Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-363/2023 15.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinə qarşı “Masallı rayonu Masallı bələdiyyəsinin, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarının etibarsız hesab edilməsi və Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında cavabdeh bələdiyyənin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından irəli gələn sənədləşmə işlərinin, onda olan orjinal nüsxələr əsasında, bələdiyyə arxivinin bərpa edilməsi vəzifəsinin cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 15 avqust 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Masallı bələdiyyəsinin özünün mülkiyyətində olmuş Masallı şəhərinin H.Əliyev prospektində yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılmasına dair 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarın ləğv edilməsi barədə xx.xx.2013-cü il tarixli qərarın ləğv edilməsi və Masallı şəhərinin H.Əliyev prospektində yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarından irəli gələn öhdəliklərin tam olaraq icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Masallı rayonu Masallı bələdiyyəsinin 30 sentyabr 2013-cü il tarixli qərarın ləğv olunması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (iddia tələbinin həcmini artıraraq) “cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin, özünün mülkiyyətində olmuş Masallı şəhərinin H.Əliyev prospekti ərazisində yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılmasına dair 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi barədə xx.xx.2013-cü il tarixli qərarın etibarsızlığı tanınmaqla ləğv edilməsi, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhərinin H.Əliyev prospektində yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarından irəli gələn öhdəliklərin tam olaraq icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (iddia tələbinin həcmini azaldaraq) “cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarın etibarsız hesab edilməsi və Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında cavabdeh bələdiyyənin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından irəli gələn sənədləşmə işlərinin, onda olan orjinal nüsxələr əsasında, bələdiyyə arxivinin bərpa edilməsi vəzifəsinin cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən Masallı rayon Masallı bələdiyyəsinə qarşı “inzibati orqanın torpaqla bağlı qərarından irəli gələn hərəkət və hərəkətsizliyindən mübahisələrə dair” iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edilərək məhkəmədən xahiş olunmuşdur ki, cavabdeh Masallı rayon Masallı bələdiyyəsinin, özünün mülkiyyətində olmuş Masallı şəhərininin H.Əliyev prospekti ərazisində yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması ilə əlaqədar qəbul etdiyi 14 fevral 2007-ci il tarixli qərarından irəli gələn öhdəliklərini tam olaraq icra etməsi vəzifəsi cavabdeh bələdiyyəyə həvalə edilsin. Həmin iddia ərizəsinə məhkəmədə baxılan ərəfədə isə cavabdeh bələdiyyə tərəfindən məhkəməyə, Masallı rayon Masallı bələdiyyəsinin, həmin 01 №-li, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi barədə Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı təqdim edilmişdir. Məhkəmə bu xx.xx.2013-cü il tarixli qərarın ona heç vaxt təqdim edilmədiyini müəyyən etdiyi üçün həmin qərarın surətini verərək, qərardadla iddia tələbi üzrə sənədlərini ona qaytarmış və bələdiyyənin həmin 2013-cü il tarixli qərarından, qərarın ona məhkəmə tərəfindən təqdim edildiyi tarixdən hesablanmaqla, bir ay ərzində şikayət verə bilmək hüququnu izah etmişdir. O, həmin qərarın əsassız olduğunu və dərhal ləğv edilib əvvəliki qərarın icrasının təmin olunması tələbini cavabdeh bələdiyyəyə ünvanlamış, lakin bələdiyyə tərəfindən, tələbi ilə əlaqədar ona hər-hansı rəsmi, qeyri-rəsmi cavab verilməmişdir. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Plenumunun 4 №-li, 2015-ci il tarixli qərarının 6.1-ci maddəsinin tələbinə görə, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında olan, torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: -Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Bu Məcəllənin 86-cı maddəsinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Torpaq sahəsinin alqı-satqısının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 274-İİQ №-li, xx.xx.2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndində bildirilir ki,: -“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafıq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Cavabdeh bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinin daxilində, ona məxsus, mülkiyyətində olan qeyri-yaşayış obyekti yerləşir və həmin obyektə daxil olmaq bu torpaq sahəsindən keçməməklə mümkün deyil. Qeyd olunan torpaq sahəsi ona satılmamışdan öncədən istifadəsindədir və bu gün də ərazinin istifadəçisidir. Bütün bu qeyd etdikləri isə onu deməyə əsas verir ki, cavabdeh bələdiyyə, ondan gizlin saxladığı, “Masallı rayon Masallı bələdiyyəsinin, həmin 01 №-li, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi barədə” Masallı rayon Masallı bələdiyyəsinin, xx.xx.2013-cü il tarixli qərarı tamamilə əsassızdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-421.3-cü maddələrinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır və bu norma xx.xx.2013-cü il tarixli qərarın qəbul edildiyi dövrdə də qüvvədə olub. Cavabdeh isə belə bir qərar qəbul etdiyini ondan gizlətmiş və daima bildirmişdir ki, guya ona verilmiş 01 №-li, xx.xx.2007-ci il tarixli qərarla əlaqədar bələdiyyənin arxivində heç bir məlumat yoxdur. O, dəfələrlə bələdiyyədən, ona satdığı torpaq sahəsinin mülkiyyətinə keçməsi üçün üzərinə düşən vəzifəsini təmin etməsini tələb etsə də, uzun müddət buna əməl edilməmişdir. Nəticədə də o, həmin torpaq sahəsinə görə dövlət torpaq komitəsinə illərlə icarə haqqı ödəmək məcburiyyətində qalmışdır. Çünki bələdiyyə ona satdığı torpağın mülkiyyətçisi olduğunu sübut edə bilmirdi. Nəhayət 10 ildən sonra bələdiyyənin, daşınmaz əmlakın dövlət reyestri xidmətinin 8 saylı ərazi idarəsinə qarşı (o 3-cü şəxs olaraq cəlb edilmişdir), çıxarışın, texniki paportun ləv edilməsi tələbi üzrə qəbul edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının, 2-1(102)-527/17 saylı iş üzrə qəbul etdiyi 14 mart 2017-ci il tarixli qərarı ilə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi, bələdiyyə tərəfindən 22 sot olaraq ona satılmış, (dövlət maraqlarına bir hissəsi alındıqdan sonra) hazırda 12-13 sot ölçüdə olan torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi tanınmışdır. Bundan sonra da o, əlində olan, həmin torpaq sahəsinin ona satılması məqsədi ilə qəbul edilmiş bələdiyyə qərarını, torpağın eskizini, qəbzi, alqı-satqıya dair aktı və sair sənədləri daşmmaz əmlakın dövlət reyestr xidmətinin 8 saylı ərazi idarəsinə təqdim edərək torpaq sahəsinin adına özəlləşdirilməsini xahiş etmişdir. Tələbi bələdiyyənin qeyd olunan torpaq sahəsinə iddialı olduğu səbəbi ilə təmin olunmamışdır. Tələbindən imtinanı əsassız hesab etdiyi üçün müvafiq məhkəməyə müraciət etmişdir. Cavabdeh bələdiyyənin də 3-cü şəxs qismində cəlb olunduğu həmin məhkəmələrin də (ali instansiyaya da daxil olmaqla), mübahisələndirdiyi məsələ üzrə nəticə belə oldu ki, cavabdeh bələdiyyə ilə aralarında olan, mübahisəli torpaq sahəsinə dair alqı-satqı əməliyyatı natamam aparılmış, yəni onunla cavabdeh bələdiyyə arasında torpaq sahəsinin adına ayrılması barədə bələdiyyə qərarı, aidiyyəti qurumların rəyləri, razılıqları olsa da, tərəfindən həmin torpaq sahəsinin dəyəri ödənilsə də və buna dair qəbz verilsə də, torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Alqı-satqıya dair akt tərtib olunub ki, həmin akt da alqı-satqı müqaviləsini əvəz edən sənəd kimi qəbul edilə bilməz. Eləcə də onda olan sənədlər arxivdə aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbi məhz ona belə bir imkan verir ki, cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi qarşılığında bələdyyəyə qarşı onunla bağladığı müqaviləni birtərəfli qaydada pozsun və ona vurduğu maddi, mənəvi zərərləri tələb etsin, nəinki, cavabdeh bələdiyyə bunu etmiş olsun. Cavabdeh Masallı rayon Masallı bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli qərarı ilə Masallı rayon Masallı bələdiyyəsinin mülkiyyətinə aid, Masallı şəhərininin H.Əliyev prospekti ərazisində yerləşən, alqı-satqı predmeti olan torpaq sahəsindən 2000 kvadrat metr torpaq sahəsi ona alqı-satqı qaydasında satılıb. Tərəfindən də həmin torpaq sahəsinin tam dəyəri olaraq 800 (səkkiz yüz) manat pul, 16 fevral 2007-ci il tarixdə, bələdiyyənin 30343308 nömrəli hesabına köçürülüb və bu barədə ona 16 fevral 2007-ci il tarixli, 83 saylı qəbz verilib. Bələdiyyə torpaqlarının idarə olunması haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bələdiyyələrin qərarı ilə mülkiyyətə verilmiş sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərdən biri isə bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 646.1-ci maddəsinin tələbinə əsasən Daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Bu Məcəllənin 570.1- 570.1.2-ci maddələrinin tələbləri belədir ki,: Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda, əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır və satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Bu Məcəllənin 385.1-385.2-ci maddələrinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Bu Məcəllənin 645.1-645.3-cü maddələrinin tələblərinə görə əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Əgər bu Məcəllənin 645.1 və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Onun ünvanına göndərilən xəbərnamədə (ərizəyə qoşma edilir), 2022-ci il tarixdə cavabdeh bələdiyyə ünvanladığı tələbinin cavabdeh bələdiyyə tərəfindən alındığı bildirilir. Lakin cavabdeh bələdiyyə onun tələbini təmin etmək yönümlü hər-hansı hərəkətini etməmişdir. Hazırkı iddiasını haqlı iddia hesab edir və iddianı müdafiə edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və vəkili X3 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə görə müəyyən etmə və ya haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddət ərzində həll edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İş materiallarından, o cümlədən işdə olan Masallı rayon Masallı bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli, 01 nömrəli qərarının surətindən, 14 fevral 2007-ci il tarixli seçim aktından, “Torpaqların alqı-satqısına dair” akdan, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin xx.xx.2007-ci il tarixli 122 nömrəli rəyindən, xx.xx.2018-ci il tarixli RX 13221334 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı bələdiyyəsinin mülkiyyətinə aid Masallı şəhərinin H.Əliyev prospekti ərazisində yerləşən və alqı-satqı predmeti olan torpaq sahəsindən 2000 kv.m torpaq sahəsinin Masallı rayon sakini İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmış, həmin torpaq sahəsinin tam dəyəri olaraq 800 (səkkiz yüz) manat pul 16 fevral 2007-ci il tarixdə bələdiyyənin 30343308 nömrəli hesabına köçürülmüş və bu barədə ona 16 fevral 2007-ci il tarixli, 83 saylı qəbz verilmiş, iddiaçı həmin torpaq sahəsində ümumi sahəsi 165.2 m2 olan qeyri-yaşayış binası inşa etdirmiş, qeyd olunan qeyri-yaşayış binasına iddiaçının tam pay üzrə xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə iddiaçıya məxsus obyektin torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilməklə ona RX 13221334 nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2-1(102)-646/2021 nömrəli qərarından görünür ki, İddiaçı Masallı rayon Masallı bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli, 01 nömrəli qərarı ilə ona satılması qərara alınmış H.Əliyev prospekti ərazisində yerləşən torpaq sahəsinin onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, sonuncu 03 sentyabr 2018-ci il tarixli, **********71 saylı məktubla “torpaq sahəsinin alqı-satqısına dair aktın, yerquruluşu sxeminin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin təqdim edilmiş sənədlərdə mövcud olmaması səbəbi ilə müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək imtinanın əsassız hesab edilməsi və Masallı şəhərinin H.Əliyev prospekti ərazisində yerləşən torpaq sahəsinin onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(086)-654/2019 saylı qərarı ilə iddia rədd edilmiş, qərarda qeyd olunmuşdur ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməmiş, yəni, iddiaçının həmin torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri (torpaq sahəsinin alqı-satqı müqaviləsi və s) mövcud deyildir. İddiaçının birinci instansiya məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti, eləcə də, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti təmin edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 9.6-cı maddəsinin tələbinə görə Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. Həmin Məcəllənin 66-cı maddəasinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməmişdir. Yəni, iddiaçının həmin torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Belə ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Masallı rayon Masallı bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli, 01 nömrəli qərarının 1-ci bəndində torpaq sahəsinin alqı-satqı qaydasında satılması nəzərdə tutulmuşdur. Həmin Qərarın 5-ci və 6-cı bəndlərindən görünür ki, torpaq sahəsinə görə ödənişin edilməsi, qəbzin rayon Torpaq və Xəritəçəkmə şöbəsinə təqdim edilməsi və satılan torpağın dəyəri ödənildikdən sonra torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilməsi və qeydiyyata alınması qərara alınmışdır. Lakin iş materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı ilə bələdiyyə arasında qərarda göstərilən qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Yəni, bələdiyyə tərəfindən torpaq sahəsi iddiaçıya satılmamışdır və yaxud alqı-satqı ilə bağlı prosedur başa çatmamışdır. Qeyd olunanlar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(102)-646/2021 nömrəli qərarında da öz əksini tapmışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Masallı rayon Masallı bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli, 01 nömrəli qərarı ilə Masallı bələdiyyəsinin mülkiyyətinə aid Masallı şəhərinin H.Əliyev prospekti ərazisində yerləşən və alqı-satqı predmeti olan torpaq sahəsindən 2000 kv.m torpaq sahəsinin Masallı rayon sakini İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmış, lakin tərəflər arasında həmin torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmamış, bununla da, nəticə etibarı ilə iddiaçı qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməmiş və bu hüququn dövlət qeydiyyatına alinması mümkün olmamışdır. Hal-hazırda İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmış torpaq sahəsi baza məlumatlarında bələdiyyə mülkiyyəti kimi göstərilmişdir və qanunvericiliyə əsasən həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ bələdiyyəyə məxsusdur. İşdə olan Masallı rayon Masallı bələdiyyəsinin mübahisələndirilən 30 sentyabr 2013-cü il tarixli 12 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, Masallı rayon Masallı bələdiyyəsinin İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmış 01 saylı, xx.xx.2007-ci il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddianın hüquqi əsasına yəni, Masallı rayonu Masallı bələdiyyəsinin, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin iddiaçıya satılması haqqında 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarın etibarsız hesab edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Göründüyü kimi, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunu ilə inzibati aktların hansı hallarda etibarsız sayıla biləcəyi müəyyən edilmişdir ki, hazırki mübahisə predmeti olan inzibati aktın etibarsız hesab edilməsi üçün qanunverciliklə müəyyən edilmiş hallar mövcud deyildir. Yuxarıda şərh olunan hallarla bağlı iddiaçıya müraciət olunsa da, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bələdiyyə qərarının etibarsız sayılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından iddia “cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarın etibarsız hesab edilməsi” hissəsində təmin edilməməlidir. İddiaçının “Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında cavabdeh bələdiyyənin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından irəli gələn sənədləşmə işlərinin, onda olan orjinal nüsxələr əsasında, bələdiyyə arxivinin bərpa edilməsi vəzifəsinin cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin üzərinə qoyulması” tələbləri “cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarın etibarsız hesab edilməsi” tələbindən asılı olduğundan və həmin qərarın etibarsızlığı məhkəmə araşdırması nəticəsində təsdiq olunmadığından, məhkəmə hesab edir ki, bu hal həmin tələblərə hüquqi qiymət verilməsi zərurətini istisna edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinə qarşı “Masallı rayonu Masallı bələdiyyəsinin, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarının etibarsız hesab edilməsi və Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında cavabdeh bələdiyyənin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından irəli gələn sənədləşmə işlərinin, onda olan orjinal nüsxələr əsasında, bələdiyyə arxivinin bərpa edilməsi vəzifəsinin cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinə qarşı “Masallı rayonu Masallı bələdiyyəsinin, Masallı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarının etibarsız hesab edilməsi və Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 sot torpaq sahəsinin ona satılması ilə əlaqədar cavabdehlə aralarında hüquq münasibətinin mövcud olmasının müəyyən olunması, Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 20 (2000 kv.metr) sot torpaq sahəsinin ona satılması haqqında cavabdeh bələdiyyənin 01 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından irəli gələn sənədləşmə işlərinin, onda olan orjinal nüsxələr əsasında, bələdiyyə arxivinin bərpa edilməsi vəzifəsinin cavabdeh Masallı rayonu Masallı bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-363/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-363/2023
15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver