Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3669/2024 29.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N oktyabr N992-ci il tarixindən N sentyabr N993-cü il tarixinə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi nəzərə alınmaqla ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili XN ərizəsinə əsasən cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, döyüş zonasında olan N saylı hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N saylı əmrinə əsasən hərbi hissəyə qəbul olunmuş, Qarabağ müharibəsində iştirak etmək üçün hərbi xidmətə başlamışdır. Həmin tarixdən başlayaraq Qarabağ uğrunda gedən bir çox döyüşlərdə iştirak etmiş və bu döyüşlərin birində, N3 iyul N993-cü il tarixdə yaralanmış və qapalı kəllə-beyin travması, beyin silkələnməsi xəsarəti almışdır. Bundan başqa sol 7-8-ci qabırğalarında sınıqlar və döş qəfəsində qapalı travma olduğu üçün göndəriş əsasında müalicə olunmaq üçün Ağcabədi rayon Mərkəzi Xəstəxanasına göndərilib orada müalicə olunmuşdur. N saylı Hərbi Hissə komandirinin N sentyabr N993-cü il tarixli 25 saylı əmrinə əsasən hospitala müalicə olunmaq üçün göndərilərək təminatlardan çıxarılmışdır. Hərbi Həkim Komissiyasının 07 dekabr 20N9-cu il tarixli 960 saylı qərarı ilə təsdiq olunur ki, aldığı travma “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. Lakin N saylı hərbi hissədən azad edilməyi barədə heç bir qeydiyyat aparılmayıb. Bildirir ki, o, xəstəxanada müalicə olduqdan sonra da uzun müddət ev şəraitində də müalicə olunmuş, bu müddət ərzində də hərbi hissədən ümumiyyətlə onunla maraqlanmadılar və sonralar isə hərbi hissənin başqa yerə köçürüldüyünü öyrənmişdir. Bildirir ki, barəsində hərbi hissəni özbaşına tərk etməyi və ya sair formada cinayət əməli törətməyi barədə heç bir araşdırma aparılmayıb, barəsində hər hansı təqsirləndirici material və ya cinayət işi olmamışdır. Qeyd etdiyi faktlar müvafiq arayış və sənədlərlə (hərbi hissə komandirlərinin əmrləri, müdafiə Nazirliyi Mərkəzi hərbi Həkim Komissiyasının qərarı, Mərkəzi Arxiv İdarəsinin arayışı, Qarabağ Hərbi Prokurorluğunun məktubu və digər sənədlər) tam təsdiq olunur. Beləliklə də o, cavabdeh təşkilata müraciət edərək onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi nəzərə alınmaqla ona müvafiq veteran adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin N il ərzində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib çoxsaylı travmalar almağına baxmayaraq cavabdeh təşkilat ona N5 aprel 2024-cü il tarixli imtina məktubu ilə cavab verərək bildirmişdir ki, qanuni əsaslarla ehtiyata buraxılmanız barədə məlumat olmadığına görə sizə «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdeh təşkilat qeyd edilən vəziyyəti bilə-bilə ona əsassız şəkildə imtina etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya’’nın ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətini təmin etməməsi onun qanunvericilikdə müəyyən olunmuş hüquqlarını məhdudlaşdırır və konstitusion hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərar ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994- cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət: (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərb biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ye arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olar veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranə” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 828 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissədən göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N nömrəli əmrilə hərbi hissəyə qəbul edilmiş, hərbi hissəni icazəsiz tərk etdiyinə görə İddiaçı N nömrəli hərbi hissə komandirinin 3N yanvar N993-cü il tarixli NN2 nömrəli əmrilə batalyonun ərzaq və pul təminatı siyahısından çıxarılmış, N ay müddətində hərbi hissəni özbaşına tərk etdiyinə görə Ağcabədi RHK- nın çağırışçısı İddiaçı N6N nömrəli hərbi hissə komandirinin N6 noyabr N993-cü il tarixli 50 nömrəli əmrilə ştatdan kənar edilmiş, həmçinin hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azəraycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Həmçinin arxiv arayışdan görünür ki, N6N nömrəli hərbi hissə komandirinin mart-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Beləliklə, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, döyüş əməliyyatları aparılan dövrdə N aydan atıq hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissənin siyahısından, bütün növ təminantlardan çıxarılmış və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə N nömrəli hərbi hissənin tərkibində xidməti barədə tam məlumat olmadığı və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığı əsas gətirilərək müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM- N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPM-in N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan, Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, göstərilənləri nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü: İlk öncə məhkəmə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Əsaslandırma hissəsi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N969-cu il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuş, Ağcabədi rayonunun Kəbirli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 2/2-4N42 nömrəli məktubunda qeyd edilmişdir ki, ‘‘Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunan sənədlərə, Mərkəzi Arxivin arayışına əsasən döyüş əməliyyatlarının aparıldığı dövrdə N6N nömrəli hərbi hissənin tərkibində N (bir) aydan artıq hərbi hissəni özbaşına tərk etdiyiniz üçün hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 50 nömrəli əmri ilə ştatdan kənar çıxarıldığınıza və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şəbəsinin iddiaçıya ünvanladığı xx.xx.20N9-cu il tarixli, 740 nömrəli məktubundan görünür ki, 83N və N saylı hərbi hissədə xidmət edən hərbi qulluqçuların barələrində cinayət xaralterli materialların olub olmaması Qarabağ Hərbi Prokurorluğu tərəfindən araşdırılır. Sizin barənizdə HZ-5726235 saylı hərbi biletdə olan qeydlərə əsasən Qarabağ Hərbi Prokurorluğuna barənizdə hər hansı araşdırma materialının və ya cinayət işinin olub olmaması barədə sorğu göndərildi. Sorğunun nəticəsi barədə müəyən müddətdən sonra SHXÇDX-in Ağcabədi rayon şöbəsi ilə əlaqə saxlamağınızı xahiş edirəm. Qarabağ Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli, N6/2300 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X7 barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmur və material araşdırılmır. Cavabdeh2 Mərkəzi Hərbi Həkim Komissiyasinın xx.xx.20N9-cu il tarixli, 960 nömrəli qərarında qeyd edilmişdir ki, Ağcabədi RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğunun xx.xx.20N9-cu il tarixli N6/2300 nömrəli məktubunda barəsində təqsirləndirici material və ya cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N993-cü ildə aldığı və xx.xx.N993-cü ildən xx.xx.N993- cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə beyin travması, beyin silkələnməsi. Döş qəfəsinin qapalı travması, sol Vİİ- Vİİİ qabırğaların sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli 432 nömrəli göndərişi, xx.xx.20N9-cu il tarixli 432 nömrəli arayışı, Ağcabədi rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli çıxarış epikrizi, Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkiminin xx.xx.20N9-cu il tarixli 544 nömrəli məktubu, xəstələrin qeydiyyatı kitabından çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 828 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli 2/2-N505 №-li sorğunuza cavab olaraq bildiririk N №-li hərbi hissədən göndərilmiş İddiaçı 83N №-li hərbi his komandirinin N oktyabr N992-ci il tarixli 52 №-li əmrilə (əsas: səh 6, sıra NN, əmrdə hə rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissəyə qəbul edilmişdir. Hərbi hissəni icazəsiz olaraq tərk etdiyi üçün İddiaçı 83N №li hərbi hissə komandirinin 3N yanvar N993-cü il tarixli NN2 №-li əmrilə (əsas: § 5, səh 35, sıra N7 əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) batalyonun ərzaq və pul təminatı siyahısından çıxarılmışdır. N №-li hərbi hissədən göndərilmiş, sıravi X8 N6N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli N №-li əmrilə (əsas: § 4, səh 29, sıra 559, əmr adı Qabil yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək sürücü-elektrik vəzifəsinə təyin olunmuşdur. N6N №-li hərbi hissə komandirinin N sentyabr N993-cü il tarixli 25 №-li əmrilə sürürcü-elektrik, sıravi İddiaçı (əsas: § N, səh 66, sıra 22) hospitala müalicəyə göndərilərək qazan təminatından çıxarılmışdır. N (bir) aydan artıq hərbi hissəni özbaşına tərk etdiyinə görə Ağcabədi RHK çağırışçısı, N969-cu il təvəllüdlü, sürücü-elektrik, sıravi İddiaçı N6N №-li hərbi hissə komandirinin N6 noyabr N993-cü il tarixli 50 №-li əmrilə (əsas: § 5, səh N9, sıra N2) ştatdan kənar çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Ağcabədi RHK-nın çağırışçısı İddiaçı Baş Qərargah Rəisinin xx.xx.N994-cü il tarixli müvafiq Direktivinə əsasən N6N nömrəli hərbi hissə komandirinin N0 fevral N994-cü il tarixli NN0 №-li əmrilə (əsas: § N6, səh 7 sıra 82, əmrdə adı Qabil yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Qeyd edirik ki, N6N №-li hərbi hissə komandirinin mart-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. xx.xx.N987-ci il tarixli, H3 №5726235 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N987-ci il tarixdə hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin komandirinin xx.xx.N992 ci il tarixli, N nömrəli, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il (rəqəmlərdə düzəliş edilmişdir) N nömrəli, xx.xx.N993-cü il tarixli, 25 nömrəli və xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmrləri ilə hərbi hissədən buraxılmışdır. Əsas: arxiv arayışı xx.xx.20NN, N0/2-N892. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 2/2-N9N6 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədləriniz Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın icraatına qəbul edilmişdir. Müvafiq sorğulara cavablar alındıqdan sonra məsələyə baxılaraq müvafiq qərar qəbul olunacaqdır. Bu haqda Sizə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, N77N nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissədən göndərilmiş X9 83N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 52 №-li əmrilə (əsas: səh.-6, sıra-NN; qeyd: əmrdə soyadı “Axmedov”, atasının adı “Aliş” yazılmış, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissəyə qəbul edilmişdir. Hərbi hissəni icazəsiz olaraq tərk etdiyi üçün İddiaçı 83N №-li hərbi hissə komandirinin 3N yanvar N993-cü il tarixli NN2 №-li əmrilə (əsas: §5, səh.-35, sıra-N74; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) batalyonun ərzaq və pul təminatı siyahısından çıxarılmışdır. N №-li hərbi hissədən göndərilmiş, sıravi X8 N6N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli N №-li əmrilə (əsas: §4, səh.-29, sıra-559; qeyd: əmrdə adı “Qabil” yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sürücü-elektrik” vəzifəsinə təyin olunmuşdur. N6N Nq-İİ hərbi hissə komandirinin N sentyabr N993-cü il tarixli 25 №-li əmrilə sürücü-elektrik, sıravi İddiaçı (əsas: §N, səh.-66, sıra-22) hospitala müalicəyə göndərilərək qazan təminatından çıxarılmışdır. N (bir) aydan artıq hərbi hissəni özbaşına tərk etdiyinə görə Ağcabədi RHK-nın çağırışçısı, N969-cu il təvəllüdlü, sürücüelektrik, sıravi İddiaçı N6N №-li hərbi hissə komandirinin N6 noyabr N993-cü il tarixli 50 №-li əmrilə (əsas: §5, səh.-N9, sıra-N2N) ştatdan kənar çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Ağcabədi RHK-nın çağırışçısı X8 Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 02 №-li Direktivinə əsasən N6N №-li hərbi hissə komandirinin N0 fevral N994-cü il tarixli NN0 №-li əmrilə (əsas: §N6, səh.-76, sıra-82; qeyd: əmrdə adı “Qabil” yazılmış, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Qeyd edirik ki, N6N №-li hərbi hissə komandirinin mart-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə əlavə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şəbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 343- 4/2-686/24 nömrəli məktubundan görünür ki, Ağcabədi rayon Kəbirli kənd sakini istefada olan əsgər xx.xx.N969-cu il təvəllüdlü İddiaçı N987-N989-cu il tarixlərdə keçmiş sovet ordusunda, xx.xx.N992-ci il tarixdə N nömrəli hərbi hissədə, xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi N6N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. xx.xx.N993cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi QKBT-sı döş qəfəsinin qapalı travması.sol Vİİ-Vİİİ qabırğaların sınığı diaqnozu ilə Ağcabədi rayon MX-da müalicə olunmuşdur. Qarabağ QHP-nun xx.xx.20N9-cu il tarixli N6/2300 nömrəli məktubunda barəsində cinayət işi olmadığı bildirilir. Müdafiə Nazirliyi tərəfindən xx.xx.20N9-cu il tarixli 960 nömrəli qərarı verilimişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 2N68 nömrəli məktubunda qeyd edilmişdir ki, 83N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 52 №-li əmrində (əsas: səh-6, sıra-NN, əmrdə soyadı “Axmedov”, atasının adı “Aliş” yazılmış, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissədən göndərilmiş, batalyonun ştat vahidlərinə bölünməsi üçün hissəyə qəbul edilmiş əsgərlərin siyahısında X4 adı qeyd olunmuşdur. 83N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN2 №-li əmrində (əsas: §-5, səh-35, sıra-N74, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissəni icazəsiz olarr-; tərk etdiklərinə görə, hərbi hissənin ərzaq təminatı siyahısından çıxarılmış və pul təminatları dayandırılmış əsgərlərin siyahısında, 4-cü bölüyün hərbi qulluqçusu İddiaçı adı qeyd edilmişdir. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 83N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N6N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrində (əsas: §-4 səh-29, sıra-559, əmrdə adı “Qabil” yazılmışdır) N №-li hərbi hissədən göndərilmiş, hərb hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış hərbi qulluqçularır siyahısında, N-ci Dağ-Piyada taborunun rabitə tağımında sürücü-elektrik vəzifəsində, sırav X5 adı qeyd olunmuşdur. N6N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 25 №-li əmrində (əsas: §-N, səh-66, sıra-22, əmrdə ata adı “Eliş” yazılmışdır) qazan təminatından çıxarılaraq hospitala müalicə üçün göndərilmiş və müalicədə hesab edilmiş hərbi qulluqçuların siyahısında N-ci Dağ-Piyada taborunun rabitə tağımında sürücü-elektrik vəzifəsində xidmət edən, sıravi İddiaçı Eliş oğlunun adı qeyd edilmişdir. N6N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 50 №-li əmrində (əsas: §-5, səh-N9, sıra-N2N) aydan artıq hərbi hissəni özbaşına tərk etdiklərinə görə, ştatdan kənar çıxarılmış hərbi qulluqçuların siyahısında, Ağcabədi RHKnın çağırışçısı, N969-cu il təvəllüdlü, N-ci Dağ-Piyada taborunun rabitə tağımının sürücüelektriki, sıravi İddiaçı adı qeyd olunmuşdur. N6N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN0 №-li əmrində (əsas: §-N6, səh-76, sıra-82, əmrdə adı “Qabil” yazılmış, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 02 №-li Direktivinə əsasən, xx.xx.N994cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilən hərbi qulluqçuların siyahısında, Ağcabədi RHK-nın çağırışçısı X5 adı qeyd olunmuşdur. Qeyd edirik ki, N6N №-li hərbi hissə komandirinin mart-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N993-cü il tarixli şəxsi heyət üzrə əmrlərində və xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il N sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 göstərilən məsələyə münasibətdə bildirmişdir ki, iddiaçı yaralanaraq travma aldığı üçün sonradan hərbi hissəyə gəlməmiş, hərbi hissə məhv olmuşdur və bu səbəblərdən də o, qanuni şəkildə tərxis oluna bilməmişdir. Həmçinin iş materiallarında olan əmrlərdən müəyyən edilir ki, iddiaçı hərbi hissəni dəfələrlə özbaşına tərk etmiş və Hərbi hissəni özbaşına tərk etdiyi üçün Ağcabədi RHKnın çağırışçısı X8 Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 02 №-li Direktivinə əsasən N6N №-li hərbi hissə komandirinin N0 fevral N994-cü il tarixli NN0 №-li əmrilə (əsas: §N6, səh.-76, sıra-82; qeyd: əmrdə adı “Qabil” yazılmış, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N oktyabr N992-ci il tarixindən N sentyabr N993-cü il tarixinə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi nəzərə alınmaqla ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.N-ci, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-3669/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3669/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver