Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3669/2025 03.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-P-139481/2023 saylı, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-P- 34882/2024 saylı və xx.xx.2025-ci il tarixli, 3-17-1/1-P-56315/2025 saylı qərarları (xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün qəbul edilməməsinə aid hissədə) ləğv edilməsi və xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək “Füzuli rayon Sovxoz fəhlə korperativi”-ndə Yuxarı Əbdülrəhmanlı kəndində mağaza müdiri vəzifəsində işlədiyi dövrlər nəzərə alınaraq İddiaçı təyin edilmiş avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “03 dekabr 2024-cü il tarixli 03-17-1/2-P-297162/2024 saylı cavabının la qanunsuz sayılması və mənə xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrdə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kənd mağazasına müdir vəzifəsində işləməyim faktı nəzərə alınaraq təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “hüququnun yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-P-139481/2023 saylı, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-P-34882/2024 saylı və xx.xx.2025-ci il tarixli, 3-17-1/1-P- 56315/2025 saylı qərarları (xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün qəbul edilməməsinə aid hissədə) ləğv edilsin və xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək “Füzuli rayon Sovxoz fəhlə korperativi”-ndə Yuxarı Əbdülrəhmanlı kəndində mağaza müdiri vəzifəsində işlədiyi dövrlər nəzərə alınaraq İddiaçı təyin edilmiş avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il tarixdə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinə daxil olmuş, 1982-ci ildə həmin İnstitutun əmtəəşünaslıq fakültəsini bitirərək ali təhsil almış, xx.xx.1975-ci il tarixində Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndindəki Lenin adına kolxoza fəhlə kimi işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixində Sovet Ordusu sıralarında hərbi xidmətə çağırıldığı üçün həmin vəzifədən azad olunmuş, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1980-ci il tarixində Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kənd mağazasına müdir vəzifəsinə təyin edilmişə, xx.xx.1993-cü il tarixində öz ərizəsi ilə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1993-cü il tarixində Füzuli rayonundakı 87 saylı X5 vəzifəsinə qəbul olunmuş, xx.xx.1998-ci il tarixində öz ərizəsi ilə həmin vəzifədən azad olunmuş, xx.xx.1998-ci il tarixində həmin müəssisənin istehsalat və mexaniki şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, xx.xx.2004-cü il tarixində struktur dəyişikliyi ilə əlaqədar aparıcı-iqtisadçı mühəndis vəzifəsinə təyin olunmuş, xx.xx.2005-ci il tarixində həmin vəzifə ləğv olunduğu üçün iqtisadçı vəzifəsinə təyin olunmuşdur. Hazırda pensiya yaşı çatmış və ona pensiya təyin edilmişdir. Lakin pensiya təyin edilərkən Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kənd mağazasının müdiri vəzifəsində işlədiyi dövr nəzərə alınmamışdır, həmin səbəbdən pensiya məbləği az hesablanmışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmiş, müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Səxavət Bədəlov tərəfindən imzalanmış 03 dekabr 2024-cü il tarixli 03-17-1/2-P-297162/2024 saylı cavabla bildirilmişdir ki, xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydi SSRİ möhürü ilə təsdiq edildiyi üçün) sözügedən dövr sığorta stajına daxil edilməmişdir. xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kənd mağazasına müdir vəzifəsində işləməyim faktını təsdiq edən sənədləri əldə etmək üçün Füzuli rayon Arxivinə müraciət etdim, Arxivin sənədləri işğal zonasında qaldığı üçün hər hansı sənədin əldə edilməsi mümkün olmamışdır. Bu barədə mağazanın tabe olduğu “Azərittifaq”ın İdarə Heyətinə müraciət etmiş, “Azərittifaq”ın Füzuli rayon istehsalat-lstehlak Cəmiyyətləri İttifaqının 25 fevral 2025-ci il tarixli 26 saylı arayışı ilə mənim, həqiqətən də, əmək kitabçamda göstərildiyi kimi, xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (işğal dövrünədək) Füzuli rayonu Sovxoz-Fəhlə Kooperativində işləməyim təsdiq olunur. Əmək kitabçasındakı qeydlər və arayışlarla onun xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kənd mağazasına müdir vəzifəsində işləməyi faktının təsdiq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin təsdiqedici sübutları nəzərə almayaraq ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə müraciəti əsassız olaraq təmin etməmişdir. Qeyd edilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Qanunun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 401,66 manat olmaqla davam etdirilir. iddiaçının təqdim etdiyi l~E 134349 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, A3E ******* nömrəli əmək ktabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 15 il 11 ay 29 gün təşkil edir. İddiaçının faktiki sığorta stajı 15 il 11 ay 29 gün təşkil etsə də, Qanunun 22-1.1-ci maddəsinin tələtlərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006- cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyn edilərkən faktiki sığorta stajı nəzərə alınır. Bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı (Qanunun 22- 1.1-ci maddəsinə əsasən), xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 21621,39 manat (2022-ci il tarixinə indeksləşdirilmiş pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (401,66 manat) dəyişiklik olmamışdır. İddiaçı 2006-cı il tarixinədək 25 il avtomat sığorta stajına əsasən fərdi şə<si hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 25x306= 7650 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2022-ci il tarixində indeksləşdirilmiş məbləği 20328,03 manat təşkil etmişdir. Mərkəzləşdrilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-ci il tarixindən xx.xx.2022ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 21.618,72 manat müəyyən edilmişdir. İddiaçı Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işdənçıxma qeydi SSRİ möhürü ilə təsdiqlənib) sözügedən dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası “Azərittifaq” Füzuli rayon İstehsal İstehlak Cəmiyyətləri ittifaqının xx.xx.2025-ci il tarixli 26 nömrəli arayışında xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövr üzrə işə daxil olma və azad olma əmrləri qeyd edilməmişdir. Həmçinin qeyd edilən əmək fəaliyyəti dövrü işğal zonasında olduğundan həmin dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sığorta stajına daxil edilə bilər. İddiaçı “xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövr üzrə iş stajının nəzərə alınmaqla yaşa görə yaşa əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan xx.xx.1982-cı il tarixli, 028744 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1982-cı ildə orada əmtəəşunaslıq və ərzaq malları ticarətinin təşkili ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan xx.xx.1982-cı il tarixli, ГЕ 134349 nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 38 nömrəli Yol İstismarı MMC-də fəhlə vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikası “Azərittifaq” Füzuli rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının xx.xx.2025-ci il tarixli, 26 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqətən əmək kitabında göstərildiyi kimi 05 yanvar 1980-ci ildən 12 avqust 1993-ci ilə qədər Füzuli rayon Sovxoz-Fəhlə kooperativində işləmişdir. İşdə olan AA seriyalı 514681 nömrəli məcburi köçkün vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən məcburi köçkün statusu verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/1-P-72022/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı (Qanunun 22-1.1-ci maddəsinə əsasən), 01.01,2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 21621,39 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yaşa görə əmək pensiyanızın məbləği yenidən hesablanmış və pensiyanızın məbləğində (401,66 manat) dəyişiklik olmamışdır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 15 il 11 ay 29 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydi SSRİ möhürü ilə təsdiqlənib) sözügedən dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Təqdim etdiyi Azərbaycan Respublikası “Azərittifaq” Füzuli rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının xx.xx.2025-ci il tarixli 26 nömrəli arayışında xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü ii tarixinədək olan dövr üzrə işə daxil olma və azad olma əmrləri qeyd edilməmişdir. Həmçinin qeyd edilən əmək fəaliyyəti dövrünüz işğal zonasında olduğundan həmin dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sığorta stajınıza daxil edilə bilər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-128304/2025 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi ГЕ 134349 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, АЗЕ ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 15 il 11 ay 29 gün təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydi SSRİ möhürü ilə təsdiqləndiyi üçün) sığorta stajına əlavə edilməmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası “Azərittifaq” Füzuli rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının xx.xx.2025-ci il tarixli 26 nömrəli arayışında xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövr üzrə işə daxil olma və azad olma əmrləri qeyd edilməmişdir. Məlumat üçün bildiririk ki, V.Əhmədovun 2006-cı il tarixinədək 25 il avtomat sığorta stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 25x306= 7650 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2022-ci il tarixində indeksləşdirilmiş məbləği 20328,06 manat təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən V.Əhmədovun xx.xx.2006-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 21.618,72 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Azərittifaq” Füzuli rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 34 nömrəli məktubundan görünür ki, Füzuli rayonu 1993-cü il avqust ayında işğal olmuş İddiaçı işlədiyi “Füzuli rayon X3”də həmin tarixdən işğala məruz qalmış və oradan bir dənədə olsun sənəd çıxartmaq olmamışdır. Sonradan bu müəssisələrin hamısını Füzuli rayon istehsal istehlak cəmiyyətinə birləşdiriblər. Ona görə də Piriyev onların baş idarəyə, yəni “Azerittifaq”a məktubla müraciət edərək onun o vaxt vəzifəzifədə işləməyini təsdiq etmişdirlər. Bundan başqa onun nə əmrini nə də əmək haqqı barədə heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-246882/2025 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 221.2.1 -ci maddəsinə əsasən İddiaçı pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi ГЕ 134349 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, АЗЕ ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 15 il 11 ay 29 gün təşkil edir. İddiaçı pensiya işinə daxil olan sənədlərdə 1975-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstutununda təhsil alması ilə bağlı sənəd aşkar edilməmişdir. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə pensiyası yenidən hesablanaraq xx.xx.2025-ci il tarixindən 449,45 manat müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, X1 əlilliyə görə pensiya təyin edilən zaman əmək kitabçasında qeyd edilmiş dövrlər sosial sığorta stajı kimi nəzərə alınmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 1 halı əsas götürmüşdür: - xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsasına münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2023-cü il tarixdən 30 iyun 2024-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus АЗЕ ******* nömrəli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyətində olmuşdur. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)- 594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işdənçıxma qeydi SSRİ möhürü ilə təsdiqlənib) sözügedən dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası “Azərittifaq” Füzuli rayon İstehsal İstehlak Cəmiyyətləri ittifaqının xx.xx.2025-ci il tarixli 26 nömrəli arayışında İddiaçı həqiqətən əmək kitabında göstərildiyi kimi 05 yanvar 1980-ci ildən 12 avqust 1993-cii ilə qədər Füzuli rayon Sovxoz-Fəhlə kooperativində işlədiyi müəyyən edilir. Azərbaycan Respublikası “Azərittifaq” Füzuli rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 34 nömrəli məktubundan görünür ki, Füzuli rayonu 1993-cü il avqust ayında işğal olmuş X4 işlədiyi “Füzuli rayon X3”də həmin tarixdən işğala məruz qalmış və oradan bir dənədə olsun sənəd çıxartmaq olmamışdır. Sonradan bu müəssisələrin hamısını Füzuli rayon istehsal istehlak cəmiyyətinə birləşdiriblər. Ona görə də Piriyev onların baş idarəyə, yəni “Azerittifaq”a məktubla müraciət edərək onun o vaxt vəzifəzifədə işləməyini təsdiq etmişdirlər. Bundan başqa onun nə əmrini nə də əmək haqqı barədə heç bir məlumat yoxdur. Həmçinin Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Əsas hal həmin dövrdə müəssisənin işlək, aktiv müəssisə olmasıdır ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən müəssisənin qeyd edilən dövrdə fəaliyyətdə olan müəssisə olması şübhə doğurmamışdır. Eləcə də, X2 məhkəmə iclasında şahid qismində iştirak edərək İddiaçı ilə qeyd edilən dövrdə bir yerdə işlədiyini, sonuncunun onun müdiri vəzifəsində çalışdığını qeyd edərək işlədiyi dövrü təsdiq edən əmək kitabçasını təqdim etmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 246882/2025 nömrəli məktubuna əsasən X1 əlilliyə görə pensiya təyin edilən zaman əmək kitabçasında qeyd edilmiş dövrlərin sosial sığorta stajı kimi nəzərə alındığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, müəssisənin səlahiyyətli şəxsləri tərəfindən əmək kitabçasının doldurulma qaydasının pozulması, möhürün oxunaqlı olmaması və ya sənədlərin arxivə təhvil verilməməsi iddiaçının səhvi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də müəssisədə işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövr üzrə işlədiyi illəri onun sığorta stajına daxil edir. İddiaçı məxsus mübahisəsiz və mübahisəli staj dövrünü cəmlədikdə hüququ yarandığı tarixdə 25 ildən çox stajının olduğu müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-P-139481/2023 saylı, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-P-34882/2024 saylı və xx.xx.2025-ci il tarixli, 3-17-1/1-P-56315/2025 saylı qərarları (xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün qəbul edilməməsinə aid hissədə) ləğv edilməsini tələb etməkdə haqlıdır. Cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, inzibati icraatı düzgün aparmadan qərarlar qəbul edərək qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-P-139481/2023 saylı, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-P- 34882/2024 saylı və xx.xx.2025-ci il tarixli, 3-17-1/1-P-56315/2025 saylı qərarları (xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün qəbul edilməməsinə aid hissədə) ləğv edilməli və xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək “Füzuli rayon Sovxoz fəhlə korperativi”-ndə Yuxarı Əbdülrəhmanlı kəndində mağaza müdiri vəzifəsində işlədiyi dövrlər nəzərə alınaraq İddiaçı təyin edilmiş avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının yenidən hesablanmalı və 25 il stajı nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 3-17-1/1-P-139481/2023 saylı, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-P-34882/2024 saylı və xx.xx.2025-ci il tarixli, 3-17-1/1-P-56315/2025 saylı qərarları (xx.xx.1980-cı il tarixdən xx.xx.1993cü il tarixədək olan əmək fəaliyyəti dövrünün qəbul edilməməsinə aid hissədə) ləğv edilməsi və xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək “Füzuli rayon Sovxoz fəhlə korperativi”-ndə Yuxarı Əbdülrəhmanlı kəndində mağaza müdiri vəzifəsində işlədiyi dövrlər nəzərə alınaraq İddiaçı təyin edilmiş avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68- 69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-P-139481/2023 saylı, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-P-34882/2024 saylı və xx.xx.2025ci il tarixli, 3-17-1/1-P-56315/2025 saylı qərarları (xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün qəbul edilməməsinə aid hissədə) ləğv edilməsi və xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək “Füzuli rayon Sovxoz fəhlə korperativi”-ndə Yuxarı Əbdülrəhmanlı kəndində mağaza müdiri vəzifəsində işlədiyi dövrlər nəzərə alınaraq İddiaçı təyin edilmiş avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-3669/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3669/2025
03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver