Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3690/2024 23.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “istifadəsində olan özünə məxsus “Qaz 66” markalı avtomobilə mülkiyyət hüququnun tanınması və həmin avtomaşına dövlət qeydiyyat nişanının əldə edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “istifadəsində olan özünə məxsus “Qaz 66” markalı avtomobilə mülkiyyət hüququnun tanınması və həmin avtomaşına dövlət qeydiyyat nişanının əldə edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər özünə məxsus “QAZ-66” markalı avtomaşının olmuşdur. Həmin maşın 2022-ci ildə aşaraq yararsız hala düşmüşdür. Bundan sonra maşın hissələrini Lənkəran şəhərində Ləvəngi dairəsi tərəfində yerləşən metallomda Həbib adlı satıcıdan “Qaz-66” markalı maşın üçün 1600 manat pul verib rama, kabinka və kuza almışdır. Həmin hissələri aldıqdan sonra qalan hissələri isə özünə məxsus maşından çıxararaq maşın ustası tərəfindən həmin hissələr birləşdirilmiş və nəticədə yeni “Qaz-66” markalı avtomobil düzəltmişdir. Maşını qeydiyyata almaq və dövlət qeydiyyat nişanı əldə etmək üçün müraciət etsə də həmkəndlisi Arif Muradovun şikayətinə əsasən polis əməkdaşları mübahisə edilən maşını şöbəyə apardıqları üçün maşını dövlət qeydiyyatına aldıra bilməmişdir. Astara rayonu Sığaloni kənd sakini X1 hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edərək bildirmişdir ki, guya hərbi təyinatlı avtomobili istifadə edir. Həmin ərizə Astara rayon Prokurorluğu tərəfindən ətraflı yoxlanılmış və 25 yanvar 2024-cü il tarixli 23-3-2-2/406-5506-9 nömrəli qərarı ilə qeyd edilən material üzrə cinayət üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla ona tövsiyə olunmuşdur ki, avtomobilə mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatı nişanının əldə edilməsi üçün mülki qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli real yardımlar edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)- 451/2024 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı ərizə təmin edilmiş, ərizəçi İddiaçı sahibliyində olan, onun tərəfindən Lənkəran şəhərində yerləşən “metallomdan” alınmış avtomobilin ehtiyat hissələri ilə əvvəlki eyni markalı avtomobilin ehtiyat hissələrinin birləşdirilməsi yolu ilə yığılmış, sürücü kabinəsi ağ rəngdə olan “Qaz 66" markalı avtomobil sahibsiz elan edilmiş, həmin avtomobilə ərizəçi İddiaçı mülkiyyət hüququ tanınsın və onun mülkiyyətinə verilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin üzərinə ərizəçi İddiaçı sahibliyində olan, onun tərəfindən Lənkəran şəhərində yerləşən “metallomdan” alınmış avtomobilin ehtiyat hissələri ilə əvvəlki eyni markalı avtomobilin ehtiyat hissələrinin birləşdirilməsi yolu ilə yığılmış, sürücü kabinəsi ağ rəngdə olan “Qaz 66” markalı avtomobilin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanın verilməsi vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-3957/2024 nömrəli məktubundan görünür ki, “QAZ-66” yük markal dövlət nömrə nişansız nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ünvanladığınız müraciətə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası İnzibati Məhkəməsi tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə qeydiyyat hərəkətlərinin aparılması mümkündür. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçı istifadəsində olan özünə məxsus “Qaz 66” markalı avtomobilə mülkiyyət hüququnun tanınması və həmin avtomaşına dövlət qeydiyyat nişanının əldə edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-451/2024 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı ərizə təmin edilməsi, ərizəçi İddiaçı sahibliyində olan, onun tərəfindən Lənkəran şəhərində yerləşən “metallomdan” alınmış avtomobilin ehtiyat hissələri ilə əvvəlki eyni markalı avtomobilin ehtiyat hissələrinin birləşdirilməsi yolu ilə yığılmış, sürücü kabinəsi ağ rəngdə olan “Qaz 66" markalı avtomobil sahibsiz elan edilmiş, həmin avtomobilə ərizəçi İddiaçı mülkiyyət hüququ tanınsın və onun mülkiyyətinə verilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin üzərinə ərizəçi İddiaçı sahibliyində olan, onun tərəfindən Lənkəran şəhərində yerləşən “metallomdan” alınmış avtomobilin ehtiyat hissələri ilə əvvəlki eyni markalı avtomobilin ehtiyat hissələrinin birləşdirilməsi yolu ilə yığılmış, sürücü kabinəsi ağ rəngdə olan “Qaz 66” markalı avtomobilin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanın verilməsi vəzifəsi qoyulası qətt etmişdir. Göründüyü kimi iddiaçının tələbinə Astara Rayon Məhkəməsi tərəfindən mahiyyətinə qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan özünə məxsus “Qaz 66” markalı avtomobilə mülkiyyət hüququnun tanınması və həmin avtomaşına dövlət qeydiyyat nişanının əldə edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tələbini zahirən ayrıca inzibati mübahisə kimi qiymətləndirsə də, belə deyildir. Belə ki, iddiaçının irəli sürdüyü tələb məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından meydana gəlmişdir ki, bu zaman mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli, 10 №-li qərarının:
25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. Göründüyü kimi inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. İddiaçı isə hazırkı iddianı irəli sürməklə məhkəmə qərarının icrasından kənar yeni məhkəmə qərarının qəbul edilməsini tələb edir ki, həmin hal istər inzibati prosessual qanunvericilik, istərsə də prosessual qənaət baxımından yol verilməzdir. İş materiallarına əlavə edilən Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-451/2024 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı ərizə təmin edilmiş, ərizəçi İddiaçı sahibliyində olan, onun tərəfindən Lənkəran şəhərində yerləşən “metallomdan” alınmış avtomobilin ehtiyat hissələri ilə əvvəlki eyni markalı avtomobilin ehtiyat hissələrinin birləşdirilməsi yolu ilə yığılmış, sürücü kabinəsi ağ rəngdə olan “Qaz 66" markalı avtomobil sahibsiz elan edilməsi, həmin avtomobilə ərizəçi İddiaçı mülkiyyət hüququ tanınması və onun mülkiyyətinə verilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin üzərinə ərizəçi İddiaçı sahibliyində olan, onun tərəfindən Lənkəran şəhərində yerləşən “metallomdan” alınmış avtomobilin ehtiyat hissələri ilə əvvəlki eyni markalı avtomobilin ehtiyat hissələrinin birləşdirilməsi yolu ilə yığılmış, sürücü kabinəsi ağ rəngdə olan “Qaz 66” markalı avtomobilin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanın verilməsi vəzifəsi qoyulması qətt etmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddiaçının mahiyyət üzrə eyni tələbinə Astara Rayon Məhkəməsi tərəfindən mahiyyətinə qiymət verilmişdir. Belə ki, iddiaçı Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-451/2024 nömrəli qətnaməsinin icrası ilə bağlı məhkəmə aktını qəbul edən məhkəməyə ərizə təqdim etməklə qərarın icrasına yönələn tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir ki, yeni iddiaya baxılması isə, əlavə vaxt və resurs itkisinə səbəb olmaqla faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmir. Təbii haldır ki, məhkəmə qərarının icrası məcburidir və həmin qərarın qüvvədə olması halında inzibati orqan yeni mövqe nümayiş etdirmək və qərarın icrasından yayınmaq kimi səlahiyyətə malik olmamaqla qərarın qüvvədə olduğu halda onun icrasını həyata keçirməlidir. Bu həyata keçirilmədikdə məhkəmə yuxarıda qeyd olunan icra tədbirlərini həyata keçirmək, icra edilmədiyi təqdirdə məcburi icra olunması məqədilə icra vərəqəsi vermək səlahiyyətinə malikdir. Lakin məhkəmə bir dəfə baxılan işə qəbul edilən qərarın icra edilməməsi ilə bağlı yenidən baxmaq səlahiyyətinə malik deyil. Əks yanaşma isə məhkəmə qərarlarının formal sənəd hesab edilməsi, eyni məsələ ilə bağlı çıxarılmış məhkəmə qərarı icra edilmədiyinə görə yeni məhkəmə qərarlarının qəbul edilməsi və icrasız qalması kimi məntiqə uyğun olmayan nəticəyə səbəb olacaqdır ki, göstərilənlər nəzərə alınmaqla iddiaçıya qərarın icrasının təmini üçün sadə formada ərizə verilməsi hüquqi izah edilmiş, ayrıca iddianın qaldırılmalı olmaması diqqətinə çatdırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, icra sənədinin icra olunması ilə bağlı hər hansı tədbirlərin görülməsi bilavasitə məhkəmə qərarından irəli gəldiyindən, sözügedən məsələlər məhz məhkəmə qərarının icrası çərçivəsində, yəni mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Bu səbəbdən də hazırki mübahisənin inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən formada təmin edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Eyni zamanda, məhkəmə iddiaçıya izah edir ki, iddiaçı icra edilmədiyini hesab etdiyi məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə iddia icraatı qaydasında olmadan ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim: Hilal Nəcəfov