Məhkəmə qərarları › İş №2-1(120)-366/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-366/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-366/2022 23.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Tələbkar İddiaçı İmişli rayon İcra və probasiya şöbəsinə qarşı “Şirvan Apelyasiya Məshkəməsinin 05 mart 2019-cu il tarixli, 2-1(106)-148/2019 saylı qərarının icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qeyd olunan icra sənədi üzrə icra tədbirlərinin icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdirilməsi” tələbinə dair ərizəsinə 23 fevral 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 müəyyən etdi: Tələbkar Əlişov X2 rayon İcra və probasiya şöbəsinə qarşı “Şirvan Apelyasiya Məshkəməsinin 05 mart 2019-cu il tarixli, 2-1(106)-148/2019 saylı qərarının icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qeyd olunan icra sənədi üzrə icra tədbirlərinin icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdirilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflər 23 fevral 2022-ci il tаriхdə, sааt 15:30-da məhkəmə iclasına dəvət оlunmuşlаr. Tələbkar İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək “Şirvan Apelyasiya Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2-1(106)-148/2019 nömrəli qərarının icrası ilə bağlı hərəkətsizliyin qanunsuz hesab edilməsi və qeyd olunan icra sənədi üzrə icra tədbirlərinin icra haqqında qanunun verdiyi tələblərinə uyğun olaraq davam etdirilməsi tələbinə dair” ərizənin baxılmadan saxlanılmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının “hazırki tələbinin baxılmadan saxlanılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə onu da qeyd edir ki, ərizənin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin tələb ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Tələbkar İddiaçı ərizəsi təmin olunsun. Tələbkar İddiaçı İmişli rayon İcra və probasiya şöbəsinə qarşı “Şirvan Apelyasiya Məshkəməsinin 05 mart 2019-cu il tarixli, 2-1(106)-148/2019 saylı qərarının icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qeyd olunan icra sənədi üzrə icra tədbirlərinin icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdirilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Tələbkara (iddiaçıya) gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar