Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-360/2025 11.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18i 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1 Üçüncü şəxs Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X18 Salyan X7 İstismar İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Salyan şəhəri Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağından iddiaçıya ayrılmış 118 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatında alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 13 saylı Şirvan ərazi idarəsinə qarşı Salyan şəhəri Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağından mağaza tikintisi altında (10x11.8m) 118 kv.m ölçüdə inşa olunmuş tikiliyə dair mülkiyyət hüququnun dövlət qeydiyyatında alınması və dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadı ilə iddia tələbinə dəqiqləşmə verilərək iddiaçı və cavabdeh olduğu kimi qalmaqla, iddia tələbinə “Salyan şəhəri Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağından iddiaçıya ayrılmış 118 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatında alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması və X12 İdarəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-360/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Salyan bələdiyyəsi iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-360/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. X12 İdarəsinin adı dəyişdirildiyi üçün məhkəmə tərəfindən üçüncü şəxs X16 Sistemləri İdarəsi olaraq əvəz edildi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağından mağaza tikintisi altına (10x11.8 m) 118 kv.m ölçüdə torpaq sahəsinin onun mülkiyətinə verilməsi barədə DT və XK -nin Salyan rayon şöbəsinin, Salyan RİH Memarliq və Tikinti şöbəsinin rəyi nəzərə alınaraq Salyan rayon Salyan bələdiyyəsinin 08 dekabr 2005-ci il tarixli 131 saylı qərarına əsasən ona verilmişdir. Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 06-s saylı sərəncamına əsasən Salyan şəhəri Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri idarəsinin qərbində 10mx11.8 m, cəmi 118 kv.m ölçüdə ayrılmış torpaq sahəsində mağaza tikintisinə icazə verilmişdir. Salyan şəhər sakini İddiaçı Salyan bələdiyyəsinin 131 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə şəhərin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri idarəsinin qərbində 10mx11.8 m, cəmi 118 kv.m ölçüdə torpaq sahəsinin ayrılması barədə tərtib edilmiş xx.xx.2005-ci il tarixli aktda aidiyyəti üzrə digər idarə və təşkilatlar kimi Suvarma Sistemləri idarəsinin rəhbərliyi tərəfindən raziliq verilmiş, qanunamüvafiq qaydada aidiyyəti sənədlər tam hazır olduğundan sərəncamda göstərilən müddət ərzində həmin ərazidə tikinti aparılmış və həmin dövrdən fəaliyyətdə olmuşdur. Üzürlü səbəblərdən həmin dövürdə əmlaka dair çıxarış alınmamışdır. 2022 ci ilin avqust ayında çıxarış alınması üçün İqtisadiyyat Nazirliyi yanında ƏMDX, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18in 13 saylı Şirvan Ərazi idarəsinin Salyan rayon şöbəsinə müraciət olunmuşdur. Qeyd olunan şöbə tərəfindən müraciət araşdırılmış, lazımi sənədlər toplandıqdan sonra tələb olunan dövlət rüsumu ödənilərək dövlət reyestrindən çıxarış alınması üçün aidiyyəti üzrə 20 Sentyabr 2022-ci il tarixində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18in 13 saylı Şirvan Ərazi İdarəsinə göndərilmişdir.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 13 saylı Şirvan Ərazi idarəsi xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-M-2100-8/2023 saylı məktubla Salyan bələdiyyəsinin 131 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə Salyan şəhəri Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri idarəsinin qərbində 10mx11.8 m, cəmi 118 kv.m ölçüdə ona ayırılmış torpaq sahəsinə mülkiyyət hüququmun qeydə almaqdan imtina etmişdir. İmtinanın əsası kimi, iddiaçıya ayırılmış torpaq sahəsinin 2010-2011-ci illərdə bələdiyyə mülkiyyətində yerləşən dövlət müəssisələrinin kadastr planları işlənərkən X12 idarəsinin ərazisi olmaqla dövlət torpağı kimi qeydiyyata alınması göstərilmişdir. Bu səbəbdən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18in 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən Suvarma sistemləri İdarəsinə müraciət olunaraq kadastrda dəyişiklik olduqdan sonra çıxarışın veriləcəyi qeyd edilmişdir. Salyan Bələdiyyəsi və özü tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18in 13 saylı Şirvan Ərazi idarəsinə və Azərbaycan Melarasiya və Su təsərüfatı ASC-nin X12 idarəsinə kadastrda dəyişiklik edilməsi ilə bağlı müraciət olunmuşdur. Azərbaycan Melarasiya və Su təsərüfatı ASC tərəfindən mürəaciətlə əlaqədar baxış keçirilmiş şifahi qaydada heç bir etirazlarının olmadığı kadastrda dəyişiklik onların səlahiyyətində olmadığıni bildirmiş və 2006-ci ildə həmin mağazanın tikintisinə qanunamüvafiq qaydada razılıq verdiklərini bildirmişlər. Bu səbəbdən 2006-cı il tarixdən mülkiyyət hüququnun əldə olunmasına dair aidiyyəti sənədlər tam qanunamüvafiq qaydada olsa belə çıxarış almaq mümkün olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18i 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda göstərilmişdir ki, İddiaçı Salyan şəhəri, Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağından mağaza tikintisi altında 118 kv.m ölçüdə inşa olunmuş tikiliyə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi idarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Eyni zamanda, qanunla müəyyən edilmiş qaydada bələdiyyələrə məxsus olan torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün “torpaqların alqı- satqısına dair akt” sənədinin əslini deyil, surəti təqdim edilmişdir. Salyan şəhəri, Nizami küçəsi ünvanında yerləşən 0.0118 ha torpaq sahəsi X12 İdarəsinin yerləşdiyi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları keçirirlər. Eyni zamanda, Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahəsinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları müqavilələr etibarsız sayılır. Göstərilən uyğunsuzluqlar səbəbindən müraciətin icrası mümkün olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Göstərilən uyğunsuzluqlar səbəbindən müraciətin icrası mümkün olmamışdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11- ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş təiəblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18i 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X18 Salyan X7 İstismar İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər Salyan bələdiyyəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə digər üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Salyan şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-M-2100-8/2023 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində **********42 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş verilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Eyni zamanda, qanunla müəyyən edilmiş qaydada bələdiyyələrə məxsus olan torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün “torpaqların alqı-satqısına dair akt” sənədinin əslini deyil, surətini təqdim etmişdir. ünvan 7 ünvanında yerləşən 0.0118 ha torpaq sahəsi X12 İdarəsinin yerləşdiyi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Göstərilən uyğunsuzluqlar səbəbindən müraciətin icrası mümkün olmamışdır. Odur ki, X12 İdarəsi tərəfindən müraciət olunacağı təqdirdə sözügedən torpaq sahəsinin elektron məlumatlarında düzəliş edilməsi üçün qanunamüvafiq tədbir görüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-2551/2023 saylı məktubunda göstərilmişdir ki, mübahisəli torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi halı müvafiq olaraq mühəndislər tərəfindən əraziyə baxış keçirilərkən müəyyən olunmuş və tərtib olunmuş “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı" sənədində öz əksini tapmışdır. Qeyd olunmuş “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı" sənədinin təsdiq olunmuş surəti təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18i tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-07/2-13105/2023 saylı məktubunda göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18inin 13 saylı Şirvan Ərazi İdarəsinin arxivində aşkar edilmiş ünvan 8 ünvanında yerləşən əmlak kompleksinə dair sənədlərin surətini təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-3094/2023 saylı məktubunda göstərilmişdir ki, ünvan 8 ünvanında yerləşən əmlak kompleksinə aid texniki pasport və onun verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi ilə bağlı məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. ünvan 8 ünvanında yerləşən əmlak kompleksinə aid texniki pasport və onun verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 362/2023 nömrəli məktubundan görünür ki, Salyan şəhəri Vidadi küçəsi 15 saylı evin sakini İddiaçı mağaza tikintisi altına torpaq sahəsinin satılması barədə olan Salyan rayonu Salyan bələdiyyəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarın surəti əlavələri ilə birlikdə və Salyan şəhər sakini İddiaçı ayrılmış torpaq sahəsində mağaza tikintisinə icazə verilməsi barədə olan Salyan rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 11 yanvar 2006-cı il tarixli 06-s saylı sərəncamın surətlərini məhkəməyə ünvanlamışdır. İş materiallarında olan Salyan rayonu Salyan bələdiyyəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarın surətindən görünür ki, Salyan şəhəri Vidadi küçəsi 15 saylı evin sakini İddiaçı mağaza tikintisi altına (10x11.8) 118 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 11 yanvar 2006-cı il tarixli 06-s saylı sərəncamın surətindən görünür ki, Salyan şəhər sakini İddiaçı ayrılmış torpaq sahəsində mağaza tikintisinə icazə verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2005-ci il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 212400 manat pul məbləği 118 kv.m torpaq üçün nəzərdə tutulmuş pul məbləğini Salyan Bələdiyyəsinin hesabına köçürmüşdür. Salyan Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, Salyan rayonu Salyan bələdiyyəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarına əsasən,şəhərin Salyan şəhəri, Nizami küçəsində yerləşən 118 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə etiraz etmir. İşdə olan Salyan rayonu Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktına əsasən, Salyan bələdiyyəsinin sədr müavini 2.Salyan RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri,DT və XK-nın rayon şöbəsinin müdiri, DT və XK-nın rayon şöbəsinin baş mütəxəssisi,Rayon DYTX-nın rəisi, Salyan SES-ın baş həkimi,Salyan şəhəri Vidadi küçəsi 15 saylı evin sakini İddiaçı iştirakı ilə tərtib etdi-həmin aktı ondan ötrü ki, İddiaçı Salyan bələdiyyəsinə ərizə ilə müraciət edərək ona, şəhərin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri idarəsinin qərbində, Bələdiyyə mülkiyyəti torpağında, mağaza tikintisi altına (10x11,8 metr) 118 kvm ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş edir.Bununla əlaqədar komissiya yerə baxış keçirmiş və Salyan şəhəri Vidadi küçəsində yaşayan İddiaçı Ziyəfət oğluna şəhərin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri idarəsinin qərbində, Bələdiyyə mülkiyyəti torpağında, mağaza tikintisi altına (10x11,8 metr) 118 kvm ölçüdə torpaq sahəsinin satılması məqsədə müvafiq hesab edilmişdir. İşdə olan İddiaçı ilə Salyan rayonu Salyan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akta əsasən, Salyan Bələdiyyəsi 42 manat, 48 qəpik məbləğinə pul vəsaitinə 118 kv.m torpaq sahəsini İddiaçı satması barədə akt imzalamışlar. Salyan RİH başçısının memarlıq və tikinti şöbəsinin rəyinə əsasən, İddiaçı məxsus mağaza şəhərin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri idarəsinin qərbində yerləşir. Sahə ümumilikdə 118 kv.m təşkil edir. Ayrılmış torpaq sahəsi tikinti üçün münasibdir. İ zonada yerləşir. İşdə olan DT Vİ XK-nin Salyan Rayon şöbəsinin rəyinə əsasən,İddiaçı Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri idarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına satılan 118 kv.m torpaq sahəsi Salyan Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsidir. Məhkəməyə 118 kv.m torpaq sahəsinin planı və ölçü sənədi, İddiaçı məxsus mağazanın layihə-smetası təqdim edilmişdir. Azərbaycan Respublikası Meliorasiya Su Təsərrüfatı ASC X19 Sistemləri İdarəsi barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 10 iyul 2020-ci il vəziyyətə əsasən tərtib edilmiş əmlak kompleksinin texniki pasportu təqdim edilmişdir. İş materiallarında olan Salyan X7 İstismarı idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-2-xx/xx/2025 nömrəli məktubda göstərilmişdir ki, sözügedən mübahisəli torpaq sahəsi hal-hazırda Salyan X7 İstismarı idarəsə məxsus dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşməklə idarəmizin istifadəsinə aiddir. Belə ki, daşınmaz əmlakın dövlət kadastrı və reyestri X18in 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş texniki pasport və torpaq sahəsinin baş plan bölməsində həmin ərazi dövlət mülkiyyətində olmaqda salyan X7 İstismarı İdarəsinin istifadəsində olduğu göstərilmişdir. Buna görə də hesab edir ki, həmin torpaq sahəsinin ayrılması barədə Salyan rayon bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 131 nömrəli qərarı Salyan X7 İstismarı İdarəsinin (əvvəlki adı X12 İdarəsi) mülkiyyət hüququnu pozmaqla əsassız və qanunsuz olaraq verilmişdir. Buna görədə iddia ərizəsi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən xahiş edir: İddiaçı cavabdeh DƏDKR PHŞ 13 saylı Şirvan ərazi idarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququ tanınmaqla dövlət reystrindən çıxarış verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilsin. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3317/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6421 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli -16-16/2-10/6421 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli -16-16/2-10/6421 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsinin koordinatları GPS aləti vastəsilə dəqiqləşdirildi. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsi 2005-ci il tarixdə, Salyan bələdiyyəsinin 08 dekabr 2005-ci il tarixli 131 saylı qərarına əsasən bələdiyyə mülkiyyətinə aid, hal-hazırda elektron kadastr baza məlumatlarına əsasən isə Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası tikinti altında olan torpaqlar olmaqla Dövlət mülkiyyətində olan torpaq sahəsidir. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı'oğluna Salyan şəhərinin Nizami küçəsinin cənubunda Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsi üzərində, 80 kv.m ölçüdə inşa edilmiş qeyri-yaşayış sahəsi mövcuddur. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasər İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda Suvarma Sistemlə" İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsi, 13 saylı Şirvan ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı ASC, X12 İdarəsinə məxsus olmasına dair texniki pasporta əsasən ümumi sahəsi 14620.0 kv.m olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsində yerləşir. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni İstifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-980/2025 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********77-12101 reyestr nömrəli texniki pasporta dair 809-1/7424 inventar nömrəli qovluqdakı texniki pasportun və həmin texniki pasportun verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin surəti təqdim olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Salyan rayonu Salyan bələdiyyəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı ilə Salyan şəhəri Vidadi küçəsi 15 saylı evin sakini İddiaçı mağaza tikintisi altına (10x11.8) 118 kv.m torpaq sahəsi ayrılmışdır. Salyan rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 11 yanvar 2006-cı il tarixli 06-s saylı sərəncamına əsasən, Salyan şəhər sakini İddiaçı ayrılmış torpaq sahəsində mağaza tikintisinə icazə verilməsi qərara alınmışdır. Salyan rayonu Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktı, İddiaçı ilə Salyan rayonu Salyan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı, Salyan RİH başçısının memarlıq və tikinti şöbəsinin rəyi, 118 kv.m torpaq sahəsinin planı və ölçü sənədi, İddiaçı məxsus mağazanın layihə-smetası təqdim edilmişdir, mübahisəli torpaq sahəsinin alınması barədə ödəniş qəbzi təqdim etmişdir. mübahisəli torpaq sahəsi 2005-ci il tarixdən iddiaçın istifadəsində olmuşdur, iddiaçının istifadəsində və sahibliyindədir, torpaq sahəsi ilə bağlı hər hansı maneə yaranmamışdır. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 118.0 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1 -ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin İ0-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21 -ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. -27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasında torpaqların elektron kadastr X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra - ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr X13ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr X13nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. "Azərbaycan Respublikasında torpaqların elektron kadastr X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın:- 2.2-ci bəndinə əsasən kameral hazırlıq işləri zamanı aşağıdakı plan-kartoqrafik materialların və uçot məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili aparılır və onlar çöl işlərinin icrası zamanı istifadə üçün hazırlanır: 2.2.5. torpaqların texniki uçotunun nəticələrinə dair əvvəlki illərə aid hesabatlar və yerquruluşu planları; 2.2.6. mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud olan daşınmaz əmlak haqqında daşınmaz əmlakın dövlət reyestrində, yerli icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən aparılan təsərrüfatbaşına kitablarda saxlanılan məlumatlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Bələdiyyə mülkiyyətində olmuş və hazırda da qüvvədə olan bələdiyyə qərarı ilə satılmış torpaq sahələrinin sonradan "X8 X13” işlənərkən dövlət mülkiyyəti kimi bazaya işlənməsi bu sahə üzrə səlahiyyətli qurumun səhvi və yaxud yanlış hərəkətinin nəticəsi olduğundan hazırda müvafiq düzəlişin edilməsi də həmin qurumun öhdəliyi kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilərək, göstərilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-M-2100-8/2023 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində **********42 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş verilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Eyni zamanda, qanunla müəyyən edilmiş qaydada bələdiyyələrə məxsus olan torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün “torpaqların alqı-satqısına dair akt” sənədinin əslini deyil, surətini təqdim etmişdir. Salyan şəhəri, Nizami küçəsi ünvanında yerləşən 0.0118 ha torpaq sahəsi X12 İdarəsinin yerləşdiyi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Göstərilən uyğunsuzluqlar səbəbindən müraciətin icrası mümkün olmamışdır. Odur ki, X12 İdarəsi tərəfindən müraciət olunacağı təqdirdə sözügedən torpaq sahəsinin elektron məlumatlarında düzəliş edilməsi üçün qanunamüvafiq tədbir görüləcəkdir. Məhkəmə nəzərə çatdırır ki, İddiaçı mübahisələndirilən torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin əsilləri məhkəməyə təqdim edilmişdir. Lakin Bələdiyyə ilə arasında olan İddiaçı ilə Salyan rayonu Salyan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktın surəti məhkəməyə iddiaı tərəfindən təqdim edilmişdir, əsli əldə edilə bilinməmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iş materiallarına təqdim edilmiş Salyan rayonu Salyan bələdiyyəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı, Salyan rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 11 yanvar 2006-cı il tarixli 06-s saylı sərəncamı, Salyan rayonu Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktı, İddiaçı ilə Salyan rayonu Salyan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı, Salyan RİH başçısının memarlıq və tikinti şöbəsinin rəyi, 118 kv.m torpaq sahəsinin planı və ölçü sənədi, İddiaçı məxsus mağazanın layihə-smetası təqdim edilmişdir, mübahisəli torpaq sahəsinin alınması barədə ödəniş qəbzi təqdim etmişdir. İddiaçı ilə Salyan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktının surətinə baxış keçirilərək müəyyən edilmişdir ki, Salyan Bələdiyyəsinin sədri V.Hüseynov tərəfindən imzalamış, bələdiyyə tərəfindən möhürlənmiş, Salyan rayon Torpaq şöbəsinin müdiri O.Quliyev imzalamışdır. Bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahəsi üçün “torpaqların alqı-satqısına dair akt” sənədi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilərək təsdiq edilməməsi, mülkiyyətə verilmiş torpaq sahəsinin uçotunun aparılmaması, sözügedən torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş bələdiyyə ilə bağlanmış alqı-satqı müqaviləsinin təqdim edilməməsi Salyan Bələdiyyəsi ilə iddiaçı arasında mübahisəli torpaq sahəsinin alqı-satqısının baş verməməsi və hal-hazırda İddiaçı tərəfindən həmin torpaq sahəsindən istifadə edildiyi halda, müqavilə olmadığı üçün ona 118.0 kv.m torpaq sahəsinin ayrılaraq satılmaması anlamı vermir. Belə ki, iddiaçı tərəfindən Bələdiyyənin hesabına ödənilmiş pul məbləği, həmçinin Salyan rayonu, Salyan Bələdiyyəsinin 08 dekabr 2005-ci il tarixli, 131 saylı qərarı ilə 118.0 kv.m torpaq sahəsinin ayrılması, rəy və aktların tərtib edilməsi mübahisəli torpaqla bağlı iddiaçı və Bələdiyyə arasında münasibətlərin həqiqətən olduğuna əsas verir. Alqı-satqı aktının olmaması barədə hissədə məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir, əgər alqı-satqı aktı olmasa idi, pulun ödənilməsi də mümkün olmazdı. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, Salyan rayonu Salyan bələdiyyəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı, Salyan rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 11 yanvar 2006-cı il tarixli 06-s saylı sərəncamı, Salyan rayonu Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktı, İddiaçı ilə Salyan rayonu Salyan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı, Salyan RİH başçısının memarlıq və tikinti şöbəsinin rəyi, 118 kv.m torpaq sahəsinin planı və ölçü sənədi, İddiaçı məxsus mağazanın layihə-smetası təqdim edilmişdir, mübahisəli torpaq sahəsinin alınması barədə ödəniş qəbzi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alqı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Belə ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparılmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, müvafiq orqanların rəyləri alınır, kollegial qərar qəbul olunur. Alqı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlik və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Nəzərə alınmalıdır ki, həmçinin cavabdeh orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli olması səbəbi ilə də imtina etmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli olması məsələsinə gəldikdə, həmin sənədin verilməsi hazırda DƏDRX-in səlahiyyətlərində olduğundan, onun ərizə ilə birlikdə təqdim olunmamasına zərurət qalmır. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh orqanın Salyan şəhəri, Nizami küçəsi ünvanında yerləşən 0.0118 ha torpaq sahəsi X12 İdarəsinin yerləşdiyi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsinin koordinatları GPS aləti vastəsilə dəqiqləşdirildi. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsi 2005-ci il tarixdə, Salyan bələdiyyəsinin 08 dekabr 2005-ci il tarixli 131 saylı qərarına əsasən bələdiyyə mülkiyyətinə aid, hal-hazırda elektron kadastr baza məlumatlarına əsasən isə Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası tikinti altında olan torpaqlar olmaqla Dövlət mülkiyyətində olan torpaq sahəsidir. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda, Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsi üzərində, 80 kv.m ölçüdə inşa edilmiş qeyri-yaşayış sahəsi mövcuddur. Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasər İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda Suvarma Sistemlə" İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X18 Salyan X7 İstismar İdarəsinə aid texniki pasport Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 10 iyul 2020-ci il vəziyyətə əsasən tərtib edilmişdir. Halbuki ekspert rəyi üzrə təqdim edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, Salyan rayonu, Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 131 saylı qərarına əsasən, İddiaçı Salyan şəhərinin Nizami küçəsinin cənubunda Suvarma Sistemləri İdarəsinin qərbində, bələdiyyə mülkiyyəti torpağında mağaza tikintisi altına (10x11.8) metr 118 kv.m torpaq sahəsi 2005-ci il tarixdə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. Salyan bələdiyyəsi 08 dekabr 2005-ci il tarixli 131 saylı qərarla iddiaçıya mülkiyyətində olan torpaq sahəsini qanunamüvafiq qaydada üçüncü şəxs Salyan X7 İstismar İdarəsi əmlak kompleksinə aid texniki pasport mövcud olmayan vaxtda satmışdır, bundan 15 il sonra 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X18 Salyan X7 İstismar İdarəsi əmlak kompleksi barəsində texniki pasport tərtib edilmişdir. Həmçinin məhkəmə tərəfindən qeyd edilir ki, 2020-ci il tarixdən üçüncü şəxs Salyan X7 İstismar İdarəsinin adına texniki pasport üzrə mübahisəli torpaq sahəsi aid edilsə belə, iddiaçı 2005-ci il tarixdən bu günədək mübahisəli torpaq sahəsindən istifadə edir, ona sahiblik edir, orada mağaza tikmişdir və üçüncü şəxs tərəfindən bu günədək buna yol verilir, iddiaçı barəsində hər hansı tədbir, maneə, hüquqmühafizə orqanlarına müraciət və ya məhkəməyə müraciət etməmişdir. Məhkəməyə təqdim edilmiş Salyan rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli, 11 saylı icraykom iclas protokoluna əsasən, Salyan şəhərində, Azərbaycan SSR Su təsərrüfatı nazirliyinin Salyan rayon Mexaniki Suvarma İdarəsi üçün RİK-nin baş arxatektorunun verdiyi kartaya əsasən, şəhərin Karl-Marks küçəsində idarə binası tikməkdən ötrü 1.5 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla ünvan 8 ünvanında yerləşən əmlak kompleksinə aid texniki pasport və onun verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri təqdim olunmuşdur, təqdim edilmiş Salyan X7 İstismar İdarəsi əmlak kompleksinə dair texniki pasport 809-1/7424 inventar nömrəsi, **********7712101 saylı reyestr nömrəsi ilə qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli vəziyyətə əsasən tərtib edilmişdir. Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X18 Salyan X7 İstismar İdarəsi əmlak kompleksi barəsində texniki pasportunda torpaq sahəsindən faktiki istifadə 1.462 ha, əsas tikinti altında 0.0249 ha, digər tikili və qurğular altında 0.00615 ha, sərbəst (örtüksüz) torpaq sahəsi isə 1.21295 ha olaraq göstərilmişdir və torpaq sahəsi üzrə koordinatlar xx.xx.2022-ci il tarixdə 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 1504.2025-ci il tarixli məktubla xx.xx.2022-ci il tarixli, **********77-12101 reyestr nömrəli texniki pasporta dair 809-1/7424 inventar nömrəli qovluqdakı texniki pasportun və həmin texniki pasportun verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlər arasında iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən X9 adına olan Salyan Rayonu, Salyan Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli qərarla satılmış 0.008 ha torpaq sahəsi ilə bağlı hüququmüəyyənedici sənədlər təqdim edilmiş və şəxsə müvafiq çıxarış verilməsi barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndi ilə də müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsininin iddiaçıya ayrılması barədə qərar və digər hüquqmüəyyənedici sənədləri Salyan Bələdiyyəsi tərtib etmişdir və bi halda müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı yaranmış problem və ya hər hansı ziddiyyətlə bağlı cavabdehlik daşımışdır. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Salyan Bələdiyyəsinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi hüquqmüəyyənedici sənədlər ötən müddət ərzində mübahisələndirilməmişdir. Müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. İddiaçıya 2005-ci il tarixdə ayrılmış torpaq sahəsinin hal-hazırda elektron kadastr baza məlumatlarına əsasən isə Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası tikinti altında olan torpaqlar olmaqla Dövlət mülkiyyətində olan torpaq sahəsi kimi göstərilsə də, məhkəmə tərəfindən iddiaçının adına tərtib edilmiş Salyan rayonu Salyan bələdiyyəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı, Salyan rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 11 yanvar 2006-cı il tarixli 06-s saylı sərəncamı, Salyan rayonu Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktı, İddiaçı ilə Salyan rayonu Salyan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı, Salyan RİH başçısının memarlıq və tikinti şöbəsinin rəyi, 118 kv.m torpaq sahəsinin planı və ölçü sənədi, İddiaçı məxsus mağazanın layihə-smetası təqdim edilmişdir, mübahisəli torpaq sahəsinin alınması barədə ödəniş qəbzi mübahisəli torpaq sahəsinin iddiaçıya satılması və onun mülkiyyətinə verilməsi barədə sənədlər mötəbər sübut kimi qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (iddiaçının adına tərtib edilmiş Salyan rayonu Salyan bələdiyyəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı, Salyan rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 11 yanvar 2006-cı il tarixli 06-s saylı sərəncamı, Salyan rayonu Salyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktı, İddiaçı ilə Salyan rayonu Salyan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı, Salyan RİH başçısının memarlıq və tikinti şöbəsinin rəyi, 118 kv.m torpaq sahəsinin planı və ölçü sənədi, İddiaçı məxsus mağazanın layihəsmetası təqdim edilmişdir, mübahisəli torpaq sahəsinin alınması barədə ödəniş qəbzi) Şirvan şəhəri, Nizami küçəsinin cənubunda Suvarma Sistemləri İdarəsinin qərbində torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X14 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” təlimatın: 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərc məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Salyan rayonu Salyan bələdiyyəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı ilə qəbzi) Şirvan şəhəri, Nizami küçəsinin cənubunda Suvarma Sistemləri İdarəsinin qərbində (mağaza tikintisi altına) yerləşən (10x11.8) 118 kv.m (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22. Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-360/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-360/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver