Məhkəmə qərarları › İş №2-1(120)-3580/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3580/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3580/2024 14.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi İddiaçıların nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh Başçısının (keçmiş Əli- Bayramlı) 19 aprel 1992-ci il tarixli, 109 nömrəli sərəncamının etibarsız hesab edilməsi və dəymiş maddi 50000 manat və mənəvi 50000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının (keçmiş Əli-Bayramlı) 19 aprel 1992-ci il tarixli, 109 nömrəli sərəncamının etibarsız hesab edilməsi və dəymiş maddi 50000 manat və mənəvi 50000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək iddianın mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh Başçısının (keçmiş Əli-Bayramlı) 19 aprel 1992-ci il tarixli, 109 nömrəli sərəncamının etibarsız hesab edilməsi və dəymiş maddi 50000 manat və mənəvi 50000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia qaldırmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(86)-27/2017 nömrəli qərarının surətindən görünür ki, iddiaçı X1 Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixli sərəncamın etibarsız hesab olunması” barədə iddia tələbinin təmin edilməsi, İddiaçı1 fərdi ev tikintisi məqsədi ilə şəhərin Heyranxanım küçəsində 600 kv.m torpaq sahəsinin ayrılması barədə Əli-Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 1992-ci il tarixli, 109 nömrəli sərəncamının etibarsız hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(86)-27/2017 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(86)-27/2017 nömrəli qərarı qanuni qüvvəsini almış və icra olunması üçün Cavabdehnə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin Qərarın 8.4-cü bəndində qeyd edilir ki, “Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir”. Həmin Qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndində qeyd edilir ki, Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin Cavabdeh Başçısının (keçmiş Əli- Bayramlı) 19 aprel 1992-ci il tarixli, 109 nömrəli sərəncamının etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(86)-27/2017 nömrəli qərarı mövcuddur. Bundan əlavə iş materiallarında olan Cavabdeh X5 ərizəsində qeyd edilmişdir ki, iddiaçılar və onların qanuni nümayəndəsi tərəfindən Cavabdeh Başçısının (keçmiş Əli- Bayramlı) 19 aprel 1992-ci il tarixli, 109 nömrəli sərəncamının etibarsız hesab edilməsi və dəymiş maddi 50000 manat və mənəvi 50000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması tələbi ilə Cavabdehnə müraciət edilməmiş və hər hansı yazılı müraciət daxil olmamışdır. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 dəymiş maddi 50000 manat və mənəvi 50000 manat kompensasiyanın ödənilməsi barədə iddia tələbi ilə əlaqədar ilkin olaraq Cavabdehnə müraciət etməmiş və iddiaçıların tələbindən imtina olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbinin dəymiş maddi 50000 manat və mənəvi 50000 manat kompensasiyanın ödənilməsi hissə ilə bağlı inzbati orqanın iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Belə ki, iddiaçıların iddia tələbinin dəymiş maddi 50000 manat və mənəvi 50000 manat kompensasiyanın ödənilməsi hissəsinə dair ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair sübutları iddia ərizəsinə əlavə olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə yenidən inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh Başçısının (keçmiş Əli- Bayramlı) 19 aprel 1992-ci il tarixli, 109 nömrəli sərəncamının etibarsız hesab edilməsi və dəymiş maddi 50000 manat və mənəvi 50000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar