Məhkəmə qərarları › İş №2-1(120)-358/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-358/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-358/2023 09.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçıN nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçıN iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, N7 avqust N992-ci il tarixdə Astara rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan ordusunun sıralarına həqiqi hərbi xidmətə çağrılmş, N992-ci ildən N993-cü ilə kimi Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu fakt onun hərbi biletində qeyd olunmuş və hərbi hissənin komandanlığı tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Bundan əlavə ona verilmiş N saylı hərbi hissənin komandanlığı tərəfindən N3 sentyabr N993-cü il tarixli, NN7 saylı arayışla da onun Ağdam şəhəri uğrunda gedən döyüşlərdə iştirak etməsi təsdiq olunur. N996-cı il tarixdə nümayəndəsi olduğu İddiaçıN Milli Ordu sıralarından tərxis olunmuşdur. Lakin buna baxmayaraq uzun illərdir ki, haralara müraciət etmiş olsa da bu faktı sübut edə bilməmişdir. Dəfələrlə bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş olsa da ona “Müharibə veteranı adı və vəsiqəsi” verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi isə göstərilmişdir ki, “Qeyd edirik ki, hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il və xx.xx.N993xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçıN döyüş bölgəsinə ezam olunması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə üzrə komandirinin N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır”. Hesab edir ki, bu onun günahı deyildir, həmin əmri hərbi hissənin komandirləri verməli idilər. Buna baxmayaraq həmin fakt onunla birlikdə eyni vaxtda qulluq etmiş və Ağdam uğrunda gedən döyüşlərdə onunla yan-yana iştirak etmiş, hazırda müharibə veteranı adı almış döyüş yoldaşları Astara rayonu Şahağacı kəndində yaşayan X9, X6 və X5 təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçıN müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, icraatınızda, İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasinə daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 387 nömrəli məktunda İddiaçıN xx.xx.N992-ci il tarixində keçmiş Astara RHK-ı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissəyə göndərilmişdir. xx.xx.N996-cı ildə N saylı hərbi hissədən ehtiyata buraxılmış və xx.xx.N996-cı ildən hərbi vəzifəlilərin qeydiyyatındadır. İddiaçının adına açılmış kartada, onun xx.xx.N992-ci ildən xx.xx.N995-ci ilədək sıravi əsgər rütbəsində dizel elektrikçi vəzifəsində N saylı hərbi hissədə, xx.xx.N995-ci ildən xx.xx.N996cı ilədək sürücü-elektrik vəzifəsində N saylı hərbi hissədə xidmət etmişdir. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin N8-ci bəndində döyüş əməliyyatlarında iştirakı ilə bağlı qeyd edilmiş qeydlər arxiv arayışında öz təsdiqini tapmamışdır. xx.xx.20N9-cu il tarixli 9/2-NN62N nömrəli Arxiv arayışında, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək nizami hissə üzrə əmrlərində İddiaçıN döyüş bölgəsinə ezam olunması barədə məlumatlar aşkarlanmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən İddiaçıN müraciəti əsasında müvafiq sənədlər toplanaraq baxılmış və onun döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkarlanmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən İddiaçıN müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müdafiə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Şifahi məhkəmə iclasında İddiaçıN nümayəndəsi və vəkili İddiaçı2 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçıN xx.xx.N973-cü il tarixdə anadan olmuşdur. İşdə olan Asatara rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.202N-ci il tarixli, 408 nömrəli arayışından görünür ki, İddiaçıN Astara rayonu, Şahağac kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, N/R-N2935 nömrəli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunmağınız barədə arxiv sənədlərində məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.N993-cü il tarixli, NN7 nömrəli arayışından görünür ki, İddiaçıN Ağdam şəhərində döyüş zonasında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-2234 nömrəli məktubunda qeyd edilir: Astara RHK-dan çağırılmış, N973-cü il təvəllüdlü İddiaçıN N nömrəli hərbi hissə komandirinin N8 avqust N992-ci il tarixli 34 №-li əmrilə (əsas: səh-72, §-N, sıra-N0) şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli N34 №-li əmrilə (əsas: səh 268, § 2, sıra 8) sıravi İddiaçıN N №-li hərbi hissədə rabitə manqasında mexanik vəzifəsinə təyin edilmişdir. Xidmətini davam edirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçıN N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 3N0 №-li əmrilə (əsas: səh N04, § NN, sıra N) maddi təminat bölüyündə qazan təminatına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N995-ci il tarixli 83 №-li əmrilə (əsas: səh- 2NN, §-8, sıra-7) sıravi İddiaçıN sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. N8ci maddənin “D” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduğu üçün sürücü-elektrik sıravi İddiaçıN N nömrəli hərbi hissə komandirinin N5 iyul N996-cı il tarixli N49 №-li əmrilə (əsas: səh-N3, §-8) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin avqust-dekabr N992-ci il, yanvar-dekabr N993cü il və yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçıN döyüş bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N nömrəli hərbi hissə komandirinin N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 4N9 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon Şahağacı kənd sakini xx.xx.N973cü il təvəllüdlü hərbi vəzifəlilərin ehtiyatında olan əsgər İddiaçıN qeydiyyat kartasına əsasən məlumat verirəm ki, o xx.xx.N992-ci ildə keçmiş Astara RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.N996-cı il tarixdə həmin hərbi hissədən ehtiyata buraxılmışdır. xx.xx.N996-cı ildən hərbi vəzifəlilərin qeydiyyatındadır. İddiaçıN Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, "müharibə veteram” adının və vəsiqəsinin verilməsi barədə müraciəti, xidmət yerini özbaşına tərk etməsi, cinayət məsuliyyətinə cəlb edilməsi və amnistiya aktına əsasən azad edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsində heç bir məlumat yoxdur. İş materiallarında olan İddiaçıN məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən (səhf 7) görünür ki, İddiaçıN xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Ağdam şəhəri ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər – X3 və XN0 eyni məzmunlu ifadələrində bildirmişlər ki, İddiaçıN ilə birlikdə onlar N992-N996-cı illərdə Astara rayonu Şahağacı kəndində yerləşən N nömrəli hərbi hissədə xidmət etmiş, Ağdamda döyüş əməliyyatlarına ezam əmri ilə getdiklərini, dəfələrlə ezam olunduqlarını, ezamın N0-N5 gün çəkdiyini, ezam əmrlərinin bəzilərini Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəyə müraciət edərək aldığını, müharibə veteranı vəsiqələrini aldığlarını bildirmişdirlər. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında verilmiş xx.xx.2023-cü tarixli, NN/35 nömrəli məktuba əlavə olunmuş sənədlərdən görünür ki, şahid XN tərəfindən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(N20)-979/2020 nömrəli qərarına komissiyanın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və müharibə veteranı adı verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı Astara RHK-dan çağırılmış, N973cü il təvəllüdlü İddiaçıN N nömrəli hərbi hissə komandirinin N8 avqust N992-ci il tarixli 34 №-li əmrilə (əsas: səh-72, §-N, sıra-N0) şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli N34 №-li əmrilə (əsas: səh 268, § 2, sıra 8) sıravi İddiaçıN N №-li hərbi hissədə rabitə manqasında mexanik vəzifəsinə təyin edilmişdir. Xidmətini davam edirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçıN N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 3N0 №-li əmrilə (əsas: səh N04, § NN, sıra N) maddi təminat bölüyündə qazan təminatına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N995-ci il tarixli 83 №-li əmrilə (əsas: səh- 2NN, §-8, sıra-7) sıravi İddiaçıN sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. N8-ci maddənin “D” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduğu üçün sürücü-elektrik sıravi İddiaçıN N nömrəli hərbi hissə komandirinin N5 iyul N996-cı il tarixli N49 №-li əmrilə (əsas: səh-N3, §-8) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçıN xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Ağdam şəhəri ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək nizami hissə üzrə əmrlərində İddiaçıN döyüş bölgəsinə ezam olunması barədə məlumatlar aşkarlanmaması qeyd olunsa da, iddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 4N9 nömrəli məktubundan, N nömrəli hərbi hissənin xx.xx.N993-cü il tarixli, NN7 nömrəli arayışından, o cümlədən şahid ifadələrindən müəyyən olunur ki, İddiaçıN Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Ağdam şəhəri ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçıN müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçıN müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar