Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3584/2025 11.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 оğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1994-cü il tarixli, 234 saylı Cavabdeh tərəfindən adına tərtib edilmiş doğum akt qeydinin soyad qrafasında “Sərhadov” dan Quliyev” ə düzəliş edilərək ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1994-cü il tarixli 234 saylı Cavabdeh tərəfindən adına tərtib edilmiş doğum akt qeydinin soyad qrafasında “Sərhadov” dan Quliyev” ə düzəliş edilərək ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdə Füzuli rayonunda anadan olmuşdur. X1 pensiya yaşı tamam olan zaman dövlət qurumuna müraciəti zamanı ona məlum olmuşdur ki, ona məxsus olan doğum haqqında şəhadətnamədə soyadı “Sərhadov” kimi qeyd edilmişdir. Ona məxsus olan bütün sənədlərdə yəni şəxsiyyət vəsiqəsində, attestatda, hərbi biletdə, diplomda soyadı “Quliyev” kimi qeyd edilmişdir. Yalnışlığın aradan qaldırılması üçün doğum haqqında şəhadətnamədə düzəliş edilməsi və təkrar şəhadətnamənin verilməsindən ötrü Cavabdehnə müraciət etmiş lakin Cavabdehndən ona aid doğum aktı qeydinin soyadı Quliyev yox Sərhadov yazıldığını bildirmiş və doğum haqqında şəhadətnamədə düzəliş edilməsi təkrar şəhadətnamənin verilməsindən ötrü məhkəməyə müraciət etməyi izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı daşıdığı “Sərhadov” soyadının “Quliyev”ə düzəliş edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmıəsini xahiş etmişdir. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək iştirakı olmadan iddia tələbinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmuna aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5-8-11-725/2024 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə vətəndaş İddiaçı Cavabdehnə müraciət edərək doğum haqqında şəhadətnaməsini təkrar almaq istəmişdir. Lakin Cavabdeh arxivinə baxış zamanı xx.xx.1994-cü il tarixli 234 saylı Cavabdeh tərəfindən tərtib edilmiş doğum akt qeydində uşağın soyadı Quliyev yox Sərhadov yazılmışdır. Vətəndaş soyadında yaranmış problemlə bağlı düzəliş etmək istəsə də, qeydiyyat şöbəsinin səlahiyyəti xaricində olduğu üçün vətəndaşa imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş 12 aprel 2012-ci il tarixli, 032468 nömrəli Əlillik vəsiqəsinin surətində adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci ildə verilmiş ******* nömrəli hərbi biletin surətində adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 01 dekabr 2016-cı il 090018 nömrəli X12 Təhsil Haqqında Dövlət sənədində adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan İİ-2023-2024-İ-01 saylı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti tərəfidən verilən tələbə biletində adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan Tam orta təhsil haqqında 045382 saylı Attestatda adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan Füzuli rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli, 3-13-73/2-76584/2025 nömrəli məktubundan görünür ki, bildirilmişdirki, İddiaçı barəsində Füzuli rayon Polis Şöbəsində cinayət işi və ya hər hansı bir təqsirləndirilici material araşdırılmamışdır. Həmçinin, onun cinayət törəməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə Füzuli rayon polis Şöbəsində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5-8-1-315/2025 nömrəli məktuna və məktubuna əlavə olunmuş doğum akt qeydində qeyd edilmişdir ki, X3 xx.xx.1993-cü ildə Füzuli rayonunda anadan olmuş Valideynləri qrafasında atası X4 xx.xx.1965-ci ildə Beyləqan rayonunda anadan olmuş, anası X5 xx.xx.1965-ci ildə Füzuli rayonu Mahmudlu-2 ünvanında anadan olduğu qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.1994-cü il tarixli, 234 saylı nömrəli doğum akt qeydində soyadı qrafasında “Sərhadov”dan, “Quliyev”ə ya düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının valideynlərinin soyadları Quliyev olmuş, iddiaçıya məxsus olan hüquq müəyyən edən sənədlərdə onun soyadı Quliyev qeyd edilmişdir. İddiaçının “Sərhadov” soyadı ilə bağlı hər hansı hüququ müəyyənedici sənədi mövcud deyildir. Cavabdeh inzibati orqan iddiaçının hansı qaydada soyadının doğum akt qeydində “Sərhadov” qeyd edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1994-cü il tarixli 234 saylı Cavabdeh tərəfindən adına tərtib edilmiş doğum akt qeydinin soyad qrafasında “Sərhadov” dan Quliyev” ə düzəliş edilərək ona təkarar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3584/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3584/2025
11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver