Məhkəmə qərarları › İş №2-1(120)-368/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-368/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-368/2023 16.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ərazi idarəsinə qarşı “Salyan rayonu Kürkəndi kəndində mülkiyyətində olan Maye qaz məntəqəsinin yerləşdiyi və JN-0077 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti”na əsasən mərhum X7 mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə dair hüquqların qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ərazi idarəsinə qarşı “Salyan rayonu, Kürkənd kəndində mülkiyyətində olan maye qaz məntəqəsinin yerləşdiyi və JN-0077 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Salyan rayon Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən X7 ölümü ilə əlaqədar İddiaçı onun prosessual hüquq varisi qismində tanınması və iddianın “Salyan rayonu Kürkəndi kəndində mülkiyyətində olan Maye qaz məntəqəsinin yerləşdiyi və JN-0077 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti”na əsasən mərhum X7 mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə dair hüquqların qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 100 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən Yanacaq doldurma məntəqəsi X7 mülkiyyətinə verilmişdir. Salyan Bələdiyyəsinin xx.xx.2005-cı il tarixli 115 saylı qərarına və 31 oktyabr 2005-ci il tarixli aiqı-satqı aktına əsasən 0,15 ha torpaq sahəsinin X7 mülkiyyətinə verilməsi qərara alınmışdır. Bu barədə JN-0077 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”da verilmişdir. Cavabdeh orqana Yanacaqdoldurma məntəqəsinin altında yerləşən və Dövlət Aktına əsasən X7 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etsə də, ünvanlanmış məktubda Maye qaz məntəqəsinin yerləşdiyi 0,1569 ha ölçüdə torpaq sahəsinin elektron uçot məlumatlarında dövlət mülkiyyətində göstərilməsi səbəbindən X7 hüquqları dövlət qeydiyyatına almaqdan imtina edilmişdir. İnzibati orqan kimi DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş imtina əsassızdır və mülkiyyətçi kimi X7 hüquqlarını kobud şəkildə pozmuşdur. İnzibati orqanın verdiyi imtina tamamilə əsassız və qanunsuzdur. Tam qanunauyğun şəkildə 2005-ci ildə Bəələdiyyə mülkiyyətində olan və Yanacaqdoldurma məntəqəsinin altında yerləşən 0,15 ha torpaq sahəsini alqı-satqı əsasında əldə etmiş və müvafiq dövlət aktı almışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ərazi idarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, iddiaçı X3 rayonu Kürkəndi kəndində mülkiyyətində ola maye-qaz məntəqəsinin yerləşdiyi və JN-007 saylı tarpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə dair çıxarışın verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. İddaçının müraciəti araşdırılan zamanı müəyyən edilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış, Salyan şəhəri Aşağı Kürkənd yaşayış massivində yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasına 275000 registr nömrəsi ilə Maye qaz məntəqəsinin yerləşdiyi torpaq sahəsi kimi 0,1569 ha ölçüdə daxil edilmiş və elektron uçot məlumatlarında Maye-qaz məntəqəsinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Yuxarıda göstərilən uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət olunmuşdur. Müraciətimizə cavab olaraq Mərkəzin xx.xx.2021 -ci il tarixli məktubunda deyilir ki, Dövlət əmlakının silinməsi ilə bağlı vətəndaş tərəfindən aiddiyyəti üzrə müraciət edildikdən sonra JN- 77 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinə əsasən elektron kadastr uçotu məlumat bazasında müvafiq düzəlişlərin aparılması mümkün olacaqdır. Sözügedən torpaq sahəsinə dair məlumatlarda düzəliş edildikdən sonra 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən iddaçının ərizəsinə uyğun olaraq “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış” sənədinin verilməsi istiqamətində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcəyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, onun vəkili və nümayəndəsi, üçüncü şəxs Salyan Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının, onun vəkili, nümayəndəsinin və üçüncü şəxs Salyan Bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək etiraza uyğun izahat verərək bildirmişdir ki, Salyan rayonu Kürkəndi kəndində mülkiyyətində olan Maye qaz məntəqəsinin yerləşdiyi və JN-0077 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti”na əsasən mərhum X7 mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə dair hüquqların qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın(çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Salyan rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Salyan rayonu, Kürkənd kəndində mülkiyyətində olan maye qaz məntəqəsinin yerləşdiyi və JN-0077 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasınl tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinin xx.xx.1999-cu il tarixli, 100 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən Yanacaqdoldurma məntəqəsi X7 mülkiyyətinə verilmişdir. İşdə olan Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər sakini X9, Bakı-Astara magistral yolunun Kürkənd kəndində gedən yolun cənubunda, bələdiyyə mülkiyyəti torpağında özünə məxsus maye-qaz yanacaqdoldurma məntəqəsi tikintisi altına 1500 kv.m ölçüdə torpaq sahəsinin onunmülkiyyətinə verilməsi barədə DT və XK-nin Salyan rayon şöbəsi və Salyan rayon baş memarı tərəfindən hazırlanmış sənədlər hazırlansın. Bakı şəhər sakini X9, Bakı-Astara magistral yolunun Kürkənd kəndində gedən yolun cənubunda, bələdiyyə mülkiyyəti torpağında özünə məxsus maye-qaz yanacaqdoldurma məntəqəsi tikintisi altına 1500 kv.m ölçüdə torpaq sahəsi satılsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı qərarına müvafiq olaraq X1 torpaq sahəsinin normativ barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin. Bakı şəhər sakini X9 tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini və Salyan bələdiyyəsinin bankındakı xüsusi hesabına ödəsin və ödəməsi barədə qəbzi Salyan bələdiyyəsinə təqdim etsinlər. DT və XK-nin Salyan rayon şöbəsindən xahiş edilsin ki, “Torpaqların alqı-satqı qaydaları”na əlavədə göstərilən nümunə əsasında “Torpaqların alqı-satqına dair” üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın. Satılacaq torpaq sahəsinin mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin. İşdə olan JN-0077 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Salyan rayon Salyan bələdiyyəsinin 29 sentyabr 2005-ci il tarixli, 115 nömrəli qərarı və 31 oktyabr 2005-ci il tarixli aiqı-satqı aktına əsasən 0,15 ha torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. İşdə olan Salyan bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 138 nömrəli arayışından görünür ki, X10 Salyan bələdiyyəsinin 09 sentyabr 2005-ci il tarixli 115 saylı qərarı ilə 31 oktyabr 2005-ci il tarixli torpaq alqı-satqı aktı ilə 0,15 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və xx.xx.2006-cı il tarixdə həmin bələdiyyə torpağına DT və XK aktı ilə JN-0077 kod ******* tarixli dövlət aktı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, **********09 nömrəli məktubundan görünür ki, JN-0077 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətinizə verilmiş 0.15 ha torpaq sahəsi elektron kadastr məlumat bazasında dövlət mülkiyyəti kimi qeyd olunduğu üçün məsələnin araşdırılması barədə müraciətinizə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi' Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Müraciətinizə əlavə edilmiş sənədlərdən göründüyü kimi keçmiş Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin xx.xx.1999-cu il tarixli 100 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Salyan rayonu Aşağ: Kürkəndi kəndində yerləşən maye-qaz yanacaqdoldurma məntəqəsi mülkiyyətinizə verilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, JN-0077 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 115 saylı Qərarı əsasında tərtib edilmişdir. Bildiririk ki, elektron kadastr məlumat bazasına əsasən Salyan rayonu Aşağı Kürkəndi kəndində yerləşən maye-qaz yanacaqdoldurma məntəqəsi dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinə müraciət etməyi tövsiyə olunur. İşdə olan xx.xx.2023-cü il tarixli, AZ-İİ 338126 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli, 175 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1971-ci il tarixli, ЖГ 274178 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X14, anası X11 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/2983 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077 KOD 80901004 nömrəli dövlət aktı əsasında X7 mülkiyyəllnə verilmiş 0.15 ha torpaq sahəsinin naturada faktiki vəziyyəti üzrə koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077, KOD 80901004 nömrəli dövlət aktına əsasən, X7 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsi 2005-ci ildə Salyan bələdiyyəsinin mülkiyyətində, hal-hazırda isə elektron baza məlumatlarına uyğun olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin arxivində saxlanılan DT XK-nin Salyan rayon şöbəsi tərəfindən verilmiş rəyə əsasən, Bakı şəhər sakini X9 Bakı- Astara magistral yolunun Kürkənd kəndinə gedən yolun cənubunda, bələdiyyə mülkiyyəti torpağında özünə məxsus maye-qaz yanacaqdoldurma məntəqəsi tikintisi altına satılan 1500 kv.metr torpaq sahəsi Salyan bələdiyyəsinin alqı-satqı predmetidir. Nəzərdə tutulan torpaq sahəsinin həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Qərardadın dördüncü sualı üzrə: xx.xx.1999-cu il tarixli, 6 nömrəli reyestr kitabında 100 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında X7 mülkiyyətində olan Maye qaz yanacaq doldurma məntəqəsi Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077, KOD 80901004 nömrəli dövlət aktı əsasında X7 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077, KOD 80901004 nömrəli dövlət aktı əsasında X7 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsi faktiki olaraq X7 övladı İddiaçı faktiki istifadəsindədir. Qərardadın altıncı sualı üzrə: Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077, KOD 80901004 nömrəli dövlət aktı əsasında X7 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin koordinatlarının Salyan rayon bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisinə uyğun olduğunu və faktiki olaraq iddiaçı tərəfindən istifadə edildiyini, o cümlədən vahid elektron kadastr məlumat bazasında digər torpaq sahələri ilə üst-üstə düşmə barəsində məlumat olmadığını nəzərə alaraq, həmin torpaq sahəsinin digər fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X8 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X8 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X16rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X17rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində torpaq sahəsi bələdiyyə torpağı kimi qeyd olunsada ərazi idarəsinin elektron məlumat bazasında həmin torpaq sahəsinin dövlət torpaq sahəsi kimi göstərilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2983 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert qarşısında qoyulmuş suallar belə cavablandırılmışdır:

1. Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077 KOD 80901004 nömrəli dövlət aktı əsasında X7 mülkiyyəllnə verilmiş 0.15 ha torpaq sahəsinin naturada faktiki vəziyyəti üzrə koordinatları müəyyən edilmişdir.

2. Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077, KOD 80901004 nömrəli dövlət aktına əsasən, X7 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsi 2005-ci ildə Salyan bələdiyyəsinin mülkiyyətində, hal-hazıda isə elektron baza məlumatlarına uyğun olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin arxivində saxlanılan DT XK-nin Salyan rayon şöbəsi tərəfindən verilmiş rəyə əsasən, Bakı şəhər sakini X9 Bakı-Astara magistral yolunun Kürkənd kəndinə gedən yolun cənubunda, bələdiyyə mülkiyyəti torpağında özünə məxsus maye-qaz yanacaqdoldurma məntəqəsi tikintisi altına satılan 1500 kv.metr torpaq sahəsi Salyan bələdiyyəsinin alqısatqı predmetidir. Nəzərdə tutulan torpaq sahəsinin həmin məqsəd üçün satılması qanunamüvafiqdir.

4. xx.xx.1999-cu il tarixli, 6 nömrəli reyestr kitabında 100 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında X7 mülkiyyətində olan Maye qaz yanacaq doldurma məntəqəsi Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN- 0077, KOD 80901004 nömrəli dövlət aktı əsasında X7 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

5. Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077, KOD 80901004 nömrəli dövlət aktı əsasında X7 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsi faktiki olaraq X7 övladı İddiaçı faktiki istifadəsindədir.

6. rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077, KOD 80901004 nömrəli dövlət aktı əsasında X7 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin koordinatlarının Salyan rayon bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisinə uyğun olduğunu və faktiki olaraq iddiaçı tərəfindən istifadə edildiyini, o cümlədən vahid elektron kadastr məlumat bazasında digər torpaq sahələri ilə üst-üstə düşmə barəsində məlumat olmadığını nəzərə alaraq, həmin torpaq sahəsinin digər fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Salyan rayonu Salyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı X9 torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ərazi idarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Salyan rayonu Kürkəndi kəndində mülkiyyətində olan Maye qaz məntəqəsinin yerləşdiyi və JN-0077 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti”na əsasən mərhum X7 mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə dair hüquqların qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ərazi idarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Salyan rayonu Kürkəndi kəndində mülkiyyətində olan Maye qaz məntəqəsinin yerləşdiyi və JN-0077 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti”na əsasən mərhum X7 mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə dair hüquqların qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar