Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-36/2021 02.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Üçüncü şəxs “Atena Qrup” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Üçüncü şəxs “PAŞA bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən mülkiyyətində olan 10.02988 ha topraq sahəsində inşa olunmuş tikili (süd emalı müəssisəsi) üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-651/2012 saylı qərarı ilə iddia ərizəsi təmin olunmuş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinin üzərinə İddiaçı tərəfindən Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən mülkiyyətində olan 10.02988 ha torpaq sahəsinin 1,5 ha hissəsində Ağcabədi rayon İcra Hakimyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamına və digər hüquqmüəyyənedici sənədlərə əsasən inşa olunmuş tikiliyə (süd emalı müəssisəsi) mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Atena Qrup” Qapalı Səhmdar Cəmiyyəti Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-651/2012 saylı qərarının ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasının təzələnməsi və üçüncü şəxs qismində işin icraatına cəlb edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdirlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(086)- 651/2012 saylı qərardadı ilə “Atena” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Atena Qrup” Qapalı Səhmdar Cəmiyyətinin vəsatətinin təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2-1(086)-651/2012 saylı qərarının ləğv edilməsi, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Atena Qrup” Qapalı Səhmdar Cəmiyyətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-251/2020 saylı qərardadı ilə “Paşa bank” Açıq Səhmdar Cəmiyyətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-251/2020 saylı qərardadı ilə “Atena Qrup” Qapalı Səhmdar Cəmiyyətinin və “Atena” Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia ərizəsinin mümkünsüz sayılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 10.02988 ha topraq sahəsinin mülkiyyətçisi olmaqla, adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmçinin, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2008-ci il tarixli, 31 nömrəli Sərəncamı ilə ona sahibkarlıq fəaliyyəti ilə əlaqədar mülkiyyətində olan həmin torpaq sahəsində süd emalı müəssisəsinə 0,5 ha infrastruktur üçün, 1,0 ha ölçüdə torpaq sahəsində isə lahiyə əsasında tikintiyə icazə verilmişdir. O, həmin sərəncam əsasında tikinti-quraşdırma işlərini başa çatdırmış və tikili Dövlət Qəbul Komissiyası tərəfindən istimara qəbul edilmişdir. Bundan sonra inşa edilmiş həmin süd emalı kompleksinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, qanunla tələb olunan sənədləri təqdim etmişdir. Lakin, cavabdeh xx xxxxx 2012-ci il tarixli məktubu ilə müraciətini təmin etməyərək imtina bildirişi vermişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd etdiyi kimi tikilinin inşa edildiyi torpaq sahəsi onun xüsusi mülkiyyətimdədir. Həmin torpaq sahəsində tikintiquraşdırma işlərinin aparılmasına icazə verilməsi haqqında Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı olmuşdur. Tikinti işləri başa çatdıqdan sonra o, Dövlət Qəbul Komissiyası tərəfindən istimara qəbul edilmişdir. Beləliklə, tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim olunsa da, sonuncu qanunvericiliyin tələblərini pozaraq müraciətindən imtina etmişdir. Cavabdeh imtinasını tikilinin inşa olunduğu torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması kimi əsaslandırmış və torpaq sahəsinin təyinatının dəyişdirilmədən orada tikinti işlərinin aparılmasının mümkün olmadığını bildirmişdir. Halbuki, qanunvericilikdə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti-quraşdırma işlərinin aparılmasının mümkünlüyü qeyd edilmişdir. Hesab edir ki, mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş tikililər həmin torpaq sahəsinin təyinatı üçün nəzərdə tutulmuş məqsədlərə və tələblərə cavab verir. Cavabdeh lazımi araşdırma aparmadan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Üçüncü şəxs “PAŞA bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 şifahi məhkəmə iclasında iddia tələbinə etiraz etməyərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs “Atena Qrup” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 şifahi məhkəmə iclasında iddia tələbinə etiraz etməyərək, işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs “Atena Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə “Atena Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş «fiziki şəxsin sahibkarlıq uçotu haqqında» qeydiyyat № (VÖEN) ********** olan Şəhadətnamədən görünür ki, İddiaçı fərdi sahibkar kimi 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx xxxx 2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (reyestr № **********29, qeydiyyat № 170701579, qeydiyyat tarixi xx.xx.2007) və torpaq sahəsinin Plan və ölçüsünün notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, ümumi sahəsi 10,02988 ha olan kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin Ağcabədi rayon İcra Hakimyyəti başçısına ünvanladığı xx xxxxxx 2007-ci il tarixli, 179/222 nömrəli məktubundan görünür ki, sahibkar İddiaçı mülkiyyətində olan 10,02988 ha (heyvandarlıq və əkinçilik məqsədi ilə istifadə etdiyi) torpaq sahəsinin bir hissəsində süd məhsulları istehsalı məqsədilə emal müəssisəsinin tikinti quraşdırma işlərinin aparılmasına münasibət bildirilərək, göstərilmişdir ki, xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti norma və qaydalarına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə zəruri tikinti quraşdırma işləri aparıla bilər. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İcra Hakimyyəti başçısının tərəfindən təsdiq edilmiş xx xxxxxx 2008-ci il tarixli aktın (Ağcabədi rayon İcra Hakimyyəti başçısının xx xxxxxx 2006-cı il tarixli 19 saylı sərəncamına əsasən yaradılmış komissiya üzvləri tərəfindən imzalanmış) notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, fərdi sahibkar İddiaçı mülkiyyətində olan 10,02988 ha torpaq sahəsində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx xxxxxx 2007-ci il tarixli 179/222 nömrəli razılıq məktubuna əsasən süd emalı müəssisəsi üçün 1,0 ha əsaslı tikintiyə, infrastruktur üçün 0,5 ha torpaq sahəsi seçmək üçün naturada baxış keçirilmiş və bu məqsəd üçün layihə əsasında tikinti işləri aparılması komissiya tərəfindən məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İcra Hakimyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan 10,02988 ha torpaq sahəsinin 0,5 ha hissəsində infrastruktur, 1,0 ha torpaq sahəsi hissəsində isə lahiyə əsasında süd emalı müəssisəsinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx xxxxxxx 2011-ci il tarixli 13252 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxxxx 2011-ci il tarixli YTNƏŞ-148 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyinin Təhlil qrupunun xx xxxxxx 2011-ci il tarixli 222 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx xxxxxx 2010-cu il tarixli 15/1687 nömrəli, Respublikası Gigiyena və Epidemioloğiya Mərkəzinin xx xxxxxx 2011-ci il tarixli 04-22/y-272 nömrəli müvafiq rəylərindən görünür ki, qeyd edilən inzibati orqanlar öz səlahiyyətləri daxilində Ağcabədi rayon İcra Hakimyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamının icrası ilə bağlı həmin tikinti işlərinin həyata keçirilməsini məqsədəmüvafiq hesab edilmişlər. İş materiallarına əlavə olunmuş «tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında» Dövlət Qəbul Komissiyasının aktının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi rayon İcra Hakimyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamına əsasən ididaçı tərəfindən Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində inşa edilmiş qeyri-yaşayış binası (süd emalı müəssisəsi) tələblərə cavab verdiyindən istismara qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinin xx xxxxx 2012-ci il tarixli imtina haqqında bildirişindən görünür ki, İddiaçı xx xxxxx 2012-ci il tarixli 17/564 saylı ərizəsinə və əlavə olunmuş sənədlərə baxılmış, lakin sonuncunun tikiliyə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair müraciəti təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2012-ci il tarixli 14963 nömrəli ekspertiza rəyindən görünür ki, İddiaçı tərəfindən Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində inşa edilmiş tikililər (süd emalı müəssisəsi) həmin tikililərə dair verilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamına, eskiz layihəsinə uyğundur, eyni zamanda şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilməklə inşa olunmuşdur. İnşa edilmiş həmin tikililər onların inşa edildiyi torpaq sahəsinin (kənd təsərrüfatı təyinatlı torpağın) təyinatına uyğundur və kənd təsərrüfatı təyinatlı torpaqlar üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin İİİ fəslində (12, 13 və s. mad.) nəzərdə tutulmuş məqsədlərə və tələblərə cavab verir. Həmçinin, həmin tikililər kənd təsərüfatının səmərəli təşkil edilməsi üçün vacib hesab olunur. İş materiallarına əlavə olunmuş xx xxxxx 2012-ci il tarixli, 44 nömrəli qəbzdən görünür ki, iddiaçı iddia qaldırılması ilə əlaqədar üç manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxx 2007-ci il tarixli ******* saylı çıxarışa əsasən İddiaçı Ağcabədi rayonu Ağabəyli kəndi ərazisindəki 10,02988 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmışdır. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamı ilə mülkiyyətində olan 10,02988 ha torpaq sahəsinin 0,5 ha hissəsində infrastruktur, 1,0 ha torpaq sahəsi hissəsində isə lahiyə əsasında süd emalı müəssisəsinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx xxxxxxx 2011-ci il tarixli 13252 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxxxx 2011-ci il tarixli YTNƏŞ-148 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyinin Təhlil qrupunun xx xxxxxx 2011-ci il tarixli 222 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx xxxxxx 2010-cu il tarixli 15/1687 nömrəli, Respublikası Gigiyena və Epidemioloğiya Mərkəzinin xx xxxxxx 2011-ci il tarixli 04-22/y-272 nömrəli müvafiq rəylərindən görünür ki, qeyd edilən inzibati orqanlar öz səlahiyyətləri daxilində Ağcabədi rayon İcra Hakimyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamının icrası ilə bağlı həmin tikinti işlərinin həyata keçirilməsini məqsədəmüvafiq hesab edilmişlər. İddiaçı tərəfindən inşa edilmiş tikintiquraşdırma işləri başa çatdıqdan sonra həmin süd emalı müəssisəsi Dövlət Qəbul Komissiyasının müvafiq aktı ilə istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2012-ci il tarixli 14963 nömrəli ekspertiza rəyinə əsasən İddiaçı tərəfindən Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində inşa edilmiş tikililərin (süd emalı müəssisəsi) həmin tikililərə dair verilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamına, eskiz layihəsinə uyğun olması, eyni zamanda şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilməklə inşa olunması, inşa edilmiş həmin tikililərin onların inşa edildiyi torpaq sahəsinin (kənd təsərrüfatı təyinatlı torpağın) təyinatına uyğun olması və kənd təsərrüfatı təyinatlı torpaqlar üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin İİİ fəslində (12, 13 və s. mad.) nəzərdə tutulmuş məqsədlərə və tələblərə cavab verməsi, həmçinin, həmin tikililərin kənd təsərüfatının səmərəli təşkil edilməsi üçün vacib hesab olunması müəyyən edilmişdir. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsində nəzərdə tutulmuş iddia növündən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri) inzibati orqan kimi təsnif olunmuşlar. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Göründüyü kimi iddia ərizəsinə aidiyyəti üzrə məhz Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə hazırki inzibati mübahisə ilə bağlı müəyyən edilmiş işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi və bu kimi işlərdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə təcrübəsinin nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət və digər əmlak hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra tam həcmdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Göründüyü kimi, torpaq mülkiyyətçisinin şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxıldir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi, qanunvericilik kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların inşasını nəzərdə tutmuşdur. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin Ağcabədi rayon İcra Hakimyyəti başçısına ünvanladığı xx xxxxxx 2007-ci il tarixli, 179/222 nömrəli məktubunda da kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti norma və qaydalarına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə zəruri tikinti-quraşdırma işlərinin aparılmasının mümkünlüyü göstərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2012-ci il tarixli rəyinə əsasən isə Ağcabədi rayon İcra Hakimyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamı ilə iddiaçıya tikintisinə icazə verilmiş obyektin (süd emalı müəssisəsi) tikinti norma və qaydalarına və onun inşa edildiyi torpaq sahəsinin təyinatına uyğun olması, kənd təsərrüfatı təyinatlı torpaqlar üçün qanunvericilikdə nəzərdə tutulmuş məqsədlərə və tələblərə cavab verməsi, həmçinin kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün hacib hesab olunması müəyyən edilmişdir. Bununla yanaşı həmin tikilinin inşasının məqsədəmüvafiqliyi barədə müvafiq inzibati orqanlar tərəfindən rəylər verilmiş və Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqda inşa etdiyi tikililər (süd emalı müəssisəsi) onların inşa edildiyi torpağın təyinatına uyğun olmuş, həmin tikililər kənd təsərrüfatı təyinatlı torpaqlar üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin İİİ fəslində nəzərdə tutulmuş məqsədlərə və tələblərə cavab verməklə, kənd təsərüfatının səmərəli təşkil edilməsi üçün vacib hesab olunurlar. Cavabdeh (inzibati orqan) isə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş işin hallarının obyektiv araşdırılması prinsipini pozaraq, tikilinin onun inşa edildiyi torpağın təyinatına uyğun olub-olmamasını araşdırmadan, əsassız olaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Bununla belə, əvvəl keçirilmiş məhkəmə iclasında (xx.xx.2012-ci ildə) iştirak edən cavabdeh tərəf hüquqi mövqeylərini dəyişmiş, iddianın tərəflərindən qəbul (etiraf) olunmasına dair ərizə təqdim edərək, iddiaçı tərəfindən inşa edilmiş tikililərin (süd emalı müəssisəsi) onların inşa edildiyi torpaq sahəsinin, yəni kənd təsərrüfatı təyinatlı torpağın təyinatına uyğun olması, kənd təsərrüfatı təyinatlı torpaqlar üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin İİİ fəslində nəzərdə tutulmuş məqsədlərə və tələblərə cavab verməsi, həmçinin həmin tikilinin kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib hesab olunması ilə əlaqədar iddia ərizəsinin təmin olunmasına etirazlarının olmadığını göstərmişlər. Məhkəmə xüsusi olaraq vurğulayır ki, işin təzələnməsindən sonra keçirilən məhkəmə iclasları zamanı cavabdeh tərəf əvvəl (xx.xx.2012-ci ildə) verdiyi münasibətdən fərqli münasibət bildirməmişdir. Başqa sözlə hazırki iddianın etiraf edilməsi ilə bağlı cavabdehin münasibəti dəyişməz olaraq qalmışdır. Məhkəmə iddia ərizəsinin əsaslı olması qənaətinə gələrkən, həmçinin cavabdehin iddianı qəbul etməsini və bu barədə məhkəməyə yazılı ərizə təqdim etməsini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını … cavabdehin iddianı qəbul etməsi ilə … sona çatdıra bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə görə … cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunnu 1-ci maddəsinə əsasən Avropa presedent hüququnda «mülkiyyət» və ya «əmlak» anlayışları çox geniş çərçivədə şərh olunur. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki, «X14 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222 (1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara aldı ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxx 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini «Miray Fransaya qarşı» iş üzrə xx xxxxxxxx 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab edir ki, «maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır» Məhkəmənin xatırlanmasına görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» («X4rşı» və «Yunanistan neftayırma zavodu «Strən» və «X5rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni hüquqi mövqeyini Akimova Azərbaycana qarşı iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında da göstərmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunvericiliyin tələblərinə əsasən inşa etdiyi tikililər onun mülkiyyəti kimi qiymətləndirilə bilər. Lakin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin cavabdehə təqdim olunması, cavabdehin isə həmin Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmayan əsaslar üzrə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab ki, cavabdeh (inzibati orqan) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi sonuncunun konstitusion hüquq olan mülkiyyət hüququnu pozmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.3-cü maddəsinə əsasən qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmamasından xx xxxxx 2012-ci il tarixə rəsmi qaydada imtina etmiş, iddiaçı isə xx xxxxx 2012-ci il tarixdə öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, iddiaçının müraciəti ilə bağlı ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. (Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin, imtina əsaslandırılmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə İddiaçı tərəfindən Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən mülkiyyətində olan 10.02988 ha torpaq sahəsinin 1,5 ha hissəsində Ağcabədi rayon İcra Hakimyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamına və digər hüquqmüəyyənedici sənədlərə əsasən inşa olunmuş tikiliyə (süd emalı müəssisəsi) mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 112-ci maddəsinin tələbinə görə cavabdeh öz hərəkətləri ilə iddianın qaldırılması üçün əsas vermədiyi və iddiaçının hüquqi tələbini dərhal qəbul etdiyi hallarda, bütün prosessual xərclər iddiaçı tərəfindən ödənilir. İş materiallarına əsasən prosessual xərclər yalnız iddiaçının iddia qaldırması ilə əlaqədar ödədiyi dövlət rüsumundan, yəni məhkəmə xərclərindən ibarət olmuşdur. Cavabdeh iddiaçının hüquqi tələbini qəbul etməsi ilə bağlı məhkəməyə rəsmi qaydada müraciət etdiyindən, məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə İddiaçı tərəfindən Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən mülkiyyətində olan 10.02988 ha torpaq sahəsinin 1,5 ha hissəsində Ağcabədi rayon İcra Hakimyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 31 saylı sərəncamına və digər hüquqmüəyyənedici sənədlərə əsasən inşa olunmuş tikiliyə (süd emalı müəssisəsi) mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulsun. Prosessual xərclər iddiaçının özünə aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-36/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-36/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver