Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-366/2024 01.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsinə dair Cavabdeh 15 fevral 2021-ci il tarixli, 03 saylı ümumi iclasının qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsinə dair Cavabdeh 15 fevral 2021-ci il tarixli, 03 saylı ümumi iclasının qərarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göyçay Regional Ədliyyə İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak edir, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iüçüncü şəxs Göyçay Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehn 27 aprel 2007-ci il tarixli iclasının qərarına əsasən ona örüş və əkin üçün 27 hektar torpaq sahəsi verilmiş və onunla Pirili Bələdiyyəsi arasında xx.xx.2007-ci il tarixdə həmin torpaq sahəsinə görə 25 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır. O, həmin torpaq sahəsini icarəyə götürəndən sonra hal-hazıra kimi təyinatı üzrə istifadə etmiş və icarə haqqını vaxtlıvaxtında Pirili Bələdiyyəsinin hesabına ödəmişdir. İcarəsində olan torpaq sahəsindən istifadə ilə əlaqədar Pirili Bələdiyyəsi ilə onun arasında da heç bir narazılıq olmamışdır. Hazırda icarəsində olan torpaq sahəsindən başqa heç bir gəlir mənbəyi yoxdur və ailəsini həmin torpaq sahəsindən əldə etdiyi gəlir hesabına saxlayır. Bütün bunlara baxmayaraq Pirili Bələdiyyəsi onunla bağlanmış xx.xx.2007-ci il tarixli Torpaq icarəsi müqaviləsini özünün xx.xx.2021-ci il tarixli, 03 saylı ümumi iclasının qərarı ilə avvəlcədən ona heç bir məlumat vermədən Göyçay Regional Ədliyyə İdarəsinin Pirili Bələdiyyəsinə göndərdiyi xx.xx.2021-ci il tarixli tövsiyyə xarakterli məktubunu əsas götürərək qanunsuz olaraq ləğv etmişdir. Göyçay Regional Ədliyyə İdarəsində şikayətlə bağlı araşdırma aparılması göstərilən məktubda torpaq sahələrinin qanunla müəyyən edilmiş müddətdən artıq və təyinatına zidd olaraq icarəyə verildiyi, icarə müddətinin bitməsinə baxmayaraq icarə hüquqları btmiş icarəçilər tərəfindən istifadə edilməsi hallarının mövcudluğunun olduğu göstərilmişdir. X8 ilə onun arasında bağlanmış Torpaq icarəsi müqaviləsi qanunvericiliyin tələblərinə cavab verilməklə bağlanmış, icarə müddəti bitməmiş və icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə bələdiyyə ilə onun arasında icarəsində olan torpaq sahəsindən istifadə qaydaları və s. ilə bağlı ilə heç bir narazılıq olmamışdır. X7 Regional Ədliyyə İdarəsinin tövsiyə xarakterli təklif məktubunu qanunsuz olaraq əsas tutub onunla bağlanmış Torpaq İcarəsi müqaviləsinin ləğv edərək onun icarə hüquqlarını kobud surətdə pozmuşdur. "İcarə haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qayddada, habela tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda, o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Şərh etdiklərindən göründüyü kimi onunla Pirili Bələdiyyəsi arasında bağlanmış 02 may 2007-ci il tarixli Torpaq icarəsi müqaviləsinə əsasən onun icarəsinə 25 il müddətinə örüş və əkin üçün verilmiş 27 hektar torpaq sahəsindən hazırda o, özü təyinatı üzrə istifadə edir. X2 xx.xx.2007-ci il tarixdə bağlanmış Torpaq icarəsi müqaviləsini ona heç bir məlumat vermədən, icarə müqaviləsinin müddəti bitmədən Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2021-ci il tarixli tövsiyyə xarakterli məktubunu əsas götürüb birtərəfli qaydada ləğv etməklə həm qanunvericiliyin tələblərin və həm də onun Konstitusion hüquqlarını kobud surətdə pozur. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsinə dair Cavabdeh 15 fevral 2021-ci il tarixli, 03 saylı ümumi iclasının qərarının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaçının problemsiz vətəndaş olduğunu, 02 may 2007-ci il tarixli icarə müqaviləsinin Göyçay Regional Ədliyyə İdarəsinin 12 fevral 2021-ci il tarixli tövsiyə məktubuna əsasən ləğv olunduğunu bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, İş materiallarında olan Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Kürdəmir rayonu Pirili kənd sakini İddiaçı əkin və örüş məqsədi ilə 25 il müddətinə, 27 ha torpaq sahəsi ayırma sənədləri təsdiq edilmişdir. İş materiallarında olan Yerin seçilmə aktından görünür ki, Bələdiyyənin xx.xx.2007-ci il tarixli 03 saylı qərarına əsasən 25 il müddətinə, 27 ha torpaq sahəsini yer üzərində torpaq təpə nişanları ilə ayrılıb Kürdəmir rayonu Pirili kənd sakini İddiaçı təhkim edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli qərarı əsasında 27 hektar torpaq sahəsinin 25 il müddətinə İddiaçı icarəyə verilməsinə dair torpaq icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Kürdəmir rayonu Pirili bələdiyyəsinin Yerqurluşu planından çıxarışdan görünür ki, İddiaçı icarəsinə verilmiş 27 ha torpaq sahəsinin planı rayonu Pirili bələdiyyəsi və DT və XK-nin Kürdəmir rayon şöbəsi tərəfindən tərtib edilmişdir. İş materiallarında olan X3 sədri X9 tərəfindən məhkəməyə göndərilmiş məktubda İddiaçı ilə X5 rasında bağlanmış 02 may 2007-ci il tarixli icarə müqaviləsinin Göyçay Regional Ədliyyə İdarəsinin 12 fevral 2021-ci il tarixli tövsiyə məktubuna əsasən ləğv olunduğu və nəzərə alınmağı xahiş edilmişdir. İş materiallarında olan Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı ümumi iclasının protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 12 fevral 2021-ci il tarixli 20-174 №-li məktubu məlumat və icra üçün qəbul edilməsi, qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanından rəy alınmadan, qanunla müəyyən edilmiş müddətdən artıq müddətə və təyinatına uyğun olmayaraq icarəyə verildiyinə görə adları göstərilən Kürdəmir rayonunun Pirili kənd sakinlərinə, həmçinin İddiaçı torpaq sahəsinin ayrılması barədə bələdiyyənin müvafiq qərarları və bağlanmış icarə müqavilələri ləğv edilərək, həmin torpaq sahələri vətəndaşlardan alınaraq Pirili bələdiyyəsinin sahibliyinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 27 nömrəli bildirişdən görünür ki, 1 ay müddətində icarəsində olan 27 ha torpaq sahəsinin boşaldılıb bələdiyyənin torpaq fonduna qaytarılması bildirilmişdir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı hal-hazırkı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçta təhvil vermiş və xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanasında qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı torpaq sahəsi almaq üçün Kürdəmir rayonu Pirili bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı əsasında Pirili bələdiyyəsinin ərazisindən 27 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları yetişdirmək və heyvandarlıq ilə məşğul olmaq üçün 25 il müddətinə İddiaçı icarəyə verilməsi qərara alınmış, həmin torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır. Həmçinin həmin torpaq sahəsinin sxemi tərtib edilmişdir. Daha sonra Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı qərarı ilə Pirili kənd sakinlərinə torpaq sahəsinin ayrılması barədə bələdiyyənin müvafiq qərarları və bağlanmış icarə müqavilələri ləğv edilərək, həmin torpaq sahələri vətəndaşlardan alınaraq Pirili bələdiyyəsinin sahibliyinə qaytarılması qərara alınmış, o cümlədən iddiaçıya 1 ay müddətində icarəsində olan 27 ha torpaq sahəsinin boşaldılıb bələdiyyənin torpaq fonduna qaytarılması bildirilmişdir. Hazırda iddiaçı 27 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarın ləğv edilməsinə yönələn xx.xx.2021-ci il tarixli, 03 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Tətbiq edilən normativ aktlar: Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; Həmin Qanunun 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; Həmin Qanunun 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; Həmin Qanunun 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; Həmin Qanunun 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarını öyrənmək və şikayət verə bilmək hüquqları vardır, inzibati orqanın isə həmin hüquqları təmin etmək vəzifəsi vardır. İşdən görünür ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın (Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdeh inzibati orqan inzibati iсraat zamanı iddiaçının iştirakını və dinlənmə hüququnu təmin etməmiş, ona hüquqları izah edilməmiş, qəbul edilmiş inzibati akt (Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etməsinə baxmayaraq həmin akt qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilməmişdir.Məhkəmə prosesi zamanı həm şifahi, həm yazılı formada iddiaçıya hüquqi yardım edilərək mübahisələndirmə növündə iddia növlərinə münasibətdə tətbiq edilən, qanunvericiliklə nəzərdə tutulan 30 gün müddətin ötürülüb-ötürülməməsinə münasibət bildirilməsi və əgər ötürülmüşdürsə müddətin bərpası ilə bağlı ərizənin təqdim edilməsi hüququ izah olunmuşdur.Lakin iş materiallarından iddiaçı tərəfindən müvafiq müddətin ötürülmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə prosesində iddiaçı həmin qərarın ona göndərilmədiyini və həmin qərardan yalnız 2022-ci ilin sentyabr ayında xəbər tutuduğunu bildirmişdir.İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 27 nömrəli bildirişdən görünür ki, 1 ay müddətində icarəsində olan 27 ha torpaq sahəsinin boşaldılıb bələdiyyənin torpaq fonduna qaytarılması bildirilmiş və beləliklə də iddiaçı həmin qərardan məlumatlı olmuşdur. Məhkəmə tərəfindən cavabdehə sorğu təqdim edilərək hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (prosedura) əməl olunmasına dair sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Lakin, cavabdeh inzibati orqan tərəfindən bu barədə heç bir sənəd (sübut) və məlumat təqdim edilməmişdir. Bundan başqa məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqan qəbul etdiyi hazırda mübahisələndirilən inzibati aktın (Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı qərarının) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərti ilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin altıncı bəndinin üçüncü hissəsinə görə isə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətlərinə və torpağın ayrılma məqsədinə, mövcud tikinti normalarına, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun, torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək (maddə 4.0.1), müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır (maddə 4.0.2). Həmin Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrininin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir (maddə 9.2). Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır (maddə 9.3). Həmin Qanunun 16-cı maddəsinə görə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır (maddə 16.1). Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 16.2). Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinəverilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (maddə 16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (maddə 16.4). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının Konstitusiyasının 143-cü maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir. Konstitusiyasının 145-ci maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Konstitusiyasının 145-ci maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Həmin Qanunun 6-ci maddəsinə əsasən Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsinə qarşı iddia tələbi təmin edilməli, Kürdəmir rayonu Pirili bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 02 may 2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsinə dair Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı ümumi iclasının qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Kürdəmir rayonu Pirili bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 02 may 2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsinə dair Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı ümumi iclasının qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-366/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-366/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver