Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3664/2024 23.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Yolçubəyli Kənd İcra Nümayəndəliyində 06 avqust 2019-cu il tarixdə X14 barəsində tərtib edilmiş 0049 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilərək qərarın icrasının Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, X6 10 iyul 2018-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində doğulmağına dair Sabirabad rayon Yolçubəyli Kənd İcra nümayəndəliyində X14 barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli 49 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdehnə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25.6.1993-cü ildə Sabirabad rayonu, Yolçubəyli kəndində doğulmuşdur. xx.xx.2012-ci ildə Sabirabad rayonunun Yolçubəyli kənd sakini X15 ilə rəsmi nikaha daxil olaraq “Şahlarova” soyadını qəbul etmişdir. Onların birgə nikahlarından xx.xx.2011-ci ildə Sabirabad rayonun Cavad kəndində Fatimə, xx.xx.2013-cü ildə Sabirabad şəhərində Xatirə və xx.xx.2018-ci Rusiya Federasiyasının Nijni X10 Novqorod şəhərində Banu adlı üç uşaqları doğulmuşdur. X16 10 iyul 2018-ci ildə Rusiya Federasiyasının Nijni X10 Novqorod şəhərində doğulduğundan onun barəsində 08 avqust 2018-ci ildə Rusiya Federasiyasının X19 baş VVAQ idarəsinin N.Novqorod şəhər Sovetski rayonu VVAQ şöbəsi tərəfindən 1058 saylı doğum haqqında akt qeydi əsasında doğumu qeydə alınaraq ona 111-TH seriyalı 725255 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında 02 may 2019-cu ildə X11 Sabirabad regional “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2023-cü ildə başa çatdığı üçün yeni şəxsiyyət vəsiqəsi almaqdan ötrü Sabirabad regional “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Bu zaman ona bildirilmişdir ki, doğum günü, ayı və ili eyni qeyd edilməklə X16 barəsində X3 Sabirabad RİHB-nin Yolçubəyli KİN-yi tərəfindən 06 avqust 2019-cu il tarixdə 0049 nömrə ilə doğum haqqında akt qeydi tərtib edilərək AZ-İV seriyalı 267649 saylı doğum haqqında şəhadətnamə verildiyi bildirilərək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. Sonra o, Sabirabad RİHB-nın Yolçubəyli KİNyi tərəfindən 06 avqust 2019-cu il tarixdə 0049 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin ona bunun qanun çərçivəsində araşdırılaraq ləğv edilməsinin məhkəmənin səlahiyyətində olduğu bildirilərək ona bundan imtina edilmişdir və bu barədə imtina rəyi təqdim olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddia tələbinə dair 3-16-5/4- 288/24 saylı xx.xx.2024-cü il tarixli yazılı münasibətdə qeyd olunmuşdur ki, iddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar və tələb təmin ediləcəyi təqdirdə Cavabdeh üzərinə düşən öhdəlik tərəflərindən icra ediləcəkdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; AA******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1993-cü ildə doğulmuşdur. AZE seriyalı 15241816 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1989-cu ildə Sabirabad rayonu Yolçubəyli kəndində doğulmuş X1 rayonu, Yolçubəyli kəndində qeydiyyatdadır. Cavabdeh tərəfindən verilmiş aşağıdakı: 03-16-5/4-1210-2024 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X15 ilə X4 nikahı haqqında 11 yanvar 2012-ci il tarixdə 15 №-li akt qeydi tərtib olunmuşdur. Nikah Azərbaycan Respublikası Sabirabad rayon Yolçubəyli kənd icra nümayəndəliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Şahlarov, arvada Şahlarova soyadı verilmişdir. 3-16-5/4-1210-24 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X14 xx.xx.2018-ci ildə Sabirabad rayon Yolçubəyli kəndində anadan olmuşdur. Bu barədə Sabirabad rayon Yolçubəyli KİN-də xx.xx.2019-cu il tarixdə 49 № li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, İddiaçı qeyd olunmuşdur. X17 Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 5-70-36/2-392/2024 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Şahlarova X5 rayonu, Yolçubəyli kənd İƏD-nin Yolçubəyli kəndində yaşayır. Ailə tərkibi X15 (həyat yoldaşı), X8 (qızı), X13 (qızı), X16 ( qızı). Rusiya Federasiyası X19 X27 Müəssisəsi “Nijni Novqorod şəhəri, Nijni Novqorod rayonu 1 saylı Doğum evi” tərəfindən verilmiş 22 seriyalı ********** №-li, xx.xx.2024-cü il tarixli doğum haqqında tibbi şəhadətnamədə (şəhadətnamənin notarial qaydada tərcümə təsdiq olunmuş surətində) uşağın doğum tarixi xx.xx.2018-ci il, anası haqqında məlumat olaraq xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Saxliyar qızı, uşağın doğulduğu yer Rusiya Federasiyası, X19, Nijni Novqorod şəhəri, Varvarskaya küçəsi, ev 42/56, doğumun stasionarda, uşağın cinsi qadın, çəkisi 3020 qram olduğu qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-15354/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubu ilə xx.xx.2018-ci il təvəllüdlü X11 AA0362044 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş aşağıdakı sənədlər təqdim olunmuşdur: - X19 baş VVAQ idarəsinin N.Novqorod şəhəri, Sovetski rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-TH seriyalı, 725255 №-li,xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 xx.xx.2018-ci il tarixdə Rusiya Nijni X10 Novqorod şəhərində doğulmuşdur. Bu barədə 2018-ci ilin avqust ayının 08 günündə 1058 № ilə doğum haqqında akt qeydi tərtib edilmişdir.Doğum haqqında şəhadətnamənin ata qrafasında X15, ana qrafasında isə İddiaçı (Şəhliyar) qızı qeyd olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* №-li, xx.xx.2019-cu il tarixli qərarla 10 iyul 2018-ci il təvəllüdlü X12 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Cavabdeh 3-165/4-234/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş xx.xx.2019-cu il tarixli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, uşaq haqqında məlumatda uşağın soyadı Şahlarova, adı Banu, ata adı Vüsal, doğum tarixi xx.xx.2018-ci il, doğulduğu yer Azərbaycan, Sabirabad rayonu, Yolçubəyli kəndi qeyd olunmuşdur. Anası qrafasında isə xx.xx.1993-cü il təvəllüdlü İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 3-38-2/33-2108/24 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il təvəllüdlü X7 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında giriş-xx.xx.2019-cu il, çıxış xx.xx.2019-cu il, giriş xx.xx.2024-cü il qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 3-16-5/4-13-3769/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, B.Şahlarovanın xx.xx.2019-cu ildə Sabirabad rayonunun Yolçubəyli icra nümayəndəliyində tərtib olunmuş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının xx.xx.1989-cu il təvəllüdlü X15, anasının isə xx.xx.1993-cü il təvəllüdlü İddiaçı olduğu məlum olmuşdur.“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən B.Şahlarova haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dair başqa məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 3-38-2/33-2523/24 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il təvəllüdlü İddiaçı dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında giriş- xx.xx.2010-cu il, çıxış xx.xx.2016-cı il, giriş xx.xx.2019-cu il, çıxış xx.xx.2019-cu il, giriş xx.xx.2024-cü il qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-16-05/17-xx-xx-2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, X7 doğum tarixi 10 iyul 2018-ci il göstəriməklə xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Nijniy Novqorod vilayəti baş VVAQ idarəsinin N.Novqorod şəhər Sovetski rayonu VVAQ şöbəsi tərəfindən 1058 nömrə ilə doğum haqqında akt qeydi tərtib edilərək 111-TH seriyalı 725255 nömrəli doğum haqqında şəhadətnamə verilsə də, doğum təkrarən Sabirabad RİHB-nm Yolçubəyli KİN-də xx.xx.2019-cu ildə 0049 saylı doğum haqqında akt qeydi əsasında qeydə alınaraq X18ma AZ-İV seriyalı 267649 nömrəli doğum haqqında şəhadətnamə yazılaraq təhvil verilmişdir. Bu səbəbdən də xx.xx.2019-cu il tarixdə Sabirabad RİHB-nın Yolçubəyli Kənd İcra Nümayəndəliyi tərəfindən 0049 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsindən imtian edilir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Alə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (maddə 158.2). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, bir qayda olaraq, müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər (maddə 158.3) Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (159.2). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 160.1). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (maddə 160.2) Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir (maddə 161.1) Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər (maddə 161.2) Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır (161.3) Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür (maddə 161.4) Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir (maddə 163.1) Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür (maddə 163.3) Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir ( maddə 164.1) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.1-ci bəndində göstərilmişdir ki, Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər (2.2-ci bənd) Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarında Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydası aşağıdakı kimi qeyd olunmuşdur: Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir( 23-cü bənd) Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər ( 26-cı bənd). Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır (27-ci bənd) Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. (28-ci bənd). Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində .Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir (30-cu bənd) “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasəhn inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarında olan X19 baş VVAQ idarəsinin N.Novqorod şəhəri, Sovetski rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-TH 725255 №-li, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası, Nijni X10 Novqorod şəhərində doğulmuşdur, bu barədə 2018-ci ilin avqust ayının 08-ci günündə 1058 № ilə doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası qrafasında X15, anası qrafasında isə İddiaçı Şəhliyar qızı qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sabirabad rayon Yolçubəyli Kənd İcra Nümayəndəliyi tərəfindən azyaşlı X7 adına xx.xx.2019-cu il tarixdə doğum haqqında qeyd aparılarkən sonuncuya artıq Rusiya Federasiyasında doğum şəhadətnaməsi verildiyi nəzərə alınmamışdır. İddiaçının qızı X7 adına doğum qeydi Rusiya Federasiyasında aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda cavabdeh inzibati orqanın Yolçubəyli Kənd İcra Nümayəndəliyi) yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə olan halda həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. Belə ki, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMTnin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümumdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). İddiaçının uşağı Rusiya Federasiyasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda yenidən (təkrar) qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının uşağının doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində də göstərilir ki, hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir. Nəzərə alınmalıdır ki, həmin Qanunun preambulasına görə bu Qanun, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin.. əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 (X16) 10 iyul 2018-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində doğulmağına dair Sabirabad rayon Yolçubəyli kənd icra nümayəndəliyindəX14 (X16) barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli 49 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6 (X16) 10 iyul 2018-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində doğulmağına dair Sabirabad rayon Yolçubəyli kənd icra nümayəndəliyində X14 (X16) barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli 49 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3664/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3664/2024
23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver