə müvafiq göstəriş verilməsini xahiş edırlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1.Salyan rayonu Kooperativ Cəmiyyətinin baş mühasibi Əsədov N, Əkbər oğlu 2.ünvan 8 ünvanda yaşayan X20 iştirakı ilə tərtib etdik həmən aktı ondan ötəri ki, 27 Yanvar 2022-cı il tarixli 01 sa 1 müqavilə əsasında Salyan şəhər H Əliyev prospekti 99 ünvanda yerləşən RKC nin balansında olan 1959-cu ildə inşa edilmiş 22 saylı mağaza binasının 270.8 kv.metr sahəsi olan 1-ci mərtəbəsinin alıcıya təhvil verdik. İş materiallarında olan X6 İttifaqı “Azəittifaq” idarə heyətinin sədrinin müavinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Vətən Müharibəsi Veteranları və Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birlikləri 10 və xx.xx.2021-ci il tarixli 149 və 11/039/45 nömrəli məktublarla X21 müraciət edərək şəhid X12 həyat yoldaşı X8 işlə təmin olunması məqsədilə Salyan şəhəri, H.Əliyev prospekti, 22 ünvanında yerləşən ticarət obyektində ona ticarət sahəsinin icarəyə verilməsini xahiş etmişlər. Qeyd olunan müraciətləri göndərərək RKC-nin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti, 22 ünvanında yerləşən ticarət obyektində X25ma ticarət sahəsinin icarəyə verilməsi tapşırılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X5rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Başqa sözlə desək, xx.xx.2022-ci il tarixli, 8 nömrəli alqı-satqı müqaviləsi ilə Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 saylı mağaza binasının, sahəsi 288.5 kv.metr olan 2-ci mərtəbəsini 20.000 manata satılmasına dair Salyan rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin sədri X3 Mansur Yaşar oğlu arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsi ilə Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 saylı mağaza binasının, sahəsi 270.8 kv.metr olan 1-ci mərtəbəsini 25.000 manata satılmasına dair Salyan rayon Kooperativ Cəmiyyətinin idarə heyyətinin sədri X3 Yaşar Həmid oğlu arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi İddiaçı qanunla qorunan maraqının pozuntuna yol verilməmişdir. Belə ki, Azərittifaqın mülkiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə dövlət mülkiyyəti olmayıb, payçıların xüsusi mülkiyyətidir. İddiaçının müraciətində qeyd olunan Salyan şəhəri, H.Əliyev prospekti, 99 ünvanında yerləşən ikimərtəbəli mağaza binasının 1-ci mərtəbəsi kooperasiyanın payçısının mülkiyyətində 2-ci mərtəbəsi isə onların istifadəsində olduğundan həmin binanın digər şəxsə icarəyə verilməsi qeyri-mümkündür. Qeyd olunan hal iddiaçı tərəfə xx.xx.2022-ci il tarixdə qeyd edilən hallar bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 8 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 saylı mağaza binasının, sahəsi 288.5 kv.metr olan 2ci mərtəbəsini 20.000 manata satılmasına dair Salyan rayon Kooperativ Cəmiyyətinin idarə heyyətinin sədri X3 Mansur Yaşar oğlu arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Salyan rayon Kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 saylı mağaza binasının, sahəsi 270.8 kv.metr olan 1-ci mərtəbəsini 25.000 manata satılmasına dair Salyan rayon Kooperativ Cəmiyyətinin idarə heyyətinin sədri X3 Yaşar Həmid oğlu arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 saylı mağaza binasının birinci və ikinci mərtəbəsi başqa şəxslərə alqı-satqı müqaviləsi əsasında satılmışdır. Məhkəməyə təqdim edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin **********07-06301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışına əsasən mübahisələndirilən qeyri-yaşayış binasının Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaqa) Salyan rayon kooperativ Cəmiyyətinin xüsusi mülkiyyətində olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaqa) qarşı Salyan rayon kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X4 barədə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının xx.xx.2021-ci il tarixli, 61 saylı qərarının və Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X2 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarın ləğv edilməsinə dair iddia tələbində subyektiv hüquqlarının pozulması ilə yanaşı həmçinin iddia müddətinə riayət etmədən yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı razılaşmadığı Salyan rayon kooperativ Cəmiyyətinin mülkiyyətində olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X4 barədə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının xx.xx.2021-ci il tarixli, 61 saylı qərarının və Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X2 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1 -ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2- 1 (102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1 (102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki,qeyd edilənlərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən subyektiv hüququnun pozulması və müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçılara 11 iyul 2023-cü il tarixli, 2-1(120)-3548/2023 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaqa) qarşı “Salyan rayon kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X4 barədə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının xx.xx.2021-ci il tarixli, 61 saylı qərarının və Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsini X2 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-3548/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3548/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver