Məhkəmə qərarları › İş №2-1(120)-358/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-358/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-358/2020 12.03.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə qarşı «əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsv i r i h i ssə: İddiaçı X7 18 yanvar 1971-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. xx.xx.1988-xx.xx.1989, xx.xx.1991-xx.xx.1992-ci illərdə keçmiş “Jdanov” (sonrakı adı C.Cabbarlı) kolxozunda, xx.xx.1992-xx.xx.1993-cü illərdə “Şirvan” X3, xx.xx.1993xx.xx.1999-cu illərdə Kürdəmir rayon X11, xx.xx.1999-xx.xx.2004-cü illərdə “X4” ASCdə işləmişdir. Ona 04 noyabr 2019-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən üçüncü dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 29 noyabr 2019-cu il tarixli, **********2 saylı imtina məktubu verilərək, “C.Cabbarlı” adına kolxozun şəxsi heyyətə aid sənədlərinin böyük bir hissəsi, “Şirvan” X8, Kürdəmir rayon X11 və X4” ASC-nin şəxsi heyyətə aid sənədlərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməməsini və saxlanıldığı hüquqi ünvanının məlum olmadığını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-xx.xx.1989, xx.xx.1991-xx.xx.1992-ci illərdə keçmiş “Jdanov” (sonrakı adı C.Cabbarlı) kolxozunda, xx.xx.1992-xx.xx.1993-cü illərdə “Şirvan” X3, xx.xx.1993xx.xx.1999-cu illərdə Kürdəmir rayon X11, xx.xx.1999-xx.xx.2004-cü illərdə “X4” ASCdə işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun xx.xx.1988-xx.xx.1989, xx.xx.1991-xx.xx.1992-ci illərdə keçmiş “Jdanov” (sonrakı adı C.Cabbarlı) kolxozunda, xx.xx.1992-xx.xx.1993cü illərdə “Şirvan” X3, xx.xx.1993-xx.xx.1999-cu illərdə Kürdəmir rayon X11, xx.xx.1999-xx.xx.2004-cü illərdə “X4” ASC-də işləməsi əmək kitabçasında qeyd olunduğu üçün arxiv sənədlərinin saxlanılmamasından asılı olmayaraq, həmin illər nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə əsasən istinad edərək, iddiaçının xx.xx.1988-xx.xx.1989, xx.xx.1991xx.xx.1992-ci illərdə keçmiş “Jdanov” (sonrakı adı C.Cabbarlı) kolxozunda, xx.xx.1992xx.xx.1993-cü illərdə “Şirvan” X3, xx.xx.1993-xx.xx.1999-cu illərdə Kürdəmir rayon X11, xx.xx.1999-xx.xx.2004-cü illərdə “X4” ASC-də işlədiyi dövrün sənədlərinin yerində qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmamasını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, Kürdəmir rayon Dövlət Arxivinin məktubunu, əlillik arayışından elektron çıxarışı, əmək kitabçasının təsdiq olunmuş surətini, hərbi biletin notarial qaydada təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların və Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli **********5 nömrəli və 12 mart 2020-ci il tarixli **********0 nömrəli məktubların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, 04 noyabr 2019-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən üçüncü dərəcəli əlil hesab edilmişdir. Onun xx.xx.1988-xx.xx.1989, xx.xx.1991-xx.xx.1992-ci illərdə keçmiş “Jdanov” (sonrakı adı C.Cabbarlı) kolxozunda, xx.xx.1992-xx.xx.1993-cü illərdə “Şirvan” X3, xx.xx.1993xx.xx.1999-cu illərdə Kürdəmir rayon X11, xx.xx.1999-xx.xx.2004-cü illərdə “X4” ASCdə işləməsi AZE ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Ümumiyətlə iş materiallarında olan AZE ******* nömrəli əmək kitabçası ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1988-xx.xx.2019-cu illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasının təsdiq edilmiş surətini mötəbər sübut kimi qiymətləndirir. Ümumiyyətlə cavabdeh təşkilat da iddiaçıya məxsus əmək kitabçasının düzgünlüyünü mübahisələndirməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan ayrı-ayrı vaxtlarda işlənilmiş əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əmək kitabçasının düzgünlüyü və mötəbərliyi məhkəmənin sorğusu əsasında əldə edilmiş və hazırda iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin 10 fevral 2020-ci il tarixli **********5 saylı məktubu ilə öz təsdiqini tapır. Belə ki, həmin məktubda qeyd olunmuşdur ki, “Jdanov” (sonrakı adı C.Cabbarlı adına kolxoz) xx.xx.1991-ci il tarixində, “Kürdəmir X13” xx.xx.1991-ci il tarixdə, X9 müəssisəsinin hüquqi varisi “Pambıq təmizləmə zavodu” xx.xx.1991-ci il tarixdə və “X5” ASC-i xx.xx.1998-ci il tarixdə DSMF-nin Kürdəmir rayon şöbəsində qeydiyyatdan keçmişlər. Hal-hazırda "xxxx" ASC-i fəaliyyət göstərir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixdən halhazırki tarixədək 7 il sosial sığorta stajı və fərdi hesabında 8159,67 manat pensiya kapitalı vardır. Göründüyü kimi qeyd olunan məktubda əks olunan məlumatlarda mübahisəli dövrlərdə iddiaçının işlədiyi müəssisələrin mövcud olduğu və fəaliyyət göstərdiyi öz təsdiqini tapır. Başqa sözlə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi mübahisəli dövrlərdə müəssisələr mövcud olmuş və əmək kitabçası düzgün tərtib edilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin 12 mart 2020-ci il tarixli **********0 saylı məktubu ilə iddiaçının əlilliyə görə pensiya təyin olunmasına imkan verən əmək stajına və pensiya kapitalına malik olması təsdiq olunur. Belə ki, həmin məktubda qeyd olunmuşdur ki, Kürdəmir rayon Şilyan kənd sakini X2 əlilliyə görə əmək pensiyasının təyin olunması üçün azı 11 il sosial sığorta stajı və eyni zamanda 19800(99 x 200=19800) manat pensiya kapitalı tələb olunur. Bildiririk ki, vətəndaş İddiaçıovun Şöbəyə təqdim etdiyi ******* №-li hərbi biletdə 08 iyun 1989-cu il tarixdən 11 aprel 1991 -cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu, (1 il 10 ay 03 gün) əmək kitabçasında qeyd olunan - xx.xx.1988-xx.xx.1989, xx.xx.1991-xx.xx.1992 dövrdə «Jdanov» kolxozunda, xx.xx.1992-xx.xx.1993 dövrdə «Şirvan» X3, xx.xx.1993xx.xx.1999 dövrdə «Kürdəmir rayon X13»ndə, xx.xx.1999-xx.xx.2004 dövrdə "xxxx" ASC-də işlədiyi dövrlər məhkəmə qərarına əsasən sosial sığorta stajı kimi qəbul olunacağı təqdirdə, vətəndaşın xx.xx.2019-cu il tarixinədək qazandığı ümumi sığorta stajı 24 il (xx.xx.2006-cı il tarixədək 17 il, 01.01,2006-cı il tarixdən sonra isə 7 il), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 20442,63 (17x306=5202, 5202x236,12%=12282,96, 12282,96+8159,67=20442,63) manat təşkil edəcəkdir. Bu isə vətəndaş İddiaçıova xx.xx.2019-cu il tarixinə sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan verdiyi üçün əlilliyə görə əmək pensiyasının təyin olunmasına imkan verir. (Belə ki, 20442,63:99=206,49) Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, iddiaçıya əlilliyə görə əmək pensiya təyin edilməsi üçün kifayət edən sosial sığorta (həmçinin pensiya kapitalı) vardır. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və saxlanıldığı hüquqi ünvan məlum olmadığından iş stajını qarşılıqlı şəkildə üzləşdirərək yoxlanılmasının mümkün olmamasını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək ayrı-ayrı vaxtlarda ayrı-ayrı müəssisələrdə işləməsi və digər iş illəri iddiaçıya məxsus AZE ******* nömrəli əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisələr tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və həmin dövrlərin qarşılıqlı yoxlanıla bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı X2 məxsus AZE ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək ayrı-ayrı vaxtlarda ayrı-ayrı müəssisələrdəki iş illəri, o cümlədən əmək kitabçasında göstərilən digər iş illəri, həmçinin hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə qoyulmalıdır. Beləliklə də məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1988-xx.xx.1989, xx.xx.1991-xx.xx.1992-ci illərdə keçmiş “Jdanov” (sonrakı adı C.Cabbarlı) kolxozunda, xx.xx.1992-xx.xx.1993-cü illərdə “Şirvan” X3, xx.xx.1993-xx.xx.1999-cu illərdə Kürdəmir rayon X11, xx.xx.1999-xx.xx.2004-cü illərdə “X4” ASC-də işləməyi ilə bağlı əmək stajları nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı X1 əmək kitabçasında qeyd olunan xx.xx.1988-xx.xx.1989, xx.xx.1991xx.xx.1992-ci illərdə keçmiş “Jdanov” (sonrakı adı C.Cabbarlı) kolxozunda, xx.xx.1992-xx.xx.1993-cü illərdə “Şirvan” X3, xx.xx.1993-xx.xx.1999-cu illərdə Kürdəmir rayon X11, xx.xx.1999-xx.xx.2004-cü illərdə “X4” ASC-dəki iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar