Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-364/2020 18.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 21 oktyabr 2019-cu il tarixli, **********5 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hesab edir ki, onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin 21 oktyabr 2019-cu il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ünvanladığınız müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsində baxılmışdır. Əmək pensiyanızın təkrar hesablanması ilə bağlı sizin 1958-1960-cı illərdə Masallı rayon “Kommunizm yolu” kolxozunda işlədiyiniz illərin sığorta stajınıza daxil edilməsi ilə bağlı bildiririk ki, əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək)sığortaolunanlarınqazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət,qəza,dağıntı,yanğın,hərbi əməliyyatlar,milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda.sığortaolunanların sosial sığorta stajı Məhkəmə qaydasında müəyyən olunduğu halda sosial sığorta stajına daxil edilir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, ödəniş qəbzini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Masallı rayon Dövlət Arxivinin 14 yanvar 2020-ci il tarixli, M-10 nömrəli məktubuna və ona əlavə edilmiş sənədlərin, Dövlət Sosial X2 rayon şöbəsinin 31 yanvar 2020-ci il tarixli, **********8 nömrəli məktubunun məzmununa və həmin məktuba əlavə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında işmateriallarıiləmüəyyən edildi ki,iddiaçı xx.xx.2002-ci il tarixdə 40 il iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal hazırda İddiaçı 1958-1960-cı illərdə Masallı rayon “Kommunizm” kolxozunda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçüniddiaçınınmübahisəli dövrlərə aid tələbolunanümumiişstajını təsdiq edən sübutu olmadığındancavabdeh onun əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Məhkəmə iddiaçının ilkin müraciətindən cavabdehin imtina etməsini aşağıda qeyd edilən sübutlarla qiymətləndirməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 14 yanvar 2020-ci il tarixli, M-10 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə bağlı, xx.xx.2019-cu il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğunuza cavab olaraq, bildiririk ki, verilmiş arxiv arayışları surətlərinin saxlama müddəti 3 (üç)ildir. 17 il əvvəl verilmiş (xx.xx.2002-ci il tarixli 69saylı arxiv arayışı) arxiv arayışının nə surəti nə də hansı əsaslarla verilməsi barədə nə arxiv arayışında nə də Masallı RDA-də məlumat yoxdur. “Kommunizm yolu” kolxozunun əmək günləri kitabları Masallı RDA-nə verilmədiyi üçün, necə əmək günü qazanması barədə məlumatımız yoxdur.Eyni zamanda bildiririk ki, “Kommunizm yolu” kolxozunda işləyənlərin iş stajını müəyyən edən staj komissiyasının staj protokolunda İddiaçı adına rast gəlinmədi(bu barədə şəxsinə həm şifahi, həm də yazılı olaraq xx.xx.2018-ci il tarixli 16 saylı və xx.xx.2018-ci il tarixli -M-391 saylı arayış və cavab verilib, surətləri əlavə edilir). İcraatınızda olan inzibati işə köməklik məqsədi ilə, Kolatan kənd sovetinin 1957- 1962-ci illərə aid təsərrüfatbaşına kitablarından təsdiq olunmuş surətlər də sizə göndərilir. Əsas: Masallı Rayon Dövlət Arxivində mühafizə olunan sabiq “Kommunizm yolu” kolxozunun staj protokolları kitabı və Kolatan kənd sovetinə məxsus təsərrüfatbaşına kitablar. İş materiallarında olan Dövlət Sosial X2 rayon şöbəsinin 31 yanvar 2020-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 20 dekabr 2019-cu il tarixli 2- 1(086)-2815/2019 saylı icraatda olan işlə bağlı bildiririk ki, xx.xx.1940-cı il təvəllüdlü Masallı şəhəri,H.Aslanov küçəsi ev 9-da qeydiyyatda olan İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə 33 saylı qərarla 01.01,2006-cı il tarixədək 40 il iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən onun əmək pensiyasının məbləği növbəti illər üzrə artırılmışdır. xx.xx.2019-cu il tarixdən əmək pensiyasının məbləği 231,61 manata çatdırılaraq ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının 1958-1960-cı illərdə Masallı rayon “Kommunizm” kolxozunda əmək fəaliyyəti ilə məşğul olması sübuta yetirilməmişdir. İddiaçı tərəfində də həmin dövrlərdə işləməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Yəni iddiaçının yaşa görə təyin edilmiş əmək pensiyasının 1958-1960-cı illərdə Masallı rayon “Kommunizm” kolxozunda işlədiyi illərin nəzərə alınmaqlayenidən hesablanmasını cavabdehdən tələb etməsi əsassızdır. Göründüyükimi, 1958-1960-cı illərdə Masallı rayon “Kommunizm” kolxozunda işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraqiddiaçıyayaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasındancavabdehin imtinaetməsiqanuniolmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının 1958-1960-cı illərdə Masallı rayon “Kommunizm” kolxozunda işləməsi və əmək haqqı alması sübut olunmadığından, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş materiallarına əsasən prosessual xərclər yalnız iddiaçının iddia qaldırması ilə əlaqədar ödədiyi on manat dövlət rüsumundan, yəni məhkəmə xərclərindən ibarətdir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən hesab edir ki, prosessual xərc (ödənilmiş dövlət rüsumu vəsaiti) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 73, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası əsassız olduğundan təmin edilməsin.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov