Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-362/2020 29.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “x7 Şirvan şəhəri, Səməd Vurğun küçəsi, 27 saylı evin, 18 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ünvan 3 mənzil 18 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan x7 mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsi iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxsin ünvan 3 18 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(120)-362/2020 saylı qərardadı ilə x7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır Şirvan İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(120)-362/2020 saylı qərardadı ilə x4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı, cavabdeh nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs x14 və x12 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsini, nikah haqqında şəhadətnamənin surətini, ölüm haqqında şəhadətnamənin surətinini, vərəsəlik haqqında şəhadətnamənin surətini, ********** nömrəli çıxarışın təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların və məhkəmənin sorğusu əsasında əldə edilmiş sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x9 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. İşdə olan Novruzova Hökümə Balaəkbər qızı ilə x10 arasında bağlanmış 22.10.2012ci il tarixli dəyişdirmə müqaviləsindən görünür ki, Novruzova Hökümə Balaəkbər qızı ona məxsus Şirvan şəhəri, S.Vurğun küçəsi, 27 saylı binada yerləşən 18 saylı, 3 otaqlı, yaşayış sahəsi 46,8 kv.m yardımçı sahəsi 12,8 kv.m ümumi sahəsi 59,6 kv. metrdən ibarət mənzili x5 məxsus S.Vurğun küçəsi, 27 saylı binada yerləşən 10 saylı, 1 otaqlı, yaşayış sahəsi 17,02 kv.m yardımçı sahəsi 12,57 kv.m ümumi sahəsi 29,17 kv.metrdən ibarət mənzil ilə dəyişdirmişdir. İşdə olan 06.09.2019-cu il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamədən görünürü ki, “11.02.2019-cu il tarixdə vəfat etmiş x2 vərəsəsi arvadı Novruzova x3, Kolanı k., (AZE 15261237) miras əmlakdan ¾ hissədə və 18.08.2010-cu il təvəllüdlü oğlu x1, Kolanı k., (AZE 12622660) mirasdan ¼ hissədə pay almalıdır. Həmin Şəhadətnamə üzrə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin x23 tərəfindən 17.11.2012 tarixdə x6 verilmiş **********63-093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.6 kv/m olan mənzildən ibarətdir. Məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 27.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ********** qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyət hüququ ilə adına rəsmiləşdirmişdir. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 04.12.2019-cu il tarixli, 305-32264N-3219 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları qanuna ziddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı notariat ofisinin 22.10.2012-ci il tarixli ərizələrin təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 3 mənzil 18 ünvanda qeydiyyatda olan x15, x16, x17,ünvan 4 saylı evin 18 saylı mənzilini Novruzova Hökümə Balaəkbər qızı tərəfindən ünvan 4 saylı evin 10 saylı ünvanda yerləşən mənzil ilə dəyişdirilməsinə razılıq vermişdir. İşdə olan x7 məhkəməyə göndərdiyi 30.03.2020-ci il tarixli elektron ərizədə qeyd edilmişdir ki, 2-1(120)-362/2020 saylı 19 mart 2020-ci il tarixli məktubunuza cavab olaraq bildirmək istəyirəm ki, mənim Şirvan şəhəri, S.Vurğun küçəsi 27, 18 saylı mənzildən qeydiyyatdan çıxarılmağıma etiraz etmirəm. Xahiş edirəm nəzərə alasınız. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus ünvan 3 mənzil 18 ünvanında yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün o iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxsin ünvan 3 mənzil 18 ünvanındanpasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. x7 İddiaçı məxsus ünvan 3 mənzil 18 ünvanından (yeni qaydalarla: AZ1801 ünvan 5 M3, m3) qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-362/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-362/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver