Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-356/2024 16.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh Neftçala rayonu X11rşı “Neftçala rayon X14 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Neftçala rayonu X11rşı “Neftçala rayon X14 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X19 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayonunda 1997-ci il tarixdə aqrar islahat keçirilmiş, Aqrar İslahat Komissiyasının 10 oktvabr 1997-ci il tarixli 23 savlı qərarı ilə ona 0.15 ha torpaq sahəsi ayrılmışdır. Həmin komissiya torpaq sahəsi ayrılması qənaətinə gələrkən vətəndaşların həyətyanı torpaq sahələrinə aid cədvəl sənədinə və şəhadətnaməyə istinad etmişdir. Aqrar İslahat Komissiyasının qərarına əsasən onun sıra saylı adlı siyahı üzrə 40 kimi qeyd edilmişdir. Həmin ayrılmış torpaq sahəsindən əlavə, onun həyətyanı sahəsinə bitişik 0.10 ha zəbt etdiyi torpaq sahəsi olmuşdur. Qeyd edilən torpaq sahəsi 20 ildir ki, zəbt edilmiş torpaq sahəsi kimi onun istifadəsində olmuşdur. 20 il müddətində istifadə etdiyi torpaq sahəsini almaq məqsədilə cavabdeh X17 müraciət etmiş və bələdiyyənin xx.xx.2020-ci il tarixli 160 saylı məktubundan ona məlum olmuşdur ki, onun hasarı daxilində olan 0.10 ha torpaq sahəsi ondan xəbərsiz X14 xx.xx.2017-ci il tarixli 04 saylı iclas qərarına əsasən qardaşı, iş üzrə 3-cü şəxs X2. Famil Hüseynova da 1997-ci ildə keçirilən Aqrar islahat Komissiyasının qərarına əsasən 0.10 ha torpaq sahəsi ayrılıb. Onun zəbt etdiyi və istifadəsində olan torpaq sahəsi ilə bitişik sahədir. Cavabdeh özünün alqı-salqı saxtakarlığına dön geyindirmək üçün həmin alqı-satqını yenidən, Neftçala rayon Dövlət Notariat Ofisinin xx.xx.2017-ci il tarixli AN-İ, ******* nömrəli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Bundan sonra F.Hüseynov həmin torpaq sahəsinə DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsindən müvafiq çıxarış almışdır. Belə ki, üçüncü şəxsə ayrılan həmin torpaq sahəsi onun sahibliyində və uzun müddət istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında və ona məxsus hasarın daxilində yerləşmişdir. Belə ki, üçüncü şəxsə ayrılan həmin torpaq sahəsi iddiaçının sahibliyində və uzun müddət istifadəsində olan fərdi vaşavış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında və ona məxsus hasarın daxilində yerləşmişdir. Cavabdeh Aşağı Sıırıa Bələdiyyəsi torpaq sahasini 3-cü şəxsə satmaqla torpaq və digər qanunvericiliyin tələblərini va eyni zamanda iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. 04 saylı, xx.xx.2017-ci il tarixli qərar bələdiyyə tərəfindən inzibati icraat haqqında hüquq normalarının va digar maddi hüquq normalarının pozulması nəticəsində qabııl edilmiş inzibati akt olduğundan ləğv edilməlidir. Beləki, Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli 23 saylı qərarına əsas olan həm İddiaçı va həmdə Famil Hüseynova aid ilkin torpaq sənədlərini məhkəmə obyektiy araşdırarsa va düzgün hüquqi qiymətləndirərsə, hazırda mübahisəlandirilən X14 qərarı ilə Famil Hüseynova satılmış torpaq sahəsinin, onun istifadəsində və sahibliyində və ona aid olan hasarın daxilində olması müəyyən olunar. Onun istifadəsində və sahibliyində olmuş torpaq sahəsi, əhatələndiyi köhnədən qalmış hasarla müəyyən olunur ki, hazırda Bələdiyyə tərəfindən Famil Hüseynova satılmış torpaq sahəsi, həqiqətən onun sahibliyində olmuş torpaq sahəsidir. Bunu yerində baxış keçirməklə və ekspertiza rəyi ilə də müəyyən etmək olar. Beləki, həmin köhnə hasar, onun istifadəsində olan torpaq sahəsinin köhnə, ilkin sərhədlərini müəyyən etməyə imkan verir. Eyni zamanda, X20 özünün xx.xx.2020-ci il tarixli 160 saylı məktubu ilə də təsdiq edir ki, Bələdiyyənin 17 fevral 2017-ci il tarixli, 04 saylı iclas qərarı ilə X5 mübahisəli torpaq sahəsi, onun uzun müddət sahibliyində və istifadəsində olmuş, onun tərəfindən zəbt edilən torpaq sahəsi olmuşdur. Beləki, adı çəkilən məktubda göstərilir ki, 20 il həmin torpaq sahəsini zəbt etməklə, ondan istifadə etdiyi üçün torpaq sahəsini almaq məqsədilə X17 müraciət etmiş və X20 xx.xx.2020-ci il tarixli 160 saylı məktubla cavab vermişdir ki, guva iddiaçının ailə üzvlərinin razılığı ilə və iddiaçı həmin vaxt qeyd olunan torpaq sahəsində yaşamadığından zəbt olunmuş 0.10 ha torpaq sahəsi ona satılmışdır. Göründüyü kimi Bələdiyyə müraciətə cavab məktubunda, həqiqətən həmin torpaq sahəsinin onun tərəfindən zəbt edildiyini və əvvəllər onun sahibiyində və istifadəsində olması faktinı təsdiq edir. Bu məsələ ilə bağlı məhkəmənin nəzərinə çatdıraq ki, ona və ailə üzvləri tərəfindən onlara məxsus torpaq sahəsinin digər şəxsə satılmasından xəbəri olmamış və buna dair heç vaxt razılıq verməmişlər. X12 və ailə üzvlərinin razılığını əks etdirən ərizəni indiyədək ona və məhkəmələrə təqdim edə bilməmişdir. Belə bir sənəd mövcud deyil, əvvəlki məhkəmə iclaslarında, əksinə bələdiyyə sədrinə ünvanlanmış suala cavab olaraq da, sədr onun və ailə üzvlərinin yazılı razılıqlarının olmadığını dəfələrlə bildirmişdir. Eyni zamanda məktubda göstərilən onun və ailə üzvlərinin həmin ünvanda yaşamadıqları fikri ilədə razılaşmır. Bütün bunlara baxmayaraq bələdiyyə tərəfindən yalan məlumatları əks etdirən məktub tərtib edilmiş və guya onun və ailə üzvlərinin razılıqlarından sonra torpağı digər şəxsə satdıqları məzmunda cavab məktubu hazırlanmışdır. Bundan başqa iddiaçının 20 il istifadə etdiyi və hasarın daxilində yerləşən torpaq sahəsini başqasına satılmasına razılıq verməsi inandırıcı deyil. X14 17 fevral 2017-ci il tarixli 04 saylı Protokolunun çıxarışdan görünür ki, 0.10 ha torpaq sahəsini hər 1 sotu 30 manata olmaqla cəmi 500 manata satılmışdır. Həmin torpaq sahəsini almaqda üstünlük hüququna malik olan ona 500 manata bu sahəni almaqdan imtina etməsi inandırıcıda deyildir. Həmçinin, cavabdeh Famil Hüseynov mübahisəli torpaq sahəsini ona satılması üçün X17 ərizə ilə müraciət elmiş, ərizəsində müraciət etmə tarixi göstərilməmişdir. Ərizə qeydiyyata salınmamış, sadəcə üzərində xx.xx.2016-cı il tarixli “İclasda baxmaq” dərkənarı qoyulmuşdur. Neftçala rayon İHB-nın Aşağı Surra kənd inzibati ərazi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli 882 saylı məktubunda göstərilir ki, X19 3 ildən artıqdır ki, Neftçala rayon Aşağı Surra kəndində qeydiyyatdadır və orada yaşayır. Göründüyü kimi, F.Hüseynovun hansı tarixdən nümayəndəliyin ərazisində qeydiyyatda olması göstərilməmiş, rəsmi sənəd olan həmin arayış böş sözlə əsaslandırılmışdır ki, bu onu həqiqiliyinə şübhə doğurur. Bundan başqa arayışdan görünür ki, cavabdeh F.Hüsevnov həmin ərazidə 5 il yaşamışdır. İddiaçı isə həmin torpaq sahəsini 20 il əvvəldən istifadə etməklə zəbt etmişdir. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qanunun 16.1ci maddəsinə görə, Qevri-qanııni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri- qanuni istifadə edilən bələdivvə torpaqlarının gen i qavtarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hiiqııqi şəxslərin mülkivvəlinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasın da həmin şəxslərin adına rəsmiləşdirilir. Göstərilən normaların tələbindən göründüyü kimi, özbaşına tutulmuş torpaq sahəsi əvvəlcə geri qaytarılmalı və qaytarılması mümkün olmadığı halda ondan istifadə edən şəxlərin adına rəsmiləşdirilməli idi, yəni həmin sahələri almaqda üstünlük hüququ ona məxsusdur. Lakin, X20 tərəfindən heç vaxt iddiaçıdan 1997-ci ildən zəbt edərək istifadə etdiyi 0.10 ha torpaq sahəsinin geri qaytarılması tələb edilməmiş, bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Bununlada, onun zəbt etdiyi torpaq sahəsini digər şəxsə satmaqla, bələdiyyə qanunsuzluğa yol vermişdir. Bundan əlavə, xx.xx.2017-ci il tarixli A 149133 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəddən və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən Çıxarışdan” görünür ki, mübahisəli 0.10 ha torpaq sahəsinin X14 mülkiyyətində olmasına dair həmin tarixli sənəd alınmışdır. Faktiki isə qanunvericiliyə əsasən Bələdiyyə orqanlarına dair mülkiyyət hüququ barədə vahid Çıxarış olmalı və torpaq sahələri həmin çıxarıda əsasən satılmalıdır. Bələdiyyənin məhz onun zəbt etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ barədə sənəd alması da etdiyi saxtakarlığa don geyindirmək məqsədi daşıdığını açıq-aşkar göstərir, yəni bələdiyyənin iclas protokoluna əsasən sadə və asan formada satıla bilindiyi halda, həmin prosesi çətinləşdirib, ona xeyli vaxt və vəsait sərf etmək cavabdehlərin etdikləri saxtakarlıqdan qorxduqlarını, özlərini sığortalamaq istədiklərini göstərir. Bundan başqa bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və torpaq sahələrinin ayrılması qaydaları barədə digər normativ hüquqi aktların tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və va fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cii bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayıq məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq- planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AR Qanununun tətbiq edilməsi haqqında AR Prezidentinin 06 may 2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər (hal-hazırda). Lakin göründüyü kimi bələdiyyə tərəfindən qanunvericiliyin yuxarıda göstərilən müddəalarına da əməl olunmamış, yəni müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamış, əlavə olaraq torpaq sahəsinin yeri, yerləşdiyi zona dəqiqləşdirilməmiş, həmin yerin planı və ölçüsü hazırlanmamışdır. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsinin tələbinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uygun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və va hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh torpaq sahəsinin digər şəxsə satılması məsələsini həm torpaq və həm də bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun torpağın satılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlasdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli olduğu halda, bunları etməmişdir. Beləliklə, yuxarıda qevd olunan qanunvericilik normalarının tələblərindən görünür ki, Neftçala rayon X20 tərəfindən Torpaq Məcəlləsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq onun 1997-ci ildən zəbt edərək, istifadə etdiyi və həyətyanı sahəsinə bitişik olmaqla hasarı daxilində yerləşən 0.10 ha torpaq sahəsini ondan geri tələb edilməmiş, onun satılması barədə iddiaçıya xəbərdarlıq edilməmiş, satılarkən birinci növbədə iddiaçıya satmalı olduğu halda, torpaq sahəsinin X3 gizli yollarla aparmaqla onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsi ilə isə müəyyən edilmişdir ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qevri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 384.0.3-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının İnzibali Prosossual Məcəlləsinin 36.1.-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və va olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Konkret halda, cavabdehin qərarının etibarsız hesab edilməsi haqqında iddia tanınma haqqında iddia növünə aiddir. Belə olan halda isə, İPM-in 36.1-ci maddəsinin tələbindən göründüyü kimi, bu qəbildən olan iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. “İnzibati İcraat haqqında” AR Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və va düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qavdasında ləğv oluna bilər. “Bələdiyyələrin statusu haqqında” AR Qanununun 48-ci maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Neftçala Rayon X6 mülkiyyətinə torpağın satılmasına dair 04 saylı, 17 fevral 2017-cı il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Neftçala rayonu X17 iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndələsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 İddiaçı cavabdeh Neftçala rayonu X11rşı “Neftçala rayon X14 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-041A (kod ********) nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Neftçala rayon Aşağı Surra kənd sakini X13 və ailə üzvləri X8, X9 və X15 Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 saylı qərarı ilə 0,10 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayon Aşağı Surra kəndində yerləşən 0.10 hektar sahəsi Neftçala rayonu X14 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Neftçala rayonu X14 xx.xx.2017-ci il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, Aşağı Surra kənd sakini X10 Aşağı Surra kəndində 5 ildən artıq yaşamasını və pasport qeydiyyatında olmasını nəzərə alaraq ona X14 xx.xx.2005-ci il tarixli, JN-01-1 saylı (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda 1-11 nömrə ilə qeydə alınmış, bələdiyyənin alqı-satqı predmeti kəndin yaşayış sahəsi fonduna aid 0.10 ha torpaq sahəsi 149135 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə və Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi tikintisi məqsədilə (hərracdan kənar) kənd sakini X10 xüsusi mülkiyyətinə satılmışdır. İş materiallarında olan Neftçala rayonu dövlət notariat kontorunun dövlət notariusu X16 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin surətindən görünür ki, Neftçala rayonu X20 ilə X19 arasında Neftçala rayon Aşağı Surra kəndində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyalı ümumi 1000 kv.m olan torpaq sahəsi 500 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayon Aşağı Surra kəndində yerləşən 0.10 hektar sahəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1221/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdehlər X13, Neftçala rayonu X17, Neftçala rayon Dövlət Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Neftçala Rayon Məhkəməsinin 2(053)-06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı Neftçala Rayon Məhkəməsinin 2(053)-06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün 22 aprel 2022-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1289/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti Neftçala rayonu X14 xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarının etibarsız hesab edilməsinə dair hissədə qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi qismən-“iddia tələbinin Neftçala rayonu X14 xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarının etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1289/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi qismən-“iddia tələbinin “xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı- satqı müqaviləsinin və onun hüquqi nəticələrinin, X10 adma həmin torpağa dair verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi “xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin, X10 adma həmin torpağa dair verilmiş çıxarışın etibarsız hesab edilməsinə” dair hissələrdə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4836/2022 nömrəli mülki iş üzrə 06 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1289/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2(053)- 06/2022 nömrəli mülki işin materiallarında saxlanılan Neftçala Rayon Məhkəməsinin 2(053)- 06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsinin, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1289/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadının və qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4836/2022 nömrəli mülki iş üzrə 06 sentyabr 2022-ci il tarixli qərarının surətləri göndərilmişdir. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-67-5/2-185/2023 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsi X14 təqdim etdiyi müvafiq sənədlərə əsasən hal-hazırda İddiaçı qonşuluğunda yaşayan və qardaşı X10 istifadəsindədir. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 35R.A/2-231/2023 nömrəli arxiv arayışından görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Aşağı Surra kənd X18 İcraiyyə komitəsinin 1983-1985-ci il Təsərrüfatbaşına kitabında X10 adına yaşayış evi tikmək üçün 0.10 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri normativ aktların, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların, birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktların, yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların, bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların, bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların, qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 1ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir («Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanunu maddə 1, 3.1, 5.0.1, 6.0, 8.3, 8.4, 8.5). Məhkəmə qeyd edir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bələdiyyələrin normativ aktlarının və bu Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda İnzibati nəzarət icraatının başlanması üçün əsas olur. İnzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır:
1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt;
2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;
3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;
4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt;
5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;
6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Məhkəmə müəyyən etdi ki, Neftçala rayon Aşağı Surra kənd sakini X13 və ailə üzvləri X8, X9 və X15 Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 saylı qərarı ilə 0,10 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Aşağı Surra kənd sakini X10 Aşağı Surra kəndində 5 ildən artıq yaşamasını və pasport qeydiyyatında olmasını nəzərə alınaraq ona X14 xx.xx.2005-ci il tarixli, JN-01-1 saylı (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda 1-11 nömrə ilə qeydə alınmış, bələdiyyənin alqı-satqı predmeti kəndin yaşayış sahəsi fonduna aid 0.10 ha torpaq sahəsi 149135 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə və Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi tikintisi məqsədilə onun xüsusi mülkiyyətinə satılmışdır. X13 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarış verilmişdir. İddiaçı qeyd edir ki, onun həyətyanı sahəsinə bitişik 0.10 ha zəbt etdiyi torpaq sahəsi 20 ildir ki, zəbt edilmiş torpaq sahəsi kimi onun istifadəsində olmuşdur. 20 il müddətində istifadə etdiyi torpaq sahəsini almaq məqsədilə cavabdeh X17 müraciət etmiş və bələdiyyənin xx.xx.2020-ci il tarixli 160 saylı məktubunda onun hasarı daxilində olan 0.10 ha torpaq sahəsi ondan xəbərsiz X14 xx.xx.2017-ci il tarixli 04 saylı iclas qərarına əsasən qardaşı X2. X13 ayrılan həmin torpaq sahəsi onun sahibliyində və uzun müddət istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında və ona məxsus hasarın daxilində yerləşmişdir. Cavabdeh Aşağı Sıırıa Bələdiyyəsi torpaq sahasini 3-cü şəxsə satmaqla torpaq və digər qanunvericiliyin tələblərini va eyni zamanda onun mülkiyyət hüquqlarını pozmuşdur. Bələdiyyə tərəfindən Famil Hüseynova satılmış torpaq sahəsi, həqiqətən onun sahibliyində olmuş torpaq sahəsidir. Onun zəbt etdiyi torpaq sahəsini digər şəxsə satmaqla, bələdiyyə qanunsuzluğa yol vermişdir. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyətə verilir və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, o cümlədən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Neftçala rayon X14 17 fevral 2017-ci il tarixli, 04 nömrəli qərarı ilə X4 torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğundan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Qeyd edilən istiqamətdə məhkəmə iddiaçıya 10 iyul 2023-cü il tarixli, 2-1(120)-1104/2023 saylı və 01 fevral 2024-cü il tarixli, 2-1(120)-356/2024 saylı məktublarla hüquqi yardım etsə də, iddiaçı tərəfindən bu hala münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Neftçala rayonu X11rşı “Neftçala rayon X14 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Neftçala rayonu X11rşı “Neftçala rayon X14 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov