Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-366/2020 21.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X4, X2, X5 və X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4, X2, X5 və X1 iddiaçının mülkiyyətində olan ünvan 1-dən qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hazırlıq icraatı ilə bağlı əvvəlki məhkəmə iclasında iştirak etmiş, iddia tələbini müdafiə edərək onun təmin olunmasını və işə şifahi məhkəmə iclasında onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 13.09.2005-ci il tarixdə X6 məxsus olan Şirvan şəhəri, 20 Yanvar küçəsi, 17 saylı evdə yerləşən 64 saylı mənzili 13.09.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 12.11.2013-cü il tarixli, ******* saylı çıxarışla həmin mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mənzili alqı-satqı yolu ilə aldıqdan sonra mənzil mülkiyyətçisi olaraq onun istifadəsində olmuşdur. Mənzilin alqı-satqısı zamanı həmin ünvanda pasport qeydiyyatında olmuş şəxslər hal-hazıradək həmin mənzilin qeydiyyatındadırlar və bu səbəbdən də onların da adlarına xeyli miqdarda komunal xərclər hesablanmışdır. Bu səbəbdən də mülkiyyətində olan mənzilin pasport qeydiyyatında olmasını istəmədiyini, lakin hal-hazırda pasport qeydiyyatında olan X8, X7, X11 və X1 pasport qeydiyyatından çıxarılmaları ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etmiş, Cavabdehndən ona ünvanlanmış 02.12.2019-cu il tarixli cavab məktubunda üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.01.1967-ci il tarixdə Salyan rayonunun Qaraymanlı kəndində anadan olmuş, Şirvan şəhəri, M.Əsədov küçəsi, ev 44-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X8 ilə İddiaçı arasında bağlanmış 13.09.2005-ci il tarixli, 231395 nömrəli fərdi mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əli Bayramlı şəhəri, 20 Yanvar küçəsi ev 17, mənzil 64 ünvanda yerləşən 4 otaqlı, ümuni sahəsi 73,43 kv.m olan, yaşayış sahəsi 50,24 kv.m olan yaşayış evi İddiaçı satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 12.11.2013-cü il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 02.12.2019-cu il tarixli, 305-31983Q-3219 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 25.12.2019-cu il tarixli, 305-33754-1219 nömrəli məktubunda qeyd edilmişdir ki, X4, X2, X5 və X1 ünvan 5 ünvanına qeydiyyata düşmələrinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Həmin şəxslər ünvan 6 ünvanında 2005-ci il tarixdən qeydiyyatdadır. İşdə olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi 11.02.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanda yerləşən 64 nömrəli mənzilə dair X8 ilə aralarında 29.07.2005-ci il tarixdə bağlanmış 4Ə-14 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyət hüququ Ərazi İdarəsi tərəfindən 10.03.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda, X4, X2, X5 və X1 Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən 64 nömrəli mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınıb-alınmaması Ərazi İdarəsində saxlanılan arxiv materiallarına əsasən araşdırılmış və bu barədə məlumat aşkar edilməmişdir. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı 05.03.2020-ci il tarixli, 1631 nömrəli arayışında qeyd olunmuşdur ki, X8, X7, X11 və X3 2005-ci il tarixdən ünvan 6 ünvanında yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 6 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdehnə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 6-də qeydiyyatda olan üçüncü şəxslər X4, X2, X5 və X1 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.03.2020-ci il tarixli, 1631 nömrəli arayışına qeyd olunur ki, X8, X7, X11 və X3 2005-ci il tarixdən ünvan 6 ünvanında yaşamırlar. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X4, X2, X5 və X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X4, X2, X5 və X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-366/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-366/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver