Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3566/2023 20.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi XN iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N3-ci il Biləsuvar rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətə Bakı şəhər Biləcəri toplanış mətəqəsindən Sumqayıt şəhər Nasosnu qəsəbəsində yerləşən 888-saylı hərbi hissəyə göndərilmiş, orada xx.xx.N3-cü il tarixədək təlim keçdikdən sonra 7N4-saylı hərbi hissəyə göndərilmişdir. Bu hərbi hissədə xidmətini davam etdirmiş və xx.xx.N4-cü il tarixdə döyüş bölgəsinə Ağdam rayonuna N9N-saylı hərbi hissəyə döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. xx.xx.N4-cü il tarixdə kəlləni sıyırıb keçən güllə yaralanması,kontuziya diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müalicədən üç gün sonra xidmət yerinə Ağdam rayonuna N9N-saylı hərbi hissəyə qayıtmış və xidmətini davam etdirərək xx.xx.N7ci il hərbi xidmətdən ehtiyyata tərxis olunmuşdur. Xidməti dövründə Tərtər, Ağdam və Xocavənd rayonlarında erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu faktlar hərbi biletinin 7-ci səhifəsində N8-ci qrafada qeyd edilməklə hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. 242-saylı Lənkəran Hərbi Hospitalının 8N9/2N9-saylı xəstəlik tarixindən çıxarışda yaralanaraq müalicə olunması haqda məlumat qeyd olunub. xx.xx.2NN4-cü il xəstəlik ağırlaşması səbəbindən Qarabağ əlili statusu verilərək ona həm prezident təqaüdü verilmiş, həm də əlilliyə görə təqaüd verilmişdir. 2N2N-ci il tarixədək o, Qarabağ əlili kimi qeydiyyatda olmuşdur, məlum səbəbdən guya xəstəliyi sağalıb artıq o əlillik dərəcəsindən məhrum edilmişdir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası ona xx.xx.2NN4-cü il tarixli 284-saylı qərarı ilə"Hərbi travmadır,Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdir" qərarını vermişdir. Müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün Müdafiə Nazirliyi aparatının nəzdində veteran adları və müvafiq vəsiqələrin veriliriləsi üzrə komissiyaya tələb olunan vəsiqələri təqdim etmişdir. Ərizəsində göstərilən Milli orduda xidmət illəri və arxiv arayışında göstərilən xidməti haqda məlumatlar hansı sənədlərdən götürülüb bilmir, amma kortəbii yazıldığı səbəbindən barəsində müsbət qərar qəbul edilməmişdir. Arxiv arayışları tarix səhfləri və arxivə hərbi hissələr tərəfindən sənədlərin təqdim edilməməsi onun barəsində müsbət qərar qəbul edilməsinə mane olur. Dəqiq araşdırma aparmadan qərar qəbul etməklə onların müraciətə mövqeyləri qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, İcraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə baxılır.İddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur.Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N4-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu ,Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.Qərarın məzmunundan göründüyü kimi “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.
1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.
2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdırİddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Mərkəzi Arxivin N3 oktyabr 2N22-ci il tarixli 4/2-6576 nömrəli arayışna və 242 nömrəli hərbi hospitalın xəstəlik tarixindən çıxarıça əsasən iddiaçının N2 may N4cü il tarixdən sonrakı xidməti təsdiq edilmir.Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” N4 aprel 2N23-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəmri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 38, 48.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ
Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N975-ci il tarixdə anadan olmuş, Biləsuvar rayon, Nərimankənd ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının iddiaçıya ünvanladığı xx.xx.2N23-cü il tarixli, 4/3-52N4 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2N23-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir.Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2N22-ci il tarixli 4/2-6576 nömrəli arayışına və 242 nömrəli hərbi hospitalın xəstəlik tarixindən çıxarışına əsasən xx.xx.N4-cü il tarixdən sonrakı hərbi xidməti tam təsdiqlənmədiyinə görə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N22-ci il tarixli, 4/2-6576 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı 7N4)nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli N48 №-li əmrilə (əsas: §-NN,sən-N6 sıra-36) İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.N63 nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Biləsuvar RHK-darf çağırılmış, N974-cü il təvəllüdlü, İddiaçıJ9N nömrəli hərbi hissə komandirinin N8 yanvar N4-cü il tarixli N8 №-li əmrilə (əsas: §-YsəFR52;sıra- N79) heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.N9N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N3-xx.xx.N4-cü il,səh-64,sıra-725) Biləsuvar RHK-dan çağırılmış, İddiaçı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N8 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə Nazirinin 29.N2 N4-cü il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır.QeycLedirik ki, əlifba qeydiyyatı kitabında qeyd edilmiş xx.xx.N5-ci il tarixli N №-li əmr N9N nömrəli hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi MərKəzı Arxivdə olan əmrlərində öz əksini tapmamışdır.Bildiririk ki, N nömrəli hərbi hissə komandirinin iyul-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə, N9N nömrəli hərbi hissə komandirinin aprel-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində yaralanması və hərbi hospitala göndərilməsi barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2NN4-cü il tarixli, 284 nömrəli qərarında göstərilmişdir ki, Biləsuvar RHK tərəfindən N3-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N4-cü ildə aldığı və xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilə kimi N saylı hərbi hissədə müayinə və olunduğu yaralanma - diaqnoz: «Başın sıyırıb keçən güllə yaralanması, kontuziya.» (SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin xx.xx.2NN4-cü il tarixli 2NN saylı göndərişi, xx.xx.2NN4-cü il tarixli 27N saylı arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.N4-cü il tarixli çıxanş epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nm həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBİLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». İşdə olan SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N3xx.xx.N7-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N23-cü il tarixli, N2N6 nömrəli məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N48 №li əmrində (əsas: §-NN, səh-N6, sıra-36əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) Əlahiddə rabitə bölüyü kimi hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq əsgəri təminata qoyulan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il, yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.Azərbaycan Respublikası hərbi komissarlığından göndərilmiş, xx.xx.N4-cü il tarixdə N63 N-li hərbi hissədən xidmət keçmək üçün gəlmiş, N974-cü il təvəllüdlü, Biləsuvar RHK-nın çağırışçısı İddiaçı N9N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N8 №-li əmrilə (əsas: §-N, səh-52, sıra-N79, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) xx.xx.N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq komendant bölüyünə təyin olunmuşdu.N9N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab:xx.xx.N3-xx.xx.N4-cü il, səh-64, sıra-725) xx.xx.N4-cü il tarixdə Biləsuvar RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N8 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Müdafiə Nazirinin xx.xx.N4-cü il tarixli 4N6 №-li əmrinə əsasən, komandirin xx.xx.N5-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edilir ki, əlifba qeydiyyatı kitabında qeyd edilmiş N9N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli N №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N9N №-li hərbi hissə komandirinin fevral N5-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır.N9N №-li hərbi hissə komandirinin xx.xx.N4-xx.xx.N4-cü il, yanvar-fevral N5-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissələrin nömrəsi və xidmət müddəti göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N23-cü il tarixli, 3-25-4/2- 46N3/2N23 nömrəli məktubunda göstərilmişdir ki, NN iyul 2N23-cü il tarixli 2-N(N2N)- 3566/2N23 nömrəli sorğunuza cavab olaraq Şəxsi Heyət Baş İdarəsinin N6 sentyabr 2N23-cü il tarixli N/4755 nömrəli arayışı aidiyyəti üzrə göndərilir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyəy Baş İdarəsinin xx.xx.2N23-cü il tarixli, N/4755 nömrəli məktubunda göstərilmişdir ki, Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən İddiaçı xidmət keçməsi barədə məlumat yoxdur.Bu barədə Şirvan İnzibati Məhkəməsinə məlumat verilməsi üçün göstəriş verməyi xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2N23-cü il tarixli, 2NN3 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Komissiyasının arxivində vətəndaş İddiaçı dair xx.xx.2NN4cü il tarixli, 284 nömrəli qərar və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surəti göndərilir. İş materiallarında olan Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinin xx.xx.2NN4-cü il tarixli, 27N nömrəli məktubunda göstərilmişdir ki, N975-ci il təvəllüdlü İddiaçı xx.xx.N3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.N3-cü ildən xx.xx.N3-cü il tarixə kimi N saylı hərbi hissədə, xx.xx.N3-cü ildən xx.xx.N3-cü il tarixə kimi 7N4 saylı hərbi hissədə, xx.xx.N4-cü ildən xx.xx.N4-cii il tarixə kimi, xx.xx.N5-ci ildən xx.xx.N7-ci il tarixə kimi N9N saylı hərbi hissədə xidmət etmişdir. N9N saylı hərbi hissədə xidmət edərkən, xx.xx.N4-cü il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə başından güllə yarası almış və buna görə Lənkəran şəhəri N saylı hərbi hospitalın terapiya bölməsində “Kəllənin sıyırıb keçən güllə yaralanması” diaqnozu ilə müalicədə olmuşdur. xx.xx.N7-ci il tarixdə ehtiyata tərxis olunmuşdur. İş materiallarında olan Biləsuvar rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı 69/2-3267N/23 nömrəli, xx.xx.2N23-cü il tarixli məktubunda göstərilmişdir ki, Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olan, xx.xx.N975-ci il təvəllüdlü İddiaçı barədə hazırda Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi, sadələşdirilmiş icraat, təqsirləndirici material və məhkumluçu barədə məlumat yoxdur. İddiaçı Biləsuvar rayon Məhkəməsinin xx.xx.2NN7-ci il tarixli 3(N22)-494/2NN7 nömrəli İnzibati xəta haqqında işi üzrə qərarına əsasən İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunmuş və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2N23-cü il tarixli 3-43-N2/2-N236/2N23 nömrəli məktubunda göstərilmişdir ki, Biləsuvar rayonu, Nərimankən kənd sakini xx.xx.N975-ci il təvəllüdlü İddiaçı xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixə kimi N nömrəli hərbi hissədə, xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş və xx.xx.N4-cü ildə hərbi hissənin siyahısından çıxarılmışdır. xx.xx.N5-ci ildə yenidən hərbi xidmətə cəlb olunraq N9N nömrəli hərbi hissəyə göndərilib və xx.xx.N7-ci il tarixədək həmin hərbi hissədə xidmət edib. xx.xx.N7-ci il tarixindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyatdadır. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2NN4-cü il tarixli 284 nömrəli Qərarda İddiaçı xx.xx.N4-cü ildə yaralanması (Başın sıyırıb keçən güllə yaralanması, kontuziya) və xx.xx.2NN4-cü ildən xx.xx.N4-cü il tarixə kimi N saylı hərbi hissədə müalicə olunmsı qeyd olunub. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə NN-ci il oktyabrın 9-dan N4-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2NN8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəməyə ünvanlanmış vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinin məlumatına əsasən, Biləsuvar rayonu, Nərimankən kənd sakini xx.xx.N975-ci il təvəllüdlü İddiaçı xx.xx.N3-cü il tarixdən xx.xx.N3cü il tarixə kimi N nömrəli hərbi hissədə, xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş və xx.xx.N4-cü ildə hərbi hissənin siyahısından çıxarılmışdır. xx.xx.N5-ci ildə yenidən hərbi xidmətə cəlb olunraq N9N nömrəli hərbi hissəyə göndərilib və xx.xx.N7-ci il tarixədək həmin hərbi hissədə xidmət edib. xx.xx.N7-ci il tarixindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyatdadır. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2NN4-cü il tarixli 284 nömrəli Qərarda İddiaçı xx.xx.N4-cü ildə yaralanması (Başın sıyırıb keçən güllə yaralanması, kontuziya) və xx.xx.2NN4-cü ildən xx.xx.N4-cü il tarixə kimi N saylı hərbi hissədə müalicə olunmsı qeyd olunub. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N23-cü il tarixli, N2N6 nömrəli məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N48 №-li əmrində (əsas: §-NN, səh-N6, sıra-36əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) Əlahiddə rabitə bölüyü kimi hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq əsgəri təminata qoyulan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il, yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.Azərbaycan Respublikası hərbi komissarlığından göndərilmiş, xx.xx.N4-cü il tarixdə N63 N-li hərbi hissədən xidmət keçmək üçün gəlmiş, N974-cü il təvəllüdlü, Biləsuvar RHK-nın çağırışçısı İddiaçı N9N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N8 №-li əmrilə (əsas: §-N, səh-52, sıra-N79, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) xx.xx.N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq komendant bölüyünə təyin olunmuşdu.N9N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab:xx.xx.N3-xx.xx.N4-cü il, səh-64, sıra-725) xx.xx.N4-cü il tarixdə Biləsuvar RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N8 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Müdafiə Nazirinin xx.xx.N4-cü il tarixli 4N6 №-li əmrinə əsasən, komandirin xx.xx.N5-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Məhkəmə tərəfindən iddiaçının N4-cü il tarixdə yaralanması və Müdafiə Nazirinin xx.xx.N4-cü il tarixli 4N6 №-li əmrinə əsasən, komandirin xx.xx.N5-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar edildiyi üçün cavabdeh orqan tərəfindən inzibati mübahisə araşdırılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova