Məhkəmə qərarları › İş №2-1(120)-3587/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3587/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3587/2025 18.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2015-ci il tarixli, 0165 №-li X19 qeydində xx.xx.2014-cü il təvəllüdlü X4 atası qrafasında İddiaçı soyadı, adı və ata adının qeyd olunması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab olunması, X19 qeydindən uşağın atası İddiaçı soyadı, adı və ata adının ləğv olunması və atalığı müəyyən etmək haqqında 0944 №-li, xx.xx.2021-ci il tarixli akt qeydinin ləğv olunması, xx.xx.2024-cü il tarixli, AZ-T 243294 №-li doğum haqqında şəhadətnamənin və xx.xx.2024-cü il tarixli, AZ-İ 475599 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2015-ci il tarixli, 0165 №-li X19 qeydində xx.xx.2014-cü il təvəllüdlü X4 atası qrafasında İddiaçı soyadı, adı və ata adının qeyd olunması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab olunması, X19 qeydindən uşağın atası İddiaçı soyadı, adı və ata adının ləğv olunması və atalığı müəyyən etmək haqqında 0944 №-li, xx.xx.2021-ci il tarixli akt qeydinin ləğv olunması, xx.xx.2024-cü il tarixli, AZ-T 243294 №-li doğum haqqında şəhadətnamənin və xx.xx.2024-cü il tarixli, AZ-İ 475599 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonunda qeydiyyatda olan Məmmədova (Həsənova) Nərgiz Meyti qızı ilə 3 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində 23 sentyabr 2019-cu il tarixdə 3307 №-li qeydlə nikahı rəsmiləşdirmişdir. Birgə nikahlarından bir uşaq-xx.xx.2020-ci il təvəllüdlü X8 anadan olmuşdur Onunla rəsmi nikaha girməzdən bir neçə il əvvəl Məmmədova (nikahdan əvvəl soyadı “Həsənova” olubdur) X7 Zahir Tofiq oğlu ilə yaşamış, onun soyadını götürmüş və Zahir Həsənovdan xx.xx.2014-cü il təvəllüdlü X9 anadan olmuşdur. X6 Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli X19 Qeydi və Doğum haqqında Şəhadətnamə verilmişdir. Həsənova (Məmmədova) Nərgiz Meyti qızının qızı X10 2014-cü ildə anadan olanda onun 16 yaşı var idi və həmin vaxt doğulduğu Gədəbəy rayonunda yaşayırdı, orta məktəbdə oxuyurdu, həmin vaxt ondan 7 yaş böyük olan X5 tanımırdı. xx.xx.2019-cu ildə Nərgiz Həsənova ilə rəsmi nikaha daxil olduqdan 3 il sonra Cavabdeh atası X11 olması məlum olan xx.xx.2014-cü il təvəllüdlü X1 və ata adını xx.xx.2015-ci il tarixli X19 Qeydində və xx.xx.2024-cü il tarixli Doğum haqqında Şəhadətnamədə dəyişdirərək qanunsuz olaraq onun adını Gülay Həsənovanın atası kimi qeyd etmiş və qanunsuz şəkildə uşağı onun övladlığına vermişdir. Eyni zamanda Cavabdeh doğulduğu 2014-cü il tarixdən atası X11 olan uşağın yenidən qanunsuz şəkildə atalığını müəyyən edərək, 0944 №-li, xx.xx.2021-ci il tarixli Atalığı müəyyən etmək haqqında Aktın Qeydinin ikinci nüsxəsində qanunsuz olaraq ata adını “Nurlan”, soyadını “Məmmədova” kimi qeyd etmiş, uşağın ilk doğum haqqında Şəhadətnamədə uşağın atası X11 qeyd olunsa da, qanunsuz hərəkətlər edərək uşağa ikinci dəfə verilmiş AZ-T 243294 №-li, xx.xx.2024-cü il tarixli Doğum haqqında Şəhadətnamədə uşağın atası İddiaçı qeyd etmişdir. Cavabdeh inzibati orqan İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X4 atası kimi qeyd etməsi uşağı iddiaçının övladlığına verilməsi qüvvədə olan ailə qanunverciliyinin və digər qanunvericilik aktlarının pozulmaqla edildiyindən inzibati orqanın qərarı və hərəkətləri qanunsuz hesab edilməlidir. Cavabdeh inzibati orqan-Cavabdeh Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələblərini pozmuşdur, atası məlum olan və doğum haqqında sənədlərə əsasən 2014-cü ildən atası Zahir Həsənov olan azyaşlı uşağa qanunsuz şəkildə başqa bir şəxsi ata təyin edərək, uşağı faktiki olaraq iddiaçının övladlığına vermişdir. Ailə Məcəlləsi və digər qanunvericilik aktları uşağı övladlığa götürmənin hüquqi əsaslarını, qaydasını tənzimləyir. Hər iki valideyni olan və valideynindən biri (anası) başqası ilə nikahda olduğu şəxs tərəfindən övladlığa götürmə və uşağa ata adı və soyadı vermə yalnız Ailə Məcəlləsində nəzərdə tutulmuş övladlığa götürməyə aid hüquq normaları tətbiq olunduğu halda və valideyn-namizəd Ailə Məcəlləsində nəzərdə tutulan övladlığa götürmənin mərhələləri müvəffəqiyyətlə keçdikdə mümkündür. Ailə qanunvericiliyinin tələblərinə əsasən övladlığa götürmə ümumiyyətlə həyata keçirilmədən, müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadan və övladlığa götürmə barədə məhkəmə qətnaməsi olmadan övladlığa götürülməyən valideynləri olan uşağın ata adının və soyadının dəyişdirilməsinə yol verilmir. Cavabdeh anadan olan zaman atası X11 olmuş uşağa yenidən ögey atasının atalığını müəyyən etmək və uşağın doğum akt qeydində ögey atanın adını və soyadını yazması tamamilə qanunsuz olmuşdur. Atalığı müəyyən etmək haqqında 0944 №-li, xx.xx.2021-ci il tarixli Akt qeydi ləğv edilməli, uşağın X19 qeydində xx.xx.2014-cü il təvəllüdlü X4 atası qrafasında İddiaçı soyadı, adı və ata adının qeyd olunması qanunsuz hesab olunmalı, 0165 №-li, xx.xx.2015-ci il tarixli X19 Qeydindən uşağın atası İddiaçı soyadı, adı və ata adı ləğv edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması barədə və xx.xx.2024-cü il tarixli, AZ-T 243294 №-li Doğum haqqında Şəhadətnamənin verilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi məhkəmə qərarı qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddianın məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü ildə vətəndaş X2 doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2021 ilin 08 ayın 09 günündə 944 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. -162.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. -162.2-ci maddəsinə görə itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. -162.3-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: -1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci hissəsi isə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydasını tənzimləyir. Həmin hissənin 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir (bənd 14). Vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir (bənd 15). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (bənd 16). Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, qanunvericilik akt qeydində düzəliş edilməsini (dəyişiklik edilməsini) o halda mümkün sayır ki, vətəndaşlıq vəziyyəti akt qeydi inzibati orqanda mövcuddur. İnzibati orqan akt qeydində dəyişiklik etməkdən imtina etdikdə həmin imtinadan müvafiq qaydada - inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Akt qeydində düzəliş edilməsindən fərqli olaraq akt qeydinin bərpası o zaman aparılır ki, akt qeydi itmiş, məhv olmuş və ya bu və ya digər səbəbdən aşkar olunmamış olsun. Akt qeydinin bərpası iki qaydada aparılır:

1. qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olduqda, ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpa edilməsi;

2. itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. İddiaçı tələbində xx.xx.2015-ci il tarixli, 0165 №-li X19 Qeydində xx.xx.2014-cü il təvəllüdlü X4 atası qrafasında İddiaçı soyadı, adı və ata adının qeyd olunması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab olunması, X19 Qeydindən uşağın atası İddiaçı soyadı, adı və ata adının ləğv olunması və atalığı müəyyən etmək haqqında 0944 №-li, xx.xx.2021-ci il tarixli Akt Qeydinin ləğv olunması, xx.xx.2024-cü il tarixli, AZ-T 243294 №-li Doğum haqqında Şəhadətnamənin və xx.xx.2024-cü il tarixli, AZ-İ 475599 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasını tələb etsə də, işin mahiyyətindən həmin qeydin düz olmamasının müəyyən edilməsinə dair ərizə olduğu məlum olur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə mülki qaydada baxılmalıdır. İş üzrə iddiaçının hüquqi marağı X4 atasının onun deyil başqa bir şəxsin olması ilə bağlıdır. İş materiallarına nəzər yetirilən zaman “atalığın müəyyən edilməsi haqqında “ akt qeydində şəxsin imzası olmuşdur ki, məhkəmə iclasında İddiaçı qeyd edilən imzanın ona məxsus olduğunu, lakin aldadılma nəticəsində imzanın çəkdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hal-hazırki hüquqi marağı üzrə mübahisə inzibati məhkəmə icraatı qaydasında öz həllini tapa bilməz. Beləliklə, iddiaçının iddiası “atalığın mübahisəsi və doğum haqqında şəhadətnamədən ata adının ləğv edilməsi” kimi olmalı və mübahisə inzibati məhkəmə icraatında deyil, mülki mühakimə icraatı qaydasında baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericilik akt qeydinin məhkəmə qaydasında bərpasını yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilmə faktının müəyyən edilməsi yolu ilə nəzərdə tutduğundan, belə bir ərizəyə isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmadığından hazırkı iddia mümkün sayılmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı Qərarının 15.1-ci bəndində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının “atalığın mübahisəsi və doğum haqqında şəhadətnamədən ata adının ləğv edilməsi” kimi mülki tələblə mülki məhkəmə icraatında aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “xx.xx.2015-ci il tarixli, 0165 №-li X19 qeydində xx.xx.2014-cü il təvəllüdlü X4 atası qrafasında İddiaçı soyadı, adı və ata adının qeyd olunması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab olunması, X19 qeydindən uşağın atası İddiaçı soyadı, adı və ata adının ləğv olunması və atalığı müəyyən etmək haqqında 0944 №-li, xx.xx.2021-ci il tarixli akt qeydinin ləğv olunması, xx.xx.2024-cü il tarixli, AZ-T 243294 №-li doğum haqqında şəhadətnamənin və xx.xx.2024-cü il tarixli, AZ-İ 475599 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar