Məhkəmə qərarları › İş №2-1(120)-3601/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3601/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3601/2025 18.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “Əmirxanova (Ələkbərova) Reyhan Məzahim qızı barəsində Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum akt qeydində adının “Rehan”dan “Reyhan”a ata adı qrafasında “Məzəhim”dən “Məzahim”ə düzəliş edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Əmirxanova (Ələkbərova) Reyhan Məzahim qızı barəsində Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum akt qeydində adının “Rehan”dan “Reyhan”a ata adı qrafasında “Məzəhim”dən “Məzahim”ə düzəliş edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “Əmirxanova (Ələkbərova) Reyhan Məzahim qızı barəsində Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum akt qeydində adının “Rehan”dan “Reyhan”a ata adı qrafasında “Məzəhim”dən “Məzahim”ə düzəliş edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 dekabr 1965-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuşdur. Doğumu Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyində 13 dekabr 1965-ci ildə 394 nömrə ilə qeydə alınıb. 23 dekabr 1991ci ildə Salyan rayon Varlı kənd icra nümayəndəliyində X8 oglu ilə nikaha daxil olmuş və onun soyadını qəbul etmişdir. Hal-hazırki dövrə qədər o, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi əldə etməmişdir. Vəsiqə əldə etmək üçün Cavabdehnə müraciət etdikdə onun doğum va nikah haqqında şəhadətnaməsində adının və ata adının bir-birinə ziddiyyətli yazıldığı bildirilmişdir. "ASAN xidmət" X4 müraciət etdikdə isə doğum haqqında akt qeydində ata adının "Məzəhim, doğum yerinin isə "6-cı şöbə" yazıldığı ona bildirilmişdir. Əslində iddiaçının adı "Reyhan" olmalıdır, çünki "Rehan" adı yoxdur, hesab edir ki, həmin dövrdə savadsızlıq ucbatından bele yazılıb, ata adı isə valideyinlərinin nikahı olmadıgı üçün anasının deməsinə əsasən yazılıb, lakin o da səhv yazılıb, əslində "Mazahim" olmalıdır. Qeyd olunan səhvlərə düzəliş edilərək ona yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Salyan regional "ASAN xidmət” X6 tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavab verilərək şəxsiyyət vəsiqəsini təqdim edə bilməməyi səbəbindən ona düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və bu barədə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göründüyü kimi, Cavabdeh düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, bu imtina da onun məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Əmirxanova (Ələkbərova) Reyhan Məzahim qızı barəsində Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum haqqında akt qeydində adının “Rehan”dan “Reyhan”a ata qrafasında “Məzəhim”dən “Məzahim”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3601/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “Əmirxanova (Ələkbərova) Reyhan Məzahim qızına Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum haqqında akt qeydində uşağın adına “Rehan” dan “Reyhan”a ata adının “Məzəhim”dən “Məzahim”ə doğum yerinə “6-cı şöbə” dən “Qaraçala qəsəbəsi”nə düzəliş olaraq yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Əmirxanova (Ələkbərova) Reyhan Məzahim qızı barəsində Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum haqqında akt qeydində adının “Rehan”dan “Reyhan”a ata qrafasında “Məzəhim”dən “Məzahim”ə düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Cavabdeh inzibati orqanın etirazı: Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Cavabdeh tərəfindən təqdim olunmuş 3-16-5/8-15/729/2025 saylı, xx.xx.2025-ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum haqqında akt qeydində uşağın adına "Rehan"dan "Reyhan"a, ata adına "Məzəhim"dən "Məzahim"ə, doğum yerinə "6-cı şöbə”dən "Qaraçala qəsəbəsi"nə düzəliş olunaraq yeni doğum haqqında şəhadətnamə təqdim edilməsi barədə müraciəti Salyan regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində baxılmışdır. Tələbinin əsası kimi baxışa təqdim etdiyi sənədlər sırasında şəxsiyyəti təsdiq edən sənəd olmamış, həmçinin verdiyi malumatda şəxsiyyət vəsiqəsinin ümumiyyətlə olmadıgı bildirilmişdir ki, bu səbəbdən tələbinin icrasını təmin etmək mümkünsüz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 164-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunma faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq eden sənədlər asasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.8-ci bəndinə asasən Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər teqdim edildiyi gün verilir. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azarbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göstərilənlərə asasən Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum haqqında akt qeydində uşağın adına "Rehan"dan "Reyhan"a, ata adına "Məzəhim"dən "Məzahim"ə, doğum yerinə "6-cı şöbə"dən "Qaraçala qəsəbəsi"nə düzəliş olunaraq yeni doğum haqaında şəhadətnamə təqdim edilməsi barədə tələbinin icrasından imtina olunmuş və bildirilmişdir ki, müraciətinə baxılmasının nəticəsindən iddiaçının subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarına əlavə edilmiş Salyan rayonu İcra Hakimiyyəti başçısının Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 5-H-25/2-158/2025 saylı, 28 aprel 2025-ci il tarixli arayışın sürətindən görünür ki, Əmirxanova (Ələkbərova) Reyhan Məzahim qızı həqiqətən Salyan rayon İcra Hakimiyyəti Başçısının Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Düzənlik kəndində yaşayır. İş materiallarına əlavə edilmiş XXV-ЖГ-№540079 saylı, 21 avqust 1991-ci il tarixli SSRİ-i vətəndaşın pasportunun surətindən müəyyən olunur ki, X3 04 dekabr 1965-ci il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1965-ci il tarixdə verilmiş AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, vətəndaş qrafasında Ələkbərova “Rehan” “Məzəhim” qızı, ata qrafasında Ələkbərov “Məzəhim” qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1991-ci il tarixdə verilmiş V-ЖГ № 320319 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X3 arasında xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1991-ci ilin 12 ayının 23-cü günündə 71 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əmirxanov, arvada Əmirxanova soyadı verilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin 11 iyun 2025-ci il tarixli, 3-13-104/2-17533/25 saylı məktubunun surətindən görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan xx.xx.1965-ci il təvəllüdlü İddiaçı barəsində Salyan rayon Polis Şöbəsində heç bir təqsirləndirici material qeydə alınmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 18 iyun 2025-ci il tarixli, 3-16-5/8-13-968/2025 saylı məktubunun surətindən görünür ki, iddiaçı Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum haqqında akt qeydində uşağın adına “Rehan”dan “Reyhan”a, ata adına “Məzəhim” dən “Məzahim”ə, doğum yerinin “6-cı şöbə”dən “Qaraçala qəsəbəsi”nə düzəliş olunaraq yeni doğum haqqında şəhadətnamə təqdim edilməsini xahiş etmişdir. Tələbin əsası kimi baxışa təqdim etdiyi sənədlər sırasında şəxsiyyəti təsdiq edən sənəd olmamış, həmçinin verdiyi məlumatda şəxsiyyət vəsiqəsinin ümumiyyətlə olmadığı bildirilmişdir ki, bu səbəbdən tələbin icrasını təmin etmək tərəflərindən mümkün olmamışdır. İddiaçının adına haqqında Salyan rayon Qaraçala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, uşaq haqqında məlumatda adı “Rehan” ata adı “Məzəhim” kimi qeyd olunmuşdur. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Cavabdeh tərəfindən verilmiş 3-16-5/8-15/729/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Səlyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum haqqında akt qeydində uşağın adına "Rehan"dan "Reyhan"a, ata adına "Məzəhim"dən "Məzahim"ə, doğum yerinə "6-cı şöbə”dən "Qaraçala qəsəbəsi"nə düzəliş olunaraq yeni doğum haqqında şəhadətnamə təqdim edilməsi barədə müraciəti Salyan regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində baxılmışdır. Tələbinin əsası kimi baxışa təqdim etdiyi sənədlər sırasında şəxsiyyəti təsdiq edən sənəd olmamış, həmçinin verdiyi malumatda şəxsiyyət vəsiqəsinin ümumiyyətlə olmadıgı bildirilmişdir ki, bu səbəbdən tələbinin icrasını təmin etmək mümkünsüz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 164-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunma faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq eden sənədlər əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.8-ci bəndinə asasən Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azarbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göstərilənlərə asasən Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 394 saylı doğum haqqında akt qeydində uşağın adına "Rehan"dan "Reyhan"a, ata adına "Məzəhim"dən "Məzahim"ə, doğum yerinə "6-cı şöbə"dən "Qaraçala qəsəbəsi"nə düzəliş olunaraq yeni doğum haqaında şəhadətnamə təqdim edilməsi barədə tələbinin icrasından imtina olunmuş və bildirilmişdir ki, müraciətinə baxılmasının nəticəsindən iddiaçının subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya aid nikahın bağlanması haqqında şəhadatnamədə ad qrafasında “Reyhan” ata qrafasında “Məzahim” qeyd olunmuşdur. 21 avqust 1991-ci il tarixli SSRİ-i vətəndaşın pasportunun surətindən müəyyən olunur ki, X3 04 dekabr 1965-ci il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan dilinin leksik lüğətində “Rehan” və “Məzəhim” adları hər hansı məna kəsb etmir və belə insan adlar mövcud deyil. Bu səbəbdən iddiaçının adının Reyhan, ata adının isə Məzahim olduğu müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Əmirxanova (Ələkbərova) Reyhan Məzahim qızına məxsus “Doğum haqqında akt qeydləri kitabı”nda 1965-ci ilin 12-ci ayının 13-cü günündə 394 №-ilə qeyd edilmiş doğum haqqında akt qeydində dəyişiklik (düzəliş) edilərək, adının “Rehan”dan “Reyhan”a ata qrafasında “Məzəhim”dən “Məzahim”ə düzəliş edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar