Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-369/2020 18.08.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı X9, Üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı “X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabədi şəhərində yerləşən 2.7606 ha torpaq sahəsi (seriya MH 0004695, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 6.18 ha torpaq sahəsi (seriya MH 0004696, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.8542 ha torpaq sahəsi (seriya MH 0004693, qeydiyyat nömrəsi **********7), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4.4966 ha torpaq sahəsi (seriya MA 03690708, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 3.42 ha torpaq sahəsi (seriya RX 0361593, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 2.84 ha torpaq sahəsi (seriya MA 03690656, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.36919 ha torpaq sahəsi (seriya RX 0361614, qeydiyyat nömrəsi **********), ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (seriya MA 0070717, qeydiyyat nömrəsi **********) və X9, X4, X6, X11, X7 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən 2.75 ha torpaq sahəsi (seriya RX 0376248, qeydiyyat nömrəsi **********) ilə bağlı ipoteka hüququna xitam verilməsinə dair dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X9 cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ipoteka ilə yüklü edilmiş evin və torpaqların ipotekadan azad edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-369/2020 nömrəli qərardadı ilə iddiaçı X9 cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ipoteka ilə yüklü edilmiş evin və torpaqların ipotekadan azad edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı qismində X21, cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsi saxlanılması, AR Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin cavabdehlər sırasından çıxarılması, iddia tələbinə isə X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabədi şəhərində yerləşən 2.7606 ha torpaq sahəsi (seriya MH 0004695, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 6.18 ha torpaq sahəsi (seriya MH 0004696, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.8542 ha torpaq sahəsi (seriya MH 0004693, qeydiyyat nömrəsi **********7), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4.4966 ha torpaq sahəsi (seriya MA 03690708, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 3.42 ha torpaq sahəsi (seriya RX 0361593, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 2.84 ha torpaq sahəsi (seriya MA 03690656, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.36919 ha torpaq sahəsi (seriya RX 0361614, qeydiyyat nömrəsi **********), ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (seriya MA 0070717, qeydiyyat nömrəsi **********) və X9, X4, X6, X11, X7 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən 2.75 ha torpaq sahəsi (seriya RX 0376248, qeydiyyat nömrəsi **********) ilə bağlı ipoteka hüququna xitam verilməsinə dair dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi İdarəsinin üzərinə qoyulması kimi baxılması, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyi, X14, X19, X24 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı X21 iddia tələbini onunla əsaslandırmışdır ki,o, 09 aprel 2014-cü ildə 574 nömrəli kredit müqaviləsinə əsasən illik 7 faizlə 60 ay müddətinə 24 ay güzəşt dövrü olmaqla 51 000 AZN X3 üçün Parabank ASC ilə kredit müqaviləsi imzalamış və 16 aprel 2014-cü ildə müqaviləyə əsasən bağlanmış məbləğ hesabına köçmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq 15 sentyabr 2010-cu il tarixli 214 nömrəli ipoteka müqaviləsinə 09 aprel 2014-cü il tarixli, 03 nömrəli əlavəni və 09 aprel 2014-cü il tarixli 574 nömrəli ipoteka müqavilələrinə əsasən X9 mülkiyyətində olan ********** qeydiyyat nömrəli ünvan 1 və X21, X14, X12, X15, X7 mülkiyyətində olan ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli torpaq sahələri yüklü edilmişdir. Həmin borc öhdəliyi 04 oktyabr 2017-ci ildə tam icra edilmişdir və İpoteka saxlayan Parabokt ASC 26 oktyabr 2017-ci ildə mövcud daşınmaz əmlakların ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsinə və Ağcabədi rayonu Notariat Kontoruna rəsmi məktub ünvanlanmışdır. Lakin müvafiq icra qurumu həmin əmlakları yüklülükdən azad etməmiş və əsas olaraq Kənd təsrərrüfatı Nazirliyinin yanında Kənd təsərrüfatı Kreditləri Dövlət Agentliyinin 21 fevral 2014-cü il tarixli 29/01-128, 05 may 2014-cü il tarixli 29/1-373 nömrəli, 30 iyun 2014-cü il tarixli 29/01-528 nömrəli, 21 fevral 2014-cü il tarixli 29/01-128 nömrəli məktublarına əsasən əmlak üzərinə qadağa qoyulduğu bildirilmişdir. Bu məsələ ilə bağlı əziyyət çəkən vətəndaşlar o cümlədən o, həmin Agentliyə dəfələrlə şikayət etsə də cavab olaraq bildirmişdirlər ki, Para BOKT ASC-nin Dövlət xidməti qarşısında olan öhdəlikləri tam icra edildikən sonra təminatın girovdan azad edilməsi məsələsinə qanuna müvafiq qaydada baxıla bilər. Kredit müqaviləsini Parabokt ASC ilə bağladığı və kredit ödənişini tam icra etdiyi halda və qeyd edilmiş Agentliklə (hal hazırda Dövlət Xidməti kimi fəaliyyət göstərir) aralarında heç bir müqavilə imzalanmadığı halda kredit əldə etdiyi təşkilatın digər borclarına görə onun əmlakını qanunsuz olaraq yüklü saxlamışdır. Qeyd olunanlara əsasən “X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabədi şəhərində yerləşən 2.7606 ha torpaq sahəsi (seriya MH 0004695, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 6.18 ha torpaq sahəsi (seriya MH 0004696, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.8542 ha torpaq sahəsi (seriya MH 0004693, qeydiyyat nömrəsi **********7), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4.4966 ha torpaq sahəsi (seriya MA 03690708, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 3.42 ha torpaq sahəsi (seriya RX 0361593, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 2.84 ha torpaq sahəsi (seriya MA 03690656, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.36919 ha torpaq sahəsi (seriya RX 0361614, qeydiyyat nömrəsi **********), ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (seriya MA 0070717, qeydiyyat nömrəsi **********) və X9, X4, X6, X11, X7 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən 2.75 ha torpaq sahəsi (seriya RX 0376248, qeydiyyat nömrəsi **********) ilə bağlı ipoteka hüququna xitam verilməsinə dair dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi İdarəsinin üzərinə qoyulması xahiş olunmuşdur. İddiaçı X21 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X22 məhkəmə iclasında iddia tələbini qəbul edərək, onun məhkəmə tərəfindən təmin olunmasına etirazı olmadığını bildirdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyinə, X8, X12, X20 və X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı ərazi idarəsinin, üçüncü şəxslər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələrinin və X4, X6, X11 və X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Ağcabədi şəhərində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı ipoteka əmlakı ilə təmin edilmiş öhdəliyinin yerinə yetirildiyini, girov saxlayan "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin razılığını nəzərə alaraq mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabədi şəhərində yerləşən 2.7606 ha torpaq sahəsi (seriya MH 0004695, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 6.18 ha torpaq sahəsi (seriya MH 0004696, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.8542 ha torpaq sahəsi (seriya MH 0004693, qeydiyyat nömrəsi **********7), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4.4966 ha torpaq sahəsi (seriya MA 03690708, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 3.42 ha torpaq sahəsi (seriya RX 0361593, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 2.84 ha torpaq sahəsi (seriya MA 03690656, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.36919 ha torpaq sahəsi (seriya RX 0361614, qeydiyyat nömrəsi **********), ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (seriya MA 0070717, qeydiyyat nömrəsi **********) və X9, X4, X6, X11, X7 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən 2.75 ha torpaq sahəsi (seriya RX 0376248, qeydiyyat nömrəsi **********) ilə bağlı ipoteka hüququna xitam verilməsinə dair dövlət qeydiyyatının aparılmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan xx.xx.2014-cü il tarixli, 574 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X16 illik 7 faizlə 60 ay müddətinə 24 ay güzəşt dövrü olmaqla heyvandarlığın inkifaşı məqsədi üçün 51.000 manat kredit verilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli, 214 nömrəli ipoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli, 03 nömrəli əlavədən və girov müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli, 538 nömrəli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təmin edilməsi məqsədilə X9 mülkiyyətində olan torpaq sahələri yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı ərazi idarəsi xx.xx.2019-cu il tarixli, **********02 nömrəli məktubunda qeyd edilmişdir ki, 14 Dekabr 2018-ci il tarixli 4460/PB nömrəli və 26 oktyabr 2017-ci il tarixli 5664/PB nömrəli məktubunuza əsasən X2nun adına olan 28 Avqust 2010-cu il tarixli ********** qeydiyyat nömrəli fərdi yaşayış evi, xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli torpaq sahəsi,xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli torpaq sahəsi,xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli torpaq sahəsi,xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli torpaq sahəsi,xx.xx.2011-ciil tarixli 17113572 qeydiyyat nömrəli torpaqsahəsi,xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli torpaq sahəsi,xx.xx.2014-cü il tarixli ********** və xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli torpaq sahəsinin girovdan azad olması barədə müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır.Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlaklar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyinin 21 fevral 2014-cü il tarixli 29/01-128, 05 may 2014-çü il tarixli 29/1-373 nömrəli, 30 iyun 2014-cü il tarixli 29/01-528 nömrəli, 21 fevral 2014-cü il tarixli 29/01 - 128 nömrəli məktublarına əsasında daşınmaz əmlaklar üzərində hər hansısa bir əməliyyatın aparılmasına qadağa qoyulduğundan Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyinin razılıq məktubu ilə birgə müraciət olunması zərurəti yaranmışdır.Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir.Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyinin razılıq məktubu ilə birgə təkrar müraciət ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin 19 dekabr 2018-ci il tarixli, 29/xx/xx-1308 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Xidmətinin vəsaiti hesabına "xxxx" Bokt ASC tərəfindən X17, X16, X5 və X23 ayrılmış kreditlərin təminatı kimi qəbul edilmiş əmlakların yüklülükdən azad olunması ilə bağlı bildiririk ki, "xxxx" BOKT ASC Dövlət Xidməti qarşısında olan kredit öhdəliklərini vaxtlıvaxtında icra etmir."xxxx" BOKT ASC Dövlət Xidməti qarşısında olan öhdəliklərini tam icra etdikdən sonra yuxarıda qeyd olunan kreditlər üzrə çıxış edən təminatların girovdan azad edilməsi məsələsinə qanunamüvafiq qaydada baxıla bilər. İş materiallarında olan "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı ərazi idarəsinə və Ağcəbədi rayonu notariat kontoruna ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, X16 verilmiş kreditin təminatı olaraq X9 mülkiyyətinin dövlət reyestrində qeydə alınaraq ona verilmiş xx.xx.2010cu il tarixli MA ******* Nö-li ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi, xx.xx.2008-ci il tarixli MH ******* №-li Ağcabədi şəhəri, Nəriman Nərimanov ərzaisində yerləşən torpaq sahəsi, xx.xx.2008-ci il tarixli MH ******* №-li Ağcabədi şəhərində yerləşən torpaq sahəsi, xx.xx.2008-ci il tarixli MH ******* №-li Ağcabədi şəhəri, Nəriman Nərimanov ərazisində yerləşən torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA ******* №-li Ağcabədi şəhəri, Nəriman Nərimanov ərazisində yerləşən torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA ******* №-li Ağcabədi şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun təminatı olmuş bu ipoteka müqaviləsi üzrə öhdəliklər icra edilmiş, ipoteka müqaviləsinə xitam verilmişdir. Odur ki, mövcud daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsini xahiş edirəm. X16 məxsus çıxarışın ona qaytarılmasım isə notariusdan xahiş edirəm. İş materiallarında olan "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin 311 nömrəli xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X1 ASC-nin Ağcabədi filialından 16 aprel 2014-cü ildə götürdüyü 51.000 AZM məbləğin qalıq hissəsini, əsas və faiz üzrə borcunu 04 oktyabr 2017-ci ildə tam bağlamışdır. Hal-hazırda X9 "xxxx" ASC-yə heç bir borcu yoxdur. İş materiallarında olan üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 0916/PB nömrəli məktubunda (iddia ərizəsinə münasibətə dair) göstərilmişdir ki,X21 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (indiki "xxxx" BOKT ASC) arasında kredit öhdəliyinin təminatı qismində xx.xx.2010-cu il tarixli, 214 saylı ipoteka müqaviləsi bağlanmışdır. X2 tərəfindən kredit müqaviləsi üzrə borc öhdəliyi tam şəkildə icra edildiyi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi "xxxx" BOKT ASC tərəfindən xx.xx.2017-ci il tarixli, 5663/PB saylı və xx.xx.2017-ci il tarixli, 5664/PB saylı məktubla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə müvafiq müraciətlər edilərək X9 mülkiyyətində olan və "xxxx" Açıq Səhimdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilən əmlakların yüklülükdən azad edilməsi xahiş edilmişdir, (məktubun surəti əlavə edilir). Həmçinin bildiririk ki, X21 tərəfindən borc öhdəliyi məktubda da göstərildiyi kimi tam şəkildə icra edilmişdir. Göstərilənlərdən əlavə bildiririk ki, X9 girov əmlakları yalnız onunla bağlanan kredit müqaviləsi üzrə girov götürülmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin göstərilən müqavilələrə heç bir bağlılığı və aidiyyatı yoxdur. X9 həmin xidmətə münasibətdə hər-hansı bir öhdəliyi olmamışdır. Həmçinin iddiaya münasibətdə bildiririk ki, X21 BOKT qarşısında olan kredit öhdəliyini tam yerinə yetirdiyi üçün girovların azad edilməsi ilə bağlı məktub tərəfimizdən müvafiq inzibati orqana təqim edilmişdir. Odur ki, işə bizim iştirakımız olmadan baxılaraq iddianın təmin edilməsinə dair yekun qərar çıxarılmasını məhkəmədən xahiş edirik. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə görə, girovla təmin edilmiş öhdəliyə xitam verilməsi girova xitam verilməsi üçün əsaslardan biridir. Bundan başqa, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verilməsi ipotekaya xitam verilməsi üçün əsaslardan biridir. Həmin Qanunun 48.2-ci maddəsində deyilir ki, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 20.4-cü maddəsində deyilir ki, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2007-ci il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən, Dövlət Xidmətinin vəsaitləri layihə və proqramların həyata keçirilməsində iştirak üçün seçiləcək banklar və bank olmayan kredit təşkilatları tərəfindən öz adlarına və öz riskləri hesabına yerləşdirilir. Müvəkkil kredit təşkilatları Dövlət Xidməti qarşısında borcalanların öz öhdəliklərini icra edibetməməsindən asılı olmayaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublukası Prezidentinin xx.xx.2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 1.3-cü bəndinə əsasən, kreditlərin və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Hər iki sənəddən görünür ki, sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə verilən dövlət vəsaitləri həmin kredit təşkilatlarının adından və onların öz riskləri hesabına verilir. Başqa sözlə, dövlət vəsaitinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qaytarılmasına görə məsuliyyəti müvəkkil kredit təşkilatları daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz əmlakını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipoteka qoymuşdur. Həmin kredit öhdəlikləri ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, yaxud Nazirliyin başqa bir qurumu ilə iddiaçı X21 arasında ipoteka müqaviləsi bağlanmamış, iddiaçı X21 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin hər hansı bir qurumu qarşısında heç bir öhdəlik götürməmişdir. Eyni zamanda, iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ipoteka müqaviləsində iddiaçının Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında hər hansı öhdəlik götürməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılmamasını tələb edə bilməz və cavabdeh həmin Agentliyin məktubuna əsaslanaraq, qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). İPM-in 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, iddiaçı X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabədi şəhərində yerləşən 2.7606 ha torpaq sahəsi (seriya MH 0004695, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 6.18 ha torpaq sahəsi (seriya MH 0004696, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.8542 ha torpaq sahəsi (seriya MH 0004693, qeydiyyat nömrəsi **********7), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4.4966 ha torpaq sahəsi (seriya MA 03690708, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 3.42 ha torpaq sahəsi (seriya RX 0361593, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 2.84 ha torpaq sahəsi (seriya MA 03690656, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.36919 ha torpaq sahəsi (seriya RX 0361614, qeydiyyat nömrəsi **********), ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (seriya MA 0070717, qeydiyyat nömrəsi **********) və X9, X4, X6, X11, X7 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən 2.75 ha torpaq sahəsi (seriya RX 0376248, qeydiyyat nömrəsi **********) ilə bağlı ipoteka hüququna xitam verilməsinə dair dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabədi şəhərində yerləşən 2.7606 ha torpaq sahəsi (seriya MH 0004695, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 6.18 ha torpaq sahəsi (seriya MH 0004696, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.8542 ha torpaq sahəsi (seriya MH 0004693, qeydiyyat nömrəsi **********7), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 4.4966 ha torpaq sahəsi (seriya MA 03690708, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 3.42 ha torpaq sahəsi (seriya RX 0361593, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən 2.84 ha torpaq sahəsi (seriya MA 03690656, qeydiyyat nömrəsi **********), Ağcabədi şəhəri, N.Nərimanov ərazisində yerləşən 3.36919 ha torpaq sahəsi (seriya RX 0361614, qeydiyyat nömrəsi **********), ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (seriya MA 0070717, qeydiyyat nömrəsi **********) və X9, X4, X6, X11, X7 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən 2.75 ha torpaq sahəsi (seriya RX 0376248, qeydiyyat nömrəsi **********) ilə bağlı ipoteka hüququna xitam verilməsinə dair dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-369/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-369/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver