Məhkəmə qərarları › İş №2-1(120)-3598/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3598/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3598/2024 03.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Şükürova (Məlikova) Sona Barat qızının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2023-cü il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçı Şükürova (Məlikova) Sona Barat qızına məxsus ərizəni təqdim edərək iddiaçının iddia ərizəsində soyadının səhvən qız soyadı Məlikova qeyd etdiyini və hazırki iddia üzrə soyadının Şükürova kimi nəzərə alınmasını, həmçinin iddia tələbinin “47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qərardadına əsasən iddiaçının tələbi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1971-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, qeydiyyat ünvanı ünvan 1 ünvan), ünvan 2rayədə yaşayır. Orta təhsilini başa vurduqdan sonra X1 Quraşdırma İdarəsində fəhlə vəzifəsinə işə qəbul edilmiş və 28 fevral 1989-cu ildə ildə Qafqazeneıjitəmir İxtisaslaşdırılmış İstehsalat Müəssisəsinə köçürülməklə işdən azad edilmişdir. 01 mart 1989-cu ildə Qafqazenerjitəmir İxtisaslaşdırılmış İstehsalat Müəssisəsinə metalların və metal məmulatların kvars qumu ilə təmizləyicisi peşəsinə işə qəbul edilmiş, 26 may 1994-cü ildə həmin müəssisə "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsinə çevrilmişdir. 05 avqust 1994-cü ildə həmin peşədə qalmaqla müəssisənin Bakı Filialına köçürülmüş, 24 dekabr 2004-cü ildə isə səhhəti ilə bağlı öz xahişi ilə işdən çıxmışdır. Əmək fəaliyyəti dövründə həmin təmizləyici peşəsində 10 ildən çox güzəştli iş stajı toplamış ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın (sonradan-Siyahı) 12100000 XXİİİ. Ümumi peşələr bölməsində 12100000—19568 kodu ilə qeyd edilmiş metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmin peşənin mahiyyəti ondan ibarətdir ki, kvars qumu yüksək təzyiqli qurğudan böyük sürtlə çıxaraq metalın səthində olan bütün növ ərpi, çöküntünü, korroziya məhsullarını metalın səthindən aparır. Nəticədə metalın səthi sonradan rənglənmə, izolyasiya və təmir işləri üçün hazır hala gəlir. Həmin iş zamanı işçi mütləq xüsusi skafandrda işləyir. Zərərli iş şəraiti yüksək səviyyədə səs-küy, tozun tənəffüs sisteminə mənfi təsiri, təzyiq altında olan şlanqların partlaması səbəbilə ciddi zədə alma təhlükəsi və s. aiddir. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki; 1) cavabdeh işlədiyi peşənin zərərli olmasını qəbul edir, lakin bu barədə arayışı ona tədim etmiş idarənin (AZENCO ASC) bu cür arayışı verməsi üçün əsaslarının olmamasını irad tutur; 2) pensiya kapitalı ilə bağlı tələbi yoxdur və bu başa düşüləndir, çünki, 01 yanvar 2006-cı il tarixinə kimi belə bir tələb pensiya qanunvericiliyində mövcud olmayıb. Bu səbəblə də, qeyd edilən hallar hazırki mübahisədə mübahisələndirilməyən hallar kimi qəbul edilməlidir. Mübahisələndirilən iki hal mövcuddur ki, onlara 1) güzəştli pensiya hüququmu təsdiq edən güzəştli arayışı işlədiyi müəssisənin deyil, eyni istehsalat profilinə aid olsa da, bu müəssisənin bu cür arayış verməsinin hüquqi əsaslan və 2) "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsin cavabdehin iddia etdiyi kimi, guya xx.xx.2000-xx.xx.2004-cü illərdə fəaliyyətdə olmamasıdır. Bu iki hal üzrə faktlar müəyyənləşərsə, hazırki iddiada haqlı olmağı sübuta yetirilmiş olar. Ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə vətəndaşların güzəştli iş stajını təsdiq etmək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubu məhkəmələrə göndərilmiş və bu məsələ həmin məhkəmənin 2020-ci il üzrə illik hesabatının 12-ci səhifəsinin 8-ci bəndində öz əksini tapmışdır. Onun işlədiyi müəssisənin hal-hazıradək vergi orqanlarında fəaliyyət göstərən müəssisə kimi qeydiyyatı olsa da, güzəştli iş stajı barədə arayış almaq üçün "xxxx" Azərbaycan X4 nə yeri, nə də müdiriyyətinin harada yerləşdiyini heç kim bilmir. Bu səbəblə də, istehsalat profili əvvəllər işlədiyi müəssisənin istehsalat profili üzrə tam eynilik təşkil etdiyinə görə AZENCO ASC-yə müraciət etmiş, AZENCO ASC də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunun tövsiyyələri əsasında vaxtilə çalışdığı peşənin güzəştli staj olması barədə müvafiq arayış təqdim etmişdir. Burada mühüm məqam burasındadır ki, işlədiyi təmizləyici peşəsinin güzəştli olması barədə arayışı əslində, istənilən müəssisə və təşkilat verə bilər, çünki, işlədiyi peşə Siyahının 12100000 XXİİİ. Ümumi peşələr bölməsində qeyd edilmişdir. Bu səbəblə də, bu bölmədə qeyd edilən istənilən peşə həmin işlərin görüldüyü idarənin istehsalat profilindən asılı olmayaraq, bütün hallarda güzəştli şərtlərlə yasa görə pensiya hüququ verir. AZENCO ASC-nin daha əvvəlki tarixlərdə vaxt ilə eyni müəssisədə işləmiş şəxslərə eyni əsaslarla güzəştli əmək stajını təqdim etməsi, cavabdehin isə həmin arayışı heç bir mübahisələndirmə aparmadan güzəştli pensiya təyinatı üçün əsas hesab etməsi və həmin şəxslərə güzəştli pensiya təyin etməsi, ona münasibətdə isə ayrıseçkilik nümayiş etdirməsi qanunsuzluqdur. Həm də bu, cavabdehin vahid inzibati praktika güdməməsi kimi qiymətləndirilməlidir. Bu mənada, Azərbaycan Respublikasının İnzibati İcraat Haqqında Qanununun 13.2-ci maddəsində qeyd edildiyi kimi, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır-müəddası cavabdeh tərəfındən gözardı edilmişdir. İkinci məsələ isə, "xxxx" Azərbaycan X4 xx.xx.2000-xx.xx.2004-cü illərdə cavabdehin iradına əsasən, guya fəaliyyətdə olmamasıdır. Burada iki məqama nəzər yetirmək lazımdır; Hər hansı bir hüquqi şəxsin hər hansı dövrdə fəaliyyətdə olub olmaması onun bu barədə vergi orqanlarına verdiyi məlumat əsasında müəyyən edilir. Vergi orqanı bu barədə müvafiq qeydiyyat aparır, hüquqi şəxsin fəaliyyətinin dayandığı və sonradan bərpa edilməsi tarixləri və bununla bağlı vergi hesabatları aparır. Mövcud qanunvericiliyə görə, müəssisələrin fəaliyyətə başlama, ləğv edilməsi, müəyyən dövrlərdə fəaliyyətini dayandırması vergi xidmətində qeydə almır. Cavabdeh bu mənada iradını qətiyyən əsaslandırmamışdır. Belə ki, o, bu barədə vergi orqanına müraciət edə və müvafiq məlumatları əldə edərək öz çıxardığı inzibati qərarı hüquqi cəhətdən əsaslandırmış olmalı idi. Cavabdehin imtina məktubunda isə belə bir əsaslandırma yoxdur. Cavabdeh “İnzibati İcraat Haqqında” Qanunun 24.2-ci maddəsinə görə “inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz”-müddəasını pozaraq işəgötürənin verdiyi və hüquqi mahiyyətinə görə hazırki mübahisədə mənim xeyrimə olan aydınlaşdırıcı sənədin müddəalarını nəzərə almamışdır, eləcə də, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində göstərilən - İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır-müddəalarını pozmuşdur. Cavabdehin guya onun xx.xx.2000-xx.xx.2004-cü illərdə işlədiyi müəssisənin fəaliyyətdə olmaması barədə iradı ona görə əsassızdır ki, vaxtilə bir yerdə işləmiş şəxslərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı səhəri X10 üzrə Bas İdarəsinin təqdim etdiyi arayışlarda "xxxx" Azərbaycan X4 fəaliyyətinin dayanması barədə vergi orqanlarında məlumat qeydə alınmayıb, yəni qaydalara görə, müəssisə hazırda da fəaliyyətdə olan müəssisə sayılır. Bu mənada, məhkəmə həmin idarədən müvafiq sorğu əsasında məlumat almaqda haqlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların,işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin siyahı təsdiq olunana qədər isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş « Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür.) əsasında müəyyən edilir. Qeyd edilənlərə nəzərə alaraq ona 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam yas həddinə çatdıqda (52 yaş), 2) xx.xx.2006-ci il tarixədək azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 17 oktyabr 1988-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və AZENCO ASC-nin xx.xx.2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X3 metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsində təmizləyici peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı "xxxx" Azərbaycan- X4 xx.xx.2000-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də, xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, AZENCO ASC-də yoxlama zamanı iddiaçının "xxxx" Azərbaycan-X3 işlədiyi peşələrin zərərliliyinə dair verilmiş arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğuna görə verildiyi, lakin həmin müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı bildirilib. Göstərilərə əsasən, iddiaçının güzəştli iş stajı yoxdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq İddiaçı 2-1 (120)-3598/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qəhrəmanova (Ağayeva) Aytən İlqar qızı iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: - Tələb olunan 15 il ümumi iş stajının toplanmaması; - Tələb olunan 7 il 6 ay güzəştli iş stajının toplanmaması. Belə ki, iddiaçı xx xxxxxx 1971-ci il tarixdə doğulmuşdur. 22 fevral 2018-ci il tarixdə 47 yaşı tamam olmuşdur. İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuş, ünvan 3 ünvanda qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 04 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, xx xxxxxx 1971-ci il təvəllüdlü Şükürova (Məlikova) Sona Barat qızı həqiqətən xx.xx.1988-ci ildə (əmr №-339-k, xx.xx.1988ci il ) “Qafqazenerjiquraşdırma” müəssisəsinin Mingəçevir Quraşdırma İdarəsinə fəhlə peşəsinə qəbul edilib və xx.xx.1989-cu ildə (Əmr №103-k, xx.xx.1989-cu il) Azərbaycan SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (“Qafqazenerjitəmir" Xüsusiləşdiriİmiş İstehsalat Müəssisəsinə keçməsi ilə əlaqədar) işdən azad edilib. xx.xx.1989-cu ildə (Əmr №17-ok, xx.xx.1989-cu il) "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsinin xüsusi zərərli əmək şəraitində metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsinə təmizləyici peşəsinə işə qəbul edilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi "xxxx" Azərbaycan-X6 Müəssisəsi adlandırılmışdır, xx.xx.1994-cii ildə (Əmr №-14-kш, xx.xx.1994-cü il) vəzifəsi və dərəcəsi saxlanılmaqla müəssisənin təmir sexinin Bakı filialına keçirilmişdir və xx.xx.2004-cü ildə (əmr №-67, xx.xx.2004-cii ildə) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 3-cii bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi təmizləyici peşəsinin əmək xüsusiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahısının ******* XXİİ1- Ümumi peşələr bölməsində, 12100000-19568 kodu ilə qeyd edilmiş “Metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyicilər” peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş 35. Ümumi peşələr bölməsində metalın, metal hissələrinvə məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri kimi qeyd edilməklə, peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Təmizləyicinin əmək funksiyalarına aiddir: kvars qumunu təmizləyici aparata yükləmək, konstruksiyalarının, aparat və avadanlıqlarının səthlərinin kvars qumu maşını ilə təmizlənməsi, zərərli əmək şəraitində işlərin görüldüyü ərazidə kvars qumunun narın tozunun ( tərkibi silisium 4-oksiddən ibarətdir, yüksək sürətlə qum dənələrinin metal səthlərə çirpıİmasından yaranır) ağciyərlərə düşərək ümumi adi pnevmokinoz adlanan ağciyər xəstəlikləri ( bu peşə üçün peşə xəstəlikləri sayılır) yaratmasıdır ki, bunun nəticəsində ağciyərlər normal tənəffüs funksiyasını yerinə yetirə bilmir. Güzəştli pensiya üçün staj: 15 il, 09 ay, 23 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi və "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş-92473/2024 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi 17 oktyabr 1988-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və AZENCO ASC-nin ona dair xx.xx.2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X3 metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsində təmizləyici peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı "xxxx" Azərbaycan-X4 xx.xx.2000-ci il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də, xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, AZENCO ASCdə yoxlama zamanı "xxxx" Azərbaycan-X3 işlədiyi peşələrin zərərliliyinə dair verilmiş arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğuna görə verildiyi, lakin həmin müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı bildirilib. Bu fakt AZENCO ASC-nin birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********184200 nömrəli məktubundan görünür ki, Uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə № 680 nömrə ilə dövlət qeydiyyatına alınması, xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN ilə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN ilə vergi uçotuna alınması və hüquqi ünvanının ünvan 5ması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) fəaliyyətinin dayandırılması, ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə məlumat müəyyən edilməmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/302 nömrəli məktubunda qeyd edilmişdir ki, Şükürova (Məlikova) Sona Barat qızı həqiqətən, xx.xx.1988-ci ildə (əmr №-339-k, xx.xx.1988-ci il) “Qafqazenerjiquraşdırma” müəssisəsinin Mingəçevir Quraşdırma İdarəsinə fəhlə peşəsinə qəbul edilib və xx.xx.1989-cu ildə (Əmr №103-k, xx.xx.1989-cu il) Azərbaycan SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə ("xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsinə keçməsi ilə əlaqədar) işdən azad edilib. xx.xx.1989-cu ildə (Əmr №17-ok, xx.xx.1989-cu il) "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsinin xüsusi zərərli əmək şəraitində metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsinə təmizləyici peşəsinə işə qəbul edilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi "xxxx" Azərbaycan-X6 Müəssisəsi adlandırılmışdır, xx.xx.1994-cü ildə (Əmr №-14-kш, xx.xx.1994-cü il) vəzifəsi və dərəcəsi saxlanılmaqla müəssisənin təmir sexinin Bakı filialına keçirilmişdir və xx.xx.2004-cü ildə (əmr №-67, xx.xx.2004-cü ildə) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 3- cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi təmizləyici peşəsinin əmək xüsusiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının ******* XXİİİ-Ümumi peşələr bölməsində, 12100000-19568 kodu ilə qeyd edilmiş “Metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri” peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş

35. Ümumi peşələr bölməsində metalın, metal hissələrinvə məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri kimi qeyd edilməklə, peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Təmizləyicinin əmək funksiyalarına aiddir: kvars qumunu təmizləyici aparata yükləmək, konstruksiyalarının, aparat və avadanlıqlarının səthlərinin kvars qumu maşını ilə təmizlənməsi, zərərli əmək şəraitində işlərin görüldüyü ərazidə kvars qumunun narın tozunun ( tərkibi silisium 4-oksiddən ibarətdir, yüksək sürətlə qum dənələrinin metal səthlərə çirpılmasından yaranır) ağciyərlərə düşərək ümumi adi pnevmokinoz adlanan ağciyər xəstəlikləri (bu peşə üçün peşə xəstəlikləri sayılır) yaratmasıdır ki, bunun nəticəsində ağciyərlər normal tənəffüs funksiyasını yerinə yetirə bilmir. Güzəştli pensiya üçün staj: 15 il, 09 ay, 23 gün təşkil edir. Şükürova (Məlikova) Sona Barat qızına verilmiş 04 №-li, xx.xx.2024-cü il tarixli güzəştli arxiv arayişi Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilmişdir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi və "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Eyni əsaslarla daha əvvəlki tarixlərdə digər şəxslərə verilmiş güzəştli iş staj i barədə arayışlar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial tərəfindən qəbul edilərək mübahisəsiz qaydada həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş-160199/2024 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 17 oktyabr 1988-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanda və AZENCO ASCnin ona dair xx.xx.2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X3 metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsində təmizləyici peşələrində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, "xxxx" Azərbaycan-X4 xx.xx.2000-ci il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də, xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, AZENCO ASC-də yoxlama zamanı "xxxx" Azərbaycan-X3 işlədiyi peşələrin zərərliliyinə dair verilmiş arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğuna görə verildiyi, lakin həmin müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı bildirilib. Bu fakt AZENCO ASC-nin birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-239857/2024 nömrəli etiraza əlavəsindən görünür ki, iddiaçı məhkəmə icraatı zamanı cavabdeh inzibati orqana təkrar müraciət edərək, 47 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin mərkəzi filial tərəfindən iddiaçıya verilmiş cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Qeyd olunan iş üzrə etiraza əlavə təqdim edilir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a bəndinə əsasən 47 yaşdan (xx.xx.2018-ci il) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını, müraciət tarixindən əvvəlki 3 ilə münasibətdə ödəniş aparılmasını xahiş etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmçinin, 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yas həddinə çatdıqda (47 yaş), 2) xx.xx.2006-ci il tarixədək azı 15 il sığorta stajı olduqda, 3) stajın 7 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. Birinci şərt: İddiaçının 47 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İkinci şərt: İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 17 oktyabr 1988-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və AZENCO ASC-nin ona dair xx.xx.2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1989xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X3 metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsində təmizləyici peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, "xxxx" Azərbaycan-X4 xx.xx.2000-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-78995/2024 nömrəli məktubu və sosial sığorta stajının hesablanması barədə cədvələ əsasən İddiaçı ümumi iş stajı 11 il 2 ay 11 gün (xx.xx.1988-xx.xx.1989-cu il və xx.xx.1989- xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 15 ildən azdır. Üçüncü şərt: İddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə müəssisə tərəfindən verilmiş arayışla müəyyən edilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı "xxxx" Azərbaycan-X4 xx.xx.2000-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də, xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, AZENCO ASC-də yoxlama zamanı iddiaçının "xxxx" Azərbaycan-X3 işlədiyi peşələrin zərərliliyinə dair verilmiş arayışın həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğuna görə verildiyi, lakin həmin müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı bildirilib. Göstərilərə əsasən, iddiaçının güzəştli iş stajı yoxdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq İddiaçı 2-1(120)-3598/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 3-21-2-4/2-207562/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi xx.xx.2005-ci il tarixdə ********** nömrəli on rəqəmli VÖEN ilə vergi uçotuna alınması və fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat mövcuddur. Uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) hüquqi ünvanının ünvan 7mişdir. Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hər-hansı məlumat aşkar edilməmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixində ümumi iş stajı 16 il 2 ay 7 gün təşkil etmiş və həmin staj illərinin 15 il 9 ay 23 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Məhkəmə hesab edir ki, iddiaçının 47 yaşı tamam olduğu 22 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür:

1. tələb olunan yas həddinə çatdıqda (47 yaş),

2. xx.xx.2006-ci il tarixədək azı 15 il sığorta stajı olduqda,

3. stajın 7 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan içox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: xx.xx.1988-ci ildə “Qafqazenerjiquraşdırma” müəssisəsinin Mingəçevir Quraşdırma İdarəsinə fəhlə peşəsinə qəbul edilib və xx.xx.1989-cu ildə Azərbaycan SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə ("xxxx" Xüsusiləşdiriİmiş İstehsalat Müəssisəsinə keçməsi ilə əlaqədar) işdən azad edilib, xx.xx.1989-cu ildə "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsinin xüsusi zərərli əmək şəraitində metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsinə təmizləyici peşəsinə işə qəbul edilib, xx.xx.1994-cü ildə "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi "xxxx" Azərbaycan-X6 Müəssisəsi adlandırılmışdır, xx.xx.1994-cii ildə vəzifəsi və dərəcəsi saxlanılmaqla müəssisənin təmir sexinin Bakı filialına keçirilmişdir və xx.xx.2004-cü ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 47 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2018-ci il tarixə ümumi iş stajı 15 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının güzəştli iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan etiraza əlavəsində qeyd etmişdir ki, iddiaçının 47 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İkinci şərt: İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 17 oktyabr 1988-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və AZENCO ASC-nin ona dair xx.xx.2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1989xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X3 metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsində təmizləyici peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, "xxxx" Azərbaycan-X4 xx.xx.2000-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-78995/2024 nömrəli məktubu və sosial sığorta stajının hesablanması barədə cədvələ əsasən İddiaçı ümumi iş stajı 11 il 2 ay 11 gün (xx.xx.1988-xx.xx.1989-cu il və xx.xx.1989- xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 15 ildən azdır. Üçüncü şərt: İddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə müəssisə tərəfindən verilmiş arayışla müəyyən edilir. Məhkəmə bildirir ki,“Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq hərbi və əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 15 ildən çox olması müəyyən olunur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Çünki, məhkəmə cavabdeh inzibati orqanın Azərbaycan-Rusiya "xxxx" Birgə müəssisəsinin xx.xx.2000-ci il tarixdən sonra fəaliyyət göstərməməsi səbəbindən mübahisəli dövr kimi hesab etdiyi iddiaçının işlədiyi xx.xx.1989-xx.xx.2004-cü il dövrü ilə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində aşağıda qeyd edilən halları müəyyən etmişdir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********184200 nömrəli məktubundan görünür ki, Uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə № 680 nömrə ilə dövlət qeydiyyatına alınması, xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN ilə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN ilə vergi uçotuna alınması və hüquqi ünvanının ünvan 5ması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) fəaliyyətinin dayandırılması, ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə məlumat müəyyən edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 21-2-4/2-207562/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi xx.xx.2005-ci il tarixdə ********** nömrəli on rəqəmli VÖEN ilə vergi uçotuna alınması və fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat mövcuddur. Uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) hüquqi ünvanının ünvan 7mişdir. Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hər-hansı məlumat aşkar edilməmişdir. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 15 ildən çox ümumi iş stajı mövcuddur. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Belə ki, İddiaçı işlədiyi təmizləyici peşəsinin əmək xüsusiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının ******* XXİİİ-Ümumi peşələr bölməsində, 12100000-19568 kodu ilə qeyd edilmiş “Metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri” peşələri uyğundur. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş 35. Ümumi peşələr bölməsində metalın, metal hissələrinvə məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri kimi qeyd edilməklə, peşələri uyğundur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01- PH/302 nömrəli məktubunda qeyd edilmişdir ki, Şükürova (Məlikova) Sona Barat qızı həqiqətən, xx.xx.1988-ci ildə (əmr №-339-k, xx.xx.1988-ci il) “Qafqazenerjiquraşdırma” müəssisəsinin Mingəçevir Quraşdırma İdarəsinə fəhlə peşəsinə qəbul edilib və xx.xx.1989-cu ildə (Əmr №103-k, xx.xx.1989-cu il) Azərbaycan SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə ("xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsinə keçməsi ilə əlaqədar) işdən azad edilib. xx.xx.1989-cu ildə (Əmr №17-ok, xx.xx.1989-cu il) "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsinin xüsusi zərərli əmək şəraitində metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi sahəsinə təmizləyici peşəsinə işə qəbul edilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi "xxxx" Azərbaycan-X6 Müəssisəsi adlandırılmışdır, xx.xx.1994-cü ildə (Əmr №-14-kш, xx.xx.1994-cü il) vəzifəsi və dərəcəsi saxlanılmaqla müəssisənin təmir sexinin Bakı filialına keçirilmişdir və xx.xx.2004-cü ildə (əmr №-67, xx.xx.2004-cü ildə) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 3- cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi təmizləyici peşəsinin əmək xüsusiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının ******* XXİİİ-Ümumi peşələr bölməsində, 12100000-19568 kodu ilə qeyd edilmiş “Metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri” peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş

35. Ümumi peşələr bölməsində metalın, metal hissələrinvə məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri kimi qeyd edilməklə, peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Təmizləyicinin əmək funksiyalarına aiddir: kvars qumunu təmizləyici aparata yükləmək, konstruksiyalarının, aparat və avadanlıqlarının səthlərinin kvars qumu maşını ilə təmizlənməsi, zərərli əmək şəraitində işlərin görüldüyü ərazidə kvars qumunun narın tozunun ( tərkibi silisium 4-oksiddən ibarətdir, yüksək sürətlə qum dənələrinin metal səthlərə çirpılmasından yaranır) ağciyərlərə düşərək ümumi adi pnevmokinoz adlanan ağciyər xəstəlikləri (bu peşə üçün peşə xəstəlikləri sayılır) yaratmasıdır ki, bunun nəticəsində ağciyərlər normal tənəffüs funksiyasını yerinə yetirə bilmir. Güzəştli pensiya üçün staj: 15 il, 09 ay, 23 gün təşkil edir. Şükürova (Məlikova) Sona Barat qızına verilmiş 04 №-li, xx.xx.2024-cü il tarixli güzəştli arxiv arayişi Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilmişdir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi və "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Eyni əsaslarla daha əvvəlki tarixlərdə digər şəxslərə verilmiş güzəştli iş staj i barədə arayışlar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial tərəfindən qəbul edilərək mübahisəsiz qaydada həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılmışdır. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 07 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya 47 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2013cü il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 01 fevral 2021-ci il tarixində müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də ilkin müraciətinin iş materiallarına əsasən 01 fevral 2021-ci il tarixində edildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində, yəni 01 fevral 2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2018ci il tarixdən təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar