Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-368/2020 08.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli, 35 nömrəli qərarı ilə X13, X14, X8 və X20 olmaqla 0.28 hektar torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qismən dəyişiklik edilərək X9 adının əlavə olunmaqla qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli, 35 nömrəli qərarı ilə X13, X14, X8 və X20 olmaqla 0.28 hektar torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qismən dəyişiklik edilərək X9 adının əlavə olunmaqla qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-368/2020 saylı qərardadı ilə, X13, X14, X8, X17, X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,mərhum atası X15 işlədiyi Komunizim Yolu kolxozunun idarə heyətini qərarı ilə yaşadığı keçmiş Puşkin rayonu,(indi Biləsuvar) Arxangilovka (indiki Bağbanlar) kəndi ərazisində ona 0,25 hektar həyətyanı torpaq sahəsi ayrılaraq verilmişdir.Torpaq İslahatı haqqında Qanunun 16 iyun 1996-cı il tarixdəqəbul edilmişdir. Həmin Qanuna əsasən Respublikada Aqrar İslahat aparılmışdır. Aparılan Aqrar islahat nəticəsində qəbul edilmiş Qanunun tələbinə əsasən vətəndaşların istifadəsinə verilmiş həyətyanı torpaq sahələri onların mülkiyyətinə verilmişdir.Sonradan həmin hüquqları təsdiq edən şəhadətnamələr vətəndaşlara təqdim edilmişdir.Qeyd etdiyi kimi mərhum atası X15 Komunizim Yolu kolxozunun idarə heyətini qərarı ilə yaşadığı keçmiş Puşkin rayonu, (indi Biləsuvar) Arxangilovka (indiki Bağbanlar) kəndi ərazisində ona 0,25 hektar həyətyanı torpaq sahəsi ayrılıraq verilmişdir.Atası 21 mart 1998-ci il tarixdə vəfat etmişdir.Lakin mərhum atasının istifadəsində verilmiş 0,25 hektar həyətyanı torpaq sahəsini mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adı qeyd olunmayıb.Amma kənd təsərüfatı təyinatlı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə ona düşən pay göstərilməklə adı qeyd olunmuşdur.Yəni Biləsuvar rayon X19 1997-ci il 27 dekabr tarixli 35 nömrəli qərarı ilə 4 nəfər ailə üzvləri başda atası X21 olmaqla, X13, X14, X8, 1,69 hektar torpaq sahəsi kənd təsərüfatı məhsulları istehsalı məqsədi ilə onların mülkiyyətinə verilmişdir və bu haqqda JN-0099 saylı Dövlət Aktı verilmişdir. Lakin Biləsuvar rayon X19 1997-ci il 24 dekabr tarixli 55 nömrəli qərarı 4 nəfər ailə üzvləri X13, X14, X8, X17 olmaqla 3,28 hektat torpaq sahəsi həyətyanı sahə kimi onların mülkiyyətinə verilmişvə bu haqqda JN-119 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.Bu sənədlərdən görünür ki, texniki səhvə yol veilmişdir.Nəticədə mərhum atasının həyətyanı torpaq sahəsində olan mülkiyyət hüquqları pozulmuşdur.Torpaq İslahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayışevlərinin, həyətyanıtorpaqsahələrinin fərdi,kollektiv və kooperativ bağların,dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunverciliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.Bu haqqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir.Həmin ərizə müraciətində qeyd oluran halları göstərməklə Biləsuvar rayon X22 1997-ci il 24 dekabr tarixli 35 nömrəli qərarı X13, X14, X8, X17 olmaqla 0,28 hektat torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə dəyişilik edilərək X9 adının əlavə olunmaqla qeyd edilməklə yeni hüquqverici sənədin verilməsini xahiş etmişdir. Ərizəsinə Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsi xx.xx.2019-cu il tarixli **********44 saylı məktubla cavab olaraq bildirdi ki, “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən mümkün deyil qeyd etməklə ərizəsində qeyd olunan xahişini icra etməkdən imtina edərək və bu məsələnin həlli üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Biləsuvar rayon X19 1997-ci i! 24 dekabr tarixli 35 nömrəli qərarı 4 nəfər ailə üzvləri X13, X14, X8, X17 olmaqla 0,28 hektat torpaq sahəsi həyətyanı sahə kimi onların mülkiyyətinə verilməsini təsdiq edən JN-119 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum atası X9 adının qeyd olunmasını istəmişdir.Yol verilmiş yalnışlıq onun vərəsə kimi hüquqlarını məhdulaşdırır.Beləki, qeyd etdiyi kimi anası X24 xx.xx.1991-ci ildə atası X21 xx.xx.1998-ci ildə və bacısı X13 xx.xx.2008-ci ildə vəfat etmişlər. Bunula əlaqədar vərəsəlik açılmasından ötəri Biləsuvar rayon notatiat kontoruna müraciət etmişdir.Mirasla bağlı sənədlər təqdim edildikdən sonra ona məlum olmuşdur ki, JN-119 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum atasının adı qeyd olunmayıb. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan JN 0099, kod 80800028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından, torpaq sahəsinin qaiməsindən və plan çizgidən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə 1.69 ha torpaq sahəsi X9, X3, X4, X2 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İşdə olan JN 119F, kod 80800028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən, torpaq sahəsinin qaiməsindən və plan çizgidən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə 0.28 ha torpaq sahəsi X3, X4, X2, X6 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 15 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 06 dekabr 2019-cu il tarixli, **********44 nömrəli məktubunda qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız 03 dekabr 2019-cu il tari. ərizənizə cavab olaraq bildiririk ki, Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən 1.69 L pay torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0099 nömrəli dövlət aktının və 0.28 na həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-119F nömrəli şəhadətnamənin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Məlumat üçün bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərini tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsim daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrini mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən 1.69 ha pay torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0099 nömrəli dövlət aktının və 0.28 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-119 F nömrəli şəhadətnamənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Göstərilən səbəblərə görə sözügedən torpaq sahələrinin dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 245 saylı məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2019-cu-il tarixli, 242 saylı ərizəniz əsasında Dövlət Arxivində mühafizə olunan mərhum atanız X10 işlədiyi Komunizim Yolu kolxozunun və yaşadığı Arxangilovka kənd sovetinin Arxiv sənədlərinə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, X1 Komunizim yolu kolxozu tərəfindən 1954-cü ildə ayrılmış həyətyani torpaq sahəsi barədə olan Komunizim yolu kolxozunun kolxoz idarə heyyətinin iclas protokolları və qaytanlanmış torpaq kitabı kolxoz tərəfindən Dövlət Arxivinə təhfil verilməmişdir. Yuxarıda göstərilən illərə aid sənədlər naməlum səbəbdən kolxoz dövründə itmişdir.X36 saxlanılan Arxangilovka Kənd sovetinin Arxiv sənədlərində yəni 1974-1975-1976-cı illərə aid təsərrüfat başına kitablarda araşdırma zamanı X9 təsərrüfat başçısı göstərilmiş və həmin kitabın torpaq qrafasında 0,25 hektar torpaq sahəsi qeyd olunub.Həmin kitablara yazılan torpaq qrafasındakı 0,25 hektar torpaq sahəsinin kolxoz tərəfindən X23 təqdim olunmuş arayış əsasında icra edilib. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 679 saylı arayışından görünür ki, Əliyev X5 rayonu, Zəhmətabad kəndində yaşayır. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 462 saylı arayışından görünür ki, mərhumə X7 qədər ev mərhum atası X9 adına olmuşdur. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İ 992314 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İ 992315 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İ 992313 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi N.Z.İbrahimovun xx.xx.2020-ci il tarixli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, məhkəməyə göndərdiyiniz X29 Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(086)- 2819/2019 saylı sərəncama cavab olaraq bildiririk ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 06 dekabr 2019-cu il tarixli, **********44 saylı imtina məktubu ilə rəsmi olaraq bildirilmişdir ki, Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən 1.69 ha pay torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0099 nömrəli dövlət aktının və 0.28 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-119F nömrəli şəhadətnamənin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir.Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən 1.69 ha pay torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0099 nömrəli dövlət aktının və 0.28 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-119F nömrəli şəhadətnamənin ləğv ediİməsi ilə bağlı məhkəməyə müraciət edilə bilər.Göstərilən səbəblərə görə sözü gedən torpaq sahələrinin dövlət qeydiyyatına alınması Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir.Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual acəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə göndərdiyi 21 yanvar 2020-ci il tarixli, **********76 nömrəli məktubuna əlavə olunmuş Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı və həmin komissiya tərəfindən 11 dekabr 2000-ci il tarixində təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, 0,27 ha həyətyanı torpaq sahəsi X3, X2, X4, X11 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-119F (kod ********) nömrəli şəhadətnaməBiləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı və həmin komissiya tərəfindən 11 dekabr 2000-ci il tarixində təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər şəhadətnamənin verilməsi üçün hüquqmüəyyənedici sənədlər hesab olunur. Həmin sənədlərdə (11 dekabr 2000-ci il tarixində təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəldə və adlı siyahıda) iddiaçının atası X9 adı qeyd edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbini o vaxt əsaslı və ya bunun əksi olaraq cavabdeh inzibati orqanın hərəkətləri o zaman qanunsuz hesab edə bilərdi ki, şəhadətnamənin tərtib edilməsinə əsas olan sənədlərdə X9 adı qeyd olunsun. Lakin yuxarıda sadalanan sübutlardan göründüyü kimi JN-119F (kod ********) nömrəli şəhadətnamənin tərtib edilməsinə əsas olan sənədlərdə mülkiyyətçilər sırasında X9 adı qeyd edilməmişdir. Başqa sözlə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-119F (kod ********) nömrəli şəhadətnamə ilkin hüquqmüəyyənedici sənədlərə uyğun düzgün və qanuni şəkildə tərtib edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qeydiyyat aparan orqan kimi cavabdeh inzibati orqan iddiaçının JN-119F (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə X9 adının əlavə edilməsi tələbi ilə bağlı ilkin müraciətindən imtina edərkən haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin şəhadətnamənin verilməsinə əsas olan Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı və həmin komissiya tərəfindən 11 dekabr 2000-ci il tarixində təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”ə uyğun düzgün tərtib edilmişdir (ən azından əksini sübut edən heç bir hal müəyyən olunmamışdır). Məhkəmə onu da qeyd edir ki, iddiaçı razılaşmadığı yerli aqrar islahat komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin, iddiaçı həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli, 35 nömrəli qərarı ilə X13, X14, X8 və X20 olmaqla 0.28 hektar torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qismən dəyişiklik edilərək X9 adının əlavə olunmaqla qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli, 35 nömrəli qərarı ilə X13, X14, X8 və X20 olmaqla 0.28 hektar torpaq sahəsinin həyətyanı sahə kimi mülkiyyətə verilməsini təsdiq edən JN-119 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qismən dəyişiklik edilərək X9 adının əlavə olunmaqla qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-368/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-368/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver