Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-364/2024 14.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 01 avqust 2022-ci il tarixli, 1HCVNR0006 saylı qərarının ləğv edilməsi və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə əlilliyinin təyin edilməsi və ödənilməmiş aylar üzrə pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 01 avqust 2022-ci il tarixli, 1HCVNR0006 saylı qərarının ləğv edilməsi və İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il təvəllüdlüdür. 1993-cü il tarixdə Agcabədi RHK-dan hərbi xidmətə çagırılmış, N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, xx.xx.1993-cü il tarixdə Agdam-Xocavənd istiqamətlərində gedən döyüşlərdə yaralanaraq, xx.xx.1993-cü il tarixədək Agcabədi Rayon Mərkəzi Xəstəxanasında “Qapalı KBT.Alt çənənin açıq qəlpəli yaralanması, açıq sınıgı” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfındən şəhadətləndirilərək “Postkontuzion sagtərəfli ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 0.5 m, sol qulaqda 0.6 m. Üzvi zədələnmə əlamətləri olmadan və baş beyinin funksiyalarının pozulmaması ilə keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Sağ çənə bucağının və sol dirsək oynağı nahiyyəsinin odlu silahla qəlpə yaralanmasından sonra bərkimiş çapıqlar” diaqnozu qoyulmuş və Azərbaycan Respublikası Müdafıə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 459 nömrəli qərarı ilə həmin travmanı hərbi travma olması, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınması qeyd edilmişdir. Ona həmin xəsarətlər üzrə 2012-ci il tarixdə 2ci qrup müharibə əlilliyi təyin edilmiş və o, hər il TSEK-dan müayinələrdən keçərək 2-ci qrup müharibə əlilliyi təsdiq edilmişdir. 2016-cı il tarixdən yenidən müayinələrdən keçərək 2-ci qrup müharibə əlilliyi bu səfər 5 il müddətinə təsdiq edilmişdir. Qeyd edir ki, o, xəsarətlərlə baglı xx.xx.2016-cı il tarixdən-xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən-xx.xx.2017-ci il tarixədək, xx.xx.2018-ci ildən-xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən-xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək “Odlu silah yaralanmasından sonra. Qapalı KBT qalıq əlamətləri” diaqnozu ilə Agcabədi Rayon MRX-da stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Həmçinin, o, xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək eyni diaqnozla Agdam Ruhi-Əsəb Dispanserində müalicə və müayinələrdə olmuşdur. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞMX-da Beyin MRT müayinəsi etdirmiş və “Beyin atrofiyası. Hər iki nalın paylarında sentrum-semiovale səviyyəsində, yukstokortikal zonada 6 mm ölçülü, bir neçə ədəd qliotik oçaqlar” diaqnozu qeyd edilmişdir. O, Agcabədi RMXnın göndərişi əsasında X5 Dispanserində xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və “Odlu silah yaralanmasından sonra. Qapalı KBT qalıq əlamətləri. Astenonevrotik hal. F 07.2, F 48.0.” diaqnozu qeyd edilmişdir. Qeyd olunan tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş, lakin, heç bir əsas olmadan TSEK “Başın travmalarının nəticələri. Başın travmalarının qalıq əlaməti. Nevrasteniya. Asteno nevrotik vəziyyət. Kəllənin və üz sümüklərinin sınıgının nəticələri. Alt çənənin sümüyünün bitişmiş sınıgı” diaqnozu üzrə əlillik təyin edilməsindən imtina etmiş, imtinanın səbəbi kimi: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Qeyd edir ki, TSEK əlilliyin təyini ilə baglı qərəzli qərarlar qəbul edir. Elə Agcabədi rayonunda onun kimi eyni diaqnozla yəni “Qapalı kəllə beyin travması” üzrə bəzi şəxslərə əlillik təyin etmiş, eyni diaqnoz olmasına baxmayaraq ona əlillik təyin edilməsindən heç bir əsas olmadan imtina etmişdir. Necə olur ki, o, 2012-ci ildən hər il eyni diaqnozla qiymətləndirilərək 2-ci qrup əlilliyi təsdiq olunur, yalnız, bu il ona əlillik təyin edilməsindən imtina olunur? Hansı əsaslar oldu ki, bu bir il ərzində onun əlilliyi aradan qalxdı? Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Qapalı kəllə beyin travmasının qalıq əlamətləri Alt çənənin qəlpəli sınığı Sol dirsək oynağının acıq qəlpəli sınığı sümük döyənəyi sağ tərəfli ağır eşitmə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Qapalı kəllə beyin travmasının qalıq əlamətləri Alt çənənin qəlpəli sınığı Sol dirsək oynağının acıq qəlpəli sınığı sümük döyənəyi sağ tərəfli ağır eşitmə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ...” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S01 - Başın açıq yarası => S01.9 - Başın dəqiqləşdirilməmiş lokalizasiyasını...; Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş lokalizasiyalı açıq yarası. Oynaqların kontrakturası. Dirsək sümüyünün yuxarı ucunun sınığı. Alt çənənin sınığı.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın dəqiqləşdirilməmiş lokalizasiyalı açıq yarası. Oynaqların kontrakturası. Dirsək sümüyünün yuxarı ucunun sınığı” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S01 - Başın açıq yarası => S01.9 - Başın dəqiqləşdirilməmiş lokalizasiyasını...; Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş lokalizasiyalı açıq yarası. Oynaqların kontrakturası. Dirsək sümüyünün yuxarı ucunun sınığı. Alt çənənin sınığı.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın dəqiqləşdirilməmiş lokalizasiyalı açıq yarası. Oynaqların kontrakturası. Dirsək sümüyünün yuxarı ucunun sınığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Başın travmalarının nəticələri, Başın travmalarının qalıq əlaməti.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Başın travmalarının nəticələri, Başın travmalarının qalıq əlaməti. Nevrasteniya, Asteno nevrotik vəziyyət. Kəllənin və üz sümüklərinin sınığının nəticələri, Alt çənənin sümüyünün bitişmiş sınığı.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0220003AAZ2B nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 459 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Postkontuzion sağtərəfli ağıresitmə, pıçıltı nitqini sağ qulaqla 0.5 m. sol qulaqla 6,0 m. Üzvi zədələnmə əlamətləri olmaları və bas beynin funksiyalarının pozulmaması ilə keçirilmis qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Sağ çənə bucağının və sol dirsək oynağı nahiyyəsinin odlu silahla qəlpə yaralanmasından sonra bərkimis çapıqlar.” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı ağıreşitmədən şıkayətlənmış, sag yanaq və sol yuxarı ətrafda dirsək nahiyəsində çapıq izləri müəyyən olunmuş, nevroloji statusu yaşa uyğun olmuş, emosional labil, paravertebral nöqtələr ağrılı, ətraflarda iflic, parez aşkar edilməmiş, radikulopatiya əlamətləri aşkar edilməmişdir. Təqdim edilmiş AR SN X6 Dispanseri xx.xx.2022-ci il tarixli, 1388 nomrəlı Tibbi Rəydə diaqnoz “Odlu silah yaralanmasından sonra qapalı kəlla-beyın travmasının qalıq əlamətləri. Astenonevrotik hal” kimi qiymətləndirilmiş, əyani müayınə zamanı aktiv psixopraduktiv əlamətlər aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2022-ci il tarixdə LOR həkim müayinə etmiş, diaqnoz “Hər iki qulaqda 40dB-İİ dərəcəli nevrosensor ağıreşitmə qeyd edilir” kimi qıymətləndirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar gəbul edilmisdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialları, o cümlədən işdə olan tibbi sənədlərlə müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı 1993-cü ildə Agcabədi RHK-dan hərbi xidmətə çagırılmış, N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, xx.xx.1993-cü il tarixdə Agdam-Xocavənd istiqamətlərində gedən döyüşlərdə yaralanaraq, xx.xx.1993-cü il tarixədək Agcabədi Rayon Mətkəzi Xəstəxanasında “Qapalı KBT.Alt çənənin açıq qəlpəli yaralanması, açıq sınığı” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuş, xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfındən şəhadətləndirilərək “Postkontuzion sagtərəfli ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 0.5 m, sol qulaqda 0.6 m. Üzvi zədələnmə əlamətləri olmadan və baş beyinin funksiyalarının pozulmaması ilə keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Sağ çənə bucağının və sol dirsək oynağı nahiyyəsinin odlu silahla qəlpə yaralanmasından sonra bərkimiş çapıqlar” diaqnozu qoyulmuş və Azərbaycan Respublikası Müdafıə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 459 nömrəli qərarı ilə həmin travmanm hərbi travma olması, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınması qeyd edilmişdir. İddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Qapalı kəllə beyin travmasının qalıq əlamətləri Alt çənənin qəlpəli sınığı Sol dirsək oynağının acıq qəlpəli sınığı sümük döyənəyi sağ tərəfli ağır eşitmə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə ona 1 il müddətinə əlillik verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Qapalı kəllə beyin travmasının qalıq əlamətləri Alt çənənin qəlpəli sınığı Sol dirsək oynağının acıq qəlpəli sınığı sümük döyənəyi sağ tərəfli ağır eşitmə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ...” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi iddiaçının əlillik vəziyyətinə əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S01 - Başın açıq yarası => S01.9 - Başın dəqiqləşdirilməmiş lokalizasiyasını...; Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş lokalizasiyalı açıq yarası. Oynaqların kontrakturası. Dirsək sümüyünün yuxarı ucunun sınığı. Alt çənənin sınığı.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın dəqiqləşdirilməmiş lokalizasiyalı açıq yarası. Oynaqların kontrakturası. Dirsək sümüyünün yuxarı ucunun sınığı” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S01 - Başın açıq yarası => S01.9 - Başın dəqiqləşdirilməmiş lokalizasiyasını...; Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş lokalizasiyalı açıq yarası. Oynaqların kontrakturası. Dirsək sümüyünün yuxarı ucunun sınığı. Alt çənənin sınığı.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın dəqiqləşdirilməmiş lokalizasiyalı açıq yarası. Oynaqların kontrakturası. Dirsək sümüyünün yuxarı ucunun sınığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Başın travmalarının nəticələri, Başın travmalarının qalıq əlaməti.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə təkrar baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Başın travmalarının nəticələri, Başın travmalarının qalıq əlaməti. Nevrasteniya, Asteno nevrotik vəziyyət. Kəllənin və üz sümüklərinin sınığının nəticələri, Alt çənənin sümüyünün bitişmiş sınığı.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə sonuncu müayinə zamanı İddiaçı əlillik vəziyyəti ilə bağlı “Başın travmalarının nəticələri, Başın travmalarının qalıq əlaməti. Nevrasteniya, Asteno nevrotik vəziyyət. Kəllənin və üz sümüklərinin sınığının nəticələri, Alt çənənin sümüyünün bitişmiş sınığı” diaqnozu qoyulmuş və TCEK tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 01 avqust 2022-ci il tarixli, 1HCVNR0006 saylı qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1972-ci ildə Ağcabədi rayonunda anadan olmuş və Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? xx.xx.1972-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? Bu xəstəlik və qüsurlar ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən İİ dərəcə əlilliyin təyin edilməsinə əsas verirmi? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X4 verdikləri 17 aprel 2023-cü il tarixli, T322 nömrəli rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafıq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri. => T90 - T98 travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın... Diaqnozun mətni: “Başın travmaların nəticələri, başın travmalarmın qalıq əlaməti, nevrosteniya, asteno-nevrotik vəziyyət, kəllənin və üz sümüklərinin sımğınm nəticələri, alt çənənin sümüyünün bitişmiş sınığı” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Qərardadda göstərilən 2,3-cü suallar məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1972-ci ildə Ağcabədi rayonunda anadan olmuş və Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olan İddiaçı hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir ? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X4 verdikləri 27 oktyabr 2023-cü il tarixli, T779/2023 saylı rəydə göstərilmişdir ki, 1,2. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsi tərəfındən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Başın travmaların nəticələri, başın travmalarınm qalıq əlaməti, nevrosteniya, asteno-nevrotik vəziyyət, kəllənin və üz sümüklərinin sınığının nəticələri, alt çənənin sümüyünün bitişmiş sınığı” diaqnozu əyani müayinədə əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7234/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 0220003AAZ2B nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, zərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İstər xx.xx.2022-ci il tarixdə sonuncu müayinə zamanı, istərsə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 verdikləri 17 aprel 2023-cü il tarixli, T322 nömrəli və 27 oktyabr 2023-cü il tarixli, T779/2023 nömrəli rəylərdə İddiaçı əlillik vəziyyəti ilə bağlı “Başın travmalarının nəticələri, Başın travmalarının qalıq əlaməti. Nevrasteniya, Asteno nevrotik vəziyyət. Kəllənin və üz sümüklərinin sınığının nəticələri, Alt çənənin sümüyünün bitişmiş sınığı” diaqnozu təsdiq olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7234/2024 saylı məktubuna və həmin məktuba əlavə edilmiş 27 fevral 2024-cü il tarixli 3-17-4/3-1517/2024 nömrəli qərara əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 0220003AAZ2B nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, “Başın travmalarının nəticələri, Başın travmalarının qalıq əlaməti. Nevrasteniya, Asteno nevrotik vəziyyət. Kəllənin və üz sümüklərinin sınığının nəticələri, Alt çənənin sümüyünün bitişmiş sınığı” diaqnozu qoyulmuş xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 01 avqust 2022-ci il tarixli, 1HCVNR0006 saylı qərarının ləğv edilməsi və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 01 avqust 2022-ci il tarixli, 1HCVNR0006 saylı qərarının ləğv edilməsi və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-364/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-364/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver