Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3658/2025 13.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X7 və X6 Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvanı üzrə pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “X7 və X6 Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvanı üzrə pasport qeydiyyatından çıxarılması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(120)-3658/2025 nömrəli qərardadı ilə X15 və X12 üçüncü şəxs qismində zəruri cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Üçüncü şəxsin həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzilin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Cavabdehnə müraciət etmiş, ona xx.xx.2023-cü il tarixli, 3-13-100/2-K-116xx/xx/2023 nömrəli məktubla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Neftçala rayonu, Boriyat kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-100/2-K-116xx/xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının “yaşayış yeri üzrə” qeydiyyatdan çıxarılması barədə Təlimatın 5-ci bəndinin tələblərinə uyğun olaraq ərizədə adları qeyd olunan şəxslərin Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar Neftçala rayon məhkəməsinə müraciət edilə biləcəyi bildirilir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarılma və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barəsində məhkəmə qətnaməsinin icra olunması üçün rayon məhkəməsi tərəfindən Neftçala RPŞ- nə göndərildikdən sonra həmin şəxslərin məxsus yaşayış evindən “yaşayış yeri üzrə” qeydiyyatdan çıxarılmaları təmin ediləcəyi bildirilir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 436 saylı, xx.xx.2009-cu il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi 43 saylı binanın, 5 saylı mənzil İddiaçı adına mülkiyyət hüquqi əsasında 1004 saylı inventar işi üzrə reyestr kitabında qeydiyyata alınmışdır. - İşdə olan Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-67-1/2-90/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məxsus ünvan 4 ünvanında qeydiyyatda olan vətəndaş X15 və X6 qeydiyyatda olduğu ünvanda sorğu apardılar. Məlum oldu ki, iddiaçıya məxsus ünvan 5 ünvanında qeydiyyatda olsalar da faktiki olaraq həmin ünvanda yaşamırlar. - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Neftçala Rayon Qeydiyyat şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-372/2025 nömrəli məktubundan görünür ki, İddiaçı X15 və X12 ilə yaxın qohumluq əlaqələri barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Neftçala rayon Notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 187 nömrəli məktubunda göstərilmişdir ki, məhkəmənin icraatında olan İddiaçı cavabdeh Neftçala şəhər Polis şöbəsinə qarşı X7 və X6 “Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvanı üzrə pasport qeydiyyatından çıxarılması barədə” iddia tələbinə dair inzibati iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq sorğuda qeyd olunan ünvan üzrə İddiaçı həmin mənzili əldə etməsinə dair Neftçala rayon notariat ofisində notariat əməliyyatı aşkar olunmadı. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən İddiaçı ərizəsi əsasında X10 və X8 İddiaçı məxsus olan Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünavından qeydiyyatdan çıxarılmaları mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3658/2025 saylı xx.xx.2025-ci il tarixli Sərəncamının 2, 3, 4, 5-ci bəndlərinin tələblərinə müvafiq olaraq bildirilir ki, X15 xx.xx.2002-ci ildə və X12 xx.xx.2011-ci ildən Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvana qeydiyyata alınmalarına əsas olan sənədlər Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə uyğun olaraq məhv edildiyindən (sənədlərin saxlanılma müddəti 5 il olduğundan) həmin sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X15 xx.xx.2002-ci ildə və X12 xx.xx.2011-ci ildə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5-də qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən qeydiyyata alınmasına əsas olan sənədlər Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə uyğun olaraq məhv edildiyindən (sənədlərin saxlanılma müddəti 5 il olduğundan) həmin sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 13 oktyabr 2025-ci il tarixli, 3-21-3-38/2-3625/25 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı cavabdeh Neftçala şəhər Polis şöbəsinə qarşı X7 və X6 Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvanı üzrə pasport qeydiyyatından çıxarılması” barədə iddia tələbinə dair inzibati iş üzrə Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli, 1004 inventar N°-li Qeydiyyat vəsiqəsi və 1004 saylı, xx.xx.2005-ci il tarixli Texniki pasportu əsasında İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evi ilə, "Azneft” birliyinin müəssisələri və idarələri evlərində yaşayış mənzilin icarə edilməsinə dair 22 saylı, xx.xx.1958-ci il tarixli müqaviləsi əsasında X11 mülkiyyətinə verilmiş ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin eyni ev və yaxud ünvan (hər iki ünvan yeni qaydalarla göstərilməklə) olub-olmaması barədə məlumatın və həmin məlumatı təsdiqləyən sənədlərin əslinin və ya müvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması barədə müraciətə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Ərazi İdarəsinin arxivi və elektron kadastr baza məlumatları əsasında araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 43 nömrəli evin 5 nömrəli mənzili ilkin olaraq X18 tərəfindən özəlləşdirilmiş, Neftçala rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X13 xx.xx.2005-ci il tarixli 1004 inventar N°-li Texniki pasport sənədi və xx.xx.2005-ci il tarixli 436 Reyestr N°-li Qeydiyyat vəsiqəsi verilmişdir. X18 tərəfindən özəlləşdirmə ilə bağlı “Azərneft” birliyinin müəssisələri və idarələri evlərində yaşayış mənzilinin icarə edilməsinə dair 92 saylı, xx.xx.1958-ci il tarixli müqavilə, 2 nömrəli forma və ailə üzvlərinin razılıq ərizələri təqdim olunmuşdur. X2 rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 4-Ə-22 Reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 43 nömrəli evin 5 nömrəli mənzilini X1. X3 rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 4-Ə-126 Reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 43 nömrəli evin 5 nömrəli mənzilini İddiaçı satmışdır. Hal-hazırda Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 43 nömrəli evin 5 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. Neftçala rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli, 1004 inventar N°-li Texniki pasport sənədi və xx.xx.2005-ci il tarixli 436 Reyestr N°-li Qeydiyyat vəsiqəsi əsasında İddiaçı mülkiyyətinə verilmiş mənzil ilə, “Azərneft” birliyinin müəssisələri və idarələri evlərində yaşayış mənzilinin icarə edilməsinə dair 92 saylı, xx.xx.1958-ci il tarixli müqavilə əsasında X11 mülkiyyətinə verilmiş Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvanında yerləşən mənzil eyni mənzil və eyni ünvandır. Həmin mənzilin yeni qaydalarla ünvanı AZ 4701, Neftçala rayonu, Neftçala şəhəri, X21 prospekti, giriş 479, mərtəbə 1, mənzil 1-dir. ünvan 8 ünvanında yerləşən mənzilə dair arxiv sənədlərinin surəti məktuba əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 saylı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı Kazımov X9 Rayon Polis şöbəsinə müraciət edərək, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvanında qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Neftçala rayon İcra Hakimiyyəti Başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-67-1/2-90/2025 saylı məktubundan müəyyən olunur ki, üçüncü şəxslər İddiaçı məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvanında yaşamır. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmasına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxsin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxsin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X7 və X6 Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 43, mənzil 5 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Üçüncü şəxslər X7 və X6 ünvan 11 ünvanı AZ 4701, Neftçala rayonu, Neftçala şəhəri, X21 prospekti, giriş 479, mərtəbə 1, mənzil 1) qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3658/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3658/2025
13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver