Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3577/2025 30.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 02 iyul 2002-ci il tarixli 111 nömrəli sərəncamının ləğv olunması, (VÖEN ********** nömrəli fiziki şəxsin uçotu haqqında şəhadətnaməyə əsasən) Saatlı rayon Şirinbəy kəndinin inzibati ərazisində yerləşən 15 nömrəli qış otlaq sahəsindən 40 (qırx) hektar torpaq sahəsinin heyvandarlığı inkişaf etdirmək məqsədilə onunla 45 il müddətinə icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 16 iyun 1997-ci il tarixli Sərəncamına əsasən Saatlı rayonu Şirinbəy İnzibati ərazi sahəsinin kənd sakinlərinin 05 aprel 1997-ci il tarixdə 01 saylı təsis yığıncağının qərarı ilə heyvandarlığı və əsas qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə yaradılmış “Elburus” kəndli (fermer) təsərrüfatı qeydə alınmışdır, həmin kəndin inzibati ərazi sahəsində olan 15 nömrəli qış otlaq sahəsindən “ Elburus “ kəndli (fermer) təsərrüfatı üzvlərinin qoyunlarının baş hesabı nəzərə alınmaqla 40 (qırx) hektar torpaq sahəsi verilmişdir.“Elburus” kəndli (fermer) təsərrüfatının başçısı, vəfat edənə qədər onun atası X10 olmuşdur. Atası vəfat etdikdən sonra Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 08 iyul 2002-ci il tarixli sərəncamı ilə “Elburus” kəndli fermer təsərrüfatının rəhbəri təsərrüfatın sıravi üzvü X3 guya onun adına rəsmiləşdirilməsi barədə müraciətini nəzərə alaraq sonuncunu “Elburus” kəndli fermer təsərrüfatının rəhbəri vəzifəsinə təyin olunmuşdur. Halbuki, həmin vaxt qardaşı X15 fermer təsərrüfatının üzvü olduğu halda gizli surətdə sərəncam hazırlanmışdır. Sərəncamın mövcud olmasından fermer təsərrüfatını idarə edən və torpaq sahəsinə sahiblik edən qardaşı ilə o olmuşdur. X2 istifadələrində olan 40 hektar torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almış, bundan sonra qardaşı Elşad ilkin olaraq Saatlı Rayon Məhkəməsinə müraciət edib həmin şəhadətnaməni ləğv etdirmişdir. Saatlı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarxili icra sənədinə əsasən Saatlı rayon notariat ofisinin reyestrində 2V-36 nömrə ilə X8 adına qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında 1997-ci ildən onların istifadələrində olan Saatlı rayon Şireinbəy kəndi 15 nömrəli qış otlaq sahəsi adlanan ərazidə yerləşən 40 ha torpaq sahəsi üzərində Məlahət Səfərovanın icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair AR ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövləıt qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Saatlı Rayon Məhkəməsinin 2(055)-541/2020 saylı icra sənədinə əsasən ləğv edilmişdir. Bundan sonra torpaq sahəsindən istifadə etməyi ilə bağlı 5 saylı Şirvan Ərazi Vergi İdarəsindən tədiyyə bildirişinin təqdim olunması barədə müraciətindən Saatlı Rayon İcra Hakimiyyət tədiyyə bildirişinin verilməsindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Saatlı Rayon İcra Hakimiyyətinin qərəzli mövqeyi ucbatından 40 ha torpaq sahəsinə görə hesablanmış 976 manat tədiyyə borcunun ödənilməsi qeyri-mümkün olmuşdur. Lakin buna baxmayaraq “Elburus” kəndli fermer təsərrüfatı barədə o, yenidən Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 08 iyul 2002-ci il tarixli 111 nömrəli sərəncamının etibarsız hesab edilməsi ilə bağlı müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Baxmayaraq ki, torpaq sahəsindən istifadə 1997-ci ildən mərhum atasının, hazırkı vaxtadək isə onların istifadəsindədir, lakin Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 02 iyul 2002-ci il tarixli 111 nömrəli sərəncamı onlara hüquqlarının həyata keçirilməsində maneəçilik yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda məhkəmənin 2-1(120)-3577/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqan Saatlı Rayon İcra Hakimiyyətinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi yazılı etirazda göstərilmişdir ki, iddiaçı buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ailədə yaranmış hala görə vaxtında iddia verə bilməmişdir. Lakin iş materiallarından və Saatlı Rayon İcra Hakimiyyətinin təqdim etdiyi məktub və sənədlərdən müəyyən olunur ki, iddiaçı və onun ailə üzvü olan , hal-hazırda təqsirləndirilən şəxs kimi cəlb olunmuş qardaşı Elşad Abbasov qanunsuz olaraq dövlət torpaqlarını zəbt etmiş və sənədləri olmadan həmin torpaq sahəsindən qanunsuz istifadə etmişdir. Qeyd olunanlara əsasən buraxılmış prosessual müddətin bərpa edilməməsi və iddia tələbinin mümkün sayılması xahiş olunmuşdur. Üçüncü şəxs tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 16 iyun 1997-ci il tarixli sərəncamı əsasında Saatlı rayonunun Şirinbəy kəndinin inzibati ərazisində yerləşən 15 nömrəli qış otlaq sahəsindən 40 (qırx) hektar torpaq sahəsi "xxxx" kəndli fermer təsərrüfatına verilsə də, sonradan, yəni 02 iyul 2002-ci il tarixli, 111 nömrəli sərəncamla X11 əsassız olaraq verilmiş, bu səbəbdən 2020-ci il tarixdən 2022-ci ilin son ayına qədər məhkəmələrdə iddia ərizələrinə baxılmış, sonda isə Azərbaycan Respublikası Ali Məhkəməsində həmin işə baxılmış, son qərara əsasən iddia tələbləri təmin edilmişdir. Lakin, həmin vaxtlar iddiaçının valideynləri xəstə olmasına görə onların müalicəsi ilə məşğul olmuş, atası Elbrus Abbasov xx.xx.2021-ci il tarixdə hipertenziya xəstəliyindən vəfat etmiş, anası isə də hazırda onkoloji xəstəlikdən əziyyət çəkməkdədir. Bu səbəbdən "xxxx" kəndli fermer təsərrüfatı MMC-nin fəaliyyəti ilə məşğul olmaqdan ötrü 2025-ci ilin aprel ayının ortalarından fəaliyyətə başlamış, icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi barədə iddia ərizəsi ilə 05 may 2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 ünvanlanmış 5-69/2-50/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Rayonun inzibati ərazisində yerləşən 15 nömrəli qış otlağından icarəsinə verilmiş 40,0 ha torpaq sahəsinin müqavilə müddətinin artırılmasına köməklik göstərilməsinə dair müraciətinə baxılmışdır. 20 yanvar 2025-ci il tarixdə onun qanuni nümayəndəsi ilə İcra Hakimiyyətində söhbət aparılmışdır. Söhbət zamanı ona torpaq sahəsinə aid olan sərəncamlar və digər hüquqi sənədlərin təsdiq olunmuş surətləri təqdim olunmuş “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 11 dekabr 587 İQ nömrəli Qanununun tələbləri izah olunmuş, eyni zamanda sözügedən dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə bağlı yaranmış mübahisənin məhkəmə yolu ilə həllinin mümkünlüyü nəzərinə çatdırılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 3-21-2-12/2-40299/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətii xx.xx.2024-cü il tarixdə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hüquqi ünvanı Saatlı rayonu, Şirinbəyli kəndi, təsisçisi X15 qeyd olunmuşdur. Saatlı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5-150/2-498/2025 saylı məktubu ilə təqdim olunmuş Saatlı Rayon Məhkəməsinin 2(055)-541/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun qanuni icarəsində olan 40 ha torpaq sahəsindən X6 çıxarılaraq boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X13 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon notariat ofisinin reyestrində 2V-36 və 2V-37 nömrə ilə X8 adına qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Məlahət Səfərovanın adına qeyd edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-541/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, İlkin iddia üzrə iddiaçı X8 Saatlı rayon Şirinbəy kəndi 15 nömrəli qış otlaq sahəsi adlanan çıxarılaraq boşaldılması barədə iddiasının rəd edilməsi; Qarşılıqlı iddianın qismən təmin edilməsi-Saatlı rayon notariat ofisinin reyestrində 2V-36 nömrə ilə X8 adına qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Saatlı rayon Şirinbəy kəndi, 15 nömrəli qış otlaq sahəsi adlanan ərazidə yerləşən 40 ha torpaq sahəsi üzərində X8 icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 28 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Saatlı rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədi üzrə icraata xidam verilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, icra tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməklə ləğv edilmişdir. Qeyd olunanlara əsasən Saatlı Rayon Məhkəməsinin 2(055)-541/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Saatlı rayon Dövlət Arxivinin 3-48-37.RA/21 №-li, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş: Saatlı rayon Şirinbəyli İƏS-i Şirinbəyli kəndində yaradılacaq kəndli (fermer) təsərrüfatının təsisçilərinin xx.xx.1997-ci il tarixli 1 №-li təsis protokolunun surətindən müəyyən olunur ki, iclasın gündəliyində Rayon Şirinbəy İƏS-i Şirinbəy kəndinə yaxın qış otlaq sahəsində 60 (altmış) hektar torpaq sahəsi götürməklə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə kəndli (fermer) təsərrüfatı yaradılması; Kəndli (fermer) təsərrüfatına "xxxx" adı verilməsi və rəhbəri X1 qərara alınmışdır. Saatlı rayonu Şirinbəy İƏS-i Şirinbəy kəndində yaradılmış "xxxx" kəndli (fermer) təsərrüfatının xx.xx.2002-ci il tarixli iclas protokolunun surətində qeyd olunmuşdur ki, iclasın gündəlik məsələsində- "xxxx" kəndli ( fermer) təsərrüfatının sədri Elbrus Abbasov çıxış edərək bildirdi ki, kəndli (fermer) təsərrüfatı 1997-ci il 05 aprel tarixdə yaradılmışdır. Fermer təsərrüfatına qış otlaq sahəsindən 40,0 hektar torpaq sahəsi ayrılmışdır. Amma son vaxtlar səhhətin əl vermədiyi üçün fermer təsətrüfatını idarə edə bilmir.Odur ki, xahiş edir ki, onu kəndli (fermer) təsərrüfatının rəhbəri vəzifəsindən azad edəsiniz. Kəndli (fermer) təsərrüfatının üzvü Səfərova Nazilə çıxış edərək bildirdi ki, E.Abbasovun xahişini nəzərə alaraq fermer təsərrüfatının rəhbərliyi Səfərov İbrahimə həvalə edilsin.Kəndli (fermer) təsərrüfatının digər üzvü Səfərov Fərqanə öz çıxışında qeyd etdi ki, Səfərov İbrəhim uzun müddət rəhbər vəzifədə işlədiyi üçün fermer təsərrüfatını idarə edə bilər.Fermer təsərrüfatının digər üzvləri bu təkliflə tam razı olduqlarını bildirdilər. Odur ki, "xxxx" kəndli (fermer) təsərrüfatının iclası qərara alır: Elbrus kəndli (fermer) təsərrüfatının rəhbəri Elbrus Abbasovun səhhəti nəzərə alınaraq vəzifədən azad edilsin.Elbrus kəndli (fermer) təsərrüfatına rəhbərliyə X7 təyin edilsin. Qərarın təsdiqi Rayon icra Hakimiyyətindən xahiş edilsin. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı G.Əhmədova ünvanlanmış Saatlı rayon Şirinbəy kənd sakini "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri X13 tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, 16 iyun 1997-ci il tarixli 121 saylı sərəncamla onun rəhbərlik etdiyi "xxxx" kəndli fermer təsərrüfatına rayon qış otlaq sahəsindən 40 hektar torpaq sahəsi verilmişdir. İndi onun səhhəti imkan vermədiyi üçün həmin təsərrüfata rəhbərlik edə bilmədiyini nəzərə alıb kəndli fermer təsərrüfatının rəhbərini bu fermerin üzvü olan X3 adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Saatlı Rayon İcra Hakimiyyəti Başçısının "xxxx" kəndli(fermer) təsərrüfatının rəhbərinin dəyişdirilməsi barədə” xx.xx.2002-ci il tarixli 111 №-li sərəncamdan müəyyən olunur ki, Saatlı rayon Şirinbəy kənd sakini "xxxx" kəndli (fermer) təsərrüfatının rəhbəri X13 xx.xx.2002-ci il tarixdə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək səhhətinin imkan verməməsini nəzərə alaraq "xxxx" kəndli (fermer) təsərrüfatına rəhbər həmin təsərrüfatın üzvü X4 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Toplanmış sənədləri nəzərdən keçirib qərara almışdır: -”Elbrus” kəndli (Fermer) təsərrüfatının rəhbəri X6 27 mart 2002-ci il tarixli ərizəsini, "xxxx" kəndli (fermer) təsərrüfatının üzvlərinin 25 mart 2002-ci il tarixli 01 saylı təsis protokolları nəzərə alınsın və "xxxx" kəndli (fermer) təsərrüfatına rəhbər X7 təyin edilsin. DTXK-nın Saatlı rayon şöbəsinə tapşırılsın ki, "xxxx" kəndli (fermer) təsərrüfatının rəhbəri İ.Səfərovun təyin edilməsi ilə bağlı sənədlərdə müəyyən dəyişiklikləri təmin etsin. Rayon İcra Hakimiyyətinin Ümumi şöbə müdiri Q.Nağıyevə tapşırılsın ki, sərəncamın surətini aidiyyəti təşkilatlara göndərilməsini təmin etsin. Saatlı Rayon İcra Hakimiyyətinin 5-69/2-670/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 121 nömrəli Sərəncamı ilə "xxxx" kəndli fermer təsərrüfatının icarəsinə verilmiş 40 (qırx) hektar torpaq sahəsi hal-hazırda mərhum X6 övladlarının istifadəsindədir. Lakin sözügedən 40,0 hektar torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüququ olmadan qeyri-qanuni tikililər inşa etmiş Saatlı rayonu Şirinbəyli kənd sakini X9 həmin torpaqdan istifadəsinin dayandırılması və tikililərin ərazidən çıxarılması ilə bağlı müvafiq tədbirlər görülməsi məqsədilə tərəflərindən Saatlı Rayon Polis Şöbəsinə məktub göndərilmişdir. "xxxx" MMC-nin adından rayonun Şirinbəyli kənd sakini X15 rayonun inzibati ərazisində yerləşən 15 nömrəli qış otlaq sahəsindən "xxxx" kəndli fermer təsərrüfatının icarəsinə verilmiş 40,00 hektar qış otlaq sahəsinə dair torpaq icarə müqaviləsinin həmin müəssisə ilə bağlanılması, eyni zamanda E.Abbasovun qardaşı rayonun Şirinbəyli kənd sakini İddiaçı isə "xxxx" kəndli fermer təsərrüfatının rəhbərinin dəyişdirilməsi barədə Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 111 nömrəli sərəncmının etibarsız hesab edilməsi barədə Saatlı Rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdırlar. Hər iki vətəndaşa Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 121 nömrəli Sərəncamı ilə "xxxx" kəndli fermer təsərrüfatının icarəsinə verilmiş 40 (qırx) hektar torpaq sahəsi ilə bağlı qarşı tərəflə yaranmış mübahisənin məhkəmə yolu ilə həllinin mümkünlüyü nəzərlərinə çatırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Prosessual Məcəllə (mübahisəli sərəncam qəbul olunan zaman qüvvədə olan redaksiya): Maddə 296 Ərizənin verilməsi 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. 296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə 297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi) 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: 297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; 297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ... Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllə: ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə aldıqda məlum olur ki, iddiaçının hazırkı tələbi mübahisələndirmə haqqında iddia olmaqla Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 111 №-li, xx.xx.2002-ci il tarixli sərəncamının ləğvinə yönəlmişdir. Saatlı Rayon İcra Hakimiyyətinin sərəncamı inzibati aktdır ki, həmin sərəncamın mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Mübahisələndirilən sərəncam qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə işin məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı G.Əhmədova ünvanlanmış Saatlı rayon Şirinbəy kənd sakini "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri X13 tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ərizədən müəyyən olunur ki, iddiaçının atası öz iradə ifadəsini əks etdirən yazılı ərizəsini təqdim edərək səhhəti imkan vermədiyi üçün təsərrüfata rəhbərlik edə bilmədiyini nəzərə alaraq kəndli fermer təsərrüfatının rəhbərini həmin fermerin üzvü olan X3 adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş edərkən atası və onun ailə üzvləri təsərrüfat rəhbərinin dəyişilməsindən məlumatlı olmuşdur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Məlum olduğu kimi, iddiaçı Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 111 №-li, xx.xx.2002-ci il tarixli sərəncamını mübahisələndirir ki, yuxarıda göstərilən prosessual hüquq normalarından göründüyü kimi (MPM-in 296, 298-ci və İPM-in 38.1-ci maddələri) iddiaçı məhkəməyə iddia ilə xx.xx.2025-ci il tarixdə, yəni mübahisə predmeti olan sərəncam qəbul edildikdən 23 il sonra müraciət etməklə bütün prosessual müddətləri ötürmüşdür. Hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüş, habelə buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İddiaçı müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Qüvvədə olan qanunvericilikdə əks olunan normalarda nəzərdə tutulmuş müddət prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan əmrdən iddiaçı ən azından 2002-ci il tarixdə məlumatlı olmasa belə 2020-ci il tarixdə Saatlı Rayon Məhkəməsində mülki işə baxılan zaman həmin tarixdən rəsmi qaydada məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə sərəncamın mövcudluğundan, yəni müddətin buraxılmasından xəbərdar olduğu vaxtdan 23 il keçdikdən sonra məhkəməyə müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (iddiaçının) məsuliyyət sferasına aid edilməlidir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, doğrudur ki, inzibati münasibətləri tənzimləyən İPM-nin müddəalarında prosessual müddətin bərpa edilməsi barədə ərizənin mümkünlüyü ilə bağlı norma nəzərdə tutulmamışdır. Lakin nəzərə alınmalıdır ki, necə ki yeni açılmış hallar ilə bağlı ərizələrdə olduğu kimi həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizələrdə də eyni yanaşma tətbiq olunmalı, mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi yoxlanılmalıdır.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-312/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır.Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir.” Göründüyü kimi kassasiya instansiya məhkəməsinin ərizənin mümkünlüyü ilə bağlı məsələlərdə formalaşmış mövqeyi məhz o istiqamətdə olmuşdur ki, əgər ərizə qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunmaqla verilməmişdirsə, bu zaman ərizə mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, yeni açılmış hallar ilə bağlı ərizəsi olub-olmamasından asılı olmayaraq, ümumiyyətlə müddət məhdudiyyət ilə bağlı ərizələrin qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunması şərti yerinə yetirilməmişdirsə, prosessual qənaət prinsipindən irəli gələrək həmin ərizənin mümkün sayılması qənaətinə gəlinməlidir. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qanunvericilikdə müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 23 il keçməsi şərti müəyyən olunduğundan və iddiaçı həmin müddəti ötürdüyündən, onun tərəfindən təqdim olunmuş müddətin bərpası barədə ərizə mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, vəsatət (ərizə) və iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
Prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) mümkün sayılmasın. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
Hakim: Rəşidə Quliyeva