Məhkəmə qərarları › İş №2-1(120)-3631/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3631/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3631/2025 08.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhər Polis İdarəsinə qarşı “X5, X3, X6 və X7 Şirvan şəhəri, Bülbül küçəsi ev 13 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılmaları barədə” iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şirvan şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5, X3, X6 və X7 ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılmaları barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3631/2025 nömrəli qərardadı ilə X12, X10, X13 və X14 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə etdiyi çıxarışa (reyestr nömrəsi **********45-10301) əsasən ünvan 2 ünvanında yerləşən yaşayış yeri onun tam mülkiyyətindədir. Hal-hazırda həmin yaşayış sahəsində ondan başqa X15, X10, X13, X7 qeydiyyatı da mövcuddur. Hesab edir ki, yuxarıda adıçəkilən şəxslər ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Adları çəkilən şəxslər bu günə kimi yaşayış yerindən qeydiyyatdan çıxarılmamışdır. Hazırda isə yuxarıda göstərilən şəxslər həmin ünvanda deyil, tamamilə fərqli ünvanda yaşayırlar. Onların yaşayış yerində qeydiyyatları formal olaraq qalıb və yaşayış yerindən istifadə etmək hüquqları da mövcud deyildir. Adları çəkilən şəxslərin mülkiyyətində olan yaşayış yerindən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etmişdir. Həmin orqan tərəfindən ona göndərilən 16 aprel 2025-ci il cavab məktubunda isə onun məhkəməyə müraciət etməli olduğu bildirildi. Üçüncü şəxslər X12, X10, X13 və X7 ünvan 4 ünvanda yeləşən yaşayış yerindən qeydiyyatdan çıxarılması öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş: -İddiaçının (AA*******) nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri, Energetik küçəsi 5,22-də yaşayış yeri üzrə qeydiyyatdadır. -İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli 778 nömrəli məktubuna əsasən, X18 adından "Elektron notariat" informasiya sistemindən axtarış zamanı Şirvan şəhəri, l-t İbrahimov küçəsi , 28 saylı evin,21 saylı mənzil ilə əlaqədar notariat işi (alqı-satqı,bağışlama,vərəsəlik) aşkarlanmadı. -İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-15009 saylı məktubuna əsasən, sorğu etdiyiniz 06.02 2010-cu il təvəllüdlü X14, xx.xx.2002-ci il təvəllüdlü X13, xx.xx.1975-cı il təvəllüdlü X12 və xx.xx.1976-cı il təvəllüdlü X1 şəhəri, Bülbül küçəsi, ev 13 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. -İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1-A-9540/2025 saylı məktubuna əsasən, yaşadığı ünvan 8 ünvanından X12, X10, X13, X7 qeydiyyatdan çıxarılması ilə əlaqədar Cavabdehnə ünvanladığı ərizəyə Qeydiyyat və X17 baxılmışdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən,şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır:- yaşayş yerini dəyişdikdə- yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən,başqa ölkədə yaşayış yeri seçdikdə Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə,məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə.Digər hallarda vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün,həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmə orqanına müraciət etmək tövsiyə olunur. -İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-111/2-13413/2025 saylı məktubuna əsasən, məktubda adı göstərilən şəxs həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxslər ünvan 3 ünvanında 2002-ci il tarixdən qeydiyyatdadır. -İşdə olan Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 X29 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-8-1/2-401/2025 saylı məktubuna əsasən, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X29 Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən ünvan 10 ünvanı, həmin küçədə iki yerdə mövcuddur. X12, X10, X13 və X14 özlərinə məxsus ünvanda yaşayırlar. İddiaçı isə öz ailə üzvlərilə birgə özünə məxsus ünvanda yaşayırlar. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-2718/2025 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan “İddiaçı Cavabdehnə qarşı X5, X3, X6 və X7 Şirvan şəhəri, Bülbül küçəsi, 13 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılmaları barədə iddia tələbinə dair inzibati iş üzrə daşınmaz əmlakın ünvanı barədə məlumatların verilməsi” ilə bağlı müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışda və xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışda qeyd olunan ünvanlar eyni ünvandır. Belə ki, Şirvan şəhəri, Bülbül küçəsi, 13 ünvanında yerləşən fərdi yaşaış evi xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətində olmuş, Şirvan şəhəri 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-1/185 reyestr nömrəli bağışlama müqaviləsi əsasında İddiaçı adına keçmişdir. Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, Bülbül küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda İddiaçı mülkiyyətindədir. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanına uyğun olaraq 2019-cu il tarixdən etibarən mövcud ünvanlarla yanaşı paralalel olaraq yeni qaydalarla ünvanların verilməsinə başlanılmışdır. Ünvan Reyestri İnformasiya Sisteminə əsasən Şirvan şəhəri, Bülbül küçəsi, 13 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin yeni qaydalarla ünvanı AZ 1800, ünvan 12 istinadən məlum edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən X8 imtiyazlı vətəndaş olaraq ünvan 13 ünvanda 3 otaqlı fərdi yaşayış evi verilmişdir (ev nömrəsi təkrarlanmaqla). Şirvan şəhəri, Bülbül küçəsi, 13 ünvanında yerləşən, X8 verilmiş fərdi yaşayış evinin yeni qaydalarla ünvanı isə AZ 1800, ünvan 14ınmaz əmlakın dövlət reyestrində hüquq qeydə alınmamışdır. İddiaçı və X8 məxsus fərdi yaşayış evlərinin mövcud ünvanları (ünvan 15 əsasən yeni qaydalarla verilən ünvanları biri-birindən fərqlidir. Belə ki, həmin evlərin hər ikisi Şirvan şəhəri, Bülbül küçəsində yerləşir və aralarında 239.0 m məsafə vardır. -İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhər Qeydiyyat şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-787/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X20 (ş/v. s/n. AA*******) ilə sorğuda adları qeyd olunan şəxslərin yaxın qohumluq əlaqələri barədə məlumat aşkar edilməmişdir. Yoxlama sorğu məktubu icra edilərkən informasiya sistemində aşkar edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmışdır. Bu səbəbdən müvafiq məlumata dair hansısa yanlışlığın olma ehtimalı istisna edilmir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-1596/2025 nömrəli məktubunda göstərilmişdir ki, sənədlərin təsdiq olunmuş surətinin verilməsi və istifadə hüququ barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq, İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********45-10301 reyestr nömrəli, çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surəti təqdim olunur. Sözügedən daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar Ərazi İdarəsində aşkar edilməmişdir. - İşdə olan İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********45-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Bülbül küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evi X11 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Çıxarışa əlavə edilmiş xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X9 tərəfindən Şirvan şəhəri, Bülbül küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evi X16 bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Şirvan şəhəri, Bülbül küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evi X11 mülkiyyətindədir. İddiaçı ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 X29 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-8-1/2-401/2025 saylı məktubundan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-2718/2025 nömrəli məktubundan və iddiaçının verdiyi izahat ilə müəyyən olunur ki, üçüncü şəxslər İddiaçı məxsus Şirvan şəhəri, Bülbül küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evində deyil, 239.0 m məsafə aralıda yerləşən fərdi yaşayış evində yaşayırlar və yeni qaydalara əsasən, hazırda üçüncü şəxs X8 verilmiş fərdi yaşayış evinin yeni qaydalarla ünvanı isə AZ 1800, ünvan 17çüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmasına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxsin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxsin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X3, X6, X5 və onun övladı X7 ünvan 18 ünvanı AZ 1800, ünvan 19rədə öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Üçüncü şəxslər X3, X6, X5 və onun övladı X7 ünvan 18 ünvanı AZ 1800, ünvan 19rədə öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar