Məhkəmə qərarları › İş №2-1(120)-3573/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3573/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3573/2025 14.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Astara Bələdiyyəsinin 103 kv.m torpaq sahəsinin üçüncü şəxs X3 alqı-satqı yolu ilə verilməsi barədə xx.xx.2002-ci il tarixli, 40 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Astara Bələdiyyəsinin 103 kv.m torpaq sahəsinin üçüncü şəxs X3 alqı-satqı yolu ilə verilməsi barədə xx.xx.2002-ci il tarixli, 40 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Proesual Məcəllənin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon İcra Hakimiyyəti Başçısının 16 dekabr 1999-cu il tarixli, 371 saylı sərəncamı ilə Astara şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Ticarət mərkəzində (avtovağzal ətrafında) X1 mərhum əri X4 12 m2 ölçüdə torpaq sahəsində mağazanın tikintisinə icazə verilmişdir. Bundan başqa Astara Bələdiyyəsinin 07 noyabr 2002-ci il tarixli, 40 saylı protokol qərarı ilə Astara şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Ticarət Mərkəzində Astara şəhər sakinləri İsmayılov və Nəsirova məxsus 27 m2 və həmin ərazidə Astara bələdiyyəsinə məxsus olan 76 m2 torpaq sahəsi ilə birlikdə 103 m2 torpaq sahəsi olmaqla X3 alqı-satqı yolu ilə verilmişdir. Astara rayon İcra Hakimiyyəti başçısının 20 noyabr 2002-ci il tarixli, 210 saylı sərəncamı ilə X3 şəhərin mərkəzi bazarının ətrafında alqı-satqı yolu ilə aldığı torpaq sahəsində 103 m2 ölçüdə torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir. Lakin Astara rayon İcra Hakimiyyətinin 16 dekabr 1999-cu il tarixli, 371 saylı sərəncamına əsasən sahibkarlıq məqsədilə iddiaçıya 6x4-24 m2 ölçüdə torpaq sahəsi ayrılmışdır. Astara Bələdiyyəsinin 103 m2 torpaq sahəsinin üçüncü şəxs X3 alqı-satqı yolu ilə verilməsi barədə xx.xx.2002-ci il tarixli, 40 nömrəli qərarının ləğv edilməsi barədə iddia qaldırmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-44/2024 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh Astara Bələdiyyəsinə qarşı “X3 alqı-satqı yolu ilə verilməsi barədə xx.xx.2002-ci il tarixli, 40 saylı qərarının (protokoldan çıxarışın) ləğv edilməsi” tələbi barədə iddiası mümkün sayılmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(120)-44/2024 nömrəli qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınının xx.xx.2023-ci il tarixli, 2-1(106)-134/2025 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(120)-44/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin Qərarın 8.4-cü bəndində qeyd edilir ki, “Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir”. Həmin Qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndində qeyd edilir ki, Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Astara rayon, Astara Bələdiyyəsi arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(120)-44/2024 nömrəli qərardadı mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə yenidən inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2- 1(120)-3573/2025 nömrəli məktubundan görünür ki, İddiaçı hüquqi yardım göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Astara Bələdiyyəsinin 103 kv.m torpaq sahəsinin üçüncü şəxs X3 alqı-satqı yolu ilə verilməsi barədə xx.xx.2002-ci il tarixli, 40 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar